Microsoft Word Firdovsi Shahname++. doc



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə77/78
tarix28.06.2018
ölçüsü1,51 Mb.
#52126
1   ...   70   71   72   73   74   75   76   77   78

 
448 
 Başından papağını dövran qapar! 
Yol aldı bulaqdan meydana sarı, 
Fikirdən, xəyaldan üzü sapsarı, 
Qolunda kəməndi, əlində kaman 
Çapıb gəldi Söhrab elə bu zaman! 
Salıb nərəsi aləmi lərzəyə
Atın sıçradıb, başladı həmləyə! 
Onun cürəti, qüdrəti, görkəmi 
Düşündürdü heyran qalan Rüstəmi. 
Görüb Rüstəmi şir ürəkli cavan, 
Cavanlıq qürurundan aldı təkan, 
Dedi: – Ey olan şir əlindən azad! 
Məgər etmədin zərbi-şəstimi yad. 
Yenə sən mənim qarşıma çıxmısan? 
Özün öz evini, demək, yıxmısan! 
Yenə atları bağladılar daşa, 
Bəla açdı bədxah tale başa! 
Güləş başlayanda iki şiri-nər, 
Yapışdı kəmərdən polad pəncələr. 
Kimə öz dönük bəxti etsə hücum, 
Daş olsa belə yumşalar sanki mum! 
Olan Söhrabın qüvvəsiylə tanış. 
Deyərdi: fələk əl-qolun bağlamış! 
O qorxmaz pələng qəmli idi yenə, 
Atıb pəncə Rüstəm onun çiyninə, 
Cavan pəhləvanın əyildi beli, 
Əcəl çatdı, taqətsiz oldu əli. 
Onu şir kimi vurdu Rüstəm yerə, 
Bilirdi o tez qalxacaqdır yenə, 
Belindən qılıncı çıxardı haman, 
Vurub sinəsindən axıtdıqda qan, 
Ürəkdən bir ah çəkdi, qıvrıldı bərk 
Yaman-yaxşı, hər arzunu qıldı tərk, 
Dedi: – Mən bəla açdım öz başıma, 
 
449 
Zəmanə çıxartdı səni qarşıma, 
Günahkar bu işdə fələkdir yenə, 
Məni çəkdi, saldı ölüm çənginə! 
Yaşıdlarım oynar uşaqtək hələ! 
Məni torpağa saldı dövran belə! 
Atamdan anam söhbət açdı hər an, 
Məhəbbətlə coşdu vücudumda qan! 
Onu axtarırdım, heyif, görmədim! 
Bu dünyada mən çox ömür sürmədim! 
Necə qıydın, ey qaniçən, canıma? 
Boyandı iti xəncərin qanıma! 
Zəmanə olar təşnə, bil, qanına! 
Batar dəşnətək tüklər əndamına. 
Balıqtək su altında tapsan məkan, 
Gecə kimi zülmətdə olsan nəhan, 
Uçub yer üzündən əgər bir kərə, 
Ucalsan bir ulduz kimi göylərə. 
Atam yerdə qoymaz mənim qanımı, 
Quru yerdə görsə cavan canımı, 
Bu ordu içindən gedər bir nəfər, 
Verər Rüstəmi-Zala mütləq xəbər 
Ki, Söhrab səni axtarıb hər zaman, 
O namərd əlində ölüb, verdi can! 
Eşitdikdə Rüstəm bu müdhiş sözü
Dumanlandı başı, qaraldı gözü. 
– Mənəm Rüstəm, ey kaş batsın adım, 
Gözüyaşlı qalsın elim, övladım! 
Çəkib nərə, qəlbində qan etdi cuş, 
Yıxıldı, başından onun uçdu huş 
Gəlincə huşa ahü fəryad ilə, 
Suallarla Söhrabı tutdu dilə, 
Varındırmı Rüstəmdən heç yadigar? 
Ona pəhlavanlıq adı olsun ar! 
Dedi: – Söylə sən, barı Rüstəmmisən, 


 
450 
Xəyanətlə öz oğlun öldürmüsən?! 
Bacardıqca verdim işarə sənə, 
Məhəbbət izi düşmədi qəlbinə! 
O gün ki, qapımda vuruldu təbil, 
Anam gəldi ağlar, mənə açdı dil, 
Fəraqımda öz canını dağladı, 
Qoluma bu qolbağı o bağladı. 
Dedi: yadigardır atandan, apar, 
Elə gün gələr ki, dadına çatar! 
Budur, gəldi, çatdı elə bir zaman, 
Ata qarşısında oğul verdi can! 
Anam ayrılıq dəmlərində yenə 
Tanış bir igid tapdı, qoşdu mənə. 
Müsahib ola, məsləhətlər verə, 
Atamı görəndə mənə göstərə. 
Heyif, öldürüldü cavan pəhləvan, 
Dönüb taleyim, halım oldu yaman! 
Sən indi, gəl, aç cövşənimdən bağı, 
Bu çılpaq qolumda gör o qolbağı; 
Açıb gördü qolbağ tanışdır ona, 
Sovurdu tozu, torpağı başına! 
Dedi: – Ey əlimdə mənim xar ölən, 
Hər eldə adı fəxr ilə söylənən! 
Qırıldı belim, bir də gülməz üzüm, 
Qıyınca sənə, kaş öləydim özüm! 
Saçın yoldu, gözdən töküb qanlı yaş, 
Üzü qanla örtüldü, torpaqla baş. 
Dedi Söhrab: – Az eylə ahü fəğan! 
Sağalmaz yaram, yüz ömür ağlasan, 
Özün öldürürsən, nədir faydası? 
Bela olmalıymış, budur qaydası! 
İkindiydi, Rüstəm hələ orduya 
Gəlib çıxmadı, düşdülər qorxuya. 
Qoşundan seçildi iyirmi nəfər
 
451 
Döyüş meydanından gətirsin xəbər. 
İki at o çöldə dayanmış, budur, 
O yanda toza qərq Rüstəm durur, 
Gəlib, atları gördü iranlılar, 
Yox idi fəqət Rüstəmi-namidar! 
Onu öldürülmüş güman etdilər, 
Çəkib ah igidlər fəğan etdilər! 
Xəbər tutdu dərhal Kavus şah 
Ki, Rüstəm ölüb, qaldı boş barigah! 
Qoşun əhlinə düşdü fəryad, şur, 
Hamı ağladı, sanki dünya qopur! 
Çalındı şah əmriylə şeypur, kus, 
O dəm hazır oldu sipəhdar Tus 
Dedi Tusa Kavus: – Ey pəhləvan! 
Götür atlı, meydana ol tez rəvan! 
O Söhrab nələr eyləmişdir, görək! 
İran halına ağlayaq biz gərək! 
Əgər Rüstəmi öldürübsə o, xar, 
İrandan ona qarşı-bəs kim çıxar? 
Gərək onda köç təbilini döydürək, 
Bu meydanı tərk eyləyək tez gərək 
Qoşundan ucaldıqda bu həmhəmə, 
Dilə gəldi Söhrab, dedi Rüstəmə: 
– Mənim ki, belə çatdı ömrüm başa, 
Oxu türklərin də toxundu daşa! 
Çalış, onlara qarşı ol xeyrxah, 
Qoşun çəkməsin Turana padişah! 
Mənəm İrana sövq edən onları, 
Rəva görmə axsın nahaq qanları! 
Ümidlə verib çox şirin vədələr, 
Mənəm, etmişəm onları dərbədər! 
Ata, onlara yaxşılıq arzula, 
Çalış, onları sal səlamət yola 
Dodağında ahlar, üzü qanlı yaş 


 
452 
Minib Rəxşi Rüstəm, çölə aldı baş! 
Çatıb ordugaha, qopardı fəğan, 
Özü öz işindən olub bağrı qan, 
Ona gəldi iranlılar dikdi göz, 
Önündə hamı torpağa qoydu üz. 
Döyüşdən o salim qayıtmış–deyə, 
Təşəkkürlə əllər açıldı göyə. 
Görüncə, səpib başına torpağı, 
Üzünə, gözünə salıb cırmağı, 
Sual verdilər ki, nə olmuş məgər? 
Kimin dərdi qılmış səni xuncigər? 
Açıb söylədi ki, o, nə iş görüb. 
Özü öz əziz öğlunu öldürüb! 
Onunla bərabər hamı ağladı, 
Fəğan yüksəlib, yer-göyü dağladı. 
Dedi Rüstəm: – Ey şanlı sərkərdələr, 
Daha qalmamış məndə candan əsər. 
Hücum etməyin bir daha türklərə, 
Nə lazımdı, mən etmişəm bir kərə, 
Dönüb, tez qayıtdı yenə meydana, 
Yetirdi özün can verən oğluna, 
Böyüklər də getdi onunla bəhəm, 
Qoca Tus, Gudərz ilə Gostəhəm, 
Dil açdı qoşun, qoydu üz torpağa, 
O nakam ölən gəncə etdi dua. 
Özü tanrı bu dərdə dərman edə, 
Çətin işləri bəlkə asan edə! 
O qəsd ilə ki, kəssin öz başını, 
Çəkib xəncəri, tökdü köz yaşını. 
Böyüklər qolundan onun tutdular, 
Töküb göz yaşı, etdilər ahü zar! 
Sual verdi Gudərz: – Ey qəhrəman! 
Nə xeyri, yerə çöksə də asiman? 
Özünə yüz işkəncə versən belə, 
 
453 
Sağalmaz əzizin bu dərman ilə! 
Əgər ömrü qalmışsa, ölməz yəqin, 
Onunla yaşa, gör oğul ləzzətin! 
Əgər getməli olsa bu növcavan, 
De, kimdir cahanda həmişə qalan? 
Başında dəbilqə və ya tac da var, 
Ölüm ovçudur biz hamımız şikar! 
Xitab etdi Gudərzə o pəhləvan: 
– Dayanma, qərargaha tez ol rəvan! 
Yetir şah Kavusa məndən salam! 
De, can üstədir, göz önümdə balam! 
İgid oğlumun köksünə dəşnəni 
Özüm vurmuşam, yer uda kaş məni! 
Yadından əgər çıxmamış xidmətim, 
Bir iş gör, azalsın qəmim, mönətim! 
Xəzinəndə var nuşdaru sənin, 
Odur dərmanı hər ağır xəstənin
Bir az nuşdaru və bir cam şərab, 
Mənə göndər, işlə böyük bir savab! 
O bəlkə sağalsın sənin bəxtinə, 
Mənim kimi xidmət edər təxtinə! 
Çapar gəldi Gudərz şahın yanına, 
Dedi Rüstəmin xahişini ona! 
Cavab verdi Kavus: – Gudərz, inan! 
Sağalsa o fil cüssəli pəhləvan, 
Olar Rüstəmə arxa, Rüstəm ki, var, 
Məni şübhəsiz, ortadan qaldırar! 
O boy, o kürək, o ağıl, o hünər. 
Geniş bu cahan Rüstəmə dar gələr! 
Eşitdinmi, Rüstəm nələr söylədi? 
Məni bu qoşun içrə xar eylədi!  
Dedi: saymaram şah Kavus nədir, 
Odur şəhriyar, onda bəs Tus nədir?! 
O görsə ki, Söhrab kimi oğlu var, 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə