Microsoft Word Dissertasiya C. Ceferli docx



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə3/28
tarix28.08.2018
ölçüsü1,15 Mb.
#64964
1   2   3   4   5   6   7   8   9   ...   28

 

 



 

inkişaf  etməkdə  olan  ölkələr  ilə  daxili  bazarları  birləşdirərək  sənayeləşmə  sürətini 

artırmağa çalışırlar. 

qtisadi inteqrasiya prosesində iki meyl özünü göstərir: beynəlxalq yaxınlaşma 

və  regional  yaxınlaşma.Beynəlxalq  miqyasda  yaxınlaşma  dünya  ticarətində  tətbiq 

edilən tarif və qeyri-tarif məhdudlaşdırmalarının vasitəsilə aradan qaldırılması yolu ilə 

həyata  keçirilir.  Regionla  yaxınlaşma  zamanı  isə  regional  iqtisadi  birliklər 

yaradılmaqla  üzv  ölkələrin  xarici  iqtisadi  əlaqələri  və  ümumiyyətlə  iqtisadi  siyasəti 

uyğunlaşdırılır.Ölkələr  siyasi  baxımdan  da  bir-birinə  yaxınlaşırlar,milli  siyasət 

uzlaşdırılır. 

Adətən  inteqrasiya  prosesi  az  və  ya  çox  mənada  qarşılıqlı  ticarətin 

liberallaşdırılması ilə başlanır. Bu hal əmtəələrin, xidmətlərin və kapitalın hərəkətinin 

məhdudlaşdırılmasını  aradan  qaldırır.  Tədricən  vahid  iqtisadi,  hüquqi,  informasiya 

məkanı  yaranır.  Buradan  da  yeni  keyfiyyətli  beynəlxalq  iqtisadi  münasibətlər 

meydana gəlir. Qeyd edə bilərik ki, beynəlxalq iqtisadi inteqrasiya onu dövlətlərarası 

digər  qarşılıqlı  iqtisadi  fəaliyyət  formalarından  fərqləndirən  bir  sıra  əhəmiyyətli 

ə

lamətlərlə xarakterizə olunur: 



üzv-ölkələrin iqtisadi siyasətinin razılaşdırılması; 

milli qanunvericiliklərin, norma və standartların yaxınlaşması; 

milli  istehsal  proseslərinin  bir-birləri  ilə  qarşılıqlı  qovuşması,  region  çərçivəsində 

istehsal prosesinin texnologiya vahidliyinin formalaşması; 

istehsalda, elm və texnikada beynəlxalq ixtisaslaşma və kooperasiyanın geniş inkişafı; 

üzv-ölkələrin iqtisadiyyatlarında baş verən struktur dəyişiklikləri; 

inteqrasiya  prosesinin  məqsədyönlü  tənzimlənməsi,  regional  idarəetmə  orqanlarının 

inkişafı. 

nteqrasiya prosesi bura daxil olan hər bir ölkə üçün əlverişli şərtlər yaradır: 

1.  nteqrasiya  əməkdaşlığı  bu  qruplaşma  daxilində  maliyyə,  material,  əmək,  yeni 

texnalogiya və digər ehtiyatların hərəkətinə zəmin yaradır. 

2.  Bütün istiqamətlərdə əməkdaşlığı genişləndirir. 

3.   qtisadi rəqabətdə müəyyən üstünlüyə nail olmaq imkanı verir. 



 

 



 

Milli  təsərrüfatların  iqtisadi  əlaqələrinin  və  əmək  bölgüsünün  inkişafında 

inteqrasiya obyektiv zəruri bir prosesə çevrilmişdir.  nteqrasiya yolu ilə xarici iqtisadi 

mübadilədən  tutmuş  istehsal  dairəsi  də  daxil  olmaqla  milli  təsərrüfatların  yaxından 

qovuşması və ərazilər üzrə təsərrüfat proseslərinin əmələ gəlməsinə imkan yaranır. 

qtisadi  inteqrasiyanın  yaranması  prosesi  mürəkkəb  və  ziddiyətli  xarakterə 

malikdir.  Çünki,  o  bir  çox  iqtisadi  və  siyasi  səbəblərdən  irəli  gəlir. qtisadi 

inteqrasiyanın yaranmasının obyektiv ilkin şərtləri aşağıdakılardır: 



nteqrasiya  edən  ölkələrin  iqtisadi  inkişaf  səviyyəsinin  və  bazar  yetkinliyi 

dərəcəsinin  yaxınlığı.

  Çox  nadir  hallar  istisna  olmaqla,  dövlətlərarası  inteqrasiya  ya 

sənayecə  inkişaf  etmiş  ölkələr  arasında,  ya  da  inkişaf  etməkdə  olan  ölkələr  arasında 

olur. Hətta inkişaf etməkdə olan ölkələr çərçivəsində də təxminən eyni iqtisadi inkişaf 

səviyyəsinə  malik  ölkələr  arasında  inteqrasiya  prosesləri  daha  aktiv  surətdə  gedir. 

Sənayecə  inkişaf  etmiş  və  inkişaf  etməkdə  olan  ölkələr  arasında  inteqrasiya  tipli 

birliklərin  yaradılmasına  cəhd  göstərilsə  də,  bu  cəhdlər  özünün  formalaşmasının 

başlanğıc  mərhələsindədir  və  bu  baxımdan  onların  səmərəlilik  dərəcəsi  barədə 

birmənalı  nəticə  çıxarmaq  mümkün  deyildir.  Bu  halda  təsərrüfat  mexanizmlərinin 

uyğun  olmaması  səbəbindən  inkişaf  etmiş  və  inkişaf  etməkdə  olan  ölkələr  arasında 

inteqrasiya prosesinə assosiasiya, məxsusi əməkdaşlıq, ticarət imtiyazları və s. barədə 

keçid  sazişlərinin  imzalanması  ilə  başlanır.  Bu  sazişlərin  müddəti  daha  az  inkişaf 

etmiş  ölkədə,  daha  inkişaf  etmiş  ölkədə  mövcud  olan  mexanizmlərin  yetkinlik 

dərəcəsinə uyğun olan bazar mexanizminin yaranmasına qədər uzadılır. 



nteqrasiya  ölkə  iqtisadiyyatları  inkişafda  olduğu  zaman  daha  müvəffəqiyyətlə 

inkişaf  edir.

  Tarix  artıq  sübut  edib  ki,  böhranda  olan  ölkələr  bir-birləri  ilə  çox  ağır 

inteqrasiya  olunurlar.  Böhran  dövründə  ölkələrdə  daxili  qanunvericilik  daxili 

vəziyyətə daha çox üstünlük verir, antiböhran tədbirləri, qanunları, məhdudiyyətləri və 

s.  qəbul  edilir,  məsələn,  kapital  ixracına  məhdudiyyət  tətbiq  edilir.  Məlumdur  ki, 

inteqrasiya  üçün  əksinə,  işçi  qüvvəsinin,  kapitalın,  əmtəə  və  xidmətlərin  hərəkətinin 

sərbəstliyi  lazımdır.  Hələ  ki  tarixdən  böhranda  olan  ölkələrin  yaratdığı  dayanıqlı 

inteqrasiya qruplaşması məlum deyildir. 




 

 



 

nteqrasiya edən ölkələrin coğrafi yaxınlığı, əksər hallarda ümumi sərhədin və 

tarixən  formalaşş  iqtisadi  əlaqələrin  mövcudluğu. 

Dünyanın  əksər  inteqrasiya 

birlikləri bir qitədə yerləşən, bir-birləri ilə bilavasitə coğrafi yaxınlıqda olan, nəqliyyat 

kommunikasiyalarına  malik  olan  və  çox  zaman  bir  dildə  danışan  bir  neçə  qonşu 

ölkədən başlayıb.  lkin ölkələr qrupuna, yəni inteqrasiya birliyinin təşəbbüsçüləri olan 

“inteqrasiya nüvəsi”nə sonradan digər qonşu dövlətlər də qoşulmağa başlamışlar. 



Ölkələr qarşısında inkişaf, maliyyələşdirmə, iqtisadiyyatın tənzimlənməsi, siyasi 

ə

məkdaşlıq  və  s.  sahələrdə  duran  iqtisadi  və  digər  problemlərin  ümumiliyi.

  qtisadi 

inteqrasiyaya  adətən  ölkələr  qarşısında  real  şəkildə  duran  konkret  problemlərin  həlli 

üçün  müraciət  edirlər.  Elə  buna  görədir  ki,  əsas  problemi  bazar  iqtisadiyyatının 

ə

saslarının yaradılması olan ölkələr artıq ümumi valyutanın tətbiqini tələb edən  bazar 



inkişafı səviyyəsinə malik dövlətlərlə inteqrasiya edə bilmirlər. Əsas problemi əhalini 

su və qida ilə təmin etmək olan ölkələr kapitalın sərbəst hərəkəti problemini müzakirə 

edən dövlətlərlə bir yerdə ola bilməzlər. 

qtisadi inteqrasiya iqtisadiyyatda iki cür effetkt yarada bilər: 



“Nümayiş  effekti”.

Inteqrasiya  birlikləri  yaratmış  ölkələrdə  adətən  müsbət 

iqtisadi meyllər (iqtisadi artım templərinin sürətlənməsi, inflyasiyanın aşağı düşməsi, 

məşğulluğun  artımı  və  s.)  baş  verir  ki,  bu  da  baş  verən  dəyişiklikləri  izləyən  digər 

ölkələrə  müəyyən  psixoloci  təsir  göstərir.  Nəticədə  də  həmin  ölkələr  inteqrasiya 

birliklərinə üzv olmağa çalışırlar. 



“Domino effekti”. 

Bu və ya digər regionun əksər ölkələri inteqrasiya birliyinin 

üzvləri olduqdan sonra həmin birlikdən kənarda qalan digər region ölkələri mütləq bir 

sıra  çətinliklərlə  üzləşirlər.  Bu  çətinliklər  birliyə  daxil  olan  ölkələrin  iqtisadi 

ə

laqələrinin bir-birlərinə istiqamətlənməsindən  qaynaqlanır.  Bu  bəzən  inteqrasiyadan 



kənarda qalmış ölkələrin ticarətinin azalmasına gətirib çıxarır. Bu ölkələrdən bəziləri 

inteqrasiya  proseslərindən  kənarda  qalmaq  qorxusundan  hətta  inteqrasiya  üçün 

ə

həmiyyətli  ilkin  marağa  malik  olmadan  belə,  inteqrasiya  proseslərinə  qoşulmağa 



maraqlı olduqlarını bildirirlər. 


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə