Microsoft Word Dissertasiya C. Ceferli docx



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə6/28
tarix28.08.2018
ölçüsü1,15 Mb.
#64964
1   2   3   4   5   6   7   8   9   ...   28

 

 

16 



 

ki,buları  da  kollektiv  tənzimləmə  mexanizmləri  olmadan  həll  etmək  mümkün 

deyildir.Söhbət  işsizlik,inflyasiya,pensiya  təminatı  kimi  problemlərdən  gedir  .Bura 

həmçinin,  elm  və  texnika  sahəsində  vahid  siyasətin  aparılmasını  da  daxil  etmək 

lazımdır.Təcrübə  göstərdi  ki,  A   ölkələrində  iqtisadiyyatın  və  maliyyənin 

sağlamlaşdırılmasını  qısa  müddətə  və  bütün  ölkələrdə  eyni  vaxtda  aparmaq  daha  da 

sərfəlidir.     

 

1.2. Enerji resurslarının istifadə strategiyası, xüsusiyyətləri və formaları. 

Dünyanın  iqtisadi  inkişafında  enerji  resurslarının  rolu  ənənəvi  olaraq  həmişə 

yüksək  olmuşdur.  Müasir  dövrdə  isə  bu  amil  daha  yüksək  struktur  və  konyuktur 

yaradıcı  amilə  çevirilmişdir.  qtisadi  ədəbiyyatlarda  resursların,  istehsal  güclərinin 

yerləşməsi  ilə  bağlı bütöv  bir  nəzəriyyənin  formalaşdığını görmüş  olarıq.  "Yerləşmə 

amilləri" anlayışını elmi tədavülə alman iqtisadçısı Alfred Veber (1868-1958) özünün 

1909-cu  ildə  yazdığı  "Sənayenin  yerləşməsi  nəzəriyyəsi"  adlı  klassik  tədqiqat  işi  ilə 

daxil etmişdir. Nəzəriyyə görə sənayenin yerləşməsinin başlıca şərtlərindən əsası kimi 

də  təbii  sərvətlərin  coğrafiyası  amili  dominantlıq  təşkil  edir.  Bu  baxımdan 

dəyərləndirmələr  göstərir  ki,  yanacaq-enerji  sərvətlərinin  planetimizdə  bölgüsü  və 

yerləşməsi  son  dərəcə  qeyri  bərabərliyi  ilə  səciyyəvidir.  Yanacaq-enerji  sərvətləri 

faktiki olaraq əsas təməl kimi inkişafa təsir edir.  

Dünya  təcrübəsi  göstərir  ki,  yanacaq-enerji  sərvətləri  bol  olan  ölkələrdə 

israfçılıqla  istifadə  olunur.  Lakin,  əks  qütbdə  olan  ölkələrdə  isə,  Yaponiya,  Cənubi 

Koreya,  taliya və digər bu kimi ölkələrdə enerji resurslarından daha səmrəli istifadə 

nəticəsində yüksək  iqtisadi tərəqqi əldə edilmişdir. 

Beynəlxalq  əmək  bölgüsü  sistemində  bir  qayda  olaraq  inkişaf  etmiş  ölkələr 

xammal resurslarının istehlakçısı, inkişaf etməkdə olan ölkələr isə onların istehsalçısı 

və ixracatçısı kimi çıxış edirlər. Bu da həmin ölkələrdə iqtisadi inkişafın səviyyəsi ilə 

yetərli  şərtliliklə  bağlılığı  vardır.  Misal  olaraq  qeyd  etmək  lazımdır  ki,  ABŞ  özünə 

lazım  olan  mineral  xammalın  15-20  faiz,  Qərbi  Avropa  ölkələri  70  faizə  qədərini, 

Yaponiya 90 faizdən çoxunu idxal edir. 



 

 

17 



 

Dünyada  təbii  ehtiyatlar  balansı,  onların  müasir  vəziyyəti  və  istifadə 

perspektivləri  ayrı-ayrı  mənbələrdə  qismən  müxtəlif verilir.  Bir  çox  yüksək  reytinqli 

beynəlxalq  təşkilatlar,  elmi  idarələrin,  analoji  mətbu  orqanların  və  hətta  internet 

şə

bəkəsinin  məlumatlarında  bu  balansın  ayrı-ayrı  elementlərində  müəyyən  fərqlər 



müşahidə  olunur.  BMT-nin  Dünya  və  Avropa  bankının,  iri  maliyyə  qruplarının  və 

digər mötəbər təşkilatların hər il nəşr etdikləri hesabatlarda da bu fərq seçilməkdədir.  

 

Cədvəl 1.  



Dünyada təbii sərvətlərin səviyyəsi və onlardan istifadə müddətləri 

 

Beynəlxalq  təşkilatların  proqnozlarına  görə  yaxın  on  ildə  ETT-nin  inkişafı, 



ə

halinin  artımı,  istehsalın  yüksəlişi,  ayrı-ayrı  sahələrində  texnoloji  irəliləyiş, 

Təbii ehtiyatların növləri  Ehtiyatların səviyyəsi və istifadəsinin qısa xarakteristikası 

Neft

 

Ehtiyatlar- 270-300 milyard ton 



llik məsrəf 3 milyard ton. Perspektivlik imkanları 40-50 il 

Təbii qaz

 

Ehtiyatlar- 151 trilyon m3 



llik məsrəf 2,2 trilyon m330-50 illik perspektiv 

Daş kömür

 

Ehtiyatlar10 trilyon ton  llik məsrəf 5 milyard ton.  



Mənimsəmə imkanlığı 100 ildən çox 

Yanar şistlər

 

Ehtiyatlar40 trilyondan çoxzəif istifadə olunur. 



Yüksək əmək tutumludur. 

Torf

 

Ehtiyatlar150 milyard ton 



Ekoloji pozuntuluğuna görə məhdud perspektivlidir. 

Çayların hidroenerjisi

 

Ehtiyatlar150 milyard ton 



Ekoloji problemliyə baxmayaraq aktiv istifadə olunur  

və perspektivlidir. 



Atomun parçalanması və

 

nüvə sintezi enerjisi

 

Fiziki olaraq ehtiyatlartükənməzdir. 



Ekoloji fəsadlı olmasına baxmayaraq inkişaf etməkdədir 

Geotermal enerji

 

Yetərli ehtiyatlıdır.Zəif istifadə olunur. Perspektivlidir. 



Dənizlərin 

qabarma 

vəçəkilmələri, 

okean 

axınları enerjisi

 

Yetərli ehtiyatlıdır. Zəif istifadə olunur. 



Perspektivlidir. 

Günəş radiasiyası

 

Praktiki 



tükənməzdir. 

Məhdud 


istifadə

olunur.Perspektivlidir. 



Külək enerjisi

 

Yerli 



ə

həmiyyətlidirvə 

lokal 

keyfiyyətdə 



perspektivlidir.. 




 

 

18 



 

innovasiya və s. ilə bağlı enerjiyə olan tələbat ən azı iki dəfə artacaqdır. Belə inkişaf 

isə təbii sərvətlərdən optimal istifadəni daha stimullaşdıracaqdır.  

Yanacaq-enerji  xammalı  əsasında  elektrik  enerjisi  istehsalı  dövlətin  iqtisadi 

inkişafına təsir edən əsas amillərdən biri olduğundan ona tələbat daim artır, nəticədə 

elektrik  enerjisinə  tələbatın  ödənilməsi  bir  dövlət  çərçivəsindən  çıxaraq  beynəlxalq 

xarakter  alır.  Yanacaq-enerji  sərvətlərinin  dünyada  qeyri-bərabər  yerləşməsi  zəif 

inkişaf  etmiş  ölkələrdə  bu  resursların  bolluğu  şəklində  özünü  göstərir  və  bu  da 

istehlakçılar  arasında  qeyri  mütənasiblik yaradır.  Belə  olan  halda enerji  resurslarının 

mənimsənilməsi əlavə stansiyalar tikmək, bu məhsulu uzaq məsafələrə ötürmək kimi 

çətinliklər yaradır. 

Son 30 ildə dünyada təxminən 135 mlrd. ton neft, 145-155 mlrd. ton daş kömür 

və  1600  trln.  m3  təbii  qaz  yandırılmışdır.  Digər  tərəfdən  dünyada  kəşf  edilmiş 

yanacaq-enerji  yataqları  və  istifadəyə  verilmiş  mədənlər  hesabına  onların  ehtiyatı 

xeyli artmışdır. Bütün bunlar isə müvafıq dövr ərzində enerji istehlakının 38-40 faiz 

artımına gətirmişdir. Bu artımda təbii qaz 65 faiz, neft 12 faiz, daş kömür 28 faizlik 

çəkiyə  malikdirlər.  Ötən  vaxt  ərzində  ilkin  enerji  resursları  balansında  təbii  qazın 

xüsusi  çəkisi  19  faizdən  27  faizə  yüksəlmiş,  neft  49  faizdən 40  faizə,  daş kömür  30 

faizdən 26 faizə enmişdir. 

Son  dövrlərdə  enerjidaşıyıcılarının  xüsusilə  neftin  qiymətinin  yüksəlməsi  və 

yüksək  volotilliyi    ilkin  enerji  resurslarından  istifadənin  artmasının  qarşısını  ala 

bilməmiş  və  elektrik  enerjisinə  olan  tələbat  da  bu  müddət  ərzində  sürətlə  artmışdır. 

Belə ki, əgər 2000-ci ildəenerji daşıyıcılardan istifadə 9,3 mlrd. ton təşkil edirdisə bu 

2005-ci ildə 10,5 mlrd. ton, 2014-cu ildə təxminən 12,1 mlrd. tona bərabər olmuşdur. 

Məlum  olduğu  kimi,  milyon  illər  ərzində  yerin  təkində  əmələ  gəlmiş  bu 

sərvətlərin  son  əsrdə  sürətlə  tükənməsi  yüzlərlə  faydalı  qazıntının  ehtiyatlarının  da 

tükənməsi  ilə  nəticələnir.  Yeni  yataqların  kəşf  edilməsinin  sürəti  mövcud  yataqların 

istifadə  sürətini  qabaqlamaqla  ehtiyatların  artımını  təmin  edir,  istismar  edilən 

resursların  azalması  meylinin  sürətlənməsi,  onların  tükənməsi,  müvafıq  sərmayə 

qoyuluşu  vasitəsilə  yeni  enerji  resurslarının  kəşfıni  tələb  edir  və  bu  da  dünyada 




Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə