Microsoft Word H. Eliyev 21 cild haz?r doc



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə133/140
tarix21.06.2018
ölçüsü2,7 Mb.
#50297
1   ...   129   130   131   132   133   134   135   136   ...   140

__________________________________________ 

445


müstəqil Fələstin dövlətinin yaranmasını elan etdi. 1994-cü ildə isə 

Müvəqqəti Fələstin muxtariyyəti yaradıldı. - 144. 

 

147. Yasir Ərəfat (1929-2003) - 1969-cu ildən Fələstin Azadlıq Təşkilatı 

İcraiyyə Komitəsinin sədri, 1996-cı ildən Fələstin milli administraiyasının 

rəhbəri və  Fələstin hərbi qüvvələrinin Baş komandanı olmuşdur. Nobel 

mükafatı laureatıdır. - 144. 

  

148. Müstəqil Dövlətlər Birliyi (MDB) - 1991-ci il dekabrın 8-də 

Belorusiya, Rusiya və Ukrayna dövlət başçılarının imzaladıqları Saziş 

əsasında SSRİ dağıldıqdan sonra yeni dövlətlərarası birlik kimi yaradılmışdır. 

Azərbaycan 1993-cü ilin sentyabrında MDB-yə daxil olmuşdur. Tərkibinə 

keçmiş SSRİ-nin 12 müttəfiq respubhkası -Azərbaycan, Belarus, Ermənistan, 

Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Özbəkistan, Rusiya, 

Tacikistan, Türkmənistan, Ukrayna daxildir. MDB-nin 1993-cü ildə  qəbul 

edilmiş nizanınaməsində  aşağıdakı birgə  fəaliyyət sahələri nəzərda tutulur: 

insan hüquq və azadlıqlarının təmin edilməsi; xarici siyasi fəaliyyətin 

əlaqələndirilməsi; ümumi iqtisadi məkanın formalaşdırılmasında, nəqliyyat 

sisteminin və rabitənin inkişafında  əməkdaşlıq;  əhalinin sağlamlığının və 

ətraf mühitin mühafizəsi; sosial və mühacirət məsələləri, mütəşəkkil 

cinayətkarlıqla mübarizə; müdafiə siyasətində  və  sərhədlərin qorunmasında 

əməkdaşlıq. 

MDB-nin orqanları  aşagıdakılardır: Dövlət başçıları  Şurası; Hökumət 

başçıları  Şurası; Xarici işlər nazirləri  Şurası; Dövlətlərarası iqtisadi Şura; 

Mərkəzi Sankt-Peterburq şəhərində olan Parlamentlərarası Assambleya və s. 

MDB-nin daüm fəaliyyət göstərən orqanı Minsk şəhərində yerləşən 

Əlaqələndirmə  Məsləhət Komitəsidir. - 145-160, 164, 208, 240, 263,285, 

294, 295,296, 299. 

 

149. Dövlət Duması- 1906-ci ildə Rusiyada yaradılan nümayəndəli 

qanunvericilik müəssisəsi. 17 oktyabr Manifesti əsasında yaradılmışdı. 

Burada qanunlar müzakirə edilərək Dövlət  Şurasına təqdim edilir və çar 

tərəfindən təsdiq edilirdi. Duma 1917-ci il 6 oktyabra qədər fasilələrlə 

fəaliyyət göstərdi. 1993-cü il Rusiya Federasiyasının Konstitusiyasına əsasən 

Duma təzədən bərpa olundu. - 152,295. 

  

 

 



  


__________________________________________ 

446


150. Ümumdünya Ticarət Təşkilatı  - 1947-ci ildə  qəbul edilmiş 

müqavilə 23 ölkənin beynəlxalq ticarətdə gömrük rüsumlarının aşağı 

salınmasına və başqa çətinliklərin aradan götürülməsində hökumətlərarası 

qəbul etdiyi çoxtərəfli müqavilədir. Bu müqavilə 1995-ci ildə beynəlxalq 

ticarətdə rüsumlar haqqında qəbul edilmiş müqavilənin hüquqi varisidir. 

Təşkilatın  əsas prinsipi bütün iştirakçılar üçün münasib mühit 

yaratmaqdır. Təşkilata 130 ölkə daxildir. - 153. 

 

151. Abbas Abbasov, A b b a s Aydın o g l u (d.1949) - 1992-2006-cı 

illərdə Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini olmuşdur. 

Azərbaycan Respublikasının «İstiqlal» ordeni ilə  təltif olunmuşdur. - 

147,148. 

 

152. Yeltsin Boris Nikolayeviç (1931-2007) - Rusiyanın siyasi və dövlət 

xadimi. 1991-2000-ci illərdə Rusiya Federasiyasının ilk prezidenti olmuşdur. 

- 158,280,282,283,285,292. 

 

153. İran İslam İnqilabı - İranın daxilində Milli Cəbhənin, xaricdən isə 

ruhanilərin Fransada mühacirətdə olan başçısı Ayətüllah Ruhulla 

Xomeyninin rəhbərlik etdiyi ümumxalq hərəkatı. Bu hərəkat getdikcə 

gücləndi və 1979-cu ildə  şah (Məhəmməd Rza Pəhləvi) ölkəni tərk etdi. 

Mühacirətdən vətənə qayıtmış imam Xomeyni İran İslam Respublikasını elan 

etdi. - 170. 

 

154.  Əli Səlimi (1923-1992) - görkəmli Azərbaycan bəstəkarı, 

sənətşünaslıq elmləri doktoru. 1930-cu illərdə ailəsi ilə birlikdə Bakıdan 

İrana getmişdir. 1952-ci ildə Tehranda, 1978-ci ildə isə  Təbrizdə ilk 

Azərbaycan xalq çalğı alətləri orkestrini yaratmışdır. 1972-ci ildə 

YUNESKO-da görkəmli Azərbaycan bəstəkarı adına xüsusi stend açılmışdır. 

Bəstəkarın 100-ə  qədər mahnısı var. Onların içərisində «Ayrılıq» mahnısı 

xüsusi yer tutur. - 173. 

 

155. Füzuli  Məhəmməd Süleyman oğlu (1494-1556) -Azərbaycanın 

dahi  şairi və mütəfəkkiri. Azərbaycan, fars və  ərəb dillərində  qəsidə

müsəddəs, rübai, qitə və s.   yazmışdır. Aşiqanə qəzəlləri 

  



__________________________________________ 

447


ilə lirik şair kimi şöhrətlənmişdir. Yaradıcılığının zirvəsi olan «Leyli və 

Məcnun» poeması Azərbaycan, eləcə  də  Şərq və dünya poeziyasının nadir 

incilərindəndir. Kərbəlada dəfn edilmişdir. - 175,179,256. 

 

156. Rəşid Behbudov,  Rəşid Məcidoğlu (1915-1989) - böyük 

Azərbaycan müğənnisi. Azərbaycan və SSRİ xalq artisti. Müstəsna gözəl 

səsə malik olan Rəşid Behbudov Azərbaycan vokal məktəbinin görkəmli 

nümayəndələrindəndir. Dünyanın bir çox ölkələrində böyük uğurla keçən 

qostrol səfərlərində olmuşdur. SSRİ Dövlət mükafatı laureatı  və Sosialist 

Əməyi Qəhrəmanı idi. - 176. 



 

157. Bülbül, Murtuza Məşədi Rza oğlu Məmmədov (1897-1961) - 

Azərbaycan klassik vokal məktəbinin banisi, musiqi folkloru tədqiqatçısı. 

Bülbülün yaradıcılığı müasir Azərbaycan musiqili teatrı tarixində mühüm bir 

mərhələ  təşkil edir. Bülbül Azərbaycan xalq mahnılarını, təsnifləri böyük 

sənətkarlıqla ifa etmişdir. Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur. 

SSRİ xalq artisti və SSRİ Dövlət mükafatı laureatıdir. - 176,179. 



 

158. Hüseyn  Cavid, Hüseyn Abdulla oğlu Rəsizadə (1882 - 1941) - 

böyük Azərbaycan  şairi, dramaturq. Hüseyn Cavid Azərbaycan mütərəqqi 

romantizminin banilərindən biri olmuşdur. O, lirik şerlərin, lirik-epik, epik 

poemaların müəllifidir. 

Hüseyn Cavid daha çox dramaturq kimi tanınmışdır. Onun fəlsəfi və 

tarixi faciələri forma yeniliyi baxımından Azərbaycan dramaturgiyasında 

yeni bir mərhələ yaratmış, milli teatr mədəniyyətinin inkişafına qüvvətli təsir 

göstərmişdir. Azərbaycanın  ən dəyərli milli ziyalı nümayəndələrini məhv 

edən sovet totalitar rejiminin repressiya qurbanlarındandır.-176,177,178,179. 

 

159. Ömər Xəyyam (1048-1122-ci ildən sonra) — böyük fars və tacik 

şairi, riyaziyyatçı, filosof. O, riyaziyyata və  fəlsəfəyə dair çoxlu əsərlərin, 

dünya şöhrəti qazanmış rübailərin müəllifidir. - 176. 

 

160.  Əsgər Akayev (d.l944) - Qırğızıstanın siyasi və dövlət xadimi. 

1989-90-cı illərdə  Qırğızıstan EA-nın prezidenti, 1990-2005-ci illərdə 

Qırğızıstan Respubükasının prezidenti olmuşdur. - 187. 

  

 



 

  



Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə