Microsoft Word ellez metanet docx



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə16/22
tarix02.04.2018
ölçüsü0,56 Mb.
#35778
1   ...   12   13   14   15   16   17   18   19   ...   22

48 

 

sənədlərdən,normativ  aktlardan,  sifarişçilərlə  bağlanılan  müqavilələrdən  və 



digərinformasiya mənbələrindən istifadə edilir. 

 

3.2.



  Mənfəətin ıtrukturunun və dinamikasının təhlili 

 

Mənfəəti  təhlil  etmək  üçün  ilk  növbədə  onu  xarakterizə  edən  göstəricilər 



sistemini  və  bu  göstəricilərin  formalaşması  qaydasını  bilmək  lazımdır.  Müasir 

şə

raitdə  mənfəətin  planlaşdırılması  və  təhlili  işlərində  mənfəəti  xarakterizə  edən 



aşağıdakı göstəricilərdən istifadə edilir: 

1.Marjinal mənfəət. Bu göstərici məhsul, iş və xidmətlər satışından pul gəliri 

ilə həmin məhsula aid müstəqim (əsas) məsrəflər arasındakı fərq kimi hesablanır; 

2.  Məhsul,  mal,  iş  və  xidmətlər  satışından  mənfəət.  Bu  göstərici  marjinal 

mənfəətdən həmin dövrə aid sabit (daimi) xərcləri çıxmaqla təyin edilir; 

3. Vergiyə cəlb edilənədək ümumi maliyyə nəticə (brutto-mənfəət) - məhsul, 

iş və xidmətlər satışından maliyyə nəticə, maliyyə və investisiya fəaliyyətlərindən 

maliyyə nəticə, satışdankənar və fövqəladə gəlirlər və xərclər; 

4.  Vergiyəcəlbedilən  mənfəət.  Bu  göstərici  brutto-mənfəət  göstəricisi  ilə 

gəlirlərə qiymətli kağızlar və birgə müəssisələrdə payla iştirakından alınan vergiyə 

cəlb edilən mənfəət məbləği, habelə vergi qanunvericiliyinə görə mənfəətdən vergi 

üzrə güzəşt məbləğləri arasındakı fərq kimi hesablanır; 

5.  Xalis  mənfəət  -  bütün  vergiləri  və  iqtisadi  sanksiyaları  və  sair  məcburi 

ayırmalar çıxdıqdan sonra müəssisənin sərəncamında qalan mənfəət; 

6.  Kapitallaşdırılmış  (bölüşdürülməmiş)  mənfəət,  yəni  mənfəətdən  aktivlərin 

artımının maliyyələşdirilməsinə yönəldilən hissə; 

7.  stehlak  olunan  mənfəət  -  yəni  mənfəətdən  dividentlərin  ödənilməsinə 

persionala və sosial proqramların icrasına yönəldilən hissə. 

Mənfəəti  xarakterizə  edən  göstəricilərin  formalaşmasının  struktur  -  məntiqi 

modelini aşağıdakı formada vermək olar (Şəkil 3.1, cədvəl 3.1): 

 

 



49 

 

Şə



kil 3.1. Mənfəət göstəricilərinin formalaşmasının struktur-məntiqi model. 

 

 




50 

 

 



 

 



51 

 

Verilən  məlumatların  təhlilindən  göründüyü  kimi  «Azərtuneltikinti»  SC-də 



2013-cü  ildə  2010-cu  illə  müqayisədə  ümumi  mənfəət  məbləği  2010-cu  illə 

müqayisədə 818573 man. yaxud 78,90 % artmışdır. 

Mənfəətin  ümumi  həcmində  məhsul,  iş  və  xidmətlər  satışından,  başqa  sözlə 

desək  əsas  fəaliyyətdən  alınan  mənfəət  cəmi  mənfəətin  53,25-97,84  faizini  təşkil 

edir.  Son  məlumata  görə  digər  sahələrdən  alınan  mənfəət  cəmi  mənfəətin  2,16 

faizini təşkil edir. Buna görə də mənfəətin çoxaldılması ehtiyatlarını məhsul, iş və 

xidmətlər  istehsalı  və  satışı  fəaliyyətində  axtarmaq  tələb  olunur.  Bu  səbəbdən  də 

digər  mənfəət  mənbələrindən  fərqli  olaraq  əsas  fəaliyyətdən  (məhsul,  iş  və 

xidmətlər satışından) alınan mənfəəti-ətraflı, daha dərindən təhlil etmək, mənfəətin 

çoxaldılması ehtiyatlarını ilk növbədə bu fəaliyyət sahəsində axtarıb tapmaq tələb 

olunur. 

 

3.3.



  Məhsul, iş və xidmətlər satışından alınan mənfəətin təhlili 

 

Podrat  tikinti  təşkilatlarında  da  digər  istehsal  sahələrində  olduğu  kimi 



mənfəətin artmasına ən çox satışdan əldə edilən gəlirlər təsir etdiyi üçün satışdan 

alınan mənfəətə təsir edən amillərin təhlilinə diqqət yetirilməlidir. 

Satışdan alınan mənfəətə 4 birinci dərəcəli amil təsir göstərir: 

1.Məhsul  satışının  həcminin  plana  yaxud  bazis  ilinə  nisbətən  dəyişilməsi 

(M Ü); 

2.Satışınstrukturunun dəyişilməsi (Udi); 



3.Reallaşdırılan məhsulun tam maya dəyərinin dəyişilməsi (Si); 

4.Orta satış qiyməti səviyyəsinin dəyişilməsi (Qi). 

Satışın həcmi mənfəətin həcminə həm müsbət və həm də mənfi təsir göstərə 

bilər.  Rentabelli  məhsulların  satışın  həcminin  artımı  mənfəətin  artımını,  zərərli 

məhsulların satışın həçminin artımı ilə mənfəətin azalması ilə nəticələnir. 

Reallaşdırılan məhsulun strukturunda əmələ gələn dəyişiklik də həm  müsbət 

və həm də mənfi təsir göstərir. Satışın ümumi həcmində daha rentabelli məhsulun 

payı  artdıqca  mənfəət  məbləği  də  çoxalır.  Bunun  əksinə  olaraq  satışın  ümumi 




52 

 

həcmində  az  rentabelli  və  zərərli  məhsulun  payı  artdığı  halda  ümumi  mənfəət 



məbləği azalır. 

Maya  dəyəri  göstəricisi  mənfəətlə  tərs  mütənasibdir.  O,  artdıqca  mənfəət 

azalır və əksinə. 

Orta  satış  qiyməti  səviyyəsinin  dəyişilməsi  mənfəətlə  tam  mütənasibdir: 

qiymətlərin səviyyəsi yüksəldikcə mənfəət məbləği çoxalır və əksinə. 

Sadaladığımız  amillərin  satışdan  alınan  mənfəətə  təsirini  hesablamaq  üçün 

tələb  olunan  informasiya  «Müəssisənin  (təşkilatın)  maliyyə  fəaliyyətinin  əsas 

göstəriciləri  haqqında  hesabat»da  (forma  1-maliyyə)  verilir.  Lakin  burada verilən 

informasiya  amilli  təhlil  üçün  qənaətbəxş  deyildir.  Sadaladığımız  amillərin 

mənfəətin  həcminə  təsirini  hesablamaq  üçün  zəncirvariyerdəyişmə  üsulundan 

istifadə  edildikdə  bir  neçə  hesablama  göstəricisindən  də  istifadə  etmək  tələb 

olunur. Bunu aşağıdakı analitik hesablamadan aydın görmək olar (Cədvəl 3.2). 

 

Cədvəl 3.2 



Satışdan alınan mənfəətin amilli təhlili üçün tələb olunan göstəricilər üçün 

tələb olunan göstəricilər (manatla). 

Göstəricilər 

Bazis ilində (2011) 

Hesabat ilinin 

faktiki həcminə görə 

hesablanan baza 

ilinin göstəriciləri 

Hesabat 


ilində 

(2013) 




1.Məhsul (iş və 

 

 

 



xidmətlər) 

 

 



 

satışından gəlir  

 (MSüio- 

(MSüi x  

(MSüii x Qii) 

(Si) 


 Qio)=4181567 

Qio)=4062157 

4306277 

2.Reallaşdırılan 

 

 

 



məhsulun tam 

 

 



 

maya dəyəri 

 (MSüio x 

(MSüii x  

(MSüii x 

(Mtd)  


 Mio)=3325693 

Mdio)=3328845 

Mdii)=38511173 

3.Mənfəət (M) 

855874 

837035 


445104 

 

Sadaladığımız  amillərin  təsirini  təyin  etmək  üçün  tələb  olunan  göstəricilər 



zəncirvariyerdəyişmə üsulunda aparılan aşağıdakı hesablamalardan verilir. 


Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə