Microsoft Word Firdovsi Shahname++. doc



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə72/78
tarix28.06.2018
ölçüsü1,51 Mb.
#52126
1   ...   68   69   70   71   72   73   74   75   ...   78

 
418 
Qəzəbdən, budur, şah özü odlanır! 
Deyərdin: qamış od tutubdur, yanır! 
Qolundan gedib tutdu Tus Rüstəmin
Donub qaldı mat pəhləvanlar həmin, 
Çalışdı, saraydan uzaqlaşdıra, 
Apardım deyə Kavusu çaşdıra. 
Təhəmtən şaha söylədi qəhr ilə: 
-Saqın, oynama atəş ilə belə 
Ki, rüsvayçılıqdır bütün işlərin, 
Sənin şah təxti deyildir yerin! 
O Söhrabı, get, dardan as, hökmdar, 
Varınsa hünər, düşməni eylə xar! 
Vurub, Tusu atdı kənar, eylə bil 
Ki, vəhşi fil üstündən uçdu təbil! 
Dönüb baltalanmış nəhəng bir tirə, 
Mayallaq aşıb Tus dəydi yerə. 
Təhəmtən çıxıb Rəxşə oldu səvar, 
Dedi: – Tacbəxşəm mən, aslanşikar! 
Yanımda mənim şah Kavus nədir? 
Qolumdan tutub dartan o Tus nədir? 
Mənim Rəxş–təxtim, qulumdur–cahan! 
Dəbilqə–tacım, gürz–üzükdür, inan! 
Bu parlaq qılıncı çəkərsəm gecə, 
Dolar başla meydan, görərsiz, necə! 
Qılıncımla nizəm pənahdır mənə, 
Ürək bu iki qolla şahdır məna! 
Məni incidir şah, ona qul olam? 
Qul olsam da, öz tanrıma mən qulam! 
Sabah tutsa İranı Söhrab əgər, 
Nə yaşlı, nə də körpəyə rəhm edər! 
Ağılla, fərasətlə rəftar edin, 
Bu dərdə əlac arxasınca gedin!  
İranda məni bir də görməzsiniz, 
Qanadlı quşu gəzməyin yerdə siz! 
 
419 
Dilavərlərin bağrına doldu qan, 
Çün onlar sürüydü, Təhəmtən çoban! 
Hamı dedi Gudərzə: –Sən, ay kişi, 
Asanca düzəldirsən hər bir işi! 
Təhəmtən, yəqin ki, səni dinləyər, 
Bu işdən sənə yetməz əsla zərər! 
Bu divanə şahın hüzuruna get, 
Onunla açıqca danış, söhbət et! 
O yağlı dilinlə, gəl, imdada çat
Bu xalqın yatan bəxtini sən oyat! 
Bu təklifi Gudərz etdi qəbul, 
Şahın yanına durmadan aldı yol. 
Dedi şaha: – Rüstəm nə etmiş bu gün? 
Sən İranı viran qoyursan özün! 
Yadından məgər çıxdı Hamavəran? 
Səni kor qoyan div, o Mazəndaran? 
Buyurdun: çəkin Rüstəmi tez dara, 
De, şahlıq hara, bu səfeh söz hara? 
Tutaq, getdi o, çatdı turanlılar 
Ki, Söhrab kimi orda sərkərdə var! 
Hanı səndə Rüstəm kimi pəhləvan, 
Döyüşlərdə Söhraba tutsun divan? 
Bələddir qoca Gəjdəhəm orduna, 
Bütün pəhləvanlar tanışdır ona! 
Deyir: yox elə pəhləvan ki, hələ 
Vuruşmaqda Söhraba üstün gələ. 
Təhəmtən kimi bir igid aslanı 
Özün küsdürürsən, de, ağlın hanı? 
Qulaq verdi diqqətlə Gudərzə şah, 
Başa düşdü ki, işləmişdir günah. 
Düşündü ki, haqsız qızıb gözləri, 
Əbəs söyləmişdir acı sözləri. 
Təşəkkürlə Gudərzə üz tutdu şah, 
Dedi: –Sözlərin haqdır, ey xeyrxah! 


 
420 
Gərək şah ağıllı, səbirli ola, 
Bu işlər acıqla salınmaz yola! 
Siz indi onun arxasınca gedin, 
Dilimdən ona mehribanlıq edin! 
Yadından çıxartsın olub keçmişi, 
Salaq yaxşılıqla yola hər işi. 
Şaha baş əyib, çıxdı Gudərz tez, 
Cahanpəhləvana tərəf qoydu üz. 
Dalınca onun düşdü sərkərdələr, 
Hamı Rüstəmə xahişə gəldilər. 
Çatıb Rüstəmə, səf çəkib durdular, 
Yanında böyük bir büsat qurdular. 
Dedilər: – Yaşa, ey cahanpəhləvan! 
Səadətlə dünyada ol kamiran! 
Xar olsun bu dünyada düşmənlərin! 
Zəfər taxti üstündə olsun yerin! 
Bilirsən ki, Kavusda yoxdur ağıl, 
Qəzəbləndimi, söyləyir boş nağıl 
Coşur, gurlayır, tez də peşman olur, 
Yatır hirsi, adi bir insan olur. 
Sizi boş yerə incidib padişah, 
Yox iranlılarda bu işdə günah! 
Özü şah belə bilməyir, neyləyir, 
Təəssüflə barmaqların çeynəyir. 
Cavab verdi Rüstəm ki: – Kavusu mən 
Adam saymıram, doğrusun istəsən. 
Yəhər təxtim olmuş, dəbilqə tacım, 
Zireh paltarım, mən ölümdən qaçım? 
Özündən çıxıb şah, yaman odludur, 
Bağırmaqla Kavus kimi qorxudur? 
Yanımda bu bir cəngə torpaq qədər 
Onun qiyməti yoxdur, ey namivər. 
Başım şişdi, könlüm qana döndü, mən 
Xudadan savay qorxmuram kimsədən! 
 
421 
O çox söylədi, batdı məclis qəmə, 
Cavabında Gudərz dedi Rüstəmə: 
–  Bu gün ölkədə, orduda xəlvəti 
Kim isə yayır bir belə sehbəti. 
Təhəmtən o türkdən, yəqin, qorxaraq, 
Bəhanə gəzirmiş ki, düşsün qaçaq. 
Necə Gəjdəhəm bildirib şaha çün. 
Gərək ölkədən xalq köçsün bütün. 
Deyirlər ki, Rüstəm döyüşdən qaçır, 
Bu qaçmaqla da bizlərə yol açır. 
Saray əhlinin də budur söhbəti, 
Şahın qəhri idi onun məqsədi. 
Sanırlar hamı Söhrabı əjdəha, 
İran namına get güzəştə şaha! 
Cahanı tutubdur adın, şöhrətin, 
Qayıtsan əgər əskilər hörmətin. 
Düşün bir də, düşmən gəlibdir yaxın, 
İran təxtü tacına qıyma, saqın! 
Təhəmtən eşitdikdə bu sözləri, 
Qızardı üzü, titrədi dizləri, 
Dedi: – Zərrəcə qorxuramsa əgər, 
Cahanda nəfəs çəkməyimdir hədər! 
Bu söhbət, bu söz Rüstəmə gəldi ar, 
Şahın yanına getdi o namidar. 
Onu görəcəyin şah tez qalxaraq: 
– Bağışla, – dedi, – mən qızışdım bayaq! 
Bir az cırtqozam, həm də kəmhövsələ? 
Nədir çarəm, allah yaratmış belə?! 
O gündən ki, bu gənc düşmən gəlib, 
Ürək tellərim tük kimi incəlib, 
Səni, darda qalmışdım, etdim tələb, 
Gecikdin, mənə gəldi qalib qəzəb. 
Səni incidən yerdə sınsın belim, 
Yanaydı kaş ağzımda hərzə dilim! 


 
422 
Cavab verdi Rüstəm ki: – Ey şəhriyar! 
Sənə biz quluq, sən böyük hökmdar! 
Budur, hazıram əmrinə müntəzir! 
Ağıl səndə, güc səndə–yox bunda sirr! 
Dedi şah: – Bu gün yaxşı məclis quraq! 
Sabah düşmənin qarşısında duraq! 
Düzəltdi elə məclis axşam çağı, 
Şahın eyvanı oldu cənnət bağı. 
Ucaldı göyə ney səsi, dəf səsi, 
Gül üzlü, gözəl qızların nəğməsi. 
İçildi gecə sübhədək badələr, 
Nə dincəldi, nə susdu xanəndələr. 
Səhər əmr verdi ki, Tus Giv ilə 
Səfər təbilini bağlasınlar filə. 
Xəzinədən çox payladı simü zər, 
Qoşun atlanıb, sursatı çəkdilər. 
Süpər əldə, covşənli yüz min səvar, 
Çapıb, ordugaha gəlib çatdılar. 
Şəhərdən bir ordu töküldü çölə, 
Tozundan Günəş gözdən itdi bela. 
Quruldu iki mil boyunca çadır, 
Bütün yer üzün tutdu fil, at, qatır, 
Qoşundan qaraldı hava, dağ təmiz. 
Təbil səslərindən coşurdu dəniz. 
Gedir atlılar bircə an durmadan
Günəş də görünmürdü tozdan, inan. 
Tozun arxasında polad nizələr, 
Sanardın min ulduz yanar, hey sönər. 
Neçə rəngdə bayraq vurar dalğalar, 
Qızıl təsməli çəkmələr parlayar. 
Deyərdin: gecə-gündüz artıq bitib, 
Nə təkcə Sürəyya, fələk də itib. 
Daşı toz edib torpağa qatdılar, 
Qala qənşərinə gəlib çatdılar. 
 
423 
Keşikxanadan gördülər ordunu, 
Xəbər verdilər Söhraba tez bunu, 
İran ordusundan tutunca xəbər. 
Çıxıb bürcə Söhrab, saldı nəzər. 
Nə gördü: qoşunla dolubdur cahan, 
Humanı çağırdı, dedi: – Pəhləvan, 
Görürsən, nə çoxdur İran ordusu? 
Bizimçün gərək olmasın qorxusu! 
Bu ordu içinda hanı bir nəfər 
Ağır gürzlə çarpışan şiri-nər? 
Günəşlə Ayın yardımıyla bu dəm 
Mənimlə bu meydana qoysun qədəm! 
Silah çox, adam çoxdur; ancaq ki, mən 
Görə bilmirəm bir dilavər, nədən? 
Mən Əfrasiyab naminə gör necə 
Edim qanlı darya çölü nndicə! 
Cavan pəhləvan düşmədi qorxuya. 
Enib bürcdən gəldi tez orduya, 
Dedi saqiyə: – Camı doldur, gətir 
Düşünməzdi meydan nə, qorxu nədir? 
O yandan da əmr eylədi şəhriyar, 
Qala qarşısında çadır qurdular. 
Çadırlar vuruldu dağa, həm çölə 
Ki, yer qalmadı bir qarış da belə, 
 
Çəkildi Günəş pərdəyə gizlicə
Qoşun çəkdi səhraya aülmət gecə, 
Təhəmtən yönəldi şahın yanına, 
Ürək kin dolu, od düşüb canına 
Dedi: – Şah mənə izn versə əgər 
Dəbilqə qoyub, bağlamazdan kəmər 
Gedim, bir görüm bu qılınc oynadan 
Hayandan gəlib, kimdir, ey hökmran? 
Görüm hansı sərkərdələrdir gələn? 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə