Microsoft Word Firdovsi Shahname++. doc



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə70/78
tarix28.06.2018
ölçüsü1,51 Mb.
#52126
1   ...   66   67   68   69   70   71   72   73   ...   78

 
406 
Turandan mənə bir nəfər tay deyil! 
Həcirəm, bu meydanda mən tək bəsəm
Gərək başını xəncərimlə kəsəm! 
Cahan şahına göndərəm ərməğan, 
Edəm cismini torpaq içrə nəhan! 
Qulaq verdi Söhrab bu sözlərə, 
Gülüb, atdı əl nizəyə bir kərə. 
Elə bərk tutaşdı iki pəhləvan 
Ki, yüksəldi yerdən göyə toz, duman. 
Onun böyrünə nizə vurdu Həcir, 
Əsər etmədi nizə, Söhrab – o şir 
Tutub nizəni qaytaranda geri. 
Həcərin kəmərbəndi oldu yeri 
Yəhərdən alıb quş kimi başına, 
Yerin qatdı torpağına daşına. 
Çöküb sinəsinə cavan pəhləvan, 
Başın kəsmək istərdi ki, nagəhan 
Sağ əl üstə döndü, edib ahü zar 
Dedi: – Gəl, mənə qıyma, ey namidar! 
Buraxdı Həciri, Həcir oldu şad, 
Nəsihət dili açdı olcaq azad. 
Dilavar onun qolların bağladı, 
Əsiri qərargahda saxladı. 
Qala əhli tutdu xəbər ki, Həcir 
Baeılmış, yıxılnış, alınmış əsir. 
Yox idi qala içrə o qəhrəman 
Bu qəmdən göyə qalxdı ahü fəğan. 
Xəbər tutdu Kəjdəhmin aslan qızı 
O meydandan itmiş Həcirin izi. 
O qız qız deyil, mərdi-meydan idn, 
Şücaətdə dillərdə dastan idi. 
Elə qız hələ doğmamış bir ana, 
Deyərlərdi Qordafərid adına. 
Eşitdi ki, bəndə düşübdür Həcir, 
 
407 
Qəzəbdən qaraldı, o oldu xəcil. 
Toxunmuşdu bu hal onun şəninə, 
Geyindi döyüş paltarı əyninə. 
Zireh içrə zülfünü etdi nəhan, 
Dəbilqə qoyub, taxdı bərgistəvan,
77 
Bir aslan kimi meydana çapdı at, 
Deyərdin ki, şahindir, açmış qanad. 
Çəkib nərə, meydanda saldı haray, 
Sanardın ki, şimşək çaxır laybalay 
Dedi: – Varsa sizdə elə pəhləvan, 
Mənim qarşıma çıxsın o qorxmadan. 
Gülümsündü Söhrab, dodaq dişlədi, 
Hərifi nəzərdən keçirdib dedi: 
– Yenilməz bir aslan önündə budur
Düşübdür tora öz ayağıyla gur. 
Coşub yel kimi, çəkmədi bircə an, 
Geyindi dəbilqə, zireh pəhləvan. 
Çapıb gəldi Qordafərid üstünə, 
İgid qız baxınca onun şəstinə. 
Açıb qollarını, götürdü kaman, 
Oxundan tapanmazdı quş da aman. 
O, Söhrab olan səmtə yağdırdı ox, 
Ox ilə hərifə ziyan vurdu çox. 
Onun bu işi Söhraba gəldi ar, 
Acıqdan əsib coşdu o namidar. 
Ata dəydi, çəkdi başına sipər, 
Deyərdin: buluddur, yerə qan səpər. 
Nəzər saldı Söhraba Qordafərid, 
Gəlir üstünə od kimi bir igid. 
Kamanı keçirdi qola durmadan, 
Atı şahə qaldırdı o qəhrəman. 
Cilov çəkdi, aldı ələ nizəni, 
Atıb Söhraba zərb ilə nizəni, 
Hərif etdi meydanı Söhraba təng, 


 
408 
Qəzəbləndi Söhrab sanki pələng. 
Buraxdı atın başını nagəhan, 
Çapıb ildırım sürətiylə haman, 
Deyərdin ki, şimşək minibdir yelə, 
Polad nizəni tez keçirdi ələ. 
Kəmərbəndinə vurdu bir zərbə ki
Zireh halqa-halqa bölündü iki. 
Yəhərdən onu top kimi aldı tez, 
Topu sanki çovqanına saldı tez. 
Qarıldı yəhər içrə Qordafərid, 
Qılıncı belindən çıxardıb igid, 
Vurub nizəni, biçdi tən ortadan, 
Atın üstünə qalxdı yerdən haman. 
Yox idi həriflə döyüşdə tabı, 
Çalışdı qoyub qaçmağa Söhrabı. 
Bu əhvalı Söhrab görüb, qaldı mat, 
Qəzəblə dalınca onun saldı at. 
Çapıb çatdı Qordafəridə yenə, 
Əl atdı, dəbilqə keçib çənginə, 
Töküldü saçı çiyninə laybalay, 
Deyən, parladı asimanda bir Ay, 
Baxıb gördü Söhrab: bir qızdır o 
Zireh içrə parlaq bir ulduzdur o. 
Düşündü ki, İranda qızlar hələ 
Hünər göstərirlər döyüşdə belə, 
İgidlər əgər sürsə at meydana, 
Dönər yer toza, yüksələr asmana. 
Ələ aldı bir həlqə-həlqə kəmənd, 
Kəmərdən kəməndə onu etdi bənd. 
Dedi: – Qaçma məndən, ayüzlü sona! 
Bu hüsn ilə gəldin neçin meydana? 
Hələ görməmişdim sənintək şikar, 
Çalışma xilas olmağa, ey nigar! 
Yaman darda qalmışdı Qordafərid, 
 
409 
O, tək al dilə bağlayırdı ümid. 
Xitab etdi Söhraba: – Ey pəhləvan, 
İgidlər içində pələng, arslan! 
Dayanmış iki ordu, izlər bizi, 
Qılınc ilə, gürz ilə közlər bizi. 
Sənə öz camalımı açsam əgər, 
Yəqin orduna səs düşər, söz gəzər 
Ki, bir qızla sən üz-üzə durmusan, 
Tozu, torpağı ərşə qaldırmısan, 
Darıxma, murada çatarsan hələ, 
Bu işdə ağıl ilə rəftar elə! 
İki ordu içrə məni etmə xar. 
Zəlil istəməz heç zaman yarı yar. 
Sənin əmrinə baş əyib Ağ qala. 
Burax hərbi, dost ol, qayıt düz yola! 
Sənindir qala, həm də ki, xəznələr, 
Olar sən deyən, səbr edərsən əgər. 
Ötərgi bir üz göstərib Söhraba, 
Təbəssümlə səpdi şəkər innaba.
78 
Üzüydü təravətdə cənnət bağı, 
Boyu sərvtək bir bağın rövnağı. 
Göz ahu gözü, qaşlar isə kaman, 
Deyərdin ki, solmaz bu gül heç zaman. 
Dedi: – Get, bu peymanını qırma sən, 
Döyüşdə məni görmüsən, sevmisən.  
Düşünmə, sizi hifz edər bu qala
Qala yox, belə çərxi-gərdun ola, 
Mənim zərbəm ilə olar tarümar, 
Mənə vursalar nizə, nizə sınar. 
At üstündə Qordafərid, durmadan 
Qala səmtinə oldu dərhal rəvan. 
Yanınca onun getdi Söhrab həm, 
Yaxın gəldi dərvazaya Gəjdəhəm, 
Açıldı qapı, keçdi Qordafərid, 


 
410 
Bədən xəstə, can xəstə,ruh naümid, 
Qapı bağlanıb, başladı ah-fəqan, 
Ürəklərdə qəm coşdu, gözlərdə qan. 
Həcir ilə Qordafəridin qəmi 
Gətirdi qala əhlinə matəmi. 
Dedilər ki, ey pak ürək, şir qadın, 
Qəminlə bizə od vurub, odladın. 
Döyüşdün, hərifi tutub al dilə, 
Ləkə qoymadın ki, gələ bu elə. 
Çəkib qəhqəhə, küldü şəhdi-şəkər
Çıxıb bürcə, ətrafa saldı nəzər, 
Yəhər üstə Söhrabı görçək həmən, 
Dedi: – Ey Turanın, Çinin şahı, sən 
Qayıt yurduna, çəkmə zəhmət hədər, 
Bu get-gəl, bu çarpışma verməz səmər, 
Çəkib qəhqəhə, söylədi: – Ey igid! 
İranlı qızı türkə getməz, eşit! 
Demək, mən deyildim sənin qismətin! 
Unut eşqimi, at daşın möhnətin! 
Bu qol, bu kürək, bu şücaətlə, bil 
Sənə bir turanlı igid tay deyil! 
Fəqət, şah Kavusa çatsa xəbər 
Ki, Turandan ordu çəkib bir nəfər, 
Şahənşahla Rüstəm gələr üstünə, 
Yanarsan, göz olmaz baxa tüstünə! 
Təhəmtənlə sən çarpışarsan necə? 
O dağ qartalı, sən yetim bir cücə! 
Bu ordun, büsatın bütün məhv olar, 
Sənin halına daş da qan ağlayar. 
Belə qəddü qamət heyifdir, aman! 
Pələnglər əlindən qorun, daldalan! 
Sənə xeyrxahlıq sözümdür  eşit: 
Qayıt, gəldiyin yolla Turana get! 
Demə güclüyəm, lovğalanma hədər, 
 
411 
Hər axmaq öküz sağrısın döydürər. 
Qulaq verdi Söhrab, utandı yaman 
Ki, vermiş qıza al dil ilə aman. 
Dedi: – Ey gözəl, qəlbi möhkəm qaya
Qəsəm tacü təxtə, Günəşlə Aya, 
Bu bürcü gərək yerlə yeksan edəm, 
Səni öz işindən peşiman edəm. 
Yaxan bir də keçsə mənim cəngimə, 
Nə etsəm, cəzandır, daha incimə! 
Peşiman da olsan, o vaxt gec olar, 
Bu puç sözlərindən utan, ey nigar! 
Unutdun nə tez əhdü peymanını? 
Yalanla xilas etdin öz canını?! 
Var idi qalaya yaxın bir şəhər, 
Qala əhli ordan alardı bəhər, 
Verib qarət əmrini gənc pəhləvan, 
Şəhər bir an içrə olundu talan. 
Dedi Söhrab: – Artıq gecikdik bu gün, 
Döyüş fürsəti çıxmış əldən bütün. 
Yatın, dincəlin, qoy açılsın səhər, 
Olar Ağ qala onda zirü zəbər: 
Geri döndü Söhrab, qoca Gəjdəhəm 
Oturtdu dəbirin əlində qələm, 
Şaha namə yazdı, dedi: durmadan 
Şahın yanına qasid olsun rəvan! 
Birinci xuda namını etdi yad, 
Zaman gərdişindən yaman çəkdi dad, 
Bir ordu bizə göndəribdir Turan, 
Hamı pəhləvandır, hamı qəhrəman. 
Cavan bir igid var igidlərbaşı, 
Çox olsa onun var iyirmi yaşı. 
Boyu sərvi gülşəndə gözdən salar, 
Üzündən, deyərsan, Günəş nur alar, 
Döşü fil döşü, qamətiysə çinar, 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə