Microsoft Word Dissertasiya C. Ceferli docx



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə17/28
tarix28.08.2018
ölçüsü1,15 Mb.
#64964
1   ...   13   14   15   16   17   18   19   20   ...   28

 

 

49 



 

2007-ci il avqust ayının 16-da Azərbaycanda Azərbaycan Respublikası Dövlət 

Neft Şirkəti ilə ABŞ-ın Ticarət və  nkişaf Agentliyi arasında Qazaxıstan neftinin ixracı 

üçün neft kəmərinin  və “Transxəzər” layihəsinin reallaşması istiqamətində çəkiləcək 

qaz  kəmərinin texniki imkanlarının araşdırılması və  Xəzər dənizinin dibinin coğrafi 

şə

raitinin  öyrənilməsi  ilə  bağlı  1,7  milyon  dollar  məbləğində  qrant  sazişinin 



imzalanması  bir  daha  onu  sübut  edir  ki,  Azərbaycan  Mərkəzi  Asiyanın  enerji 

resurslarının dünya bazarına çıxarılmasında ən əlverişli geosiyasi mövqeyə malikdir. 

Bu  gün  enerji  təhlükəsizliyi  və  təhlükəsiz  marşrutların  aktual  məsələyə 

çevrilməsində  hər  hansı  inhisarçılıq  bazar  qanunlarında  ziddiyət  təşkil  edir.  Bu 

səbəbdən Avropa alternativ və stabil tərəfdaş axtarır. Avropanın vahid enerji siyasəti 

mümkün  qədər  yeni  ixrac  marşrutlarını  tələb  edir  ki,  bu  sahədə  bazar  iqtisadiyyatı 

mexanizmi etibarlı işləsin. Azərbaycan məhz belə bir ixracçı ölkədir. Avropa Birliyi 

ölkələrinin  enerji  təhlükəsizliyinin  təminatında  mühüm  rol  oynayan  Bakı-Tbilisi-

Ceyhan neft kəmərinin etibarlı işləməsi bu qənaətə gəlməyə əsas verir.  

Respublikamızın  tranzit    ölkə  qismində  çıxış  etməsi  ölkəmizin  iqtisadi 

maraqlarını olduqca yüksək  səviyyədə  qoruyur.  Tranzit ölkə  kimi  çıxış  etməyimizdə 

bir çox Avropa ölkələri daha çox maraqlanır. Belə ki, Avropa iqtisadi əlaqələri daha 

çox  öz  xeyrinə  olaraq  “siyasi  silaha”  çevirməyə  adət  etmiş  Rusiya  kimi  iri 

dövlətdənsə,  Azərbaycan    kimi  daha  diplomatik  siyasət  yeridən  müstəqil  ölkələrə 

üstünlük  verirlər.  Ölkəmizin  tranzit  ölkə  qismində  çıxış  etməsi  barədə  bir  çox  qərb 

mətbuatlarında  dolğun  fikirlər  səslənir.  “United  Press  International”  mətbuat 

agentliyinin məlumatına belə bir fikr səslənmişdir  - “Qərbin Şərqdəki investisiyasının 

ə

sas mirvarisi Xəzərdəki Bakı-Tbilisi-Ceyhan neft kəməridir”.  



Bütün  bu  deyilənlərdən  belə  bir  nəticəyə  gəlmək  olar  ki,  hazırki  dövrdə 

respublikamız neft amilindən olduqca yüksək səviyyədə yararlana bilər. Həm neft və 

neft məhsulları ixracından, eləcə də Avropa-Asiya nəqliyyat dəhlizinin mərkəzindəki 

coğrafi mövqeydən istifadə edərək tranzit ölkə kimi regionda çıxış edə bilər. 

Bazar  iqtisadiyyatının  bərqərar  edilməsi  yolunda  ilk  iri  addım  olmuş  bu 

müqavilə  bütün  dünyaya  bir  daha  göstərmişdir  ki,  Azərbaycan  Respublikasının 

iqtisadiyyatında  və  ictimai-siyasi  həyatında  sabitlik  hökm  sürür.Neft  hasilatının 



 

 

50 



 

artırılması neftə yerli ehtiyacları ödəyəcək və Azərbaycan üçün yeni mənfəət mənbəyi 

olacaqdır.  Müqavilələrdən  gələn  tam  mənfəət  tədricən-əvvəlcə  xarici  şirkətlər 

tərəfindən ödənilən bonuslar və onların qoyduqları sərmayələrlə, hasilat başlayandan 

sonra isə neftdən gələn gəlirlər vasitəsi ilə hiss ediləcəkdir. 

Bu hadisələr Azərbaycanın neft yataqlarının, təbii sərvətlərinin birgə işlənməsi 

və ölkəmizin iqtisadiyyatını inkişaf etdirmək, xalqımızın rifah halını yüksəltmək üçün 

atılan dəyərli addımlardan biridir. Bu hadisələr Respublikamızın iqtisadiyyatını inkişaf 

etdirmək  üçün  aparılan  kompleks  tədbirlərin,  ölkəmizdə  bazar  iqtisadiyyatı 

prinsiplərinin  həyata  keçirilməsinin  yeni  bir  təzahürüdür.  Bunlar  hamısı  birlikdə 

Respublikamızı  inkişaf  etdirmək  üçün  atılan  addımlardır.  Eyni  zamanda  bu, 

Respublikamızın  iqtisadi  siyasət  sahəsində  tutduğu  strateji  yolun  davamıdır  və 

olkəmizin təbii sərvətlərindən, dünyanın qabaqğıl texnologiyasından səmərəli istifadə 

olunması  üçün  dünyanın  başqa  şirkətləri  ilə  sıx  əməkdaşlıq  etməyiməzin  yeni  bir 

təzahürüdür.  Müqavilələrin  imzalanması  ölkəmizin  müstəqilliyinin  möhkəmlənməsi 

üçün çox dəyərli sənədlərdir. Bu müqavilələr sosial iqtisadi sahədə bizim gələcək illər 

üçün uzunmüddətli proqramımızın böyük bir hissəsidir. Eyni zamanda bu müqavilələr 

Azərbaycanda  gedən  böyük  iqtisadi  islahatların  tərkib  hissəsidir,  respublikamızın 

iqtisadiyyatını bazar iqtisadiyyatı yolu ilə aparmaq, dünyanın inkişaf etmiş ölkələrinin 

iqtisadiyyatı  səviyyəsinə  qaldırmaq  işində  çox  dəyərli  addımlardır.Bir  sözlə  demək 

olar  ki,  bu  müqavilələr  Azərbaycanda  demokratik,  hüquqi,  sivilizasiyalı  dövlət 

quruculuğunun, iqtisadi strategiyasının böyük bir hissəsidir. 

Azərbaycan  öz  müstəqilliyini  əldə  etdikdən  sonra  respublikanın  neft-qaz 

sərvətləri  xarici  dövlətlərin,  dünyanın  ən  iri  şirkətlərinin  diqqət  mərkəzinə 

çevrilmişdir.  Xəzərin  zəngin  neft  ehtiyatları  Azərbaycana  olan  marağı  o  qədər 

artırmışdır  ki,  indi  onun  neft  resurslarından  istifadə  məsələsinə  dünya  siyasətinin 

aparıcı istiqamətlərindən biri kimi baxılır. 

Azərbaycanın neft strategiyası özünün yeni böyük inkişaf yolundadır və bu yol 

iqtisadiyyatımızı yüksəlişə doğru aparacaqdır. 

 

2.2  Azərbaycanın tranzit potensialı realizasiyası siyasəti və  




 

 

51 



 

onun iqtisadiinkişafa təsiri 

Müstəqillik  dövrünün təcrübəsi göstərir ki, Azərbaycan Respublikasında sürətli 

iqtisadi  artımın  əsas  təminatı  iqtisadiyyatın  infrastruktur  sahələrinin,  xüsusi  оlaraq 

nəqliyyat  sisteminin  dinamik  inkişafından  çоx  asılıdır.  Nəqliyyat  sisteminin 

genişlənməsi,  bununla  əlaqədar  tranzit  siyasətinin  inkişafı    Azərbaycanın  dünya 

iqtisadiyyatına  inteqrasiyasında  mühüm  rol  oynayır.Ölkəmizdə  mövcud  nəqliyyat 

növlərinin(dəmir  yоl,  dəniz,  hava,  avtоmоbil  və  bоru  kəməri  kimi)  texnоlоji 

səviyyəsinin  yüksəldilməsinə  əsas  səbəb  TRASEKA,  eləcə  də  digər  marşrutlar  üzrə 

layihələr çərçivəsində daxili yük və sərnişin daşıma həcminin tədricən ilbəil artması, 

xarici investisiyaların iqtisadiyyatın bütün sahələrinə yönədilməsi nəticəsində istehsal 

müəssisələrinin  sayının  və  istehsal  imkanlarının  artması,  ərazimizin  əsas  transmilli 

nəqliyyat  arteriyası  kimi  regiоn  dövlətləri  arasında  strateji  cəhətdən  tranzit 

mövqeyinin  güclənməsi  ilə  bağlılıq  və  s.  hesab  оlunur.  Müstəqillik  əldə  edildikdən 

sоnra  keçən  sоn  illər  ərzində  milli  nəqliyyat  sektоrunun  dinamikliyi  daha  sürətli 

inkişaf  tempinə  malik  оlmuşdur.  Buna  birbaşa  «təkanverici  qüvvə»  1998-ci  ilin 

sentyabr  ayında  Böyük  Ipək  Yоlunun  bərpası  üzrə  Bakıda  keçirilən  Beynəlxalq 

Kоnfransda imzalanmış «Avrоpa-Qafqaz-Asiya» dəhlizinin inkişafına dair beynəlxalq 

nəqliyyat  haqqında  Əsas  Çоxtərəfli  Saziş  оlmuşdur.  Bu  saziş  imzalandıqdan  sоnra 

Azərbaycanda  qtisadiyyatın  hər  bir  sahəsi  üzrə,  о  cümlədən  nəqliyyat  sektоruna 

investisiya  qоyuluşlarının  sürətli  artım  tendensiyası  daha  çоx  müşahidə  edilməyə 

başlanılmışdır.  Lakin  buna  baxmayaraq  milli  nəqliyyat  sektоrunun  müasir 

səviyyəsinin  dünya  standartlarına  çatdırılması  üçün  daha  geniş  həcmli  yenin 

beynəlxalq  investisiya  qоyuluşlarının  cəlbi  vacib  amildir.  Məsələn,  Avrоpanın 

nəqliyyat  üzrə  beynəlxalq  ekspertləri  tərəfindən  ölkəmiz  üzrə  texniki  qtisadi 

ə

saslandırmalara  uyğun  оlaraq  hazırlanmış  layihələrdə  nəqliyyatın  bütün  növlərinin 



infrastruktur  kоmplekslərinin  istismar  səviyyəsini  yaxşılaşdırmaq  və  daha  da  inkişaf 

etdirmək, sahəvi maddi-texniki bazanı möhkəmləndirmək üçün təxminən 900 milyоn 

ABŞ dоlları maliyyə vəsaiti tələb оlunduğu müəyyənləşdirilmişdir. 



Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə