Microsoft Word Dissertasiya C. Ceferli docx



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə12/28
tarix28.08.2018
ölçüsü1,15 Mb.
#64964
1   ...   8   9   10   11   12   13   14   15   ...   28

 

 

34 



 

Ümumiyyətlə  neft  məhsullarının  istehsalı  və  onun  beynəlxalq  bazarda 

reallaşması bir-biri ilə zəncirvari şəkildə əlaqəli olan mürəkkəb bir prosesi əhatə edir-

axtarış və kəşfiyyat işləri, xam neftin çıxarılması, nəqliyyat prosesi   ( dəniz və boru 

yolu ilə ), neftin emalı, satışı və s.; 

Dünya  sənayesinin  müxtəlif  sahələrindən  fərqli  olaraq  neftin  ödəmə  əmsalı 

yüksəkdir. Yəni neft sahəsinə qoyulan hər 1dolların gələcəkdə 5dollar gətirmək şansı 

var;  qtisadiyyatın başqa sahələrindən fərqli olaraq həm neftin istehsalı, həm də onun 

bazarda  reallaşdırılması  böyük  risklə  əlaqədardır.  Bu  ilk  növbədə  böyük  kapital 

qoyuluşu  ilə  əlaqədardır.  Təbii  ki,  bu  işlə  yalnız  böyük  maliyyə  resurslarına  malik 

olan iri şirkətlər və qrumlar məşğul ola bilər; 

Dünyada heç bir ikinci istehsal sahəsi yoxdur ki, neft kimi dünya təsərrüfatına 

və ümumdünya siyasətinə təsir etmək iqtidarında olsun. Neftdən əldə olunan gəlir və 

üstünlük  o  qədər  güclüdür  ki,  bəzi  ölkələr  bu  amildən  istifadə  etməklə  “tarixi 

dəyişmək” imkanını əldə edirlər. Neft məhsulları bazarında fasiləsiz gedən proseslər o 

qədər  ani  olaraq  dəyişir  ki,  sonda  bu  qlobal  problemlərə,  siyasi  və  iqtisadi 

çaxnaşmalara,  müharibələrə  gətirib  çıxarır.  ABŞ-nın  Əfqanıstan  və  raqla  bağlı 

siyasətini misal göstərmək olar. 

Hazırki  qloballaşma  dövründə  yanacaq-energetika  istehsalı  və  onun  nəqliyyat 

sistemi üzərində nəzarət bu və digər ölkələrin geosyasi həyatında mühüm rol oynayır. 

Müxtəlif  ölkələrin  yanacaq-energetika  xammalı  ilə  təmin  olunması  sanki  təbiətin 

onlara ayırdığı “qrant” kimi başa düşmək olar. Ölkələr bu “qrant” hesabına öz iqtisadi 

və siyasi həyatının bünövrəsini çox əminliklə qura bilər. Bu vaxt meydana ancaq bir 

sual çıxa bilər – xammaldan necə istifadə etməli?  

Bu  problemi  həll  etmək  üçün  idxalçı  və  ixracatçı  ölkələr  arasında  gedən 

fasiləsiz  proseslərə  qoşulmalı  və  onun  müsbət  keyfiyyətlərindən  istifadə  etmək 

lazımdır. Bu zaman çalışmaq lazımdır ki, neftdən təkcə barter və ya satmaq yolu ilə 

gəlir  əldə  olunmasın.  Əsas  diqqət  neft  məhsullarından  istifadə  etməklə  rəqabətə 

davamlı  məhsullar  istehsal  etmək  və  bununla  da  dünya  bazarında  mühüm  yerlərdən 

birini tutmağa ayrılmalıdır. Bütün bu proseslər zamanı lazım gəldikdə sərt iqtisadi və 

siyasi qərarlar da vermək lazımdır. Unutmaq lazım deyil ki, bu ilk növbədə ölkənin və 



 

 

35 



 

onun  vətəndaşlarının  maddi  güzəranın  yaxşılaşdırılmasına  doğru  atılan  bir  addım 

olmalıdır.  

Arı-ayrı  neft  ölkələrinin    tarixi  təcrübəsinə  nəzər  yetirsək  görərik  ki, 

investisiyaların  onların  hər  birinin  neft  sənayesinin  inkişafında  oynadığı  rol  qabarıq 

şə

kildə təzahür edir. Onu da qeyd edək ki, ən iri investisiya mənbələri neft sənayesinə 



qoyulub  ki,  o  da  ümumi  investisiya  məbləğinin  75.5%  -i  təşkil  edir.  Ümumiyyətlə 

hazırda  mənimsənilməsi  böyük  vəsait  tələb  edən  çox  zəngin  təbii  sərvətlərdən 

ölkələrin birgə səyləri ilə istifadə edilməsi meyli dünyada getdikcə güclənir. 

Mütəxəssislər  qeyd  edir  ki,  bəşəriyyətin  yaxın  gələcəkdə  ən  mühüm 

problemlərdən  biri  də  enerji  problemidir.  Hazırda  dünyanın  tükənməkdə  olan  enerji 

mənbələri  sırasında  neft,  kömür  və  təbii  qaz  ilk  yerləri  tutur.  Neftin  və  təbii  qazın 

qarşıdakı illərdə də əsas enerji mənbəyi olaraq qalacağı aşkardır. Əhalinin çoxalması 

və  texnologiyanın  inkişafı  ilə  əlaqədar  olaraq  enerji  sərfi  də  artmaqdadır.  Artan 

tələbatı  ödəmək  üçün  bir  yandan  yeni  enerji  mənbələri  axtarılır,  digər  tərəfdən 

mövcud  mənbələrdən    daha  səmərəli  istifadə  olunması  üçün  tədbirlər  görülür.  Son 

illərdə  dünyada  cərəyan  edən  siyasi  və  iqtisadi  hadisələrin  də  neft  yataqlarının 

kəşfiyyatı  və  istismarı  sahəsində  görülən  işlərin  istiqamətləndirilməsində  olduqca 

səmərəli  rol  oynadığı  nəzərə  çarpmaqdadır.  Bütün  bunları  nəzərə  alaraq  qeyd  edə 

bilərik ki, neft və neft məhsulları bazarının inkişaf xüsusiyətləri gələcəkdə də dünya 

təsərrüfatının aparıcı sahələrindən olaraq qalacaqdır. 

Beləliklə 

belə 

nəticəyə 



gələ 

bilərik 


ki, 

stratejixammalolankarbohidrogenresurslarınınistənilən ölkənin  iqtisadi həyatında  rolu 

çoxşaxəlidir.  Neftvəqazqiymətliistehsalkomponentiolmaqla,həm  dədəyərlimaliyyəvə 

iqtisaditəyinatlıresursdur.Karbohidrogenresurslarına 

istinad 

edərək 


bəşərcəmiyyətienerji,  nəqliyyat,  texniki-texnoloji  proseslərin  reallaşması  elementləri 

ilə özünün istehlak tələblərini təmin etmiş olur.  

Yanacaq  enerji  sərvətlərinin  coğrafı  bölgüsü  və  dünya  iqtisadiyyatının 

inkişafındakı  rolu  üzrə  aparılan  təhlil  və  araşdırmalar  bir  daha  göstərir  ki,  hazırda 

enerjidaşıyıcılarının  30  faizdən  çoxu  istehlakçılara  sərhədləri  aşaraq  yetişir.  Neftin 

yarıya  qədəri  təbii  qazın  1/5-i,  daş  kömürün  isə  10  faizi  ayrı-ayrı  ölkələrə  kənardan 




 

 

36 



 

gətirilir. Buna baxmayaraq bir sıra az inkişaf etmiş ölkələrdə ənənəvi yanacaq-enerji 

resurslarından  hələ  də  yetərli  istifadə  edilir.  nkişaf  etmiş  ölkələr  isə  alternativ 

enerjidaşıyıcılarından istifadə sferasını daha da genişləndirirlər. Lakin karbohidrogen 

təyinatlı  enerjidaşıyıcılarından  müasir  zamanda  qlobal  yanacaq-enerji  balansında 

tutumlu mövqeylərini saxlayırlar. 

Daxili  balansda  təbii  qaz  resurslarından  istifadə  artaraq  neftin  payının 

azalmasına  təsir  göstərir.  Bərk  yanacaq  növlərinin  ekoloji  zərərliyinin  azaldılması 

istiqamətində  tədqiqatlar  davam  edir.  Nəticədə  ETT  bərk  yanacağın  maye  və  qaz 

yanacağa  çevrilməsini  asanlaşdırır  və  sintetik  yanacaq  istehsalı  miqyaslarını  artırır. 

Nüvə  enerjisi  ilə  bağlı  bütün  çətinliklərə  baxmayaraq  və  istiqamətdə  irəliləyişlər 

səngimir.  Bir  çox  ölkələr  özlərinin  enerji  strategiyasını  bu  inkişaf  ssenarisi  ilə 

qururlar. 

Enerji strategiyası milli enerji təhlükəsizliyinin əsas tərkib hissəsi olaraq əksər 

iqtisadi  inkişaf  etmiş  müasir  modern  ölkələrdə  dövlətin  uzunmüddətli  strateji 

proqramlarından  biri  kimi  təyinat  alır.  Enerji  strategiyası  milli  enerji  siyasətinin 

konkretləşməsi, dəqiq təyinatlı fəaliyyət məqsədlərinə və hərəkətin təşkili metodlarına 

zəruri  resurslar  və  mümkün  potensial  imkanlar  müqabilində  seçilmiş  yolla  nailolma 

çərçivəsində  onun  işçi  sənədinə  çevrilməsini  şərtləndirir.  Struktur  kompozisiyada 

strategiya  plan,  idarəetmə  sənədləri,  qrafiklər,  büdcə  və  digər  bu  kimi  zəruri 

elementləri  özündə  birləşdirən  modernizasiya  və  köklü  yenidənqurmanın  fəaliyyət 

proqramı  kimi  çıxış  edir  və  yeni  institusional  yaranış  deyildir.  Planetin  iqtisadiyyatı 

enerji  təməlində  sistemləşdiyi  zamanlardan  anoloji  strategiyalar  silsiləvi  olaraq 

müxtəlif ölkələrdə intişar tapmış, təbəddülatlara uğrayaraq yeni keyfiyyət və məzmun 

almışlar. Bir qədər fərqli adlanışda Sovetlər  ttifaqında da müvafiq enerji strategiyası 

daim  işlənmiş,  hazırlanaraq  realaşdırılmışdır.  Qlobal  axının  gücləndiyi  müasir 

zamanda  isə  hər  bir  ölkə  enerji  resurslarının  mövcudluq  diapazonunun  fərqinə 

varmadan  özünün  enerji  təhlükəsizliyini  təmin  etmək  məqsədi  ilə  məxsusi  enerji 

strategiyası formalaşdırmağa məhkumdur. 

Bütün  bu  reallıqlar  bəşəriyyətin,  dünya  iqtisadiyyatının  artan  tələbləri 

nəticəsində  dünya  yanacaq-enerji  kompleksinin  inkişafının  biçimli  məcraya 



Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə