Microsoft Word Dissertasiya C. Ceferli docx



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə5/28
tarix28.08.2018
ölçüsü1,15 Mb.
#64964
1   2   3   4   5   6   7   8   9   ...   28

 

 

13 



 

“Marksizm  -  ən  ədalətli,  təmiz,  incə  və  sivilizasiyalı  olsa  da  belə  milliyətçiliyin 

ə

leyhinədir”. Marksist iqtisadçılardan olan Y.S.Şiryayev inteqrasiyanın 3 mərhəlisini 



–  1.  region  ölkəlirinin  əməkdaşlığının  ilkin  iqtisadi  və  təşkilati  strukturlarının 

yaradılması,  2.  struktur  inteqrasiyası  yəni  qarşılıqlı  iqtisadi  tamamlanmanın  plana 

uyğun  surətdə  genişləndirilməsi  vəinkişafı  və3.  funksional  inteqrasiya  başqa  sözlə 

regiondaxili  vahid  xalq  təsərrüfatı  kompleksinin  formalaşmasını  –  fərqləndirir. 

Marksist  konsepsiya  iqtisadi  inteqrasiyanın  yalniz  şaquli  istiqamətdə  getdiyi  fikrinə 

gəlir ki, bu  da  nəticədə  region ölkələrinin  milli  müstəqilliklərinin itirilməsi  və  güclü 

partnyordan ifrat asılılığa gətirib çıxarır. 

-Pluralist  konsepsiya.Pluralist  konsepsiyaya  görə  inteqrasiya  proseslərinin 

ə

sasını  yəni  onun  hərəkətverici  qüvvəsinin  mərkəzi,  istinad  nöqtəsi  milli  dövlət 



qurumlarıdır. nteqrasiya  yüksək səviyyəli siyasi ,iqtisadi və sosial əlaqələrin mövcud 

olduğu 


dövlətlər 

birliyidir.Pluralistlərin 

fikrincə 

inteqrasiya 

proseslərinin 

tənzimlənməsi  problemlərinin  həlli  üçün  fövqəlhökumət  qurumlarının  yaradılmasına 

heç  bir  ehtiyac  yoxdur.Bu  konsepsiya  dövlət  müstəqilliyinin  məhdudlaşdırılmasını 

nəzərdə  tutmur.Bununla  belə.regional  qruplaşma  çərçivəsində  oyun  qaydalarının 

müəyyənləşdirilməsini  zəruri hesab edir. 

-  Federalist  konsepsiya.  Federalist  baxışların  meydana  çıxmasında  1950-ci 

illərdən  başlayaraq  Qərbi  Avropa  siyasi-iqtisadi  məkanında  gedən  inteqrasiya 

prosesləri  əhəmiyyətli  rol  oynamışdır.Bu  konsepsiyanın  tərəfdarları  inteqrasiya 

prosesinin  3  mərhələdən  ibarət  olduğunu  göstərirlər:  gömrük  ittifaqı;  iqtisadi  və 

valyuta ittifaqı və siyasi ittifaq. 

-  Funksionalist  konsepsiya.  Funksionalistlərə  görə  tələbat  yaxud  funksiyalar 

struktur  dəyişiklikləri  vasitəsilə  ödənilir.Onlar  siyasi  dəyişikliklərin  texnoloci  və 

iqtisadi amillərin tam təsiri altında olduğu fikrini irəli sürürlər. 

-  Neofunksional  konsepsiya.  Digər  konsepsiyalarla  müqayisədə  bu  konsepsiya 

nisbətən yaxın keçmişdə meydana çıxmışdır.Konsepsiyanın əsas istinad nöqtələri kimi 

“maraqlı 

qruplar” 

nəzəriyyəsi 

və 

sistemli 



təhlil 

metodları 

çıxış 

edir.Neofunksionalistlərin  fikrincə,  siyasi  inteqrasiyanın  məqsədi  müxtəlif  siyasi 



qüvvələr arasındakı qarşılıqlı surətli təsirdir. 


 

 

14 



 

-  Gömrük  ittifaqı  konsepsiyası.Bu  konsepsiya  amerikan  iqtisadçısı  Ç.Vayner 

tərəfindən hazırlanmış və sonrakı dövrlərdə də təkmilləşdirilmişdir.Konsepsiyaya görə 

inteqrasiya    blokuna  daxil  olan  ölkələr  arasında  ticarət  məhdudiyyətləri  aradan 

qaldırılmalı  və  üçüncü  ölkələrə  qarşı  vahid  gömrük  tarifi  tətbiq  edilməlidir.Vaynerə 

görə gömrük ittifaqı o zaman daha yüksək fayda verə bilər ki, birliyə qədərki dövrdə 

ölkələrin  analoci  istehsal  sahələri  tariflə  müdafiə  olunsun,başqa  sözlə  üzv  ölkələr 

rəqabət qabiliyyətli iqtisadi strukturlara malik olsunlar.  

-  Valyuta  inteqrasiyası  konsepsiyası.Valyuta  inteqrasiyası  dedikdə,  regional 

səviyyədə valyuta siyasətinin əlaqələndirilməsi mexanizmi, valyuta-kredit və maliyyə 

təşkilatlarının yaradılması prosesi başa düşülür. 

Dünya  təsərüfatının  beynəlxalq  iqtisadi  inteqrasiyası  öz  inkişafında,onun 

kəmiyyət və keyfiyyət göstəricilərindən irəli gələn müxtəlif mərhələlər keçmişdir.Bu 

təkcə  ticarətin  və  yaxud  digər  iqtisadi  fəaliyyətin  həcmi  məsələsi  olmayıb,həmçinin 

milli  təsərrüfatlararası  əlaqələrin  sabitliyi,əhatə  etdiyi  sferalar,qarşılıqlı  əlaqələrin 

intensivliyi  səviyyəsi  və  inteqrasiya  proseslərinin  dərinliyini  də  özündə 

birləşdirir.Təbii  haldır  ki  hər  bir  mərhələnin  əlamətləri  tədricən  qəralaşır.Müasir 

beynəlxalq iqtisadi inteqrasiya nəzəriyyəsində və praktikasında, Balassın təklif etdiyi 

inteqrasiya  proseslərinin  inkişafının  5  pilləsini  və  yaxud  da  ardıcıl  mərhələsini 

fərqləndirirlər:azad  ticarət  zonası;gömrük  ittifaqı;ümumi  və  yaxud  vahid  bazar; 

iqtisadi birlik; iqtisadi və valyuta ittifaqı.Bu inkişaf mərhələləri iqtisadi inteqrasiyanın 

ə

sas formalarını əhatə edir.  



Azad ticarət zonaları  

Beynəlxalq iqtisadi inteqrasiyanın inkişafında  məntiqi və 

xronoloji mərhələ azad ticarət zonası hesab olunur.Müasir anlamda bu imtiyazlı zona 

daxilindəəmtəələrlə  beynəlxalq  ticarət    gömrük  və  kəmiyyət  məhdudiyyətlərindən 

azaddır.Azad ticarət zonası iqtisadi əməkdaşlıqdan inteqrasiyaya keçidin ilkin və həm 

də  ən  zəif  formasıdır.  nteqrasiyanın  belə  forması  Avropa  Azad  Ticarət  Birliyi 

(AATB)  ,  Şimali  Amerika  Azad  Ticarət  Zonası    (NAFTA),  Cənub-Şərqi  Asiya 

(ASEAN) qruplaşması çərçivəsində həyata keçirilir. 



Gömrük  ittifaqları.

Beynəlxalq  iqtisadi  intqrasiyanın  sonrakı  pilləsi  gömrük 

ittifaqıdır.Bunu bir vəya bir neçə dövlətin  öz aralarında ticarətdə gömrük rüsümlarını 



 

 

15 



 

ləğv 


etmək 

haqqında 

razılaşması 

kimi,kollektiv 

 

proteksionizm 



kimi 

müəəyənləşdirmək  olar.QATT-n  X Y  maddəsinə  uyğun  olaraq  gömrük  ittifaqı  bir 

neçə  gömrük  ərazilərinin  biri  ilə  əvəz  olunması  olub  bütün  gömrük  rüsumlarını  tam 

ittifaq  daxilində  ləğv  edərək,ittifaq    xaricində  vahid  gömrük  tariflərinin  tətbiq 

edilməsidir.  Azad  ticarət  zonasında  üzv  dövlət    özünün  xarici  iqtisadi  siyasətini 

müəyənləşdirir,gömrük  ittifaqında  gömrük  tarifləri,qayda  və  prosedurlar  isə 

bütövlükdə  koordinasiya  olunduğundan,inteqrasiya  quruluşu  kimi  daha    irəli 

getmiş,daha təkmil, forma hesab olunur.  Qeyd edilməlidir ki,azad ticarət zonası daimi 

fəaliyyət  göstərən idarəetmə orqanınin mövcudluğunu nəzərdə tutmur.  

  Vahid bazar  və iqtisadi  birlik   

Beynəlxalq inteqrasiyanın daha  yüksək pilləsi 

vahid  bazardır.  Hal  hazırda  inteqrasiyanın  inkişafında    bu  mərhələ  ancaq  Avropa 

Birliyində formalaşmışdır ki, onun da təcrübəsi əsasında praktiki nəticələr çıxarılır və 

qiymətləndirilmələr aparılır. Prinsip etibarı ilə vahid bazarın qurulması vahid iqtisadi 

hüquqi  informasiya  məkanının  yaradılması  ilə  tamamlanmalıdır  ki,  bu  da  həmin 

inteqrasiya  qruplaşmasının  daha  yüksək  pilləsinə  -  iqtisadi  birliyə  keçməsinə  təkan 

verməlidir.  Hələlik  A   mahiyyəti  və  mexanizmlərinə  aid  nəzəri  baxışlar  azdır,  onun 

təcrübəsinin ümumiləşdirmək və nəticələr çıxarmaq mümkün olmamışdır. Məlumdur 

ki, Avropada vahid bazar 93-cü illərin əvvəllərində yaradılmışdır və onun ardınca da 

iqtisadi və valyuta birliyinin yaradılması haqqında qərar qəbul edilmişdir 

qtisadi  və  valyuta  ittifaqı   

Qərbi  Avropada  inteqrasiya  proseslərinin  ən 

mürəkkəb  mərhələlərindən  biri    vahid  bazardan  iqtisadi  ittifaq  vasitəsi  ilə  vahid 

valyutaya və beleliklə ölkələrin    vahid valyuta maliyə siyasəinə əsaslanan iqtisadi və 

valyuta ittifaqına   keçməsidir.1993-cü ildə Avropa birliyində ,əmtələrin,kapitalın və iş 

qüvvəsinin  sərbəst  hərəkətini  nəzərdə  tutan  vahid  bazarın  yaranması  başa 

çatdı.Avropa  ölkələrinin  bir-birindən  asılılığının  yeni  səviyyəsinin  meydana  gəlməsi 

artıq  həqiqətdir.  qtisadi  ittifaq  indi  ayrı-ayrı  ölkələrin  müxtəlif  maliyə-kredit 

siyasətlərinin olması şəraitində sürətlə inkişaf etmək iqtidarında deyildir.Müxtəlif pul 

nişanlarının  olması  və  bunlara  xidmət  edən  tənzimləyici  tədbirlər  iqtisadi  ittifaqqın 

inkişafına  mane  olan  elementlərə  çevrilmişdir.Vahid  bazarın  yaradılması  sosial-

iqtisadi sferada uzunmüddətli və vacib problemlərin yaranması ilə yanaşı baş verirdi 




Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə