Microsoft Word Dissertasiya C. Ceferli docx



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə10/28
tarix28.08.2018
ölçüsü1,15 Mb.
#64964
1   ...   6   7   8   9   10   11   12   13   ...   28

 

 

28 



 

Azərbaycan  Respublikası  artıq  dünyanın  ən  çox  neft  hasilatına  malik  olan 

regionlardan  biri  kimi  tanınmaqdadır.  Neft  sərvətlərindən  istifadəni  vahid  dövlət 

siyasəti  əsasında  həyata  keçirmək,  neft  sənayesinin  idarəetmə  strukturunu 

təkmilləşdirmək,  yanacaq-enerji  kompleksinin  inkişafını  təmin  etmək  məqsədi  ilə 

“Azərbaycan  Respublikası  Dövlət  Neft  Şirkəti”  yaradılmışdır.  Hal-hazırda  ARDNŞ 

kapital  həcminə  görə  dünyanın  68-ci  ən  böyük  şirkətidir.  2008-ci  ildən  maliyyə 

hesabatının beynəlxalq standartlarına keçid şirkətə beynəlxalq reytinq agentliklərindən 

reytinq (Fitch Ratings – BBB-/sabit; Moody`s – Ba1/sabit; S&P – BB+/sabit) almaq 

imkanı verib və bu, xarici banklardan vəsait cəlb etmək üçün şərait yaradıb. 2012-ci 

ilin əvvəlində avrobondların emissiyası da vacib addım idi.  lk dəfə ARDNŞ-nin 500 

milyon  dollarlıq  qiymətli  kağızları  üçün  300  səhmdar  tərəfindən  4.6  milyard  dollar 

vəsait  təklif  edilib.  ARDNŞ-nin  səhmdarlaşması  tədbiri  də  uzunmüddətli  dövrdə 

atılmalı olan vacib addımlar arasında yerini tuta bilər. 

Dünya  Bankının  milli  neft-qaz  şirkətlərinin  kompleks  perfomansını 

qiymətləndirmək  üçün  hazırladığı  “dəyəryaratma  indeksi”ndə  (value  creation  index) 

ARDNŞ  (SOCAR)  qiymətləndirmə  subyekti olmayıb.  Amma  ümumilikdə şirkətlərin 

maliyyə  perfomansı,  əməliyyat  perfomansı  və  milli  missiya  perfomansına  görə 

dəyərləndirildiyi indeks faydalı analitik alətdir. Bu zaman ortaya çıxan əsas keyfiyyət 

meyarları kimi milli neft-qaz şirkətinin strategiyasının olması, şirkətin idarə olunması 

ilə  sektorun  idarə  olunmasının  uyumlu  bir  şəkildə  aparılması,  korporativ  idarəetmə 

standartlarının  tam  tətbiq  olunmasıdır.  20  milli  şirkətin  qiymətləndirildiyi  indeksdə 

daha çox Ərəb ölkələri, Rusiya və Latın Amerikası  şirkətləri yer almışdır. 

 

1.3 Tranzit potensialı : Mahiyyəti və iqtisadi inkişaf amili kimi 

Bazar  iqtisadiyyatı  şəraitində  dünya  ölkələri  arasında  gedən  inteqrasiya 

prosesinin  inkişafında  başqa  iqtisadi  amillərlə  yanaşı,  nəqliyyat  faktoru  mühüm 

ə

həmiyyət kəsb edir. Nəqliyyat dünya ölkələrinin iqtisadi inkişafında “onurğa” sütunu 



rolunu  oynayır.  Nəqliyyat  iqtisadiyyatın  maddi  bazasının  vacib  və  zəruri 

elementlərindən  biridir.  O,  ölkənin  iqtisadi-təsərrüfat  həyatında  mühüm  amil  kimi 

ə

həmiyyətli  rol  oynayır.  stehsal  prosesi  və  normal  mübadilə  dövriyyəsi,  habelə 




 

 

29 



 

adamların  müəyyən  bir  yerdən  digər  yerə  daşınması  məhz  nəqliyyat  vasitələrinin 

köməyi  ilə  təmin  olunur.  Daşıma  prosesi  istehsal  prosesinin  vacib  şərtidir.  stehsal 

olunmuş məhsullarınistehlakçılara çatdırılması ilə istehsal prosesi başa çatır. Beləliklə, 

nəqliyyat fəaliyyəti istehsalın mübadilə prosesində davam etməsi deməkdir 

XX  əsrin  sonunda  və  XXI  əsrin  əvvəllərində  dünya  ölkələri  arasında  iqtisadi 

ə

laqələrin  daha  geniş  vüsət  alması  nəqliyyatın  yeni  qlobal  problemlərinin  aşkar 



olmasına  təsir  göstərmişdir.  Dövlətlərin  yerləşdiyi  məkandan  asılı  olmayaraq,ölkələr 

çalışır ki, istehsal etdikləri sənaye və kənd təsərrüfatı məhsullarını daha səmərəli yolla 

dünya  bazarına  çıxarsın  və  yüksək  səviyyədə  gəlir  əldə  etsinlər.  Bu  baxımdan 

nəqliyyatın  müasir  problemlərini  dünya  ölkələri  ilə  qarşılıqlı  əməkdaşlıq  fəaliyyəti 

olmadan həll etmək qeyri mümükündür. Bu proses dünyanın bütün ölkələri ərazisində 

fəaliyyət göstərən nəqliyyatın hər bir sahəsindən səmərəli istifadə olunmağı tələb edir.  

XX əsrin sonunda bütün dünya ölkələri üzrə ümumi yük dövriyyəsinin 62% ni 

dəniz nəqliyyatının, 16%-i dəmir yolu, 14%-i boru kəməri, 8%-i avtomobil, 3%-i isə 

daxili  su  yolları  təşkil  etmişdir.  Lakin  XXI  əsrdə  elmi  –  texniki  tərəqqinin  sürətli 

inkişafı başqa sahələrdə olduğu kimi, nəqliyyatın müxtəlif sahələrinə də sirayət etmiş, 

onun elmi texniki potensialının yüksəldilməsinə təsir göstərmişdir.XX əsrin sonunda 

dünya  ölkələrində  qədim  inteqrasiya  prosesləri  özlüyündə  nəqliyyatın  sahələr  üzrə 

intensiv  inkişafını  tələb  edirdi.  Bu  dövr  üçün  kütləvi  yüklərin  uzaq  məsafələrə 

daşınmasında dəmir yoluna daha çox üstünlük verilirdi. XIX əsrin sonunda XX əsrin 

ə

vvəllərində dünya ölkələri üçün dəniz nəqliyyatı ilə yüklərin daşınması daha səmərəli 



hesab  olunurdu.  Yəni  dünya  ölkələrində  yük  tutumu  daha  çox  və  intensiv  hərəkətə 

malik  olan  tankerlərin  istehsalının  həyata  keçirilməsi  dəniz  nəqliyyatı  ilə  yük 

daşınmanın  xüsusi  çəkisinin  başqa  nəqliyyat  sahələrinə  nisbətən  artmasına  zəmin 

yaratdı.  Dünya  nəqliyyatın  inkişafı  yalnız  yük  və  sərnişin  daşınması  əməliyyatlarını 

yerinə  yetirmir,  eyni  zamanda  yük  milyonlarla  əhalinin  işlə  təmin  olunmasında, 

quruda  və  suda olan zəngin  təbii  resursların istehsal  dövriyyəsinə  cəlb olunmasında, 

ə

halinin  məskunlaşmasında,  şəhərlərin,  qəsəbələrin,  kəndlərin  formalaşmasında 



mühüm  sənaye  və  nəqliyyat  qovşaqlarının,  limanların  inkişafında  mühüm  iqtisadi 

ə

həmiyyət kəsb edir. 




 

 

30 



 

Dünyanın  nəqliyyat  yolları  və  nəqliyyat  vasitələri  dünya  nəqliyyat  sistemini 

təşkil  edir.  O,  əsasən  XX  əsrdə  yaranmışdır.  Bu  sistemdə  inkişaf  etmiş  və  inkişaf 

etməkdə  olan  ölkələrin  və  həmçinin  regionların  nəqliyyat  sistemini  xüsusilə  qeyd 

etmək lazımdır. Şimali Amerikanın regional nəqliyyat sistemi daha yüksək səviyyədə 

inkişaf  etmişdir.  Dünya  nəqliyyat  yollarının  uzunluğunun  30%-i  bu  regionun  payına 

düşür.  Bu  rəqəm  avtomobil  və  boru  kəməri  nəqliyyatında  daha  yükdəkdir.  Şimali 

Amerika  bütün  növ  nəqliyyat  yük  daşınmalarında  birinci  yerdədir.Avropa  Şimali 

Amerikadan  yüklərin  daşınması  məsafəsinə  görə  geri  qalır,  ancaq  onu  yolların 

sıxlığına görə qabaqlayır. 

Dünya nəqliyyat xəttlərinin 10%-i MDB ölkələrinin payına düşür. Ancaq MDB 

yük  daşınmalarının  həcminə  görə  dünyada  birinci  yeri  tutur.  Hər  il  bütün  nəqliyyat 

növləri ilə 100 milyard tondan çox yük və 1 trilyon sərnişin daşınır. Bu daşınmalarda 

650 min avtomobil, 40 min dəniz gəmiləri, 10 min təyyarə reysi, 200 min dəmir yolu 

lokomoyivləri iştirak edir və bu rəqəmlər ilbəil artır.Son dövrlərdə dünyanın nəqliyyat 

sistemində  güclü  keyfiyyət  dəyişiklikləri  baş  verir.  Beləki,  elektirikləşmiş  dəmir 

yolları  çoxalmışdır.  Bərk  asvalt  örtükləri  avtomobil  yolları  artır.  Boru  kəmərlərinin 

diametri  artmışdır.Yük  və  sərnişin  daşınmalarının  quruluşu  nəqliyyat  növləri  üzrə 

dəyişir.  

XX  əsrin  ikinci  yarısında  xarici  ticarətin,  turizmin,  elmin,  mədəni,  social  və 

digər  münasibətlərin  genişlənməsi,  əhalinin  ölkələr  arası  hərəkətinə  güclü  təsir 

göstərmişdir.  Sərnişin  daşınmalarında  minik  avtomobilləri  liderlik  edirlər.  onun 

sərnişin  daşınmasında  xüsusi  çəkisi  hazırda  60%-dən  yuxarıdır.  Hava  nəqliyyatı  ilə 

sərnişin  daşınmaları  dəmiryolu  daşınmalarına  sürətlə  yaxınlaşır  və  onu  yaxın 

perspektivdə ötməlidir. 

Cədvəl 8 

Nəqliyyat növləri 

1950 


1970 

1980 


1996 

2000 


2014 


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə