Microsoft Word distant tehsil-movzu



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə14/48
tarix06.05.2018
ölçüsü1,48 Mb.
#43216
1   ...   10   11   12   13   14   15   16   17   ...   48

26 

 

qadınların,  ha-belə  bunların  peşələrinin  sayı  və  hər  bir  cinsə,  peşəyə  aid  işçi-lərin  sayını  göstərmir.  Bu 



məlumatı əldə etmək üçün qrup ic-malı tərtib edilir. 

     Qrup  icmalında  məcmu  vahidləri  birnövlü  qruplara  bölünür,  sonra  ayrı-ayrı  qruplar  üzrə  və  sonda 

bütövlükdə  məcmu üzrə  yekunlar vurulur. Məsələn qrup icmalı vasitəsi ilə əlli fəhləni kişi və qadınlara, 

müxtəlif peşələrə, qabaqcıllara və geridə qa-lanlara ayırmaq və  hər cinsə, peşəyə, əmək məhsuldarlığına 

aid  fəhlə  sayını  müəyyən  etmək  olar.  Bundan  başqa  əmək  haqqının  ixtisasdan  və  əmək 

məhsuldarlığından  asılılığını  da  burada  mü-əyyənləşdirmək  mümkündür.  Qrup  icmalı  statistika 

qruplaşdır-ması  nəticəsində  əldə  edilən  məlumatın  yekunlaşdırılmasıdır.  Statistika  qruplaşdırması 

dedikdə  məcmu vahidlərinin birnövlü qruplara bölüşdürülməsi təsəvvür edilir ki, bundan da məqsəd hər 

bir qrup üzrə icmal göstəricilərinin əldə edilməsidir. 

     İnterval bölgü və  interval qeydləri.  Bir sıra  bölgülərdə  hər qrup üçün qruplaşdırma əlaməti  müəyyən 

kəmiyyət  şəklində  de-yil,  bir  kəmiyyətlə  digər  kəmiyyət  daxilində  göstərilə  bilər  (in-tervalın  ilk  və  son 

qiymətləri).  Belə  bölgüyə  interval  bölgü  de-yilir.  Interval  bölgüsü  qruplaşdırma  əlamətinin  çox  ədəd 

daşıdı-ğı  hallarda  tətbiq  edilir.  Müasir  statistika  araşdırmalarında,  he-sablamalarında  interval  qeydləri 

aşağıdakı 2 üsulla aparılır: 

    1-ci  üsulda  qeydlər  100  ifadəsi  (100  vahid  və  ya  100%  )  kimi    ifadə  edilir.  Bu  zaman  ,  məsələn, 

normaların 100% yerinə yeti-rilməsi sonrakı üçün ilk qiymət təşkil edir, qabaqkı qrupda isə intervalın son 

qiyməti 100%-ə qədər (yəni 99,99%) olan rəqəmi təşkil etməlidir. Eyni qayda 100 ədəd ifadəsi ilə  bağlı 

da keçər-lidir. Yəni,  bu üsulda  verilmiş olan 100 ədəd sonrakı  intervalın  ilk qiymətidir, qabaqkı qrupun 

son  qiyməti  isə  100-dən  bir  va-hid  az,  yəni  99,99-dur.  Birinci  üsulla  aparılan  interval  qruplaş-

dırmalarının daxilindəki yeganə fərq bu istiqamətlərdən birinin mütləq ifadə ilə (100 ədəd), digərinin isə 

nisbi kəmiyyət for-masında (100%) verilməsidir.    

   2-ci  üsulda  500  ədəd  qabaqkı  qrupun  son  qiymətidir  (500-ə  qədər  yazılmasına  baxmayaraq),  sonrakı 

qrupun  ilk  qiyməti  isə  ondan  bir  vahid  çox,  yəni  501  olacaqdır.  Adətən  ikinci  üsuldan  daha  iri  həcmli  

interval  qruplaşdırılması  tələb  olunduqda  (mə-sələn,  Azərbaycan  Respublikasının  məskünlaşma-yaşayış 

ərazi-lərinin onların əhalisinə görə qruplaşdırılması) istifadə edilir.  

    İnterval  bölgüsünün  bütün  hallarında  intervalın  miqdarı  qon-şu  intervalların  ilk  yaxud  son 

qiymətlərinin  arasındakı  fərqdən  ibarət  olur.  Aşağıdakı  şərti  misalla  müşahidə  materialları  əsasın-da 

statistika  qruplaşdırmasının  köməyi  ilə  əmək  haqqı  miqdarı  üzrə  fəhlələrin  tərkibini  öyrənmək 

mümkündür. Bunun üçün on-ları aşağıdakı qruplara bölək (cəd.3.1). 

 

Cədvəl 3.1 Müəssisə işçilərinin əmək ödənişi üzrə bölgüsü 



Ə

mək haqqı miqdarı (mаn). 

Fəhlələrin sayı 

160- dan az 

160-dan - 180-dək 

180-dən – 200- dək  

200-dən – 220- dək  

220-dən – 240- dək  

240-dan – 260- dək  

260-dan – 280- dək 

280 və daha çox 

17 



11 

11 




Yekun  


50 

     


 

    Bu  bölgü  intervallar  üzrə  aparılmışdır,  çünki  şərti  ifadə  et-diyimiz  əlli  fəhlənin  tərkibində  müxtəlif 

peşəli  və  ixtisaslı,  müx-təlif  əmək  məhsuldarlığı  olanlar  vardır  ki,  bunların  da  əmək  haqqı  müxtəlif 

olmaqla  ayda  150  manatdan  340  manatadək  tə-rəddüd  edir.  Qeyd  etmək  lazımdır  ki,  bu  qruplaşdırma 

bərabər intervallarla (20 manat) aparılmışdır. 

    Statistikada  icmallaşdırma  texnikası.  Müşahidə  materialları-nın  icmallaşdırılmasına  başlamazdan 

əvvəl  onların  keyfiyyəti  yoxlanılmalıdır.  Burada  aşkara  çıxarılan  səhvlər  və  qüsurlar  vaxtında  ləğv 

edilməlidir. Materialların həm də dolğunluğu, yə-ni məcmunun bütün vahidləri haqda məlumatın alınıb-

alınma-dığı  yoxlanılmalıdır.  Materialların  keyfiyyət  və  kəmiyyət  dol-ğunluğu  yalnız  diqqətlə 

yoxlanıldıqdan sonra  icmallaşdırma  işi-nə keçmək olar. Statistika təcrübəsində  icmallaşdırmanın  iki  nö-

vü vardır: əl vasitəsilə aparılan icmallaşdırma; mexanikləşdirilmiş icmallaşdırma (maşınlar vasitəsilə). 

     Əl  vasitəsilə  aparılan  icmallaşdırma,  toplanan  material  ayrı-ayrı  kartlar  şəklindədirsə,  aşağıdakı 

əməliyyatlardan  ibarət  olur:  göstəricilərin  işarələnməsi  və  şifrələnməsi;  kartların  ayrı-ayrı  qruplara 

bölünməsi; məcmu vahidlərinin və yekunların ayrı-ayrı əlamətlər üzrə hesablanması. 

    Məlumat  siyahı  formasında  olan  hallarda  əl  vasitəsi  ilə  apa-rılan  icmallaşdırma  işi  xeyli  çətinləşir. 

Məcmu vahidinin az say-da olması köməkçi cədvəllərin tərtib edilməsinə şərait yaradır. Materialların çox 




27 

 

vahid  miqdarında  toplandığı  və  çox  əlamət  da-şıdığı  hallarda  hesablamanı  asanlaşdırmaq  üçün  hər 



müşahidə vahidi haqqındakı məlumat siyahılarından fişka adlanan ayrı-ay-rı kartlara köçürülür və bundan 

sonra məlumatın kart formasın-da olmasında olduğu kimi  icmallaşdırma aparılır. Mexaniki  sex  fəhlələri 

haqqındakı məlumat üçün fişkanın maketini nəzərdən keçirək (şək.3.1). 

Şəkil 3.1. Fişkanın maketi.

 

Sıra №-si 

Cinsi 

Peşəsi 


Tarif cədvəlinin dərəcəsi 

Normanın yerinə yetirilməsi %-i 

İş stajı (il)  

x” ilinin “y” ayı üçün əmək haqqı (man) 

 

     Hazırda  ən  çox  mexanikləşdirilmiş  icmal  tətbiq  edilir.  Onun  tətbiq  prosesini  sadə  şəkildə  nəzərdən 



keçirək.  Mexanikləşdi-rilmiş  əməliyyata  ilk  sənədlər  mühasibatdan,  statistika  şöbəsin-dən  və  s. 

şöbələrdən  alınır.  Xüsusi  işçilər  qrupu  ilk  sənədləri  qəbul  edir  və  yoxlayır.  Yoxlama  sənədlərinin 

dolğunluğu 

və 


də-qiq 

doldurulması 

müəyyənləşdirilir. 

Sənədlərin 

təhvil 

verilməsi 



üçün 

müəyyənləşdirilən qəti müddətlər və onların doldurulması keyfiyyətinə dair tələblər uçot işlərini nizama 

salır. Qəbul  edil-miş  birnövlü  sənədlər xüsusi  marşrut vərəqələri  ilə cəmləşdiril-mək üçün cəmləşdirici-

maşın qrupuna  verilir və burada gələcək  yoxlama üçün  lazım olan ən  mühüm əlamətlər üzrə onlara  ye-

kun  vurulur.  Həmin  yoxlamanın  yekunları  sənədlərin  qəbul  edil-məsinə  dair  aparılan  dəftərə  yazılır. 

Cəmləşdirildikdən  sonra  sə-nədlər  qiymət  qoymaq,  lazımi  qismət  və  hasilləri  hesablamaq  üçün 

hesablayıcı-maşın  qrupuna  verilir.  Bu  işdə  yazı  salmayan  avtomatik  və  yazan  faktura  maşınları  tətbiq 

edilir;  faktura  ma-şınları  hərf  mətnindən  başqa,  qiymətin  miqdara  vurulmasından  əldə  edilən  hasili, 

xüsusi və ümumi yekunları göstərə bilər, habelə güzəşt və artırma %-ni hesablaya bi-lər.  

     Qiymətqoymadan  sonra  ilk  sənədlər  bir  sıra  göstəricilərlə  tamamlanıb  perforasiyaya  verilir.  Burada 

bütün lazımi göstəri-cilər istənilən rəqəmləri ifadə edən deşiklər açmaqla xüsusi kart-lara (perfokartlara) 

keçirilir. Deşilən perfokartlar perforasiya yoxlamasına verilir ki, bu da müxtəlif üsullarla aparıla bilər. Bu 

üsullardan  ən  sadəsini,  yəni  deşilmiş  perfokartların  yoxlayıcı  adlanan  xüsusi  maşından  keçirilməsi 

üsulunu  araşdıraq.  Burada  yoxlama  aparan  işçi  maşının  klavişlərini  (düymələrini)  sıxaraq  ilk  sənədləri 

təkrarən oxuyur və alınmış deşiklərin düzgünlüyü-nü yoxlayır. 

    Perfokartlarda bir ədəd də olsun səhv deşik açıldığı müşahidə edilərsə, belə kart dəyişilməli, yeni kart 

götürülməlidir.  Yoxlan-mış  perfokart  müəyən  qruplaşdırıcı  əlamətlər  üzrə  qruplaşdır-maya  (düzəlməyə, 

çeşidlənməyə)  verilir.  Çeşidlənmiş  perfokart-lar  tabulyatora  daxil  olur.  Tabulyator  nəinki  xüsusi 

perfokartın  ədəd  qiymətlərini  çap  edə,  həm  də  xüsusi  və  ümumi  yekunları  verə  bilər.  Tabulyatorda  çap 

edilmiş  cədvəllərə  tabulyoqram  de-yilir.  Çap  edilmiş  tabulyoqramlar  yoxlama  rəqəmləri  ilə  tutuş-

durulduqdan sonra nəzarət və buraxılış qrupu tərəfindən həmin işin sifarişçisinə verilir.  

     Mexanikləşdirilmiş  icmallaşdırmanın  əl  vasitəsi  ilə  aparılan  icmallaşdırma  qarşısında  mühüm 

üstünlükləri  vardır:  burada  materialların  işlənməsi  prosesi  xeyli  sürətlənir,  daha  çox  dəqiq-lik  yaranır, 

habelə  əmək  və  vəsait  sərfinə  qənaət  edilir.  Statistika  materiallarının  mexanikləşmiş  qaydada 

icmallaşdırılması  üçün  hesabat  blanklarında  blankın  özünə  və  hesabat  göstəricilərinə  şifrələr  qoyulur. 

Uçot-hesablayıcı  materialların  mexanikləşmiş  üsulda  icmallaşdırılmasının  və  işlənməsinin  bir  neçə 

təşkilati forması (məsələn, maşın-hesab stansiyaları - MHS) vardır.  

Təkrar  qruplaşdırma  və  təsnifat.  Təcrübədə  bir  çox  hallarda  ayrı-ayrı  regionlar  üçün  eyni  zamanda 

aparılmış  qruplaşdırmalar  müxtəlif  sayda  olduğundan  və  yaxud  fasilə  sərhədlərinin  eyni  olmaması 

nəticəsində  müqayisə  oluna  bilmirlər.  Belə  qrupları  müqayisəli  vəziyyətə  salmaq  üçün  növbəti  dəfə 

qruplaşdırmalar  aparmaq  zərurəti  ortaya  çıxır.  Bu  zəurət  nəticəsində  aparılan  qruplaşdırmaya  təkrar 



qruplaşdırma  deyilir.  Bu   qruplaşdırma-nın  mahiyyəti  ondan  ibarətdir  ki,  ilkin  müşahidə  məlumatından 

istifadə  etmədən,  əvvəlcədən  aparılmış  qruplaşdırma  əsasında  aparılan  qruplaşdırmadır.  Təkrar 

qruplaşdırma  iki  üsulla  aparı-lır:  1)  əvvəlki  qrupların  fasilələrini  iriləşdirmək;  2)  ümumi  yekunda 

qrupların hissəsi əsasında yeni qrupların  təşkili. 

 

    Məhsulun iqtisadi təyinatına görə qruplaşdırılmasının da bö-yük əhəmiyyəti vardır. Pərakəndə ticarət 



statistikasında  əmtəə-lərin  ərzaq  və  qeyri-ərzaq  mallarına,  kənd  təsərrüfatı  statistika-sında  məhsulların 

bitki növlərinə görə qruplaşdırılmasının əhə-miyyəti böyükdür. ÜDM-in, milli gəlirin və s. göstəricilərin 

təhlilində də qruplaşdırmadan geniş istifadə edilir.  

    Statistika mürəkkəb sosial və iqtisadi hadisələri öyrənmək üçün müxtəlif təsnifatlardan da istifadə edir. 

Təsnifatlar  keyfiy-yət  əlamətlərinə  görə  mürəkkəb  sosial  və  iqtisadi  hadisələrin  tərkib  hissələrinin 

siyahısından ibarət olub planlaşdırma və ida-rəçilik, uçot və hesabat işlərinin əsasını təşkil edir. 

     Statistikada  tətbiq  edilən  təsnifatlar  arasında  xalq  təsərrüfatı  sahələrinin  təsnifatı  xüsusi  əhəmiyyətə 

malikdir.  Bu  təsnifat  xalq  təsərrüfatında  uçot  və  statistika  işlərinin  əsasını  təşkil  et-məklə  yanaşı,  onun 




Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə