Microsoft Word Firdovsi Shahname++. doc



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə71/78
tarix28.06.2018
ölçüsü1,51 Mb.
#52126
1   ...   67   68   69   70   71   72   73   74   ...   78

 
412 
Onun vurduğu gürzdən dağ uçar. 
Alarsa o hindi qılıncı ələ, 
Salar dağ-daşa, dəryaya vəlvələ. 
Bağırsa, deyərsən ki, göy gurlayır, 
Vuranda qılınc, ildırım parlayır, 
Görüncə ki, düşmən keçib İrana, 
Həcir atlanıb, qoydu üz meydana. 
Dayandı o Söhrab ilə üz-üzə, 
Daha görmədim at belində gəzə. 
Həcirə aman vermədi qırpa göz, 
Dil açdı, desin, qaldı ağzında söz. 
Götürdü yəhərdən onu quş kimi, 
Bu halı görən qaldı bihuş kimi. 
O, Söhrab əlində əsirdir bu gün, 
Həcirsiz, inan, bağrı qanıq bütün! 
Bu yerdə uzun bir ömür sürmüşəm, 
Turandan nə çox pəhləvan görmüşəm 
Bununtək dilavər, bununtək qoçaq, 
Verən olmamış türk elindan soraq, 
Onun cənginə keçsə hər namidar, 
Önündə iki ordunun xar olar. 
Döyüş vaxtı dağ üstə çapsa atı, 
Üzəngiylə yeksan olar dağ qatı. 
Onuntək görən olmamış at sürən, 
Deyər, atlanıb Sam gəlir, hər görən. 
Onun taleyi göylərə boy atır, 
Bizim pəhləvanınsa bəxti yatır. 
Əgər bir neçə gün də səbr eyləsək, 
Nə tədbir görsək, nə söz söyləsək, 
İran padşahı həyan durmasa, 
Qoşun çəkməsə, pusqudan vurmasa, 
Qala tab gətirməz onun zərbinə, 
Kimin cürəti var çıxa hərbinə? 
O güc qarşısında nədir Ağ qala? 
 
413 
Onunla yürüşdə qalır şir dala. 
Yazıldı gecə, namə yetdi sona, 
Tapıb qasidi, etdi təslim ona. 
Dedi: – Sübh tezdən apar naməni 
O, turanlılar görməsinlər səni! 
Şaha namə saldı yola Gəjdəhəm, 
Özü verdi köç əmri könlündə qəm. 
Çatıldı, nə lazımdı, tez karivan, 
Yola gizli bir yolla oldu rəvan. 
Gecəykən qalanı ki, tərk etdilər, 
İranşəhrə doğru çıxıb getdilər. 
Günəş dağ dalından ucaldanda baş 
Hazırlaşdı türklər qoparsın savaş. 
Sipəhdar Söhrab qapıb nizəni, 
At üstündə cövlan vurub ərsəni.
79 
Qala səmtinə çapdı o pəhləvan, 
Baxıb gördü: çoxdan köçüb karivan. 
Darvazanı açıb keçdi şiri-nər, 
Yox idi silah gəzdirən bir nəfər. 
Qala əhli gəldi onun yanına, 
Aman istədi hər kəs öz canına. 
Neçə gün sonra naməni aldı şah, 
Oxutdu, qəmə qərq olub, çəkdi ah. 
Çağırtdırdı əyanları dərbara, 
Açıb söylədi dərdini onlara. 
Qoşundan gəlib cümlə sərkərdələr 
Hüzurunda Kavusun əyləşdilər. 
Gəlib Tus, Gudərz, Kəşvad, Giv 
Və Qorgin, Bəhram, Fərhad, Niv, 
Haman naməni göstərib onlara, 
Dedi: – Söyləsin, kim bilirsə çara! 
Siz, ey pəhləvanlar, bilin aşikar, 
Bizim qarşımızda çətin iş durar. 
O Söhrabdan Gəjdəhəm ki, yazır, 


 
414 
Düşündükcə insanın ağlı azır. 
Gedər əldən İran, geciksək əgər
Onun öhdəsindən, deyin, kim gələr? 
Deyib dinlənildi, bu oldu qərar: 
Gedə Zabilistana Givi-səvar, 
Gedib, Rüstəmi işdən agah edə, 
Deyə, qorxu var, ölkə əldən gedə. 
Gətirsin bu meydanə bəlkə onu, 
O qalib çıxardar bizim ordunu. 
İşi darda qalmışdı şahın yaman, 
Dəbirlə oturdu naçar yanbayan. 
 
Dəbirə belə söylədi şəhriyar: 
Bu ünvana yaz: Rüstəmi namidar! 
Birinci: – Böyük tanrıya afərin, 
O, sultanıdır həm göyün, həm yerin. 
İkinci: – Sən, ey namivər pəhləvan! 
Ömür sür səadətlə, ol şadiman. 
Sənə pəhləvanlar ümid bağlayar, 
Çox aslanlar olmuş əlində şikar
O Hamavəran mülkünü fəth edən, 
İgidliklə Mazəndarana gedən, 
Əgər gürz vursan, Günəş ağlayar, 
Qılıncın sənin Zöhrəni dağlayar. 
Toza döndərəndə daşı, torpağı, 
Edər tutiya Rəxşinin dırnağı.
80 
Oxunla yıxarsan yerə aslanı, 
Sənin gürzünə qatlaşan fil hanı? 
Kəməndin əsiri neçə şiri-nər, 
Uçar dağ, dağa nizə vursan əgər. 
Yaman gündə İrana sənsən pənah, 
Səni pəhləvanlar bilir xeyrxah! 
O məktubu ki, göndərib Gəjdəhəm, 
Oxundu, böyüklər mənimlə bəhəm 
 
415 
Dedilər ki, səndən savay dünyada 
Elə bir adam yox ki, çatsın dada. 
Görüldü belə məsləhət ki, gərək 
Dalınca sənin Givi tez göndərək. 
Bu namə sənə çatcağın durma, gəl, 
Götür-qoysuz heç bir işə qatma əl! 
Böyük bir qoşun topla öz başına, 
Yolu Zabilistandan al qarşına! 
O Söhrabı ki, Gəjdəhəm söyləyir, 
Sən ancaq edərsən əlində əsir. 
Givə ayrılıqda dedi padşah:  
– Atı dörd nala çap, cilov çəkmə, ah! 
Yubanma, yetir naməni Rüstəmə, 
Durub, dincəlib, bir kəsə söz demə! 
Kecə çatmış olsan, qayıt, gəl səhər, 
Ona söylə, iş pisdir, ey namivər! 
Geciksən, bu gənc aləmə od vurar, 
Demişlər: kiçik düşməni tutma xar! 
Alıb naməni, Giv döndü yelə, 
Yeyib yatmadan yol gedirdi elə. 
Yaxınlaşdı ta Zabilə bir səhər, 
Gəlib Rüstəmi-Zala çatdı xəbər. 
Təhəmtən xəbər verdi əyanlara
Qoşunla, büsatla çatıb onlara, 
Giv atdan enib, göstərib ehtiram, 
Dedi: – Rüstəmi-namidara salam! 
Enib Rəxşdən Rüstəmi-namidar, 
Soruşdu: – İranda, qoşunda nə var? 
Gedib birbaşa Rüstəmin qəsrinə, 
Hal-əhval soruşdu Təhəmtən yenə. 
Verib naməni Giv ona, bir qədər 
Danışdı ki, Söhrab nə tüğyan edər. 
Baxıb naməyə, Givə asdı qulaq, 
Gülümsündü, Rüstəmdə artdı maraq. 


 
416 
Dedi: – Sama oxşar bu gənc pəhləvan 
Ki, Turandan İrana olmuş rəvan. 
Belə güclüdürsə, yəqin yad deyil, 
Onu sən bir azadənin oğlu bil! 
Səmənganda şahzadə Təhminədən 
Bir oğlum olubdur, fəqət mən bilən
O çox körpədir, təşnə olmaz qana, 
Beşikdən qoyubmu qədəm meydana? 
Səməngana vardı gedən bir nəfər, 
Ona yolladım çoxlu altun, göhər. 
Cavab gəldi: oğlun yaman boy atır, 
Uşaqlıq çağında kamala çatır. 
İçir südqoxan ağzı ilə şərab, 
Gətirməz yaşıdları zərbinə tab. 
Bugün biz də gəl dəm-dümə başlayaq, 
Quru ağzımızı bir az yaşlayaq. 
Gedək sonra şahənşahın yanına, 
Kömək göstərək pəhləvanlarına. 
Nə olmuş, yatıbdır məgər bəxtimiz? 
Çətinlik görüncə çəkildik nə tez? 
Dəniz dalğa-dalğa coşarsa əgər, 
Alovpüskürən yanğını söndürər. 
Məni bayraq altında görsə, inan, 
Dönər matəmə işrəti qorxudan! 
Girişməz bu tezliklə hərbə hələ, 
Nə lazım bu işdə tələsmək belə? 
Şərabdan süzüb dalbadal içdilər, 
Şahı yad edib Rüstəmə keçdilər. 
Səhər durdu Rüstəm yerindən xumar, 
Dedi, məclisə mey, məzə qoydular. 
Günü verdilər içhaiçlə bada, 
Nə getmək, nə də şah düşürdü yada. 
Üçüncü günü hey töküb, içdi mey, 
Anan olmadı kimdi Kavusi-Key? 
 
417 
Sözə başladı Giv dördüncü gün, 
Dedi Rüstəmə ki, bilirsən özün, 
Bizim şahın ağlı bir az qıcqırıb, 
Bu Söhrab da ki, canına od vurub. 
Batıb matəmə, hər yana can atır, 
Nə bir dincəlir, nə yeyir, nə yatır. 
Yubansaq əgər Zabilistanda biz
Şərabla davam eyləsa cəngimiz, 
Olar şah bizdən yəqin bədgüman, 
Qara qəlbdə kin olur hər zaman. 
Dedi Givə Rüstəm: – Darıxma belə, 
Elə bir adam dünyada yox hələ, 
Söyüb danlasın o səni ya məni, 
Deyil şah öz təxtinin düşməni! 
Buyurdu ki, Rəxşə qoyulsun yəhər, 
Təbil naləsindən oyansın şəhər. 
Yayıldı xəbər Zabilistana tez, 
Geyindi döyüş paltarı el təmiz! 
Sevinclə, xeyirliklə at çapdılar, 
Gəlib şah dərbarına çatdılar. 
Gedib əydilər şah hüzurunda baş, 
Qəzəbdən cavab vermədi qəlbidaş! 
Givə əvvəl-əvvəl acıqlandı bərk, 
Həya gözlərini onun qıldı tərk. 
Dedi: – Rüstəmi istədim yanıma, 
Niyə xor baxır şah fərmanıma? 
Onu öz əlinlə apar, dardan as! 
Danışma, onu eyləməz söz xilas! 
Bu sözlərdən oldu Givin bağrı qan, 
Dedi: – Qıymaram Rüstəmə heç zaman! 
Şahın qəhri tutdu Givə, Rüstəmə, 
Bütün məclis əhli tutuldu qəmə. 
Tutub Tusa üz, söylədi şəhriyar: 
-Özün onları dara sarı apar! 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə