Microsoft Word Dissertasiya C. Ceferli docx



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə9/28
tarix28.08.2018
ölçüsü1,15 Mb.
#64964
1   ...   5   6   7   8   9   10   11   12   ...   28

 

 

25 



 

2020-ci ildə enerjiyə tələbatın 65 faiz artacağını deyə bilərik. Ancaq artan bu tələbatın 

qarşılanması  mövcud  imkanlarla  çox  çətindir  və  buradakı  əsas  problem  enerji 

resurslarının dünyada qeyri-bərabər yerləşməsidir. Belə ki, dünyada mövcud olan neft 

və təbii qaz resurslarının təxminən 80 faiz Avroasiya regionunda yerləşmişdir. Qərbi 

Avropa,  ABŞ  və  Çinin  2025-ci  ildə  70  faiz  neft  idxalından  asılı  olacaqları  güman 

edilir. 

Başqa  sözlə  desək,  bu  ölkələr  Yaxın  Şərq,  Rusiya  və  Xəzər  regionundan  asılı 

olacaqlar.  Odur  ki  Çin,  Hindistan,  ndoneziya  kimi  ölkələr  mühüm  neft  və  təbii  qaz 

boru  kəmərləri  üzərində  işləyirlər.  Asiya  ölkələri  neft  istehlakının  85  faizini  əsasən 

Bəsrə  körfəzindən  qarşılayır.  Digər  tərəfdən  artan  beynəlxalq  siyasi  gərginliklər, 

xüsusilə Yaxın Şərqdə baş verən hadisələr və bu kimi amillər də enerjiyə olan tələbata 

və onun qiymətinə böyük təsir göstərməkdədir . 

Müasir  dünya  yanacaq-enerji  balansı  çox  geniş  spektrlidir.  Bütün  ekoloji 

fəsadlara  baxmayaraq  nüvə  energetikası  inkişaf  edir.  Hazırda  qlobal  nüvə 

energetikasının  pay  hesabına  yanacaq-energetika  balansının  6-7  faizi  və  istehsal 

olunan elektrik enerjisinin 17 faizi düşür. AES-lərin gücünün artması prosesi davam 

edir, "Nüvə energetik klubu" üzvlərinin sayı artır. Lakin BMT-nin Atom Enerjisi üzrə 

Agentliyi  AEA-nın  proqnozlarına  görə,  AES-lərin  inkişaf  sürəti  yaxın  onillikdə  o 

qədər  də  yüksək  olmayacaqdır.  Bununla  belə,  nüvə  energetikası  addımlarını  irəliyə 

doğru qətiyyətlə genişləndirəcəkdir. 

Energetik  statistika  istinad  etdikdə  aydın  olur  ki,  hazırda  enerjidaşıyıcılarının 

1/3-i istehlakçılara sərhədləri aşaraq yetişir. Bu göstərici daş kömür üzrə 10 faiz, neft 

üzrə  40  faiz,  təbii  qaz  üzrə  isə  20  faiz  təşkil  edir  gətirilir.  Belə  reallıq  isə  dünyanın 

ayrı-ayrı  coğrafi  ərazilərində  enerji  resurslarının  qeyri-bərabər  yerləşməsi  və  onların 

müvafiq enerji istehlakı mərkəzlərindən uzaqlığı vəziyyətindən irəli gəlir. Vəziyyətin 

mülayimləşməsini  isə  "Dayanıqlı  inkişaf  konsepsiyası"  təmin  edir.  Bu  konsepsiya 

dünya  yanacaq-enerji  kompleksinin  inkişafının  dünya  iqtisadiyyatındakı  roluna 

rəğmən  enerji  resursları  istehlakçıları  olan  ölkələri,  enerji  sisteminin  iqtisadi 

səmərəliliyini  və  ekoloji  təhlükəsizliyinin  təmin  edilməsi  oriyentasiyasına  keçidini 

şə

rtləndirir. 




 

 

26 



 

Müasir  dövrdə  dünyada    təbii  ehtiyatlardan  istifadədə  xarici  amillərin  rolu 

sürətlə  yüksəlməkdədir.  Məsələ  ondadır  ki,  indiki  halda  heç  bir  ölkə  xarici  aləmdən 

təcrid olunmuş halda uzunmüddətli və davamlı iqtisadi inkişafa nail ola bilməz. Çünki 

onların  hər  biri  dünya  təsərrüfat  əlaqələri  sisteminin  ayrılmaz  tərkib  hissələridir  və 

dünya  təsərrüfat  əlaqələri  sistemi  dövlətlərin  qarşılıqlı  asılılıq  və  əlaqələrin  daima 

mövcudluğunu  tələb  edir.  Dövlətlər    istəsələr  də,    istəməsələr  də  digər  dövlətlər  ilə 

xarici iqtisadi əlaqələr qurmalıdırlar. Çünki dünyada xammal ehtiyatları qeyri-bərabər 

paylanmışdır.  Bunu  A.Smitin  “Mütləq  üstünlüklər  nəzəriyyəsi”  əsasında  izah  etmək 

olar. Nəzəriyyəyə görə əgər bir dövlətdə olan xammal digərinə nisbətən çoxdursa və 

ya artıqdırsa bu dövlət onu digərinə ixrac və ya mübadilə etməklə gəlir əldə edə bilər. 

Bundan  başqa  nəzəriyyənin  digər  göstəricisinə  görə  hansı  ölkədə  məhsul  vahidinə 

çəkilən  xərc  daha  az  olarsa,  həmin  ölkə  daha  səmərəli  mövqeydən  çıxış  edə  bilər. 

Bunun nəticəsində də ölkə müəyyən bir sahə üzrə ixtisaslaşa bilər. Çox güman ki, neft 

məhsulları  bazarının  iqtisadi  əsasları  məhz  bu  prinsip  əsasında  yaranmış  və  inkişaf 

etmişdir. 

Müasir  dövrdə    dünya  təsərrüfatını  analiz  edərkən  təbii  ehtiyatlara  olan  artan 

tələbatın əsas hissəsini məhz yanacaq ehtiyatlarının təşkil etdiyini görə bilərik. Dünya 

üzrə yanacaq daşıyıcılarına olan ilkin tələbat 1970-ci ildə 8.3 mlrd ton şərti yanacaq 

vahidi  (  ş.y.v.  ),  1980-ci  ildə  11  mlrd  ton  ş.y.v.,  1990-cı  ildə  13.2  mlrd  ton  ş.y.v., 

1995-ci  ildə 14  mlrd  ton ş.y.v.  olmuşdur.  2020-ci ildə isə bu rəqəmin 19.5  mlrd ton 

ş

.y.v. olacağı proqnozlaşdırılır. Onu da qeyd edək ki, neftin xüsusi çəkisi 7.1 mlrd. ton 



ş

.y.v.,  qazın  həcmi  isə  4.0  mlrd.  ton  ş.y.v.  təşkil  edəcək.  Bu  yanacaq  daşıyıcılarının 

içərisində neftin xüsusi çəkisi təxminən 40-50% təşikl edir. Bunu daha aydın görmək 

üçün “British Petroleum” şirkətinin hesablamalarına nəzər salmaq kifayətdir. Belə ki, 

dünya üzrə ümumi yanacağa olan təlabatın balansı aşağıdakı kimidir: 

Neft ( 40.2% ) 



Daş kömür ( 25.4% ) 

Təbii qaz ( 23.5% ) 



Nüvə enerjisi ( 7.5% ) 

Hidroenerji ( 2.4% ) 




 

 

27 



 

Digər enerji daşıyıcıları ( 1% ) 



Uzunmüddətli  proqnozlara  görə  yaxın  dövrlər  ərzində  neftə  olan  tələbat 

durmadan  artacaq  və  bu  sahəyə  yönəldilən  investisiyaların  həcmi  indiyə  qədər 

görünməyən  həddə  çatacaqdır. Beləliklə, neftə  tam  alternativ əvəzləyicinin tapılması 

ilə  “  neft  erasını  sonu  “  kəlməsinin  hələ  ki  həqiqətə  uyğun  gəlməməsini  müşahidə 

edirik. 

Ə

gər  1993-cü  ildə  beynəlxalq  miqyasda  gündəlik  ehtiyac  67  milyon  barrel 



idisə, 2005-ci ildə 85 milyon barrel, 2015-ci ildə isə 92 milyon barrel təşkil etmişdir. 

Ümumiyyətlə,  2020-ci  ildə  dünya  yanacaq-energetika  balansında  neft  istehlakının  5 

milyard tona çatacağı gözlənilir.  

lk milli neft-qaz şirkətini 1908-ci ildə özəl hasilatçılar tərəfindən təchizatdakı 

davamlı  problemlərin  ortaya  çıxmasından  sonra  Avstriya–Macarıstan  imperatoru 

Frans Cozef yaradıb. 1914-cü ildə isə Böyük Britaniya hökumətinin 2.2 milyon funt-

sterlinq vəsait ayıraraq “Anglo-Persian Oil Company”nin (bu şirkət daha sonra bp-yə 

çevrilib)  nəzarət-səhm  paketini  (51%)  ələ  keçirməsi  ilə  dövlət  nəzarətində  olan  ilk 

müasir neft qaz şirkətinin əsası qoyulub. 

Dünyanın  neft-qaz  sənayesində  milli  (dövlət)  şirkətlərin  payı  son  20  ildə 

beynəlxalq (özəl) neft-qaz şirkətlərini xeyli üstələyib. 2000-ci illərin ortalarına doğru 

artıq  dünyadakı  neft  rezervlərinin  80%-i,  qlobal  neft  hasilatının  isə  75%-i  milli  neft 

ş

irkətlərinin  payına  düşürdü.  Amma  fond  birjalarında  dövr  edən  səhmlərinin  bazar 



dəyərinə  görə  beynəlxalq  neft-qaz  şirkətləri  liderliklərini  qoruyurlar.  Altı  ən  böyük 

(“Six  Super  Majors”  –  ExxonMobil,  Royal  Dutch  Shell,  Chevron,  BP,  Total, 

ConocoPhillips)  beynəlxalq  neft-qaz  şirkəti  2011-ci  ildə  də  2010-cu  ilə  nisbətən 

kombinə edilmiş bazar dəyərlərini daha 8% artıraraq 1.2 trilyon dollara çatdırıb. Milli 

neft-qaz  şirkətlərinin  kombinə  edilmiş  bazar  dəyəri  isə  müxtəlif  regional  və  qlobal 

risklərin  təsiri  ilə  orta  hesabla  15%  azalıb.  Onların  içərisində  lider  mövqedə  olan 

“PetroChina”  2009-cu  ildəki  dünya  liderliyindən  sonrakı  iki  ildə  liderliyi  yenidən 

“ExxonMobil”  şirkətinə  təhvil  verib.  2011-  ci  ildə  neft-qaz  sektorundakı  servis 

ş

irkətlərinin  də  (Schlumberger,  Halliburton,  National  Oilwell  Varco  and  Tenaris) 



bazar dəyəri orta hesabla 16% azalıb. 


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə