Microsoft Word Firdovsi Shahname++. doc



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə78/78
tarix28.06.2018
ölçüsü1,51 Mb.
#52126
1   ...   70   71   72   73   74   75   76   77   78

 
454 
Gəlib qul kimi xidmətimdə durar? 
Eşitdikdə Gudərz bu sözləri
Başından duman qalxdı, döndü geri! 
Dedi Rüstəmə: – Nanəcib şəhriyar 
Tikanlı ağacdır, barı zəhrimar.  
Özün get, o dilbilməzi sal başa, 
Əsər et sözünlə o qəlbi daşa! 
Təhəmtən buyurdu ki, xidmətkarı 
Sərə arx içində yerə paltarı. 
Onun üstünə qoydu Söhrabı tez, 
Yönəldi şahın yanına səbirsiz 
Hələ yolda ikən cahanpəhləvan 
Xəbər gəldi, çatdı ona arxadan 
Ki, Söhrab qıldı bu dünyanı tərk! 
Ona qəsr yox, indi tabut gərək. 
Atam harda?»–Oldu onun son sözü, 
Dərin ah çəkdi, qapandı gözü! 
Atından Təhəmtən atıldı yerə, 
Elə inlədi, düşdü səs göylərə, 
Bilirdi, daha dərdinə yox əlac, 
Çölün torpağından başa qoydu tac! 
Çəkib ün, dedi: – Ey yenilməz cavan! 
Sən idin nəsilbənəsil pəhləvan! 
Tayın görməyibdir nə Günəş, nə Ay, 
Nə cövşən, nə də təxt, nə tac, nə saray! 
Cahanda kimin dərdi var mən qədər, 
Cavan oğlun hansı qoca öldürər? 
Baban Sam idi aləmi fəth edən, 
Doğuldun o şahzadə Təhminədən! 
Rəvadır, kəsilsə mənim əllərim, 
Qara torpağın altı olsun yerim! 
Belə bir işi görmüş hansı ata? 
Yeri var, üzüm çoxlu danlansa da! 
Kim öldürmüş öz novcavan oğlunu? 
 
455 
Ağıllı, igid qəhrəman oğlunu? 
Eşitsə, məni Zali-zər danlayar, 
Bu matəmdə Rudabə qan ağlayar. 
Nə üzlə açıb söyləyim onlara? 
Belə bir cinayət hara, üz hara? 
Hələ pəhlavanlarla sərkərdələr, 
Məni biri bilsə rüsvay edər! 
Anası xəbər tutsa, nə söyləyim? 
Kimi göndərib, iltimas eyləyim? 
Desəm: öz çırağımı söndürmüşəm, 
Günahsız o gənci mən öldürmüşəm! 
Soruşmazmı ondan atası: niyə? 
Nələr söyləyər, ah, o, Təhminəyə? 
Yəqin ki, məni dinsiz adlandırar, 
Məni pisləyər, canımı yandırar, 
Bunu kim bilirdi, bu yaşda uşaq  
Atıb sərvtək boy, olar bir qoçaq! 
Döyüş əzmi ilə qoşun toplayar,  
Məni  eyləyər pəncəsində şikar. 
Buyurdu ki, şahanə tirmə alın, 
Cavan oğlumun üstünə siz salın! 
O arzu edərdi tapa tacu təxt, 
Tabut qismət oldu ona, döndü bəxt 
Təhəmtən o tabutu qaldırdı, düz 
Sərapərdəsinə tərəf qoydu üz! 
Gəlib çatdılar orduya birbaşa, 
Qoşun əhli torpaq sovurdu başa! 
Töküb qanlı yaş, səf çəkib durdular, 
Sərapərdəsinə  tez  od vurdular! 
O xeymə, o təxt, yeddi rəng tirmələr, 
Qızıl çarpayı, dövrəsi zər, göhər. 
Tutaşdı oda, qalxdı ərşə duman, 
Dedi Rüstəm: – Ey «novcavan pəhləvan! 
Heyif səndəki boy-buxun, surətə! 


 
456 
Heyif səndəki mərdliyə, cürətə! 
Heyif çəkdiyin zəhmətindən, heyif! 
Könüldə qalan həsrətindən, heyif! 
Anan ayrılıq dərdinə ağladı, 
Atan, qəm dolu bağrını dağladı! 
Səpib çəngə- çəngə başa torpağı, 
Cırıb tökdü paltarını dırnağı 
Bütün pəhləvanlar, necə bir nəfər 
Quru torpaq üstündə əyləşdilər. 
Ağı çağlayırdı o öz oğluna, 
Böyüklər təsəlli verirdi ona. 
Əzəldən fələk işləmişdir belə. 
Alar bir ələ tac, kəmənd bir ələ, 
Biri tac qoyub dünyadan kam alar, 
Birini kəmənd ilə təxtdən salar. 
Bu dünyanı sevmək hədərdir, hədər! 
Gedənlər qayıtmaz, gələnlər gedər! 
Fikirləşmə, can atma varlanmağa! 
Xəzinə qayıtsın gərək torpağa! 
Bu qanundan agah deyilsə fələk, 
Onun da başında beyin yox, demək! 
Yəqin, gərdişindəndir o bixəbər, 
Ona min sual vermə, etməz əsər! 
Əlindən nə getsə bu gün, çəkmə qəm, 
Nədir işlərin axırı, bilmirəm! 
Dedi Rüstəmə şah: – Əlborz dağı 
Və ya sadəcə bir qamış yarpağı, 
Nə varsa cahanda udar bil, fələk! 
Bu dünyaya bağlanmayaq biz gərək! 
Biri tez, biri gec gedər bir qədər! 
Ölümdür həyatın sonu, müxtəsər! 
Bu dərdi, qəmi,  Rüstəm, artıq burax 
Ağıllı deyən sözlərə ver qulaq! 
Göyü, yer üzünü uçursan belə, 
 
457 
Bütün aləmə od də vursan belə, 
Əlindən gedən bir da dönməz geri 
Tapıb ruhu başqa cahanda yeri 
Uzaqdan tamaşa mən etdim ona, 
Qolu, sinəsi, qəddi, əndamına, 
Əcəl çəkdi, saldı onu bu yola, 
Gərəkdi, əlində sənin məhv ola 
Bu dərdə nədir çarə, söylə, tapaq! 
Gedən getdi, yetməzmi qan ağlamaq? 
Dedi Rüstəm: – Söhrab, ölüb, doğrudur, 
Bu çöldə qoşunlarla Human durur! 
Neçə çinli, turanlı sərkərdə var, 
Ürəkdən çıxart kini, ey hökmdar! 
Şah əmr eyləsin, həqq bizə yar ola, 
Zəvara qoşunla düzəlsin yola! 
Dedi Rüstəmə şah: – Ey namivər!  
Döyüşdən qəmin qövr edirsə əgər, 
Mənə pislik etmişsələr də inan! 
Bu İranı qoymuşsalar da viran, 
Mənim bağrımı yaxdı dərdü qəmin, 
Yada salmaram onları, ol əmin! 
Qoşunla şah İrana oldu rəvan, 
Qalıb gözləyirdi cahanpəhləvan, 
Zəvarə qayıtsın, gətirsin xəbər 
Ki, turanlılar əylənər, ya gedər? 
Haman gün gəlib çatdı yoldan Həcir, 
Dedi: – O qoşun meydanı tərk edir. 
Zəvarə qayıtdı açılcaq səhər, 
Təhəmtən dəxi qıldı əzmi-səfər, 
Qoşunla o, yollandılar Sistana, 
Çatınca bu qəmli xəbər Dəstana, 
Bütün Sista nəhli qan ağladı 
Axıb sel kimi yolları bağladı. 
Gözü yaşda, tabuta salcaq nəzər, 


 
458 
Atıldı atından yerə Zali-zər! 
Qabaqda piyada gedirdi ata 
Libası cırıq, bağrı yanmış oda! 
O tabut önündə açıb qurşağı, 
İgidlər başa səpdilər torpağı! 
Dedi Zal: – İnanmazdım əsla buna 
Ki, Söhrab gələ gürz ilə meydana! 
Böyüklər bilir, dünyada heç zaman 
Elə bir oğul olmamışdır doğan! 
Bu sözlərlə, nisgillə qan ağladı, 
Dili əzbəri oldu Söhrab adı! 
Gəlib qəsrinə çatdı Rüstəm haman, 
O tabut önündə qopardı fəğan. 
Mıxı çəkdi, tabutu açdı o dəm, 
Ayırdı kəfəndən o gül cismi həm. 
Bütün varlığı sanki düşdü oda, 
Zala üz tutub söylədi: – Bax, ata! 
Hamı baxdı o nazənin peykərə. 
Fəğan yüksəlib, saldı od göylərə! 
Cırıb paltarı, tökdü sərkərdələr
Tozu, torpağı başlara səpdilər. 
Tabut qəsri tutmuşdu çün sərbəsər, 
Gömülmüşdü sandığa bir şiri-nər! 
Sanardın ki, Samdır, belə boy atıb, 
Döyüşdən çıxıbdır, yorulmuş, yatıb! 
Sarı tirmə çəkdi onun üstünə, 
O tabuta mıx vurdu möhkəm yenə! 
– Qızıldan –dedi – tikdirin məqbərə, 
Qara müşk, ənbər səpin hər yerə! 
Bu arzumdu, lakin ölərsəm əgər, 
Qoyarlarmı o qəbrdən bir əsər? 
Daş aldı, o tikdirdi bir sərdaba, 
Cahan əhli yas saxladı Söhraba. 
Demişdir belə Bəhram, o xoşkəlam: 
 
459 
– Ölənlərlə dost olmağı bil həram! 
Deyil daimi ömr, bel bağlama! 
Gecikmə, hazırlaş, ayaq saxlama! 
Tutaq ki, atan verdi möhlət sənə, 
Çatar, bil ki, tezliklə növbət sənə 
Həyatın belə gizli bir sirri var, 
Əbəs gəzmə bu gizli sirrə açar! 
Bu bağlı qapını açan yox hələ, 
Bu yolda, çalış, ömrü vermə yelə! 
Bu dastandı başdan-başa göz yaşı, 
Rəvadır, əgər ağlada dağ-daşı! 
Kimin qəlbi həssasdır bir qədər, 
Yəqin, Rüstəmi-Zala nifrin edər! 
Sona yetdi dastan, sözü boşladım, 
Səyavuş dastanını başladım! 


 
460 
İZAHLAR 
 
1.  Demiş vəhy tənzilləri göndərən, 
Bizə əmr ilə nəhyə yol göstərən. 
 
Vəhy– peyğəmbərin ürəyinə ilham olunan fikirlər. 
Tənzil – guya allah tərəfindan ona göndərilən əmrlər. 
Əmr–xeyir, savab işləri görməyə təşviq. 
Nəhy– pis  işlərdən sağındırmaq əmri. 
 
2. Mənəm əhli-beytin qulu hər zaman. 
    Əhli-beyt – Məhəmməd peyğəmbərin ailə üzvlərinə işarədir. 
 
3.  Dəniz içrə yetmiş gəmi seyr edər. 
Yetmiş gəmi – Yer üzündə yaşayan yetmiş xalq. 
 
4. Onun sərnişini Nəbidir, Vəli. 
Nəbi – Məhəmmədin, Vəli – onun əmisi oğlu Əlinin ləqəbləridir. 
 
5. Həməl  bürcünə varid olcaq Günəş... 
Həməl– Quzu bürcü–İran təqvimi ilə mart ayının 21-dən başlanan 
ilin (yazın) birinci ayında Günəşin yerləşdiyn bürcün adıdır. 
 
6.  Katuzilər  və sonrakı beytlərda adları  çəkilən nisarilər,  Basudə, 
ohyuxoşi -Cəmşidin peşələrinə görə  əhaliyə verdiyi zümrə 
adlarıdır ki, şəhini şair özü verir. 
 
7.  Ud, ban (ladən) yandırılarkan xoş ətir saçan maddələr. 
 
8.   Hürmüzü-fərvədin – Hürmüz – hər şəmsi ayın birinci günü.  
Burada: iranlıların martın 21-dən aprelnn 21 -nə  qədər davam 
edən fərvərdin ayının biri- Novruz günüdür.  Fərvərdin sözü isə 
pəhləvicə ravartin sözündən əmələ gəlmişdir ki, onun da mənası 
pak adamların qoruyucusu deməkdir 
 
9.   Bivərəsb – on min atı olan. 
 
10.  Dəh hezar – dəri – fars dilində on min. 
 
461 
 
11.  Təxti-Cəmşid–hazırda xarabaları qalmış  İranın cənubundakı 
şəhərin adıdır ki, qədim İran şahlarının paytaxtı olmuşdur. 
 
12. Fərr – cah-cəlal, əzəmət. Əfsanəyə görə şahlar nəslinə xas olan 
ilahi nur, ilahi vergi. 
 
13. Gəlib çatdı Ərvəndruda haman. 
Ərvandrud – Ərvənd çayı, İran – İraq sərhəddnidan axan çay. 
 
14. Möhürlü cavaz – möhürlənmiş buraxılış vərəqəsi. 
 
15.  Gəngdej-hudəc gözəl -qala şəhər. Pəhləvicə Beytülmüqəddəsin 
adı. 
 
16.
 
Xaneye-pak – farsca Beytülmüqəddas deməkdir ki, Firdovsi oranı 
Qəsre-Zöhhak (Zöhhakın qəsri) adlandırır. 
 
17.
 
Təngə – dar, çıxış yolu olmayan küçə, dalan. 
 
18.
 
Mehr ayı  –İran təqvimi üzrə ilin yeddinci, payız fəslinin birinci 
ayıdır. Farsca həm məhəbbət, həm da günəş mənasındadır. 
 
19.
 
Mehrəqan – Mehr ayının on altıncı günü. Çox qədin 
zamanlardan həmin gün İranda xalq bayramı, məhsul bayramı 
kimi də qeyd edilir. 
 
20.
 
Yeri xəncər ilə meyistan edək. 
Göyü nizələrlə neyistan edək. 
Meyistan–şərab gölü. Neyistan:– qamışlıq. Yəni xəncərlə, 
qılıncla o qadər qan tökək ki, yer şərab (qan) gölünə dönsün. O 
qədər nizə qaldıraq ki, göy qamışlıq kimi görünsün. 
 
21.
 
Çaçi kaman – Çaçi – Daşkənd şəhərinin köhnə adlarından biridir 
ki, orada hazırlanan kamanlar möhkəmliyi va sərrastlığı ilə 
məşhur olmuşdur. 
 
22.
 
Neçə-neçə zubin, sipərlə sinan... 


 
462 
Zubin – qısa nizə; sipər – qalxan; sinan – uzun nizə; qədim döyüş 
silahları. 
 
23.
 
Xavər–şərq, gündoğan. Burada qala adıdır. 
 
24.
 
Dejban – qalabəyi, qala gözətçisi. 
 
25.
 
Zal sözünün mənası qoca deməkdir. 
 
26.
 
Simurğ – adı nağıllarda, ravayətlərda çəkilən əfsanəvi quşdur ki, 
körpə ikən atası Sam tərəfindən rədd edilmiş Zalı guya o quş 
götürüb, bəsləyib, böyütmüşdür. 
 
27.
 
Hindi dəray – Hindistanda hazırlanmış böyük zəngə deyilir ki, 
döyüş fillərinin üstündən asardılar. 
 
28.
 
Bost – Əfqanıstanda axan Hirmənd çayının iki qolunun birləşdiyi 
yerdə olan qədim şəhərin adıdır. 
 
29.
 
Nimruz – indiki Sistan (İran) vilayətinin köhnə adıdır.  
 
30.
 
İki nərgizə oxşayır gözləri, 
Qara kirpiyi sanki qarğa pəri.   
 
Şair gözəlin xumar gözlərini bir cüt nərgizə, onun qalın, uzun, 
qara kirpiklərini isə mübaliğə ilə qarğa qanadına oxşatmışdır.  
 
31. Gövhər saçdı Sindoxt innabdan. 
Şair vəsf etdiyi Sindoxtun zərif al dodağını innaba, çıxan gözləri 
qiymətli gövhərə, inciyə oxşadaraq gözəl və  təbii istiarə 
yaratmışdır. 
 
32.  Nə qeysər gərəkdir, nə fəğfuri-Çin. 
Qədim zamanlarda Rum hökmdarı  qeysər adlanırdı. Fəğfur isə 
qədim Çin imperatorlarının ləğəbi olmuşdur.  Fəğfur, yəni 
allahın  oğlu. 
 
33. Süheyli-yəmən – Süheyl yay fəslinin sonlarında görünən və xalq 
 
463 
tərəfindən meyvələrin yetişməsinin müjdəçisi kimi sevilən 
ulduzun adıdır. Bu ulduz Yəmən üzərində daha tez və daha 
parlaq göründüyünə görə  Yəmən Süheyli adlanır va poeziyada 
saflıq, parlaqlıq rəmzi kimi işlənir. 
34.  Lövhü qələm–dini rəvayətə görə kainat yarandığı gündən yer 
üzündə olan bütün mövcudatın təsvir və  sərgüzəşti yazılmaq 
üçün göydə xüsusi bir lövhə (səhifə) va qələm yaradılmışdır.  
 
35. Sipəhbod – qoşunun bütün ixtiyarı əlində  olan sərkərdə. 
 
36.
 
Qorqsaran – İranın hazırkı Gorgan vilayətinin qədim adı. Lüğəti 
mənası – qurdbaşlılar.  
37. Yudu göz yaşıyla qoşa laləni 
       Bu misrada şair gözəlin iki yanağını qoşa laləyə oxşatmış, yəni o 
ağladı, göz yaşı ilə  yanaqlarını islatdı. 
 
38. Sari və Amul – İranın Mazəndaran vilayətindəki qadim şəhərlərin 
adları. 
 
39.  Mənə Sami-Yekzəxm ləqəb verdilar. 
Yekzəxm – yek, –bir, zəxm-zərbə,  –  yəni düşməni bir zərbə ilə 
yıxan  Sam. 
 
40.   Alıb qoydu qırx dəst faxir libas 
Ki, sərraf edərdi göhərlə qiyas. 
Faxir libas–qiymətli paltar. Sərraf – qiymitli əşyanın dəyərini 
müəyyən edən mütəxəssis. Beytdə deyilir: «Qırx dəst elə 
qiymətli paltar qoydu ki, sərraf onların dəyərini cəvahiratla 
müqayisə edərdi». 
 
41.
 
Ziyc – qədim və orta əsrlərdə ulduzların vəziyyəti və  hərəkətini 
təyin etmək üçün münəccimlərin istifada etdikləri kitab.  
 
42.
 
O, həm rəzmə, həm bəzmə ziynət verər. 
Rəzm – döyüş meydanı;  bəzm – işrət və müsahibə  məclisi 
mənasında təzad təşkil etdikləri halda, klassiklər öz 
qəhrəmanlarını  hərcəhətli müsbət göstərmək üçün bu iki 
həmahənghəng sözdən tez-tez istifadə etmişlər,  necə ki bu 


 
464 
misrada deyilir: o, həm döyüş meydanı (rəzm), həm da şənlik 
məclisinin (bəzm) bəzək verəni idi. 
 
43.   Quzu bürcü – ərəbcə  Həməl, farsca Bərrə. Yazın lk ayında 
Günəşin məskəni sayılan bürc. Tərazu–mizan, tərəzi. Burada 
payızın ilk ayında Günəşin olduğu bürc. 
.  
Balıq bürcü–ərabcə  Hut, farsca Mahi bürcü. Qışın son ayında 
Günəş məskəni olan bürc. 
 
44.
 
Sami-Neyrəm–Neyrəm (Nəriman) oğlu Sam, Rüstəmin babası 
 
45.
 
Ayın başına qoydular əfsəri. 
Əfsər – farsca tac, əklil, zabit və günəş mənasında işlənir. Burada 
şair vəsf etdiyi gözəlin camalını aya, onun başına qoyulan tacı 
günəşə oxşatmışdır. 
 
46. Uçar  atdığı xeşt iki mil qədər. 
Xeşt – müasir fars dilində  kərpic deməkdir, burada isə xüsusi  
silah mənasında işlənmnşdir. Xeşt–boyca gödək, qalın, ucu iti 
nizə olub ki, döyüş zamanı pəhləvanlar onun ipək və ya kirişdən 
olan  halqasını şəhadət barmaqlarına keçirib fırlayaraq düşmənə 
atardılar. 
 
47. Dedi: Qəm, kədər bitdi, rəstəm degər. 
      Rəstəm degər - yəni artıq qurtardım, xilas oldum.  
 
48. Sürud-nəğmə, mahnı, mədh. 
 
49.  Təhəmtən – əsli  bihamtatən olmuş, yəni cüssə  və güc cəhətdən 
misli olmayan adam. Burada Rüstəmə verilən ləğəblərdən biri. 
50.  Kəyani nəjad – Kəyan nəslindən-olan şahzadə. 
 
51.  Sami səvar  – səvar – farsca atlı deməkdir. Firdovsi isə bu 
kəlməni  əsasən böyük şəxsiyyətlər haqqında igid, qəhrəman, 
yenilməz epitetləri kimi işlətmişdir. Burada Sami-səvar qəhrman 
Sam mənasındadır. 
52. Yatıb bayrağı, parçalanmışdı kus, 
     Kəfən lalə rəngində, üz səndərus. 
 
465 
      
Yəni bayraq yatırılmış, kus (əslində metaldan olan və döyüş 
meydanında dəvə boynundan asılaraq çalınan) böyük təbil 
parçalanmış, ölənlər isə ağ kəfən əvəzinə qırmızı qana boyanmın 
libasda düşüb qalmış, üzləri isə səndərus rangindədir. Səndə-rus 
– yandırılarkan çox pis qoxu verən, kəhrəbaya oxşar sarı-qara 
rəngli bir maddədir. 
 
53.  Ərman–Ceyhun çayı vadisində qədim qala şəhər adı. 
 
54. Delir – ürəkli, qorxmaz, cəsarətli. 
 
55.  Sari – Mazəndaran vilayətinin mərkəzi olan qədim şəhər. 
 
56.  Dəstani-Sam – Samın oğlu, Zalın xususi ləğəbi kimi işlənir. 
 
57.  Bamin və Gərzban – Herat şəhəri ətrafında iki qəsəbənin adı. 
 
58.  Sunur– (sonur da deyilir) xətt, cizki, sərhəd. 
 
59.  Kabilxuda – Kabilin sahibi, şahı, Zalın qayınatası Mehrabın 
ləqəbi. 
 
60.  Narınca o şəngərf ilə rəng vurar. 
Şəngərf–kükürd və civənin qarışığından alınmış sarı  rəngdir. 
Şair rəssamın məharatini mübaliğə ilə göstərərək onun onun 
hətta narıncın təbii rəngini təkmilləşdirməyə qadir olduğuna 
işarə edir. 
 
61. Yer altı qat olmuş, səkkiz asiman. 
Dini rəvayətə görə, yer də, göy də hərəsi yeddi təbəqədir. Şair 
bu beytdə mübaliğə ilə deyir: qoşunların at çapması 
naticəsindədə yerin bir qatı toz olub göyə qalxdı, altı qatı qaldı. 
Qalxan toz isə  fəzada dayanaraq göyün səkkizinci təbəqəsini 
təşkil etdi. 
 
62.  Dedin İyrəcim övladı qalmamış, 
Yalandır, zəhər padizəhr olmamış 


 
466 
     Padizəhr – keçmişdə  zəhərə qarşı  işlənən dərman (antitoksin)  
olmuşdur: Beytin məzmunu belədir:  İyrəcin nəvəsi Mənuçehr 
meydana çıxarkən  şahzadəni gənc ikən öldürən qatilləri 
gözləmirdilər ki, onun qız nəvəsi bir zaman babasının qanını 
istəyəcək. Ona görə  də onlar Mənuçehrə  də  İyrəcə baxdıqları 
kimi, düşmən gözü ilə baxırlar. 
 
63. Dəstan –Zalın ləqəbi. 
 
64. İspruz – dağ adıdır.  
65.
 
Bəbri-bəyan – Rüstəmin pələng və ya bəbir  dərisindən olan və 
zireh altından geyindiyi xüsusi geyimi olmuş ki, guya ona heç bir 
silah kar etməzmiş. 
 
66.
 
Məğfər- dəbilqə altında geyilən xüsusi baş geyimi. 
 
67.
 
Həftkuh – qədim İran-Turan sərddində dağ–qala. 
 
68.
 
Xosrovani ağac – burada şah nəslindən doğulan gənc qəhrəmana 
işarə edilir. 
 
69.
 
Sipəhbodluq – orduda tam ixtiyar sahibi olmaq. 
 
70.
 
Təbər  – gödək, qalın, iti ağızlı, çapacağa oxşar qədim döyüş 
silahı. 
 
71.
 
Abinus – tünd qara rəngdə olan xüsusi ağacın adıdır ki, keçmişdə 
onun yarpaq və  şirəsindən bir sıra xəstəliklar üçün dərman 
hazırlanırdı. 
 
72.
 
Fəzanı dəbilqə edib sindrus. 
Yəni çöldə o qədər qoşun toplanmışdı ki, onların dəbilqələri 
fəzanı sindrus – sarı-qara rənginə salmışdı. 
 
 
73. Büt ikən birəhmən sənə ad qoyaq? 
Birəhmən–bütə  pərəstiş edən, büt qoruyucusudur. Şair qoca 
pəhləvan Gudərzin dili ilə Keykavusun alçalmasına qarşı çıxaraq 
 
467 
deyir: – Sən pərəstişə liyiq bütsən (şahsan).  İidi isə özünü 
bütpərəst dərəcəsinə endirirsən. 
 
74.   Nə gəzdi, dolandı, nə də verdi bar. 
Bar vermək – burada şahın əyanı qəbul etməsi mənasındadır. 
Yəni şah nə gəzib dolandı, nə də bir kəsi qəbul etdi. 
 
75. Rütəb – şirəyə dolmuş yaş xurma. 
 
76.
 
Üqab – qartal, şahin. 
 
77.
 
Barqistvan – döyüş zamanı atları qorumaq üçün onların başı, 
boynu, döşü və sağrısına geyindirilən zirehli örtü. 
 
78.   Təbəssümlə səpdi şəkər innaba. 
Misrada gözəlin al dodaqları innaba, onun xoş tabəssümü isə 
şəkərə oxşadılmışdır. 
 
79.
 
Ərsə – meydan, sahə, dairə. 
 
80.
 
Toza döndərəndə daşı, torpağı, 
Tutiya edər Rəxşinin dırnaqı 
Tutiya – keçmişdə göz ağrısını sağaltmaq və görmə qabiliyyətini 
artırmaq üçün işlədilən xüsusi toz–dərman olmuşdur. Beytin 
mənası belədir: Rüstəmin Rəxşinin dırnağı ilə toza döndərilmiş 
daş, torpaq tutiya şəkli alır. 
 
81.   Sərvi-şadab – cavan, yaraşıqlı, yamyaşıl sərv ağacı. 
 
82.   Bu  çöldə ki, mənbər də var, dar da var. 
Mənbər– (minbər) – söz söylənilən yer. Misranın mənası  bu 
çöldə danışmaq imkanı da var, vurşub ölmək imkanı  da.  


 
468 
MÜNDƏRİCAT 
 
TƏRTİBÇİDƏN.........................................................................3 
ŞƏRQ POEZİYASININ QİYMƏTLİ İNCİSİ ......................5 
Ş A H N A M Ə . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 2 4  
YARADANIN ADI İLƏ ........................................................25 
AĞLIN TƏRİFİ .......................................................................26 
DÜNYANIN YARANMASI HAQQINDA ............................27 
İNSANIN YARANMASI HAQQINDA .................................28 
GÜNƏŞİN YARANMASI HAQQINDA................................29 
AYIN YARANMASI HAQQINDA........................................29 
PEYĞƏMBƏRİN VƏSFİ........................................................30 
KİTABIN HAZIRLANMASI BARƏDƏ................................31 
ŞAİR DƏQİQİNİN DASTANI................................................32 
KİTABIN ƏSASININ QOYULMASI.....................................33 
SULTAN MAHMUDUN VƏSFİ............................................36 
KƏYUMƏRS...........................................................................38 
HUŞƏNG .................................................................................43 
TƏHMURƏS ...........................................................................45 
CƏMŞİD ..................................................................................48 
ZÖHHAK.................................................................................59 
FƏRİDUN................................................................................87 
MƏNUÇEHR.........................................................................138 
NUZƏRİN PADŞAHLIĞI.....................................................244 
ZƏV TƏHMASİBİN PADŞAHLIĞI ....................................276 
GƏRŞASBIN PADİŞAHLIĞI...............................................278 
KEYQUBADIN PADŞAHLIĞI ............................................291 
KEYKAVUSUN PADŞAHLIĞI VƏ ONUN 
MAZƏNDARANA SƏFƏRİ.................................................302 
KAVUSUN HAMAVƏRAN ŞAHI İLƏ MÜHARİBƏSİ .356 
SÖHRAB...............................................................................394 
İ Z A H L A R . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 4 6 0  
 

Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə