Microsoft Word H. Eliyev 21 cild haz?r doc



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə131/140
tarix21.06.2018
ölçüsü2,7 Mb.
#50297
1   ...   127   128   129   130   131   132   133   134   ...   140

__________________________________________ 

439


Agqoyunlular dövlətinin (1468), Səfəvilər dövlətinin (1501) paytaxtı 

olmuşdur. XV-XVII əsrlərdə  Təbriz Yaxın  Şərqin mühüm sənətkarlıq və 

ticarət mərkəzlərindən idi. Təbrizi, «Şərqin paytaxtı»da adlandırırdılar. 

1826-28-ci illər Rusiya-İran müharibəsi nəticəsində        Türkmənçay 

müqaviləsinə (1828) görə  Təbriz  İranın hakimiyyəti altında qaldı. - 112, 

113,116,118,119,120,124,126,127,128,129,134,135,136,137,165,166,169, 

173,174,175,179. 

 

115. Stalin, İosif Vissarionoviç (1879-1953) - 1922-53-cü illərdə SSRİ-

nin partiya və dövlət rəhbəri. Sosializm qurucüluğuna dair Lenin planını, 

SSRİ-nin Böyük vətən müharibəsində (1941-45) müdafiə qabiliyyətinin 

möhkəmləndirilməsində  və s. rəhbər kimi iştirak etmişdir. Fəaliyyətində 

nəzəri və siyasi səhvlərin çoxluğu, kobud qanun pozuntuları, bəzi mənfi 

xüsusiyyətləri Stalinin şəxsiyyətinə  pərəstişin yaranması ilə  nəticələndi. 30-

cu illərdə baş verən və milyonlarla insanın repressiyasına səbəb olan qanlı 

cinayətlər məhz onun səhvlərinin nəticəsidir. Təkcə 1937-ci ildə 

Azərbaycanda «xalq düşməni» kimi 29 min nəfər güllələnmiş  və ya sürgün 

edilmişdi. - 114,116,363. 

 

116. Xatəmi, Məhəmməd Xatəmi (d.l943) - İranın siyasi, ictimai və 

dövlət xadimi. 1989-92-ci illərdə  İranın mədəniyyət və islam orijentasiyası 

naziri, 1997-2005-ci illərdə  İran  İslam Respubluikasının prezidenti 

olmuşdur.-115,117,118,122,126,129,130,168,169,170. 

 

117. Cəbrayıl — Azərbaycan Respublikasında inzibati rayon. 1930-cu 

ildə təşkil olunmuşdur. Sahəsi 1050 km

2

, əhalisi 45,8 min nəfər idi. 1993-cü 



ildə erməni silahlı qüvvələri tərəfindən işğal edilmişdir. - 116,122. 

  

118. Zəngilan - Azərbaycan Respublikasında inzibati rayon. 1930-cu ildə 

təşkil olunmuşdur. Sahəsi 707 km

2

, əhalisi 28,4 min nəfər idi. 1993-cü ildə 



erməni qəsbkarları tərəfindən işğal edilmişdir. - 116,122. 

 

119. Şəhriyar, Məhəmmədhüseyn     Hacı   Mirağa   oğlu (1906-1988) - 

görkəmli Azərbaycan şairi, XX əsr Cənubi Azərbaycan və 

  

 

 



  


__________________________________________ 

440


İran poeziyasının  ən böyük nümayəndələrindən biri. Azərbaycan və fars 

dillərində yazmışdır.  Şairin «Heydərbabaya salam» poeması  təkcə onun 

yaradıcılığında deyil, eləcə də bütün müasir Cənubi Azərbaycan poeziyasında 

yeni mərhələdir. Burada Cənubi Azərbaycan təbiətinin gözəllikləri, xalqın 

adət və  ənənələri, ana yurduna tükənməz oğul məhəbbəti  əlvan poetik 

boyalarla, canlı xalq dilində  tərənnüm edilir. Poemada doğma yurdu 

Azərbaycanın ikiyə bölünməsini böyük ürək ağrısı ilə nəql edir. Poemanın ən 

böyük məziyyəti onun xəlqiliyindədir. Poema Cənubi Azərbaycanda anadillu 

poeziyaya geniş yol açmışdır. Şəhriyarın yaradıcılığı bütün türk dünyasında 

böyük şöhrət qazanmışdır. - 116,120,121, 129,177,178,179. 



 

120. Xərrazi Seyid Kamal (d.l945) - İranın siyasi və dövlət xadimi

pedaqoji elmləri doktoru, professor. 1998-2005-ci illərdə  İran  İslam 

Respubluikasının xarici işlər naziri olmuşdur. Hazırda  İran  İslam 

Respublikasının Ali Məsləhət  Şurasının üzvü və Strateji Tədqiqatlar 

Mərkəzinin rəhbəridir. - 117. 

 

 121. Naxçıvan Muxtar Respublikası (1920-23-cü illərdə Naxçıvan 



Sovet Sosialist Respublikası, 1923-24-cü illərdə Naxçıvan Muxtar Diyarı, 

1924-90-a illərdə Naxçıvan Muxtar Sovet Sosialist Respublikası, 1990-cı 

ildən Naxçıvan Muxtar Respublikası) - Azərbaycan Respublikasının 

tərkibində muxtar dövlət. 

Muxtar respubüka ərazisinin sahəsi 5,5 mil km

2

,  əhalisi 372,9 min 



nəfərdir. Hazırda 7 inzibati rayonu (Babək, Culfa, Ordubad, Sədərək, Şahbuz, 

Şərur, Kəngərli), 4 şəhəri (Naxçıvan, Ordubad,Culfa, Şərur), 9 qəsəbəsi, 160 

kənd inzibati ərazi dairəsi var. - 118,123,367. 

 

122. Vasif Talıbov, Vasif Yusif oğlu (d. 1960) - dövlət xadimi, 1995-ci 

ildən Azərbaycan Respublikası Milli Məclisinin və Naxçıvan Muxtar 

Respublikası Ali Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikası Ali 

Məclisinin sədridir. - 118,126. 



 

123. Abbasəli Həsənov, Abbasəli Kərəm oğlu(d.l 953) - şərqşünas, 

diplomat. 1998-ci ildən Azərbaycan Respublikasının  İranda fövqəladə  və 

səlahiyyətli səfiridir. Eyni zamanda 1998-ci ildən EKO-da İqtisadi 

Əməkdaşlıq Təşkilatında idarə heyətinin üzvü, hazırda isə sədridir. -119,178. 

  

 



__________________________________________ 

441


 

124. Məşhəd - İranın  şimal-şərqində  şəhər. Xorasan ostanının inzibati 

mərkəzi. Əhalisi 1,8 milyon nəfərdir. Məşhəd haqqında ilk məlumat X əsrin 

sonuna aiddir. Məşhəd şiələrin müqəddəs şəhəri sayılır. Burada İmam Rzanın 

məqbərəsi var. Məşhədin yaxınlığında böyük fars şairi Firdovsinin qəbri 

qorunub saxlanılır. - 119,126,135. 

 

125. İmam Rza - şiəlik məzhəbinə etiqad edənlərin səkkizinci imamı. 

 119,131,135,177. 

 

126. Yaşar  Əliyev, Yaşar Tofiqi (d.l948) - cərrah həkim, professor, 

diplomat. 1990-cı ildən Azərbaycan Respublikası Ali Sovetinin, 1994-cü 

ildən isə Milli Məclisin deputatı olmuşdur. Hazırda Çin Xalq 

Respublikasında Azərbaycan Respublikasının fovqəladə  və  səlahiyyətli 

səfiridir. - 120,121,122. 

 

127. Rəfael Allahverdiyev, Rəfael Xanəli oğlu (d. 1945) -1993-2001-ci 

illərdə Bakı  Şəhər  İcra Hakimiyyətinin başçısı. 1995-2000-ci illərdə Milli 

Məclisin deputatı olmuşdur. - 120. 

 

128. Artur Rasizadə, Artur Tahir oğlu (d. 1935) - Azərbaycanın dövlət 

xadimi. SSRİ Dövlət mükafatı laureatı. 1986-92-ci illərdə Azərbaycan 

Respublikası Baş nazirinin birinci müavini vəzifəsində işləyib. 1996-cı ildən 

Azərbaycan Respublikasının Baş naziridir. Azərbaycan Respublikasının 

«İstiqlal» ordeni ilə təltif olunmuşdur. - 120. 

   


 

129. Haşimi Rəfsancani, Haşimi  Əliəkbər Rəfsancani (d.l934) - 1989-

98-ci illərdə İran İslam Respublikasının prezidenti olmuşdur. - 125,130. 

 

130. Nizami Gəncəvi,  İlyas Yusif oğlu (1141-1209) - dahi Azərbaycan 



şairi və mütəfəkkiri. Dünya ədəbiyyatı tarixinə  məsnəvi formasında yazdığı 

beş epik poemadan ibarət «Xəmsə» müəllifı kimi daxil olmuşdur. Nizami 

Gəncəvinin ilkin Şərq Renessansının zirvəsi olan yaradıcılığında dövrünün ən 

humanist, ümumbəşəri ictimai-siyasi, sosial və mənəvi-əxlaqi idealları parlaq 

bədii  əksini tapmışdır. Nizami Gəncəvi Yaxın  Şərq  ədəbiyyatında mənzum 

roman janrının əsasını qoymuş, yeni 

  

 

 



  


Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə