Microsoft Word Firdovsi Shahname++. doc



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə74/78
tarix28.06.2018
ölçüsü1,51 Mb.
#52126
1   ...   70   71   72   73   74   75   76   77   78

 
430 
İran ordusuna dayaqdır, inan! 
Dedi: – Günçıxan səmtə bir sal nəzər
Sərapərdə var – rəngi ağ, üstü zər, 
Önündə onun mindən artıq savər, 
Çəkib səf, igidlər keşikdə durar. 
Piyada ələ nizə, qalxan alıb, 
Çölü ağzına sanki ümman alıb. 
Süpəhdarın altında təxt – şirmayi, 
Uca təxtdə gövhərin yox sayı. 
Asıb hər tərəfdən ipək parçalar, 
Neçə çərgə qul xidmətində durar, 
Sərapərdəyə var yaxın bir çadır, 
Piyada qoşunlar önündə hazır. 
De, kimdir sərapərdədə əyləşən? 
Onun barəsində mənə söylə sən! 
Dedi: – O, Fəribürz şahzadədir, 
İgidlər tacı, qorxmaz, azadədir. 
Dedi: – Qırmızı bir sərapərdə var, 
Önündə piyada qoşunlar durar. 
Qaban şəkli var bayrağında onun, 
Başı altun Ay, nizəsiysə uzun... 
– Qorazdır – dedi – ordakı namidar, 
Döyüşdə tutar, şirləri parçalar. 
Ağılda, hünərdə çəkib givlərə, 
Gərər döş həmişə çətinliklərə. 
Atasından o bir soraq almadı, 
Həcirə, deyən, yaddı Rüstəm adı. 
Nə istərsən, istə, fəqət ruzigar 
Özü hər nə istər, edər aşikar. 
Zəmanə nə yazmışsa, o, olmalı, 
Axar su gəlib arxına dolmalı, 
Ata həsrətiylə yenə o cavan 
Yaşıl çadırı bir də verdi nişan. 
Dedi: – Gəl, onun da adından danış, 
 
431 
O qat-qat kəmənddən, atından danış! 
Cavab-verdi ki, nə bilirdim, dedim, 
Nə söz gizlədib, nə yalan söylədim, 
Adın bilmədim təkcə o çinlinin, 
Deyilləm onunla tanış, əfv edin! 
Dedi Söhrab: – İnsafmıdır, ey əmi, 
Yarım sözlə yad etmədin Rüstəmi. 
Cahanpəhləvan adlanan bir nəfər 
Bu ordu içində necə gizlənər? 
Deyirdin: odur ordunun aslanı, 
Elin, ölkənin bəs pənahı hanı? 
Həcir söylədi: – O igid qəhrəman, 
O, aslanları pəncəsiylə tutan 
Gedib dincələ, Zabilistandadır! 
Əlində qədəh bir gülüstandadır! 
Dedi: – Boş danışma, çətindir zaman, 
Gör, hərbə gəlibsə böyük hökmran, 
Cahanpəhləvan heç içib əylənər? 
Elə qəhrəmana bütün el gülər! 
Uzun söhbətə yox bu gün vaxtımız, 
Səninlə bu olsun bizim əhdimiz
Mənə Rüstəmi sən tanıtsan əgər, 
Başın, harda olsan, göyə yüksələr! 
Söylərəm, xəznəmi sənə, gəl, apar, 
Sənindir varım, dövlətim, hər nə var! 
Əgər saxlasan gizli bu sirri sən, 
Mənə bircə kəlmə yalan söyləsən, 
Yəqin bil, bədəndən başın ayrılar, 
Fikirləş özün, səndədir ixtiyar! 
Bilirsənmi, möbid şaha söyləmiş, 
O dəmdə ki, bir sirri faş eyləmiş 
Ürəkdə qalıb, düşmədən dillərə, 
Söz oxşar daş içrə olan gövhərə. 
Daşı sındırıb, gövhəri yonsalar,  


 
432 
Minər qiymətə, gün kimi parlayar. 
Həcir söylədi:-Hansı bir hökmdar 
Olarsa əgər təxtü tacdan bezar, 
Atar can elə bir kəsin çənginə 
Ki, fil tab gətirməz onun cənkinə. 
Fələk dursa Rüstəmlə çarpışmağa 
Başı asimandan düşər torpağa. 
Çinardan uca bir başı gəzdirən, 
Var onda yüz aslan gücündə bədən 
Döyüş meydanında qəzəblənsə, bil, 
Nə insan durar qarşısında, nə fil! 
Elə fil tapılmaz bütün dünyada! 
Ona qarşı olsun çətin davada! 
Onun Rəxşinin dırnağından qopan 
Toza tutiya tay deyildir, inan! 
Cavab verdi Söhrab ki, bədbəxt atan, 
O azadə Gudərz, Kəşvadəqan 
Bu güc, bu bilək, bu hünərlə, Həcir, 
Nə üzlə sənə doğma oğlum deyir! 
Nə ömründə bir pəhləvan görmüsən
Nə qovğalı meydanda at sürmüsən. 
Odur ki, öyürsən belə Rüstəmi, 
Basılmaz bilirsən hələ Rüstəmi. 
Coşub daşmayırsa dəniz, müxtəsər, 
Odun şöləsi qorxulu görsənər. 
Yerindan əgər oyansa göy dəniz, 
O müdhiş alovdan yəqin qalmaz iz 
Qılıncı çəkərsə Günəş bircə an 
Qaranlıqdan aləmdə qalmaz nişan. 
Özü-özlüyündə düşündü Həcir, 
Desəm Təhəmtən ordu qəlbindədir, 
Bu boylu-buxunlu, yenilməz cavan, 
İti pəncəli, güclü türk pəhləvan 
O fil cüssəli köhləni oynadar, 
 
433 
Təhəmtənlə uzləşməyə can atar. 
Bu qol, bu kürək, bu güc ilə, yəqin, 
Salar cismini torpağa Rüstəmin! 
Onun sonra bəs qarşısın kim alar? 
Gedib şah Kavusu təxtdən salar. 
Kişi düşmənə göstərincə kömək 
Şərəflə, rəşadətlə ölsün gərək! 
Məni öz əliylə o çəksə dara, 
Yəqin ki, bu dünya geyinməz qara. 
Atam yetmiş oğluyla sağdır hələ, 
Düşüb adları pəhləvantək  dilə. 
O möbid demişkən, budur son sözüm 
İran yoxsa, qoy məhv-olum mən özüm 
Çəməndə qopub sərv düşsə əgər, 
Turac ətri otdan alarmı məgər? 
Dedi Söhraba: – Nə yorursan özün, 
Niyə Rüstəm haqqındadır hər sözün? 
Onunla, çalış, gəlmə  sən üz-üzə 
Səni toz edib, bil,  səpər bu düzə! 
Təhəmtən asanlıqla keçməz ələ, 
Ona zor gələn olmamışdır hələ! 
Həicirin sözü bərk toxundu ona, 
Vurub yumruq ilə onun boynuna, 
Yerə sərdi, qəhr ilə döndərdi üz, 
Qərargahına doğru yollandı düz. 
Geyindi zireh əyninə durmadan 
Dəbilqə qoyub başına pəhləvan, 
Damarda qanı coşdu, döndü oda, 
Oturdu qaçışda iti bir ata, 
Ələ aldı nizə, coşub Nil kimi, 
Sürüb getdi meydana bir fil kimi! 
Hərif istədi, susdu iranlılar, 
Döyüşmək deyil, baxmağa qorxdular. 
Üzəngi ayaqda əlində cilov, 


 
434 
Qolu, nizəsi püskürürdü alov! 
Bütün pəhləvanlar düşündü bir an 
Ki, qızmış filə oxşayır bu cavan! 
Onun şəstinə baxmaq asan deyil! 
Ona tay–bərabər bir insan deyil! 
Çəkib nərə Söhrab, gəzib meydanı, 
Dedi: – Göstərin, şah Kavus hanı? 
Tutub şaha üz, söylədi pəhləvan: 
– De, yaxşı gedir işlərin, hökmran? 
Neçin söylənir şah Kavus adın? 
De, harda qalıb şahlıq istedadın? 
Bu nizə gərək sinəni dağlasın, 
Fələklər sənin halına ağlasın. 
Yetəndə geçə qətlə, bil, Jəndərəzm, 
Qəzəblə müqəddəs bir and içmişəm. 
İranda nə qədər qoşun var, qıram, 
Salıb şahı təxtdən, dara qaldıram. 
Varınsa ləyaqətli bir pəhləvan, 
Vuruşmaq üçün qarşıma qıl rəvan! 
Dedikcə dedi, coşdu o namidar, 
Cavab verməyə qorxdu iranlılr. 
Çapıb gəldi, çatdı sərapərdəya, 
Vurub nizəni şah olan qübbəya, 
Qolunda onun fil gücü var axı, 
Sərapərdənin çıxdı yetmiş mıxı. 
Ucaldı tamam şah sarapərdəsi, 
Ucaldı qoşundan həya-huy səsi. 
Düşüb qorxuya ordu qaçdı, budur, 
Neçə şir görəndə qaçar çöldə gur. 
Qəmə batdı Kavus, dedi: – Əlaman, 
Tapılmazmı sizdən elə qəhrəman, 
Gedib Rüstəmi-Zala verin xəbər 
Bu türk etdi aslanları dərbədər. 
Yoxumdur mənim bir elə pəhləvan, 
 
435 
Cəsarətlə meydana olsun rəvan 
Şahın elçisi Rüstəmə oldu Tus, 
Gedib söylədi, nə demiş Key Kavus. 
Dedi Rüstəm: – Əvvəllər hər hökmdar 
Verərkən mənim-dəvətimə qərar, 
Gah ənam bağışlardı, gah da şərab, 
Bu Kavusdan ancaq ki, gördüm əzab, 
Buyurdu ki, Rəxşə qoyulsun yəhər, 
Yağırdı igidlər üzündən zəhər. 
Çadırdan nəzər saldı Rüstəm çölə, 
Nə gördü: ötər Giv təşviş ilə. 
Qoyub Rəxşə Qorgin parlaq yəhər
– Gecikmə, – dedi – atlan, ey şiri-nər! , 
Çəkib tərki Röhham kimi pəhləvan, 
Ata bağladı Tus bərgostəvan. 
Hamı bir ağızdan deyirdi: – Tələs! 
Doğurmuşdu Rüstəmdə heyrət bu səs! 
Dedi: – Əhrimən qol qoyubdur işə, 
Deyil bais o bir nəfər təşvişə! 
Geyindi tez əyninə bəbri-bəyan 
Kəyani kəmər bağladı pəhləvan. 
Minib Rəxşə Rüstəm, düzəldi yola, 
Buyurdu Zəvarə keşikdə qala. 
Yanınca onun bayrağın çəkdilər, 
Qəzəbdən üzündən yağırdı zəhər. 
Baxıb gördü Söhrabdakı əndamı, 
O, görkəmdə xatırladırdı Samı. 
Dedi: – Gəl, səninlə keçək bir yana, 
Sürüb at, gələk üz-üzə meydana. 
Coşub, əl-ələ sürtdü Söhrab o dəm, 
Cəsarətlə meydana qoydu qədəm. 
Dedi Rüstəmə: – Bəllidir keçmişin, 
Döyüşlə, savaşla olubdur işin. 
İrandan neçin istəməzsən kömək? 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə