Microsoft Word Firdovsi Shahname++. doc



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə76/78
tarix28.06.2018
ölçüsü1,51 Mb.
#52126
1   ...   70   71   72   73   74   75   76   77   78

 
442 
Toxunsa kimə, sarsıdar ağrısı. 
Qılınc, nizə, gürzü kəmənd ilə ox 
Bugünkü döyüşlərdə işləndi çox. 
Nəhayət, düşündüm: nə çox qəhrəman 
Yəhərdən yerə atmışam bir zaman. 
Əl atdım kəmərbəndinə nagəhan, 
Sıxıb möhkəm ovcumda, verdim təkan. 
Onu istəyirdim yəhərdən alam, 
Qara torpağa əjdəhatək salam. 
Küləkdən dəbərməz uca dağ necə, 
Yəhərdə o tərpənmədi zərrəcə! 
Sabah mən gərək tez gedim meydana, 
Güləşdə gəlim bəlkə qalib ona. 
Qərarım budur, tanrı yaxşı bilər, 
Kimi istəsə həqq, o qalib gələr. 
Şücaət, zəfər, güc verən də odur, 
Günəşlə Ayı gəzdirən də odur. 
Dedi şah ki: – Hifz etsin allah səni, 
Həmişə zəlil eyləsin düşməni! 
Gecə sübhədək sürtüb üz torpağa, 
Özüm başlaram həqqə yalvarmağa. 
Odur qalibiyyət yolu göstərən, 
Odur həm fələkdə Aya nur verən. 
Sənə qoy bu işdə xuda yar ola
Adın yüksələ, düşmənin xar ola! 
Təhəmtən dedi: – Bəxtin, ey padişah, 
Yar olsa, çatar kamına xeyrxah! 
Başı fikr ilə, qəlbi kinlə dolu, 
O öz ordugahına tutdu yolu. 
Zəvarə, ürəkdə yarası dərin, 
Dedi: – Söylə, keçdi necə işlərin? 
Yemək  istədi Rüstəm ondan bu dəm, 
Çalışdı, unutsun, nədir dərdü qəm. 
Dedi: – Çəksə hər cür bəlalar başım 
 
443 
Səbirli, mətanətli ol, qardaşım! 
Görək sübh tezdən gedəm meydana, 
Belə vermişəm söz o türk oğluna. 
Özünlə götür ordu bayrağını, 
Qızıl təxtimi, zərli başmağımı, 
Günəş dağ başında olarkən əyan 
Sərapərdənin qarşısında dayan! 
Əgər mən qazansam döyüşdə zəfər 
Dönüb, tez gətirrəm sənə xoş xəbər. 
Əgər başqa cür olsa, sən heç zaman 
Qızışma, qorun, etmə ahü fəğan! 
Bu meydana siz təkbətək getməyin, 
Vuruşmaq üçün heç təlaş etməyin! 
Tutub Zabilistana üz, tez gedin
Zalı bu müsibətdən agah edin! 
Anam ağlasa, könlünü al ələ,  
De: tanrı özü istəmişdir belə. 
Məni qoy unutsun o, el qaydası: – 
Nədir gözyaşı tökməyin faydası? 
Qalan olmamış daimi dünyada, 
Hədər getməmiş heç də ömrüm bada. 
Əlimdə nə çox divlə aslan, pələng, 
Həlak oldu onlarla etdikdə cəng. 
Neçə bürc, qala fəth edibdir əlim, 
Cahan alçalırdı ki, mən yüksəlim. 
Döyüşmək üçün atlanan hər adam 
Deyər: – Gəl, əcəl, gəlməyindən şadam! 
Tutaq ki, mini adlamışdır yaşın,  
Budur axırım, yorma nahaq başın! 
Zala söylə, görsən onu şadiman 
Ki, şahdan üzü dönməsin heç zaman, 
Əgər hərbə getsən, qabaq səfdə get, 
Nə fərman verərsə, onu sən eşit! 
Ölümçün yaranmış qoca, həm cavan, 


 
444 
Bizə daimi ev deyil bu cahan. 
Gecə keçdi, Söhrabdan idi sözü
Yoruldu, uzandı,qapandı gözü. 
Qanadlandı parlaq Günəş, saçdı nur, 
Qara qarğa gizləndi gözdən, budur. 
Təhəmtən alıb geydi bəbri-bəyan, 
Minib Rəxşinə sanki şiri-jəyan, 
Atın tərkinə bağladı bir kəmənd, 
Qılınc dəstəsində əli oldu bənd, 
Başında dəbilqə gəlib meydana, 
O çöldə gətirdi atı cövlana. 
Hamı qəm udur ki, çox olsun payı, 
Hərislikdə insanların yox tayı. 
O yandansa Söhrab qurmuş büsat, 
Saz-avaz ilə mey içirdi rahat. 
Tutub Humana üz, dedi ki: – Dünən 
Mənimlə bir aslan kimi döşləşən, 
Döyüşdə nə qorxar, nə də sarsılar, 
Mənimtək onun da uca qəddi var. 
Mənəm sanki qol, döş, boyun, sinədən, 
Bizi bir qəliblə töküblər, deyən 
Anam söyləyən o nişanlar ki, var, 
Hamı onda cəmdir, açıq-aşikar! 
Baxıb həsrət ilə ona, durmuşam, 
Nə göz çəkmişəm, nə üzə vurmuşam, 
Odur, mən bilən, Rüstəmi-namidar, 
Cahanda belə pəhləvan az olar. 
Atamla döyüşsəm əgər üz-üzə, 
Necə görsənim sonra bəs mən gözə? 
Human dedi: – Rüstəmlə meydanda mən 
Neçə dəfə rastlaşmışam bilmədən. 
Görüb duymuşam qüdrətin, qüvvətin, 
Ona sən müqabil durarsan çətin. 
Bilirsənmi, Mazəndaranda o şir 
 
445 
Nələr eyləmiş, indi də söylənir? 
Onun Rəxşinə oxşayırsa bu at, 
Hanı bunda bəs ondakı qol-qanad? 
Səhər oldu, çıxdı Günəş pusqudan, 
Göz açdı igidlər, oyandı haman 
Durub geydi Söhrab döyüş paltarı, 
Xumarkən o yollandı meydan sarı. 
Ağır gürz əlində girib meydana, 
Çəkib nərə, saldı atın cövlana, 
Gülər üzlə o Rüstəmə atdı söz, 
Sanardın mey içmiş gecə üzbəüz. 
Soruşdu: – Necə yatmısan, durmusan? 
Niyə qəlbini kinlə doldurmusan? 
Əlindən o gürzü, qılıncı, gəl, at, 
Yerə vur bu qovğanı, dostluq yarat! 
Gəl, atdan düşək, üzbəüz əyləşək, 
Doyunca bu köhnə şərabdan içək! 
Edək əhdü peymanı xaliqlə biz, 
Bezibdir deyək hərbdən qəlbimiz! 
Əgər başqası girsə də meydana, 
Biz işrətlə sadiq qalaq peymana! 
Səni sevmişəm mən ürəkdən özüm, 
Necə gör qızarmış həyadan üzüm? 
Yəqin ki, böyük nəsildənsən özün, 
Danış, qalmasın qoy ürəkdə sözün! 
Dedi Rüstəm: – Ey pəhləvan, az danış! 
Mənəm, bil, bu sözlərlə çoxdan tanış! 
Güləşmək qərarına gəldik dünən, 
Məni, gəl, bu sözlərlə aldatma sən! 
Cavansan, məni zənn qılma uşaq, 
Kəmər tutmağa hazır ol ey qoçaq! 
Mən ömrümdə çox gəzmişəm dağ, dərə, 
Qulaq asmaram hiyləgər sözlərə! 
Dedi Söhrab: – Ey pəhləvan, yaxşı bil, 


 
446 
Bu sözlər qoca mərdə layiq deyil! 
Mən arzu edərdim çatanda əcəl 
Yataqda öləydim, barı, ey əfəl!. 
Öyünsə sənin kimi hər bir adam, 
Ya əldə ölər, ya ki darda müdam! 
Deyirsən, yenə çarpışaq biz gərək! 
Mən hazır: kimə yar olar həqq, görək! 
Döyüş atlarından yerə endilər
Başında dəbilqə, belində kəmər, 
Piyada, daşa bağlayıb atları, 
Toz içrə gedib bir-birinə sarı, 
Gah əlləşdilər, gah da diz çökdülər, 
Bədəndən yerə qanlı tər tökdülər. 
Qızan fil kimi əl atıb bir kərə 
Alıb Rüstəmi, qoydu Söhrab yerə 
Bir aslan necə guru yerdən alar, 
İti pəncəsində üz üstə salar, 
Üzü, ağzı torpaq dolu Rüstəmin 
Çıxıb sinəsində oturdu həmin 
Belindən çıxardı iti xəncəri 
Ki, başsız qoya o nəhəng peykəri! 
Dedi Rüstəm: – Ey şir tutan qəhrəman, 
Əli gah kəmənd, gah qılıncdan tutan! 
Bu rəftar bizlərdə adət deyil, 
Bizim rəsmimiz başqadır, başqa, bil! 
Özündən böyüklə əgər bir nəfər 
Döyüşdə güləşsə, qazansa zəfər, 
Gələrsə yerə yaşlının arxası. 
Kəsilməz başı, bax, budur qaydası! 
İkinci kərə yıxsa, tez öldürər, 
Ona şir kimi öz gücün bildirər! 
O, çün istəmirdi tuta xalq yas, 
Bu fənd ilə oldu ölümdən xilas! 
Qoca pəhləvana cavan pəhləvan 
 
447 
İnandı, sədaqətlə verdi aman! 
Birinə ürək, yaş böyük dərd idi, 
Biri sadəlövhdü, cavanmərd idi 
Bir ahu görüb yan keçən şir kimi 
Çölə qoydu üz, boşladı Rüstəmi. 
Kiminlə vuruşmuş, yada salmadan 
Şikar eyləyirdi o gənc qəhrəman. 
Gecikdi o, Human gəlib çatdı tez, 
Soruşdu: – Niyə ondan əl çəkdiniz? 
Ona Rüstəm hər nə demişdi o gün, 
O da Humana şərh qıldı bütün. 
Human söylədi: – hiyləyə uymusan, 
Canından niyə gənc ikən doymusan? 
Bu qoldan, bu boydan-buxundan heyif! 
Bu pəncə, kəmər, döş, boyundan heyif! 
Keçirdin igidliklə şiri girə, 
Aman verdin öz xamlığından şirə! 
Onunla tutaşsan əgər bir də sən, 
Görərsən, qalarsan necə girdə sən! 
Bu sözlər salıb Söhrabı heyrətə, 
Canı çulğalandı qəmə, möhnətə, 
Qərargahına qoydu üz durmadan, 
Qəzəbdən onun beyninə vurdu qan 
Nə xoş söyləmiş bu sözü şəhriyar: 
Kiçik olsa da, düşməni tutma xar! 
Əlindən onun oldu Rüstəm xilas, 
Polad bir qılıncdan, deyən, getdi pas. 
İtən bir həyatı tapıbdır deyə, 
Yetirdi özun bir axar çeşməyə! 
Su içdi bulaqdan, yuyundu təmiz! 
Ulu tanrı dərgahına tutdu üz. 
O, xaliqdən istərdi qüvvət, zəfər, 
Xəbərsizdi tale necə tor sərər. 
Fələk dövr edər, bəxt yoldan sapar


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə