Microsoft Word Dissertasiya C. Ceferli docx



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə28/28
tarix28.08.2018
ölçüsü1,15 Mb.
#64964
1   ...   20   21   22   23   24   25   26   27   28

 

 

82 



 

Milli 


texniki, 

sənaye 


və 

sosial 


siyasətin 

dünya 


standartlarına 

istiqamətləndirilməsi.  Bu  dünya  səviyyəsində  gedən  intensiv  ETT  proseslərinə 

vaxtında  qoşulmaq  və  onlardan  maksimum  səviyyədə  faydalanmağı  nəzərdə  tutan 

məqsəd güdür; 

Nəqliyyat  və  rabitə  kommunikasiyalarının,  həmçinin  digər  istehsal  və  xidmət 

sahələrinin,  o  cümlədən  xüsusilə  biznesə  xidmət  edən  bazar  infrastrukturası 

sahələrinin inkişaf etdirilməsi; 

Xarici  kapitalın  azad  fəaliyyəti  üçün  ÜTT-in  əsas  tələblərindən  olan  milli 

rejimin tətbiqinə keçilməsi; 

Ölkənin  investisiya  iqlimi  xəritəsinin  hazırlanması  və  elan  olunması,  o 

cümlədən  xarici  investisiyanın  təşviqi  və  stimullaşdırıldığı,  qadağan  olunduğu  və  az 

səmərəli hesab olunan sahələrin müəyyənyənləşdirilməsi. 

Dünya  təsərrüfatı  sisteminin  institutsional  və  funksional  bölmələri  kəsimində 

fəaliyyət strategiyası: 

Ikitərəfli  dövlətlərarası  əlaqələrin  qarşılıqlı  fayda  əsasında  daha  da 

genişləndirilməsi və inkişaf etdirilməsi; 

Azərbaycanın  milli  mənafelərinə  cavab  verən  beynəlxalq  və  regional,  sahə  və 

funksional xarakterli iqtisadi birliklərə və təşkilatlara daxil olmaqla onların işində fəal 

iştirakın təmin olunması. Beynəlxalq və regional birliklərlə və təşkilatlarla iş iqtisadi 

səmərəlilik  meyarı  üzərində  qurulmalı  və  belə  təşkilatlara  qoşulma  prosesində 

Azərbaycan  üçün  keçid  iqtisadiyyatı  olan  ölkələrə  verilən  güzəştlər  sisteminin 

genişləndirilməsinə nail olmağa çalışmaq lazımdır; 

Transmilli 

kooperasiyalarla 

ə

məkdaşlığın 



qarşılıqlı 

fayda 


ə

sasında 


genişləndirilməsi,  ilk  növbədə  TMK  daxili  bazarların  imkanlarından  geniş  istifadə 

olunması; 

Dünya bazarında ölkənin mövqeyinin möhkəmləndirilməsi strategiyası: 

Ixrac  olunan  xammalın  və  aralıq  məhsulların  ölkə  daxilində  emal  olunaraq 

dünya bazarına likvidli və rəqabətədavamlı son məhsul kimi çıxarılması; 

Daxili 


bazarın 

potensialını 

nəzərə 

alaraq 


idxalın 

strukturunun 

rasionallaşdırılması; 



 

 

83 



 

Xarici  bazarlarda  milli  ixracatçıların  mənafelərinin  qorunmasıtədbirləri,  o 

cümlədən ixrac risklərinin sığortalanması sisteminin formalaşdırılması; 

Ixracın  stimullaşdırılması  və  xarici  iqtisadi  əlaqələrin  mütərəqqi  formalarının 

tətbiqinin  genişləndirilməsi  vasitəsilə  iqtisadi  rezidentlərin  dünya  bazarına  çıxışının 

tam liberallaşdırılması. 

Ölkənin  milli  maraqlarına  və  geosiyasi  şəraitə  müvafiq  xarici  iqtisadi 

təhlükəsizlik  strategiyasının  formalaşdırılması.  qtisadi  təhlükəsizlik  strategiyasının 

ə

sas prinsipləri dünya təcrübəsinə əsasən aşağıdakılardan ibarətdir: 



Ölkənin  iqtisadi  müstəqilliyinin,  yəni  dövlətin  milli  sərvətlər  üzərində  tam 

nəzarətinin  və  onlardan  səmərəli  istifadə  olunması  üçün  sərbəst  qərar  qəbul  etmə 

imkanının təmin olunması; 

Milli  iqtisadiyyatın  dayanıqlılığı,  stabilliyi  və  özünü  inkişaf  qabiliyyətinin 

təmin olunması. 

Ayrı-ayrı  ölkələrdə  bu  prinsiplərin  daxili  quruluşu  və  üstünlük  dərəcələri 

müxtəlif olur. Azərbaycanda isə hər iki istiqamətin əhəmiyyəti böyükdür. Son illərdə 

ölkəmizdə  aparılan  iqtisadi  islahatlar  və  iqtisadi  siyasət  bütövlükdə  bu  məqsədlərə 

xidmət  edir.  Lakin  daxili  siyasət  və  onun  qiymət  meyarları  bir  çox  digər  faktorlarla 

müəyyənləşdirildiyi  üçün  hesab  edirik  ki,  hazırki  mərhələdə  ölkəmizin  iqtisadi 

təhlükəsizliyinin  təmin  olunması  ilk  növbədə  onun  xarici  iqtisadi  təhlükəsizliyinin 

təmin  olunması  vasitəsi  ilə  reallaşdırılmalıdır.  Bu  isə  yuxarıda  sadalanan  X S 

istiqamətlərinin  hər  birinin  realizasiyasında  aşağıdakıların  nəzərə  alınmasını  tələb 

edir: 


Ölkənin  dünya  təsərrüfat  əlaqələrində  iştirakının  milli  iqtisadiyyatın  inkişafını 

sürətləndirmək üçün əlverişli şərait yaratmasına xidmət etməsi təmin olunmalıdır; 

Dünyada  baş  verən  dəyişikliklərin  milli  iqtisadiyyata  mənfi  təsirlərinin 

qarşısının alınması mexanizmi yaradılmalıdır. 

Xarici iqtisadi əlaqələrin tənzimlənməsinin çevik təşkilati-idarəetmə sisteminin 

yaradılması: 




 

 

84 



 

Ölkədə  iqtisadi  fəaliyyətin  tənzimlənməsinin  hüquqi-normativ  bazasının  və 

idarəetmə  sisteminin  beynəlxalq  hüquq  normalarına  və  dünya  praktikasına 

uyğunlaşdırılması və onun tamamlanması; 

Ixracın  inkişafı  dövlət  proqramının  və  ixracın  kreditləşdirilməsi  və 

sığortalanması sisteminin yaradılması; 

Idxalın  tarif  tənzimlənməsi,  vergiyə  cəlb  olunması  və  texniki  təhlükəsizliyinə 

nəzarət  sisteminin  beynəlxalq  standartlara  uyğun  olaraq  qurulması,  daxili  bazarı  və 

iqtisadi şəraiti nəzərə alınmaqla təkmilləşdirilməsi; 

Ixraca və valyutaya nəzarət sisteminin təkmilləşdirilməsi. 

Bütün  bu qeyd  olunanlar  müasir dövrdə Azərbaycanın xarici iqtisadi fəaliyyət 

siyasəti hazırlanarkən Geoiqtisadi yanaşmanın tətbiq edilməsini aktuallaşdırır. Beləki, 

dünyanın  müasir  inkişaf  mərhələsində  artıq,    iqtisadi  sistemlərin  milli  maraqların 

təmin  edicisi  kimi  əsas  funksiyalarının  ənənəvi  forma  və  üsullarla  həlli    mümkün 

deyildir.  Dünya  ölkələrinin  renkinqində  ayrı  ayrı  özlüyündə  tutumlu  iqtisadi 

parametrlər,    mahiyyətə    təsir  gücü  baxımından  sürətlə  əhəmiyyətdən  düşməkdədir.  

Dünya  iqtisadiyyatında,    bütövlükdə  ölkələr  və  sivilizasiyalar  arası  münasibətlərdə 

yeni  inkişaf    arsenalı  və  qymətləndirmə  meyarları  yaranmaqdadır.    qtisadi 

münasibətlər  baxımından  mühüm  və  nisbətən  yeni  yanaşmalardan  biri    geoiqtisadi 

yanaşma hesab edilir. 

  Geoiqtisadi  yanaşmanın  mahiyyəti  sürətlə  bütövləşən  dünya  iqtisadiyyatında 

yaranan  gəlirlərin  əvvəla,  ayrı-ayrı  ölkələrdə  yaranan  gəlirlərin  məcmusundan  artıq 

olması  və  bu  gəlirlərin  bölgüsündə  ölkələrin  paylarını  formalaşdıran  amillərin 

məqsədyönlü  iqtisadi  siyasətdən  asılı  olması  ideyasındadır.  Yəni,  tarnsaksiya 

xərclərinin  azalması,  ETT  çəkilən  xərclərin  azalması,  kapital  resurslarının 

multimilliləşməsi,    inteqrasiya  sayəsində  xammal  və  satış    bazarlarının  dəfələrlə 

genişlənməsi  və  yaxınlaşması  və  s.  kimi  səbəblərdən  bütövləşən  dünya 

iqtisadiyyatında  yaranan    gəlirlərin  multiplikativ  effektlə  artmasını  doğurur.  Ölkələr 

isə belə şəraitdən istifadə edərək, məqsədli siyasət vasitəsi ilə bu gəlirlərdən daha çox 

pay  ala  bilirlər.  Ona  görədə  hazırki  mərhələdə  milli  iqtisadi  inkişaf  strategiyalarının 




 

 

85 



 

formalaşmasında  onun  geoiqtisadi  arxitekturaya  malik  olması  əsas  struktur  yaradıcı 

amil hesab olunur.  

Belə  geoiqtisadi  inkişaf  strategiyası  Azərbaycan  iqtisadiyyatının  inkişaf 

potensialının  və  yolunun    geoiqtisadi    prizmadan  qiymətləndirilməsi,  o  cümlədən,  

inkişafın  əsas  determinantlarının  müəyyənləşdirilməsi    və  onların  geoiqtisadi 

prizmadan potensialının qiymətləndirilməsi; qloballaşma dövründə güclənən regional 

inteqrasiyanın  iqtisadi  mahiyyətinin  açılması;  Azərbaycanın  dünya  təsərrüfat 

sistemində  formalaşan  mövqeyinin  qiymətləndirilməsi  və  milli  maraqlara  cavab 

verən  inteqrasiya  vektorunun,  inteqrasiya  modellərinin  seçilməsi  və  s.  Kimi 

məsələləri əhatə edir.  

 

 



 

 

 



 

Nəticə və təkliflə

 

1.

  Regional  iqtisadi inteqrasiya milli təsərrüfat mexanizmlərinin yaxınlaşmasına, 



qarşılıqlı uyğunlaşmasına və artımına gətirən, dövlətlərarası sazişlər formasını qəbul 

edən  və  razılaşdırılmış  şəkildə  dövlətlərarası  orqanlar  tərəfindən  tənzimlənən 

obyektiv iqtisadi qarşılıqlı təsir prosesidir. Milli təsərrüfatların beynəlmiləlləşməsinin 

yeni  forması  olan  beynəlxalq  iqtisadi  inteqrasiya  proseslərinin  əsasında  müstəqil 

fəaliyyət göstərən subyektlərin iqtisadi maraqları və beynəlxalq əmək bölgüsü durur. 

Ölkələr  arasında  əmtəələrin  və  istehsal  amillərinin  sərbəst  hərəkətini,yəni  onların 

istehsal  olunduğu    və  satış  üçün  göndərildiyi  ölkələrdə  ayrıseçkilik  qoyulmadan 

hərəkət etməsini nəzərdə tutur. Beynəlxalq iqtisadi inteqrasiya əmtəə və xidmətlərin 

sərbəst hərəkəti, kapital və iş qüvvəsinin beynəlxalq hərəkəti, birgə iqtisadi, valyuta-

maliyyə, elmi-texniki, sosial, xarici və hərbi siyasətin razılığı ilə həyata keçirilməsinə 

ə

saslanır. Dünya dövlətləri iqtisadi inteqrasiya yolu ilə öz istehsal güclərini, istehsalın 




 

 

86 



 

səmərəliyini  və  bütün  bunların  nəticəsində  isə  əhalinin  rifahını  yüksəltməyə  səy 

göstərirlər. 

qtisadi    inteqrasiya  milli  çərçivədən  üstün  olan  və  daim  fəaliyyət  həyata 

keçirən qurumların, təşkilatların, proqramların, layihələrin və mexanizmlərin biri olub 

beynəlxalq  iqtisadi  birliklərin  yaradılması  prosesidir.  Beynəlxalq  iqtisadi 

birliklərinyaradılmasının əsas səbəbi dünya təsərrüfat sisteminə təsir edən problemləri 

həll  edib  ölkələr  arasında  normal  ticarət  münasibətlərinin  qurulmasına  yardım 

etməkdən ibarətdir. Bir sıra inteqrasiya birlikləri artıq bu problemlərin həllinə yardım 

edib və bundan sonra da etməkdədir. Ümumiyyətlə, Azərbaycan Respublikasında və 

beynəlxalq  iqtisadibirliklər  çərçivəsində  əməkdaşlıq  edən  ölkələrdə  demokratiyanın 

bərqərar  olmasında,  iqtisadi  vəziyyətin  yaxşılaşdırılmasında  bazar  iqtisadiyyatına  

keçidin  tamamlanmasında,  qanunvericiliyin  Avropa  standarları  ilə  sərmayə 

qoyuluşlarının təmin olunmasının böyük təsiri olmuşdur. 

2    Milli  iqtisadiyyatın  dünya  iqtisadiyyatına  inteqrasiyası  Azərbaycan  üçün 

daha  böyük  əhəmiyyət  kəsb  edir.  Müasir  dövrdə  bazar  iqtisadiyyatı  yolunu  seçən 

Azərbaycan  Respublikası  özünün  geniş  iqtisadi  potensialını  hərəkətə  gətirmək 

məqsədilə 

EÖ-in  qabaqcıl  texnologiyalarını  və  maliyyə  imkanlarını  milli 

iqtisadiyyata cəlb edir, onlarla səmərəli əməkdaşlıq əlaqələrini inkişaf etdirir. 

  Müstəqillik  əldə  etdikdən  sonra  Azərbaycanın  dünya  dövlətləri  tərəfindən 

tanınması  və  diplomatik  münasibətlərin  yaradılması  dünyanın  bir  çox  ölkələri  ilə 

ikitərəfli  iqtisadi  əlaqələrin  qurulmasına  və  ölkənin  dünya  iqtisadiyyatına  sistemli 

surətdə  inteqrasiyasına  geniş  yol  açmışdır.  kitərəfli  siyasi  əlaqələrin  qurulması 

iqtisadi  əlaqələrin inkişafına  zəmin  yaratmış  və  qarşılıqlı  faydalı  iqtisadi  əməkdaşlıq 

siyasi  münasibətlərin  dərinləşməsində  və  qarşılıqlı  etimadın  güclənməsi  yolunda 

mühüm  rol  oynamışdır.  Buradan  aydın  olur  ki,  xarici  iqtisadi  əlaqələrin  məqbul 

vasitələrlə  genişləndirilməsi  və  inkişafı  yolu  ilə  ölkə  iqtisadiyyatının  dünya  ticarət 

sisteminə  səmərəli  inteqrasiyası  müasir  dövrdə  Azərbaycan  Respublikasında  sosial-

iqtisadi  inkişafın  təmin  edilməsinin  zəruri  şərtidir.  Lakin,  bu  da  bir  həqiqətdir  ki, 

dünya  ticarət  sisteminə  səmərəli  daxil  olmaq  üçün  ilk  növbədə  yaranmış  şəraitdə 



 

 

87 



 

adekvat, elmi cəhətdən əsaslandırılmış xarici ticarət siyasətinin formalaşdırılması tələb 

olunur. 

3.

  Azərbaycanın iqtisadi potensialı və iqtisadi inkişaf dinamikasının ətraflı təhlili, 



o  cümlədən  onun  xarici  əlaqələrinin  öyrənilməsi,  ölkəmizin  dünya  təsərrüfatı 

sisteminə  inteqrasiyasının  güclənməsini  şərtləndirən  üstünlükləri  aşağıdakı  kimi 

müəyyənləşdirməyə imkan verir: 

Ə

lverişli  coğrafi-nəqliyyat  mövqeyi  ilə  yanaşı,  xariclə  intensiv  əlaqələr 



yaratmaq  imkanını  asanlaşdıran  inkişaf  etmiş  beynəlxalq  əhəmiyyətli  nəqliyyat 

şə

bəkəsinin mövcudluğu; 



Güclü  təbii-iqtisadi  potensialın,  o  cümlədən  zəngin  mineral-xammal 

ehtiyyatları, məhsuldar torpaq sahələri, əlverişli təbii-iqlim şəraiti, böyük işçi qüvvəsi 

və s. mövcudluğu; 

Bir  sıra  sahələrdə,  xüsusi  ilə  enerji  ehtiyyatları  üzrə  güclü  elmi  potensial  və 

ixtisaslı kadr ehtiyatlarının mövcudluğu; 

Bazar  münasibətlərinin  yaradılmasına  istiqamətlənən  iqtisadi  islahatların 

dərinləşməsi və genişlənməsi sayəsində onun dönməzliyinin təmin olunması; 

Xarici  investisiyaların  cəlb  olunması,  onun  təşviqi  və  qorunmasının  geniş 

hüquqi bazasının yaradılması və həyata keçirilməsi üçün kompleks təşkilati idarəetmə 

işlərinin görülməsi; 

Ölkədə  xarici  işgüzar  dairələrlə  birgə  təsərrüfatçılıq  fəaliyyəti  ilə  məşğul  olan 

müəssisələrin yaradılması; 

Azərbaycan  Respublikasının  artıq  bir  çox  ölkələrlə  dövlətlərarası  iqtisadi 

ə

laqələrə  dair  müqavilələr  bağlaması,  bir  sıra  beynəlxalq  müqavilə  və  sazişlərə 



qoşulması, bir neçə beynəlxalq və regional iqtisadi birliklərə daxil olması. 

4.

 



Ümummilli  Lider  Heydər  Əliyevin  formalaşdırdığı  Azərbaycan  neft 

strategiyasının  ən  mühüm  nəticəsi  onun  milli  enerji  strategiyasına  çevrilməsidir.  Bu 

struktur  formalaşması  daxili  potensialın  təhlili  ilə  yanaşı,  qlobal  aləmdə  gedən 

proseslərin,  dünya  enerji  balansının  inkişaf  meylinin  və  bəşəri  enerji  istehlakının 

yüksəliş  templərinin  nəzərə  alınmasını  da  şərtləndirir.  Milli  enerji  strategiyasının 

hazırlanması enerji resurslarından qənaətcil, ekosivil və daha səmərəliliklə istifadəyə 




 

 

88 



 

zəmin olaraq bütövlükdə enerji sektorunda struktur və institusional yenuidənqurmanı 

təmin edəcək və ölkənin zəruri potensialı daha da güclənməsilə nəticələnəcəkdir. 

5.

  Ölkə Prezidenti  lham Əliyevin rəhbərliyi ilə son 10 ildə həyata keçirilən tədbirlərə 



nəzər  salanda,  görülən  işlərin  müqayisəli  şəkildə  təhlilini  aparanda  bir  daha 

Azərbaycanın,  sözün  əsl  mənasında,  tam  müstəqil  siyasət  yürüdən  ölkə  olduğunun 

ş

ahidi  olunur.  Azərbaycanın  təşəbbüskarı  və  əsas  iştirakçısı  olduğu  Bakı-Tbilisi-



Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TANAP, “Azərbaycan-Gürcüstan-

Türkiyə Enerji Körpüsü” layihələrinin və digər transmilli layihələrin iştirakçısı olan 

ölkələr siyasi, maliyyə-iqtisadi, sosial dividendlər qazanır, nəinki regionda, eləcə də 

beynəlxalq  mütəvidə  nüfuzlu tərəf  müqabil qismində  çıxış  edirlər.  Azərbaycanın  və 

Orta  Asiya  regionunun  enerji  resurslarının  Gürcüstan  və  Türkiyə  vasitəsilə  Avropa 

bazarına  nəql  edilməsi,  ölkələrimizin  Avropanın  enerji  təhlükəsizliyinin  təmin 

olunmasında mühüm rol oynaması regionun əhəçiyyətini daha da artırır. Bakı-Tbilisi-

Qars  dəmir  yolu  layihəsi  də  yaxın  gələcəkdə  Asiya  və  Avropa  arasında  nəqliyyat 

dəhlizinin  yaradılması  istiqamətində  strateji  rol  oynayacaqdır.  Şübhəsiz  ki,  bütün 

bunlar  dahi  öndər  Heydər  Əliyevin  siyasi  kursunu  uğurla  davam  etdirən  Prezident 

lham Əliyevin müasir dünyada dövləti geosiyasi təlatümlərdən, iqtisadi böhranlardan 

çıxarmaq üçün yüksək səriştə və siyasi iradəsi hesabına reallaşmışdır.  

6.

 

Dissertasiya  işində  Azərbaycanda  enerji  və  tranzit    strategiyasının  milliinkişaf 



strategiyasının  tərkib  hissəsi  kimi  iqtisadi  inkişafın  davamlı,  multiplikativ  effektli 

irəliləyişində  əhəmiyyəti,  Yanacaq  Enerji  Kompleksinin  problemlərinin  həllindəki 

rolu dəyərləndirilir. “Əsrin müqaviləsi”nin nəticəsində isə ölkə iqtisadiyyatına maraq 

daha  da  artmış  və  Azərbaycan  dünyanın  bir  çox  nüfuzlu  iqtisadi  tədqiqat 

mərkəzlərinin  hesabatlarında  Qafqaz  regionunda  xarici  investisiyalar  üçün  cəlbedici 

coğrafi mərkəz kimi səciyyələndirilməyə başlamışdır.  

Bütün bunları istinadən nəticələr bir daha göstərir ki:  dünya yanacaq enerji sərvətləri 

tükənmə  fazasına  daxil  olmuşdur  və  bəşəriyyət  orta  və  uzaq  perspektivdə  bu 

resurslardan daha səmərəli reallaşma mexanizmlərini hazırlamalı, bərpa olunan enerji 

resurslarından  asan  və  girişli  istifadəni  mənimsəməlidir.Ölkənin  enerji  gücünün 

dəyərləndirilməsi  və  qlobal  proseslər  reallığından  çıxış  edərək  iqtisadiyyatın  inkişaf 



 

 

89 



 

səviyyəsinin  təminatı,  enerji  resurslarının  mümkün  artımına  nail  olmaq  və  onlardan 

istifadənin  səmərəliliyini  və  enerji  effektivliyini  yüksəltmək  kimi  mühüm  məsələnin 

həlli vacib aşağıdakı prioritetləri nəzərdə tutmalıdır. 

Bütün  bu qeyd  olunanlar  müasir dövrdə Azərbaycanın xarici iqtisadi fəaliyyət 

siyasəti hazırlanarkən Geoiqtisadi yanaşmanın tətbiq edilməsini aktuallaşdırır. Beləki, 

dünyanın  müasir  inkişaf  mərhələsində  artıq,    iqtisadi  sistemlərin  milli  maraqların 

təmin  edicisi  kimi  əsas  funksiyalarının  ənənəvi  forma  və  üsullarla  həlli    mümkün 

deyildir.  Dünya  ölkələrinin  renkinqində  ayrı  ayrı  özlüyündə  tutumlu  iqtisadi 

parametrlər,    mahiyyətə    təsir  gücü  baxımından  sürətlə  əhəmiyyətdən  düşməkdədir.  

Dünya  iqtisadiyyatında,    bütövlükdə  ölkələr  və  sivilizasiyalar  arası  münasibətlərdə 

yeni  inkişaf    arsenalı  və  qymətləndirmə  meyarları  yaranmaqdadır.    qtisadi 

münasibətlər  baxımından  mühüm  və  nisbətən  yeni  yanaşmalardan  biri    geoiqtisadi 

yanaşma hesab edilir. 

7.

   Geoiqtisadi  yanaşmanın  mahiyyəti  sürətlə  bütövləşən  dünya  iqtisadiyyatında 



yaranan  gəlirlərin  əvvəla,  ayrı-ayrı  ölkələrdə  yaranan  gəlirlərin  məcmusundan  artıq 

olması  və  bu  gəlirlərin  bölgüsündə  ölkələrin  paylarını  formalaşdıran  amillərin 

məqsədyönlü  iqtisadi  siyasətdən  asılı  olması  ideyasındadır.  Yəni,  tarnsaksiya 

xərclərinin  azalması,  ETT  çəkilən  xərclərin  azalması,  kapital  resurslarının 

multimilliləşməsi,    inteqrasiya  sayəsində  xammal  və  satış    bazarlarının  dəfələrlə 

genişlənməsi  və  yaxınlaşması  və  s.  kimi  səbəblərdən  bütövləşən  dünya 

iqtisadiyyatında  yaranan    gəlirlərin  multiplikativ  effektlə  artmasını  doğurur.  Ölkələr 

isə belə şəraitdən istifadə edərək, məqsədli siyasət vasitəsi ilə bu gəlirlərdən daha çox 

pay  ala  bilirlər.  Ona  görədə  hazırki  mərhələdə  milli  iqtisadi  inkişaf  strategiyalarının 

formalaşmasında  onun  geoiqtisadi  arxitekturaya  malik  olması  əsas  struktur  yaradıcı 

amil hesab olunur.  

Belə  geoiqtisadi  inkişaf  strategiyası  Azərbaycan  iqtisadiyyatının  inkişaf 

potensialının  geoiqtisadi    prizmadan  qiymətləndirilməsi,  o  cümlədən,    inkişafın  əsas 

determinantlarının  müəyyənləşdirilməsi;  qloballaşma  dövründə  güclənən  regional 

inteqrasiyanın  iqtisadi  mahiyyətinin  açılması;  Azərbaycanın  dünya  təsərrüfat 



 

 

90 



 

sistemində formalaşan mövqeyinin qiymətləndirilməsi və milli maraqlara cavab verən 

inteqrasiya vektorunun, inteqrasiya modellərinin seçilməsi kimi məsələləri əhatə edir.  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

stifadə edilmiş ədəbiyyat siyahısı: 

1.

  Regional  iqtisadi  inteqrasiya:  nəzəriyyə  və  praktika  (kitab).  Ə. .Bayramov. 



«Azərnəşr»  nəşriyyatı. Bakı - 1997. 208 səhifə. 

2.

  Həsənov  R.  “ qtisadi  siyasət:  Metodologiya  və  praktika”  dərs  vəsaiti.Bakı: 



“ qtisad Universiteti” Nəşriyyatı, 2009, - 282 səh  

3.

  Dünmayalı Vəliyev, Aqil Əsadov “Beynəlxalq iqtisadiyyat”, Bakı 2012. 



4.    Kərimov Cəlil, Orucov Ayaz,  srafilov Həsən. Dünya  qtisadiyyatı Bakı 2009. 

7.Arif Şəkərəliyev “Dövlətin  qtisadi Siyasəti: Reallıqlar və Perspektivlər”. Bakı  

“ qtisadUniversiteti” 2009   

8.  Шамседдин  Гаджиев.  Азербайджан  на  пути  к  мировому  сообществу: 

стратегиа

 внешнеэкономическим развития. Киев 2000. 

9.    И.В.Липсин,  В.В.Косов.  Инвестиционный  проект:  методы  подготовки  и 

анализа


. Москва 1995 г. 


 

 

91 



 

10  А.С.Булатова. Экономика. Москва 1996 г. 

11 Международные экономические отношения / под редакцией  

А

.И.Евдокимова – Москва: Проспект, 2004. 



12  Dövlət Statistika Komitəsinin rəsmi saytı.

www.azstat.org



 

 

Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə