Microsoft Word Firdovsi Shahname++. doc



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə75/78
tarix28.06.2018
ölçüsü1,51 Mb.
#52126
1   ...   70   71   72   73   74   75   76   77   78

 
436 
Gəlibsən mənim qarşıma indi tək! 
Deyilsən bu meydanda sən tay mənə
Aşarsan, bu yumruqla vursam sənə. 
Sinən enlidir, qamətinsə uca, 
Yaş ötmüş, bükülmüş belin, ay qoca! 
Nəzər saldı Rüstəm ona bir kərə, 
O gövdə, o qamət, o sərt əllərə 
Dedi: – Baş aparma belə, ey cavan! 
Qızışma, bir az yumşal, həddini qan! 
Quru torpağın, bil, soyuqdur üzü, 
Çalış, söylə yumşaqlıq ilə sözü! 
Qocalsam da, meydanda döş gərmişəm, 
Qoşunlar qırıb, torpağa sərmişəm. 
Əlimlə zəlil etmişəm divləri, 
Üzüm dönməmişdir döyüşdən geri. 
Mənə bax, əlimdə əgər ölməsən, 
Nəhəng üstünə gəlsə də, qorxma sən! 
Dəniz, dağ döyüşdə görübdür məni
Turandan gələn bir neçə düşməni 
Necə əzmişəm, yer bilir, asiman, 
Hünərdə mənə diz çökübdür cahan! 
Dedi: – Bir sualım var idi sənə, 
Budur xahişim, doğru söylə mənə! 
Məgər sən, o Rüstəmsən, ey namidar? 
Baban Sami-Neyrəmdir, o şahsuvar? 
Dedi; – Məndə oxşar nə var Rüstəmə? 
Nə var nisbətim Sama, nə Neyrəmə? 
Mənəm sadə qul, o böyük pəhləvan, 
Mənim təxtü tacım hanı, ey cavan? 
Toxundu ümid şişəsi daşlara, 
İşıqlı gün oldu gözündə qara. 
Gedib nizə çiynində o meydana, 
Düşündü: hanı sözlərin bəs, ana 
Döyüş meydanı oldu dar bir guşə
 
437 
İki nizə düşdü yaxından işə. 
Polad nizələrdən əsər qalmadı, 
Çevirdi sola pəhləvanlar atı. 
Qılınca sarıldı iki pəhlavan, 
Dəmirdən yerə od yağırdı, inan! 
Elə zərbələr vurdular bir kərə 
Ovuldu qılınclar, töküldu yerə, 
Bu dəmdə ağır gürzə əl atdılar, 
Tükənmişdi taqətləri aşikar. 
Əmudlar əyildi ağır zərbədən, 
İgidlər də, atlar da sarsıldı tən. 
Dəyəndə əmud atlara bir kərə 
Tökülmüşdü bərqostəvanlar yerə. 
İki pəhləvanın bu çarpışmadan 
Belində zireh parçalandı haman! 
Atın, atlının halı oldu xarab, 
Nə əldə tutar qaldı, nə qolda tab. 
Axıb torpağa qanlı tər sanki sel, 
Susuzdan ağızda cadarlandı dil. 
Ata dərdü qəmli, oğul xarü zar, 
Bir az bir-birindən uzaqlaşdılar, 
Qəribə işin var sənin, ey cahan! 
Özünsən sağaldan, özünsən qıran! 
Görüşdə, döyüşdə iki qəlbdən 
Biri duymadı mehribanlıq nədən? 
Ədavət ki gəldi, ağıl sarsılar, 
Məhəbbət yerini qəzəb, kin alar. 
Dənizdə balıq, çöldə ceyran, cüyür 
Duyur körpəsini, haçan ki, görür. 
Tamah gözlərini kor etmiş bəşər, 
Öz övladının da gözünü deşər. 
Fikirləşdi Rüstəm, mənimlə hələ 
Hərif olmamışdır nəhəng, bax, belə! 
Əlimdə mənim oldu Ağ div də xar, 


 
438 
Bu gün naümidlik məni sarsıdar. 
Belə bir cavan görməmişdir cahan, 
Bu qüvvət, bu cürətdə yox pəhləvan! 
Zəmanə əlindən yetişdim cana, 
Dikibdir iki ordu göz meydana! 
Döyüşdən, tutuşdan, qaçışdan sarı, 
Nəfəs dərdi, dincəldi çün atları, 
Cavanla qoca üz-üzə durdular, 
Bu ona, o buna hey ox vurdular. 
Dəbilqə, zireh, halqa oldu həyan
Aman vermədi ox yetirsin ziyan, 
Qəzəbdən çəkib ah, qan uddular, 
Biri digəriylə kəmər tutdular. 
Əgər pəncə atsaydı Rüstəm dağa, 
Qopardıb atardı dağı torpağa. 
Tutub qurşağın Söhrabın bir ara, 
Çalışdı yəhərdən onu qaldıra. 
Yox idi qolunda onun bu hünər, 
Cavan tutmadı sanki bundan xəbər. 
Döyüşdən bezib hər iki pəhləvan, 
Əzik, yorğun ayrıldılar bircə an. 
Yəhərdən alıb gürzü Söhrab ələ, 
Atı şahə qaldırdı tez qəhr ilə, 
Vurub əzdi bir zərbədə çiynini, 
Göyə ağrıdan qalxdı Rüstəm ünü. 
Gülüb söylədi-Söhrab: – Ey pəhləvan! 
Bu bir zərbəyə səndə yoxmuş tavan. 
Döyüşdə dönub Rəxşin olmuş ulaq, 
İki qolla şöhrət tapar hər qoçaq! 
Boyun varsa da sərvət çox uca, 
Cavanlıq edirsən, ağılsız qoca! 
Bu ondan, o bundan olunca bezar
İki pəhləvana cahan gəldi dar, 
Biri digərindən çevirdikdə üz, 
 
439 
Kədər canlarını üzürdü təmiz, 
Sürüb Rəxşi turanlılar üstünə, 
Pələng cumdu sanki şikar üstünə. 
Bir ac qurd kimi çün orduya, 
Dağıldı qoşunlar düşüb qorxuya 
Atın başını çəkdi Söhrab o dəm 
İran ordugahına basdı qədəm. 
İşə saldı gürzü, çatıb ləşkərə, 
Neçə pəhləvanı uzatdı yerə. 
Fikirləşdi Rüstəm, mənimlə hələ 
Yetər şah Kavusa bundan ziyan! 
Bu qamət, bu qol, bu zireh, bu kəmər, 
Cavan türkdə vardır tükənməz hünər. 
Bu fikir ilə halı dəyişdi təmiz, 
İran ordugahına üz qoydu tez. 
Gəlib gördü: Söhrab tüğyan edər, 
Axar çayları qanla əlvan-edər. 
Əlində olan nizədən qan damar, 
Deyən, aslanı məst qılmış şikar. 
Təhəmtən onu gördü, artdı qəmi, 
Ürəkdən çəkib nərə aslan kimi
Dedi: – Qan içən türk, ey nakişi! 
Qoşun əhlinin sənlə varmı işi? 
Günahı nədir bunların, söylə, sən, 
Quduz qurd kimi həmləyə keçmisən? 
Cavab verdi Söhrab ki: – Turanlılar 
Bu dava-dalaşda günahsızdılar. 
Sənə yetmiş onlardan hansı yara? 
Sən, əvvəl hücum eylədin onlara. 
Dedi Rüstəm: – Artıq qaranlıq çökər, 
Haçan ki, fəzadan Günəş nur tökər, 
Bu çöldə ki, mənbər də var, dar da var
82
 
Qılınclar günəşdə yenə parlayar. 
Süd ətri qılıncla olub aşina, 


 
440 
Mənəmlik elə işləmiş başına, 
Elə zənn edirsən, ölüm yox sənə? 
Uşaqkən qılınc oynadırsan mənə? 
Get indi, görək tanrı nə istəyir? 
Bizi sübh açılcaq qılınc gözləyir! 
Çıxıb getdi onlar, qaraldı hava, 
Fələk də baxıb qaldı mat Söhraba. 
Döyüşçün yaratmış, deyən, asiman, 
Yerinda qərar tutmayır bir an. 
Dəmirdənmi altındakı at məgər? 
Polad cismi var, ruhu ondan betər. 
Gecə vaxtı gəldi, çatıb ləşkərə, 
Belindən silahları tökdü yerə. 
Humana dedi: –Çıxcağın bu səhər, 
Günəş saldı dünyaya bir şurü şər. 
Nə etdi sizə, söylə, o pəhləvan, 
O fil gövdəli, şir ürək qəhrəman? 
Human söylədi: – Vardı əmrin sənin, 
Yerindən bizim ordu tərpənməsin! 
Hələ salmamışdıq işi səhmana, 
Münasib deyildi girək meydana. 
Çapıb at, bizə sarı o qoydu üz, 
Böyük ordunun üstünə gəldi düz.  
Sanardın ki, sərxoşdur, az şey qanır, 
Bütün ordu tək bir nəfərdir, sanır. 
O heç bir kəsə lakin əl açmadı, 
Elə pəhləvan yoxdu ki, qaçmadı. 
Dedi Söhrab: –O pəhlavan mərd imiş, 
Bir insan belə sizdən öldürməmiş 
Mən iranlılardan qırıb çatmışam, 
Daşı, torpağı qanla islatmışam, 
Acam, indi süfrə açaq biz gərək, 
Şərabla ürəkdə qəmi öldürək. 
Çatıb orduya Rüstəmi–namidar, 
 
441 
Dedi Givə könlündəkin, hər nə var – 
Necə üzləşib Söhrab ilə bu gün, 
Necə çarpışıb, sarsılıbdır bugün 
Dedi Rüstəmə Giv: – İndi eşit! 
Hələ görməmişdik belə bir igid! 
Gəlib ordunun mərkəzinə qədər
Tusun üstünə cumdu o şiri-nər! 
At üstə tutub nizə durmuşdu Tus. 
Düşüb Qorgin atdan, oturmuşdu Tus. 
Çatıb, nizə əldə onu görcəyin, 
Çəkib nərə, coşdu bir aslan təkin, 
Döşündən elə vurdu ki, bir kərə, 
Dəbilqə başından atıldı yerə. 
Ona etmədi cürət əl açmağa, 
Əlacı onun qaldı tez qaçmağa. 
Qırıb tökdü bir çox dilavərləri, 
Qaçanlar dönüb baxmayırdı geri. 
Ona qarşı yoxdur çıxan bir nəfər, 
Çatar bu işə təkcə səndə hünər. 
Hücum eyləyib girmədik meydana, 
Qoşun sadəcə oldu təslim ona. 
O gah mərkəzə, gah sağa çapdı at, 
Qoşun cürətinə baxıb, qaldım at 
Bu söz saldı od Rüstəmin canına, 
Dönüb getdi Kavus şahın yanına. 
Baxıb gördü Kavus Rüstəm gəlir
Sevindi, yanında ona verdi yer. 
Təhəmtən açıb söylədi şah üçün 
Ki, Söhrabda nə qüvvə görmüş o gün 
Dedi: – Bu cahanda hələ bir uşaq 
Görən olmamışdır bunun tək qoçaq. 
Uca qaməti ulduzu haqlayar, 
Ağır gövdəsin güclə yer saxlayar. 
Onun hər qoludur bir at sağrısı, 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə