Microsoft Word H. Eliyev 21 cild haz?r doc



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə129/140
tarix21.06.2018
ölçüsü2,7 Mb.
#50297
1   ...   125   126   127   128   129   130   131   132   ...   140

__________________________________________ 

433


sının prezidenti olmuşdur. Ayaz Mütəllibov işində ciddi səhvlərə yol vermiş

nəticədə Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağdan azərbaycanlı əhalini 

çıxarmış və ərazini işğal etməyə nail olmuşlar. - 86, 87. 

 

86.  Surət Hüseynov, Surət Davud oğlu (d.I959)-l993-94-cü illərdə 

Azərbaycan Respublikasının Baş naziri olmuşdur. 1994-cü ilin oktyabrında 

Azərbaycanın müstəqilliyinə, suverenliyinə qarşı yönəlmiş çevriliş  cəhdinə 

rəhbərlik etmişdir. - 87, 333. 

 

87. Gəncə (1804-cü ilədək və 1918-35-ci illərdə  Gəncə, 1804-1918-ci 

illərdə Yelizavetpol, 1918-1990-cı illərdə Kirovabad) - Gəncə Azərbaycanın 

qədim şəhərlərindəndir. Sahəsi 107 km

2

, əhalisi 237 min nəfərdir. Gəncənin 



salındığı tarix dəqiq məlum deyil. Bəzi müəlliflər Gəncənin Makedoniyalı 

İsgəndərin dövründə (e.ə.336-323), başqaları isə e.ə. II eramızın IV əsrləri 

arasında salındığını göstərirlər. X əsrin ortalarından Gəncə iri siyasi, iqtisadi 

və  mədəni mərkəzə çevrildi. İpəkçilik, dulusçuluq və  sənətkarlıq xüsusilə 

inkişaf etmişdi. XI əsrin 2-ci yarısı -XIII əsrin əvvəllərində Gəncə Yaxın və 

Orta Şərqin mühüm ticarət, sənətkarlıq, siyasi və mədəni mərkəzlərindən idi. 

IV-XVII  əsrlərdə  Gəncə  dəfələrlə xarici işğalçılar tərəfindən dağıntılara 

məruz qalmışdır. XVIII əsrin ortalarında Azərbaycanda yaranan müstəqil 

feodal dövlətlərindən biri də Gəncə xanlığı idi. 

1796-cı ildə Rusiya ordusu Gəncəni tutdu. Lakin II Yekaterinanın 

ölümündən sonra Rus ordusu geri çağırıldı. Gülüstan müqaviləsinə (1813) 

əsasən Gəncə tamamilə Rusiyaya birləşdirildi. 

1918-ci il mayın 27-də Tiflisdə yaranmış müsavat hökuməti iyunun 16-da 

Gəncəyə köçdü. Gəncə ilk müstəqil Azərbaycan Xalq Cümhuriyyətin 

paytaxtı olmuşdur. 

Gəncə  sənaye məhsulları istehsalına görə Bakıdan sonra ikinci şəhərdir. 

Şəhərdə ağır və yüngül sənaye sahələri inkişaf etdirilir. 

Gəncədə «Regionların inkişafı Dövlət proqramının» həyata keçirilməsi 

nəticəsində yeni sənaye müəssisələri işə düşmüş  və  əhali yeni iş yerləri ilə 

təmin olunmuşlar. - 87, 175, 179. 

 

88. 1994-cü il oktyabr hadisələri - Oktyabrın 3-də Gəncə  və Qazaxda, 

həmçinin Bakıda Azərbaycanın dövlətçiliyinə, müstəqilliyinə düşmən olan 

qüvvələr tərəfindən dövlət çevrilişi cəhdi nəzərdə tutulur. Həmin 

  

  



 

  



__________________________________________ 

434


gün Bakıda fövqəladə  vəziyyət elan edilmiş  və Azərbaycan Prezidenti 

Heydər Əliyev televiziya və radio ilə xalqa müraciət etmişdi. Gecə olmasına 

baxmayaraq Bakı və ona yaxın yerlərdən yüz minlərlə insan Prezident Sarayı 

qarşısına toplaşaraq milli və  vətəndaşlıq həmrəyliyi nümayiş etdirərək 

Heydər Əliyevin siyasətini dəstəkləmişlər. - 87. 

 

89. Rəhim Qazıyev,  Rəhim Həsən oğlu (d. 1943) – texnika elmləri 

namizədi. 1992-93-cü illərdə Azərbaycan Respubluikasının müdafiə naziri 

olmuşdur. Ordu quruculugunda kobud səhvlərə yol vermiş, nəticədə 

Azərbaycan torpaqlarının bir hissəsi, o cümlədən  Şuşa  şəhəri ermənilər 

tərəfindən işğal olunmuşdur. - 87, 296. 

 

90.  1995-ci 11 mart hadisələri - Martın 12-13-də Qazax və Agstafa, 

martın 16-17-də isə Bakının 8-ci kilometr qəsəbəsində Xüsusi Təyinatlı  Polis 

Dəstələrinin bir qrup üzvünün silahlı  çıxışı  nəzərdə tutulur. Respublika 

rəhbərliyinin qəti tədbirləri nəticəsində çevriliş  cəhdinin qarşısı alındı  və 

silahlı dəstə tərksilah olundu. - 87, 88. 

 

91. OMON 



1992-95-ci illərdə Daxili İşlər Nazirliyinin tərkibində olan 

Xüsusi Təyinatli Polis Dəstələri (XTRD) - 87. 

 

92. Elçibəy, Əliyev Əbülfəz Qədirqulu oğlu (1938-2000) - 1989-cu ildə 

yaradılan AXC-nin, sonralar AXCP-nin sədri. 1992-93-cü illərdə Azərbaycan 

Respublikasının prezidenti olmuşdur.- 87 

 

93. «Şevron» - dünyanın  ən iri beynəlxalq enerji və kimya 

şirkətlərindən biri. Baş ofisi Amerikanın San-Fransisko şəhərində yerləşir. 

Neft və kimya sənayesinin bütün sahələrində iş görən «Şevron»un dünyanın 

100-ə  qədər ölkəsində 450 filialı, tərəfdaşı  və birgə müəssisəsi fəaliyyət 

göstərir. Müxtəlif ölkələrdə 41 000 işçisi var. - 91. 

 

94. Amerika Senatı ABŞ-da Konqresin yuxarı palatası nəzərdə tutulur. - 

98.  

  



__________________________________________ 

435


95. Ey-Bi-Si, 

 «Amerikan   Brodkastinq Kompani» -ABŞ-ın ümummilli 

teleradio kompaniyalarında biri. Əsası 1943-cü ildə Vaşinqtonda 

qoyulmuşdur. - 100. 

 

96. Azərbaycan Xalq Cümhuriyyəti - Müsəlman  Şərqində ilk dəfə 

dünyəvi, demokratik respublikanın  əsasını qoymuş müstəqil Azərbaycan 

dövləti. Cəmi 23 ay (1918-ci il mayın 28-də yaradılmış, 1920-ci il aprelin 28-

də bolşeviklərin və daşnakların səyi ilə devrilmişdir) yaşamışdır. Paytaxtı 

əvvəlcə  Gəncə (1918, 16 iyun - 17 sentyabr), sonra Bakı  şəhəri (1918, 17 

sentyabr - 1920, 28 aprel) idi. Azərbaycan hökuməti yeni suveren milli 

dövlətin müxtəlif problemlərinin həlli yollarında böyük əzmlə çalışırdı. 

Nazirlər Şurasının 27 iyun 1918-ci il tarixli fərmanı ilə respublikada dövlət 

dili türk dili elan edildi. Azərbaycan Respublikasının parlamenti 1919-cu il 

avqustun 11-də Azərbaycan vətəndaşlığı haqqında qanun qəbul etdi. Xalq 

maarifi sahəsində  qısa müddətdə böyük tədbirlər həyata keçirildi. Qori 

müəllimlər seminariyasının Azərbaycan  şöbəsi Qazaxa köçürüldü, Bakı 

Dövlət Universiteti təsis edildi, xarici ölkələrdə kadr hazırlığı  məqsədi ilə 

1919-20-ci tədris ilində 100 nəfər gənc Avropanın müxtəlif təhsil 

müəssisələrinə göndərildi. Məktəblərin xeyli hissəsi milliləşdirildi, 

kitabxanalar açıldı, savadsızlığın ləğvi üçün kəndlərdə kurslar yaradıldı. 

Azərbaycan Xalq Cümhuriyyətinin dövlət rəmzləri (üçrəngli bayraq, gerb, 

himn) milli Azərbaycan rəmzləri kimi tanındı. Azərbaycan dövlət bankı 

yaradıldı, 1918-ci ilin martında dağıdılmış neft sənayesi və Bakı-Batum neft 

kəməri bərpa edildi. - 102, 244. 

 

97. Cəfər Cabbarlı, Cəfər Qafar oglu (1899-1934) – böyük Azərbaycan 

yazıçısı, dramaturq. Cabbarlı yaradıcılıgı Azərbaycan  ədəbiyyatının 

inkişafına böyük təsir göstərmiş, istedadlı dramaturqlar nəslinin yetişməsində 

mühüm rol oynamışdır. Cabbarlının zəngin irsi Azərbaycan  ədəbiyyatı 

tarixində layiqli yer tutur. - 102. 

 

98. Mikayıl Müşfiq, İsmayılzadə Mikayıl Mirzə Əbdül qadir oğlu (1908-

1939) - görkəmli Azərbaycan  şairi. Poeziyasının  əsas qayəsi müasirlik, 

xəlqilik, humanizm olmuşdur. Onun lirikası forma etibarı ilə novatorluğun ən 

yaxşı nümunələrindəndir. Azərbaycanın  ən dəyərli milli ziyalı 

nümayəndələrini məhv edən sovet totalitar rejiminin repressiya 

qurbanlarındandır. -102. 

  

 



 

  

 



  


Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə