Microsoft Word H. Eliyev 21 cild haz?r doc



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə135/140
tarix21.06.2018
ölçüsü2,7 Mb.
#50297
1   ...   132   133   134   135   136   137   138   139   140

__________________________________________ 

451


174. Norveç, Norveç krallığı-  Şimali Avropada, Skandinaviya 

yarımadasında dövlət. Sahəsi 387 min km

2

,  əhalisi 4,4 milyon nəfərdir. 



İnzibati cəhətdən 20 fülgeyə bölünür. Norveç konstitusiyalı - monarxiyadır. 

Dövlət başçısı kraldır. Qanunverici orqanı ikipalatalı stortinqdən (parlament) 

ibarətdir. Paytaxtı Oslo şəhəridir. -267,271,274,275, 361,390-408,410. 

 

175.  İhsan Doğramacı (d.l915) - türkdilli ölkələrin Milli Pediatriya 

Cəmiyyətləri Birliyinin fəxri prezidenti, elmlər doktoru, professor. 1963-65-

ci illərdə Ankarada Uşaq Sağlamlığı  İnstitutunun direktoru, 1977-93-cü 

illərdə institutun icraçı direktoru, 1992-ci ildən isə fəxri prezidenti, 1968-73-

cü illərdə Pediatorların tibb Assosiasiyasının prezidentidir. 1959-cu ildən 

YUNİSEF-in İcraiyyə Komitəsinin üzvüdür. İki dəfə Bilkənd Universitetinin 

sədri və rektoru olmuş, 1975-ci ildən isə universitetin fəxri rektorudur. 

Azərbaycan Respubluikasının «İstiqlal» ordeni ilə təltif olunmuşdur. - 250. 

 

176. ATƏT-in Lissabon Zirvə görüşü - 1996-cı il dekabrın 2-4-də 

Portuqaliyanın paytaxtı Lissabon şəhərində ATƏT-in 54 üzvünün dövlət və 

hökumət başçılarının iştirakı ilə növbəti Zirvə toplantısı keçirildi. Lissabon 

Zirvə toplantısında müzakirə olunan məsələlər arasında Azərbaycan 

Respublikası nümayəndə heyətinin təkidi ilə Emıənistan-Azərbaycan 

münaqişəsi geniş diskussiyaya səbəb oldu. Azərbaycan Respublikası 

nümayəndə heyətinin başçısı Heydər  Əliyevin qəti, prinsipial mövqeyi və 

gərgin səyi nəticəsində yekun sənədə əlavə kimi qəbul edilən ATƏT sədrinin 

bəyanatında ilk dəfə olaraq ən yüksək səviyyədə münaqişənin həllinin əsası 

kimi Azərbaycan Respubluikasının  ərazi bütövlüyü 53 dövlət tərəfindən 

qətiyyətlə  dəstəkləndi və Dağlıq Qarabağın statusunun yalnız Azərbaycan 

Respublikasının tərkibində müəyyən olunması öz əksini tapdı. - 272,273, 

275,287,288,335,344,371,380,381,395,396. 

 

177. «Ümumi dövlət» - ATƏT-in Minsk qrupu həmsədrlərinin (ABŞ, 

Fransa, Rusiya) Azərbaycana etdiyi təklif; yəni Azərbaycan  ərazisində yeni 

bir erməni dövlətinin yaradılması. Beynəlxalq hüquqda isə «ümumi dövlət» 

adında anlayış yoxdur. Azərbaycan Dağlıq Qarabağa ancaq öz daxilində 

yüksək özünüidarəetmə statusu verə bilər. - 273,290,293,301,302,371,381, 

397. 


  

 

 



  


__________________________________________ 

452


178. Primakov Yevgeni Maksimoviç (d.l929) - Rusiyanın siyasi və 

dövlət xadimi, diplomat. REA-nın akademiki. 1990-cı illərdə Rusiya 

Federasiyasının xarici işlər naziri, Nazirlər Sovetinin sədri vəzifələrində 

çalışmışdır. Hazırda Rusiya Federasiyası  Sənaye-Ticarət Palatasının 

prezidentidir. -280,287. 

 

179. Kosovo hadisələri - 1999-cu ildə Serbiya hakimiyyəti tərəfindən 

Kosovoda yaşayan dinc alban əhalisinə qarşı etnik zor tətbiq edildi və divan 

tutuldu. Bunun qarşısını almaq üçün NATO hərbi qüvvələri işə qarışdı. 

Yuqoslaviya hərbi qüvvələri öz qoşunlarını Kosovodan çıxarmağa məcbur 

edildi və NATO sülh məramlı qüvvələri Kosovoya gətirildi. -284,303. 

 

180. Yuqoslaviya böhranı - 1980-ci illərdən başlayaraq Yuqoslaviyada 

(Yuqoslaviya Federativ Sosialist Respublikası) ciddi iqtisadi və siyasi 

çətinliklərlə qarşılaşdı. 1991-ci ildə millətlərarası qarşıdurma nəticəsində 

YFSR parçalandı. Federasiyanın tərkibindən Sloveniya, Xorvatiya, Bosniya 

və Hersoqovina, Makedoniya çıxdı  və müstəqil dövlət oldular. 1992-ci ildə 

Serbiya və Çernoqoriya Yuqoslaviya Respublikasını (SRY) yaratdılar. 1999-

cu ildə Serb hökuməti tərəfindən Kosovoda (Serbiyanın tərkibində) yaşayan 

albanlara qarşı zorakılığa başlandı  və  nəticədə etnik qarşıdurma yarandı. 

Buna görə də NATO aviasiyası tərəfindən bombardman edildi. Məhz bundan 

sonra Yuqoslaviya öz ordusunu Kosovodan çıxartdı  və NATO-nun sülh 

məramlı ordusu albanları şerblərdən qorumaq üçün Kosovaya girdi. 2002-ci 

ildə SRY Serbiya və Çernoqoriya adı ilə adlandırıldı. 2006-cı ildə keçirilən 

referendum nəticəsində Çernoqoriya da Serbiyadan ayrıldı və müstəqil dövlət 

yaratdı. - 284,303. 

 

181. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMTTŞ) -

BMT-nin daimi fəaliyyət göstərən mühüm orqanı. BMT-nin Nizamnaməsinə 

görə beynəlxalq sülhün və  təhlükəsizliyin qorunmasında  əsas məsuhyyət 

daşıyır. 15 üzvü var: 5 daimi (Çin, Fransa, Rusiya, Böyük Britaniya, ABŞ), 

10 üzvü isə 2 il müddətinə seçilir. Şuranın hər bir üzvü bir səsə malikdir. 

Prosedura məsələlərinə dair qərarlar  Şuranın 9 üzvü səs verdikdə  qəbul 

olunmuş sayılır. - 300,343,380. 

  

182. ATƏT-in Budapeşt Zirvə görüşü - 1994-cü il dekabrın 3-7-də 

Macarıstanın paytaxtı Budapeştdə keçirilmişdir. Görüşdə ATƏT-in üzvü olan 

ölkələrin dövlət və hökumət başçıları, o cümlədən Azərbaycan 

Respublikasının Prezidenti Heydər  Əliyevin rəhbərliyi ilə Azərbaycan 

nümayəndə heyəti iştirak etmişdir. Heydər  Əliyev Budapeşt sammitində 

regionlarda və bütünlükdə qitədə sülh konsepsiyasının həyata keçirilməsi 

üçün çox əhəmiyyətli fəaliyyət göstərdi. Budapeşt zirvə görüşündə ilk dəfə 

olaraq 



__________________________________________ 

453


Dağlıq Qarabağ problemi xüsusi məsələ kimi müzakirə olundu və «Dağlıq 

Qarabağ münaqişəsi ilə əlaqədar ATƏT-in fəaliyyətinin intensivləşdirilməsi» 

haqqında qətnamə qəbul olundu. - 286,380. 

 

183. Yeni  Azərbaycan Partiyası (YAP) - Azərbaycanda  ən kütləvi-

siyasi partiya. YAP 1992-ci il noyabrın 21-də Naxçıvan  şəhərində  təsis 

edilib. 81 rayon və 5 minə yaxın ilk partiya təşkilatında birləşən 180 min 

üzvü var. Partiyada Gənclər Birliyi və Qadın Şurası fəaliyyət göstərir. 

Parlamentdə 73 deputatla təmsil olunur. YAP Azərbaycanın dövlət 

müstəqilliyinin daha da möhkəmləndirilməsində, ölkəmizdə demokratik, 

hüquqi və dünyəvi dövlət qurulmasında və iqtisadi-siyasi islahatların həyata 

keçirilməsində fəal iştirak edir. YAP ölkəmizin ictimai-siyasi əyatında aparıcı 

qüvvədir. YAP-ın təsis konfransın (1992) mərhum prezidentimiz Heydər 

Əliyev yekdilliklə partiyanın sədri seçilmişdi. 2005-ci il mart ayından isə 

YAP-ın sədri prezident İlham Əliyevdir. -309-338. 

 

184. Əli Nağıyev, Ə l i T e y m u r o ğ l u (d. 1954) - 1996-2006-cı illərdə 

Azərbaycan Respublikasının  Əmək və  Əhalinin Sosial Müdafiəsi naziri 

olmuşdur. 2006-cı ilin mayında Azərbaycan Respublikasının Belarus 

Respublikasında fövqəladə  və  səlahiyyətli səfiri təyin edilmişdir. I çagırış 

Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. -

310,317,318,337. 

 

185. Zahid Qaralov, Zahid İbrahim oğlu (d.l934)-fizika riyaziyyat 

elmləri doktoru. 1956-84-cü illərdə bir sıra vəzifələrdə çalışmışdır. 1995-

2005-ci illərdə Milli Məclisin deputatı, həmçinin Milli Məclisin Yerli 

özünüidarə məsələləri komissiyasının sədri olmuşdur. -323. 

  

 



Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə