Microsoft Word H. Eliyev 21 cild haz?r doc



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə134/140
tarix21.06.2018
ölçüsü2,7 Mb.
#50297
1   ...   130   131   132   133   134   135   136   137   ...   140

__________________________________________ 

448


161. Vladimir Putin, Vladimir Vladimiroviç (d.l952) - 2000-ci ilin 

mayından Rusiya Federasiyasının prezidenti. 1975-97-ci illərdə bir sıra məsul 

vəzifələrdə çalışmışdır. 1998-ci ildə Rusiya Federasiyası prezidenti 

adiministrasiyasının rəhbəri, 1998-99-cu illərdə MTİ-in direktoru, 1999-cu 

ilin avqustından Rusiya hökumətinin başçısı, 1999-cu ilin dekabrından 

Rusiya Federasiyasının prezidenti vəzifəsini icra etmişdir. - 189. 



 

162. ÇUÖAM - Avropada adi silahların azaldılması haqqında 

müqavilənin cinah sənədi müzakirə olunduqdan sonra həmin sənədi bəyənən 

ölkələrdən - Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovadan ibarət qeyri-

rəsmi «dördlər qrupu» yaradıldı. Sonralar bu quruma Özbəkistan da qatıldı 

(10 oktyabr 1997). 2005-ci ildə isə Özbəkistan bu qurumu tərk etdi. -

208,263,355. 

  

163. ATƏT - Avropada Təhlükəsizlik və  Əməkdaşlıq Təşkilatı.  Əsası 

1975-ci il iyulun 3-9-da Helsinkidə qoyulmuşdur. Burada Avropanın 33 

dövlətinin, ABŞ  və Kanadanın dövlət və hökumət rəhbərləri iştirak edirdi. 

ATƏT «soyuq müharibə»nin qurtarmasından sonra ümumavropa 

təhlükəsizlik sistemini formalaşdıran, yeni Avropanın siyasi və iqtisadi 

həyatının sivil birgəyaşayış qaydalarını müəyyən edən, dövlətlərarası 

münasibətləri rəqiblik və münaqişə relsindən əməkdaşlıq və qarşılıqlı mənafe 

istiqamətlərinə yönəldən bir təşkilat funksiyasını icra edir. 

Azərbaycan 1992-ci ildən ATƏT-in üzvüdür və 1993-cü ilin ikinci 

yarısından ATƏT-in zirvə görüşlərində, Azərbaycan Prezidenti Heydər 

Əliyev başda olmaqla, Azərbaycan nümayəndə heyəti fəal iştirak edib. -

208,265-279,274,276,288,336,346,361,371,382,385,390-408. 

  

164. Bakı-Supsa neft kəməri - 1994-cü ilin sentyabrında Azərbaycan 

hökumətinin xarici neft şirkətləri ilə imzaladığı «Əsrin müqaviləsi»nin həyata 

keçirilməsinin mühüm bir vəsiləsi Bakı-Supsa neft kəməridir. Kəmərin 

uzunluğu 830 km, gündəlik maksimum ötürmə gücü 115 min barreldir. 

Supsada hər birinin tutumu 250 min barrel olan dörd terminal tikilmişdir. 

1999-cu il aprelin 17-də Sursada ilkin Xəzər neftinin Qərb istiqamətində 

nəqli üçün Bakı-Supsa ixrac boru kəmərinin və Supsa yerüstü terminalının 

təntənəli rəsmi açılış mərasimi olmuşdur. - 209,364. 




__________________________________________ 

449


165. Allahşükür Paşazadə, Allahşükür Hümmət o ğ l u (d.l949) - 1980-

ci ildən Qafqaz Müsəlmanları Ruhani İdarəsinin, 1990-cı ildən Qafqaz 

Xalqları AH Dini Şurasının sədridir. Azərbaycan Respublikasının «Şöhrət» 

və «İstiqlal» ordenləri ilə təltif edilmişdir. -211-212. 



 

166. Ecvet Tezcan Qədri (d.l949) - Türkiyə diplomatı. 1998-2001-ci 

illərdə Türkiyə Cümhuriyyətinin Azərbaycanda fövqəladə  və  səlahiyyətli 

səfiri olmuşdur. - 213-220. 

 

167. Abid Şərifov, Abid Qoca oğlu (d. 1940) - inşaatçı. 1995-ci ildən 

Azərbaycan Respublikası Baş nazirinin müavini. - 215,218. 



 

168. Bakı Dövlət Universiteti (BDU) - Azərbaycanda elmi-pedaqoji 

kadrlar hazırlayan ən böyük ali təhsil ocağı, elmi-tədqiqat müəssisəsi. 1919-

cu ildə yaradılmışdır. İlk vaxtlar tibb və tarix-filologiya fakültələri fəaliyyət 

göstərmişdir. Hazırda BDU-nun 17 fakültəsi, onlarla kafedrası, elmi-tədqiqat 

laboratoriyası  və s. var. Universitetdə 43 ixtisas üzrə 13 minə yaxın tələbə 

təhsil alır. - 216,245. 

 

169. Luçinski Petru (d.l940) - Moldovanın siyasi və dövlət xadimi. 

1971-ci ildən 1989-cu ilə  qədər dövlət və partiya işlərində müxtəlif 

vəzifələrdə çalışmışdır. 1997-2002-ci illərdə Moldova Respublikasının 

prezidenti olmuşdir. - 221. 

  

170. İslam Kərimov, İslam Əbduqəni oğlu (d.l938) -Özbəkistanın siyasi 

və dövlət xadimi. 1989-90-cı illərdə Özbəkistan KP MK-nın birinci katibi 

olmuşdur. 1990-cı ildən Özbəkistan Respublikasının prezidentidir. - 

222,262,263,264,410. 

 

171. Nobel qardaşları - İsveç ixtiraçıları və sənayeçiləri. Silah istehsalı 

və ağ neft ticarəti ilə məşğul olmuşlar. Robert Nobel XIX əsrin 70-ci illərində 

Bakıya gəlmiş və neft işi ilə maraqlanmışdı. O, sonralar qardaşı Lüdviqi də 

bu işə  cəlb etmiş  və onlar 1879-cu ildə «Nobel qardaşları»  şirkətini təsis 

etmişlər. Şirkətin demək olar bütün kapitalı, habelə illər 

  

 



  


__________________________________________ 

450


boyu götürdüyü yüz milyon manatlarla izafi mənfəət Bakı neftinin hesabına 

qazanılmşdı. Tərkibinə  əsas kapitalı 130 milyon manatdan çox olan 25 

müxtəlif müəssisə daxil idi. 

Nobel qardaşları inhisarlarının Bakıda fəaliyyəti Azərbaycan 

iqtisadiyyatının inkişafına səbəb oldu. Onların açdığı müəssisələrdə minlərlə 

azərbaycanlı işləmiş və onlar öz işlərinin gözəl mütəxəssisi olmuşlar. Onların 

sifarişi ilə İsveçdə tikilən və Xəzərə gətirilən «Zoroastr» gəmisi dünyada ilk 

neftdaşıyan tanker idi. Beynəlxalq Nobel mükafatları Alfred Nobelin 

vəsiyyətinə əsasən Nobel fondu tərəfindən təsis edilmişdir. Bu mükafat hər il 

məşhur alimlərə (etdikləri ixtiralara və gördükləri işlərə), ictimai və siyasi 

xadimlərə, yazıçı və şairlərə verilir. - 226. 

 

172.  İkinci dünya müharibəsi (1939-45) - Almaniya, İtaliya və 

Yaponiya tərəfindən başlanmış böyük müharibə.  İkinci dünya müharibəsi 

1939-cu il sentyabrın 1-də Almaniyanın Polşaya girməsi ilə başlandı. 

Sentyabrın 3-də Böyük Britaniya və Fransa Almaniyaya müharibə elan 

etdi. 1940-cı ilin ortalarından alman qoşunları Danimarka, Norveç, Belçika, 

Niderland, Lüksemburq, sonra isə Fransanı işğal etdi. 

1941-ci il iyunun 22-də Almaniya SSRİ-yə qarşı müharibə elan etdi. 

1942-43-cü illərdə Sovet ordusunun Stalinqrad və Kursk vuruşmalarında 

qələbəsi Almaniyanı qəti surətdə sarsıtdı. 

1945-ci il mayın 2-də Sovet ordusu Berlini aldı. Mayın 8-də Karlsxorstda 

(Berlin yaxınlığında) Almaniyanın danışıqsız təslim olması haqqında akt 

imzalandı. 

Yaponiyanın təslim olması haqqında sənəd isə sentyabrın 2-də imzalandı. 

Bununla  İkinci dünya müharibəsi qurtardı.  İkinci dünya müharibəsində 72 

ölkə  iştirak etmişdir. Müharibədə  iştirak edən ölkələrin silahlı qüvvələrinə 

110 milyon adam çagırılmışdı. Müharibədə 62 milyon adam həlak olmuş, 

minlərlə şəhər, qəsəbə və kənd dağılmışdı. -231,411. 

 

173. Nazarbayev  Nursultan, Nursultan Abiş  oğlu (d. 1940) - 

Qazaxıstanın dövlət və siyasi xadimi. 1979-cu ildə Qazaxıstan MK-nın 

katibi, 1984-cü ildə Qazaxıstan Ali Sovetinin sədri, Nazirlər Sovetinin sədri, 

1989-91-ci illərdə Qazaxıstan KP MK-nın Birinci katibi. 1991-ci ilin 

dekabrından Qazaxıstan Respubükasının prezidentidir. - 241-242. 

  



Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə