Microsoft Word Dissertasiya C. Ceferli docx



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə14/28
tarix28.08.2018
ölçüsü1,15 Mb.
#64964
1   ...   10   11   12   13   14   15   16   17   ...   28

 

 

40 



 

11. 


Remko 

Böyük Britaniya 

2.0825 

12. 


Delta Hess 

Səudiyyə Ərəbistanı 

1.6800 

 

Cədvəldən  göründüyü  kimi,    yerli  və  xarici  şirkətlərin  “Əsrin  Müqaviləsin”də 

pay  bölgüsündəən  çox  pay  ABŞ-nın  şirkətlərinə  məxsusdur  –  38.38%.  Şirkət 

baxımından ən çox pay isə  British Petroleum şirkətinə məxsusdur.  

Heydər  Əliyevin  neft  strategiyasının  tərkib  hissəsi  olan  məsələlərdən  biri  - 

neftdən əldə olunan gəlirlərin ölkə iqtisadiyyatının inkişafında vacib rol oynaması və 

gələcək  nəsillər  üçün  saxlanılması  vəzifəsi  uğurla  həyata  keçirilir.  Neft  Fondundan 

ayrılan ilk ödəmələr ölkəmizdə ən çətin və ağır vəziyyətdə yaşayan qaçqın və məcburi 

köçkünlərimizin  sosial  problemlərinin  həllinə  yönəldilmişdir.  “Azəri”,  “Çıraq” 

yataqları və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsi (AÇG) üzrə hasilatın pay 

bölgüsü sazişinin – “Əsrin müqaviləsi”nin imzalanmasından sonra 1995-ci ilin fevral 

ayında  Azərbaycan  Beynəlxalq  Əməliyyat  Şirkəti  təşkil  olunmuş  və  həmin  ilin 

oktyabr ayında ilkin neft layihəsinə sanksiya verilmişdir.  ki il keçməmiş - 1997-ci il 

noyabrın 7-də “Çıraq” yatağından ilkin neft hasil olunmuşdur. Qərb ixrac boru kəməri 

marşrutu istismara  verildikdən sonra isə, 1999-cu  ilin  aprelində  Supsa  terminalından 

ilk tanker neftlə yüklənib yola salınmışdır. 

Yataqların  tammiqyaslı  işlənilməsinin  1-ci  fazasına  –  “Mərkəzi  Azəri” 

layihəsinə  2001-ci  ilin  avqust  ayında  sanksiya  verilmiş  və  növbəti  ilin  əvvəlində 

hasilat başlanmışdır. 2002-ci ilin sentyabr ayında 2-ci fazaya – “Qərbi və Şərqi Azəri” 

layihələrinə sanksiya verilmiş və burada da hasilata başlanmışdır. Daha sonra Faza-3 

layihəsinə  -  “Günəşli”nin  dənizin  dərin  hissəsində  yerləşən  sahəsinin  işlənilməsinə 

sanksiya  verilmişdir.  Bu  layihə  “Azəri-Çıraq-Günəşli”  üçün  yataqların  tammiqyaslı 

işlənilməsi  konsepsiyasında  yekun  mərhələni  göstərir.  Faza-3  layihəsi  Xəzərin 

Azərbaycan sektorundan təxminən 1,2 milyard barrel neft çıxarılmasını nəzərdə tutur. 

2009-cu  ilədək  “Azəri-Çıraq-Günəşli”  üzrə  gündəlik  ümumi  neft  hasilatı  bir  milyon 

barreldən yuxarı səviyyəyə çatdırılmışdır.  




 

 

41 



 

“Əsrin  müqaviləsi”nin  uğurla  reallaşması  bir  çox  bədxahlarımızın 

gümanlarının, arzularının əksinə olaraq Xəzərin Azərbaycan sektorunun zəngin neft-

qaz ehtiyatlarına malik olduğunu sübut etmişdir.  

AÇG layihəsinin icrasına başlanandan indiyədək həmin yataqlardan 96 milyon 

683 min tondan çox neft hasil edilmişdir. “Çıraq”, “Mərkəzi Azəri”, “Qərbi Azəri” və 

“Şərqi  Azəri”  platformalarından  sutkada  orta  hesabla  təxminən730  мin  barrel  neft 

hasil  edilir.  “Çıraq”  platformasında  hazırda  19  quyu,  “Mərkəzi  Azəri”  (MA) 

platformasında  15  quyu,  “Qərbi  Azəri”  (QA)  platformasında  9,  “Şərqi  Azəri”  (ŞA) 

platformasında  7  quyu  istismardadır.  Ən  son  texnologiyalarla  yeni  quyuların 

qazılması, hər birinin ağırlığı təqribən 15 min ton olan platformaların tikilib Xəzərdə 

quraşdırılması  neft  hasilatının  artmasına  şərait  yaradır.  MA,  QA  və  ŞA 

platformalarından  hasil  olunan  səmt  qazının  əvəzsiz  olaraq  dövlətimizin  qaz  qəbulu, 

nəqli  sisteminə  təhvil  verilməsi  ölkəmizin  ötən  ildən  Rusiyadan  qaz  nəqlini 

dayandırmasına, bunun üçün ayrılan külli miqdarda vəsaitin dövlətimizin büdcəsində 

qalmasına imkan yaratmışdır. 

 Səngəçal  terminalı  vasitəsilə  Azərbaycan  tərəfinə  1  milyard  900  milyon 

kubmetrdən  artıq  mavi  yanacaq  təhvil  verilmişdir.  Onu  da  qeyd  etmək  lazımdır  ki, 

“Əsrin  müqaviləsi”  çərçivəsində  həyata  keçirilən  Səngəçal  terminalının 

genişləndirilməsi  proqramı  bu  obyekti  dünyanın  ən  nəhəng  terminallarından  birinə 

çevirmişdir.  lin sonunadək terminalın nefti texniki emaletmə gücü sutkada bir milyon 

barreldən  yuxarı  səviyyəyə  qədər  artırılacaqdır.  Son  illərdə  Səngəçal  terminalı  bir 

gündə 905 min barreldən artıq nefti texnoloji emaldan keçirərək ixrac etməklə özünün 

indiyə qədərki ən yüksək gündəlik ixrac göstəricisinə nail olmuş, bu göstəricinin tam 

real olduğunu sübut etmişdir. Xəzərin Azərbaycan sektorundan ABƏŞ-in ixrac etdiyi 

neft  2007-ci  ilin  aprelindən  dünya  bazarlarına  yalnız  Heydər  Əliyev  adına  Bakı-

Tbilisi-Ceyhan əsas neft ixrac boru kəməri ilə nəql edilir.  ndiyədək BTC boru kəməri 

ilə ümumilikdə 200 milyon barreldən çox xam neft və kondensa tixrac olunmuşdur. 

Artıq bir neçə ildir ki, Azərbaycan həm də qaz ixrac edən ölkəyə çevrilmişdir. 

Bunu reallığa çevirən “Şahdəniz” layihəsi Xəzər dənizinin Azərbaycan sektorunda qaz 

və  kondensatın  işlənməsindən  və  Azərbaycan,  Gürcüstan  və  Türkiyə  bazarlarına 



 

 

42 



 

planlaşdırılmış  qaz  ixracından  ibarətdir.  Bu  yataqdan  sabit  şəkildə  hasil  edilən  qaz 

Azərbaycan və Gürcüstandakı qaz qəbuletmə məntəqələrinə nəql olunur. 2006-cı ildə 

ilk qaz Cənubi Qafqaz boru kəməri (CQBK) vasitəsilə BOTAŞ-ın qaz nəqli sisteminə 

daxil olmağa başlamışdır. Hazırda “Şahdəniz” yatağından gündə 500 milyon standart 

kub futdan çox (təxminən 14,2 milyon kubmetr) qaz, üstəgəl sutkada 30 min barreldən 

artıq kondensat hasil olunur. 

2002-ci  il  sentyabrın  18-də  Bakıda  Azərbaycan,  Gürcüstan  və  Türkiyə 

prezidentlərinin,  ABŞ-ın  energetika  nazirinin  iştirakı  ilə  Bakı-Tbilisi-Ceyhan  əsas 

ixrac  boru  kəmərinin  təməli  qoyuldu.  Təxminən  üç  il  sonra,  2005-ci  ilin  mayında 

kəmərin  Azərbaycan  ərazisindən  keçən  hissəsinin  istifadəyə  verilməsi  mərasimi 

keçirildi  və  boru  xəttinə  ilk  neft  vuruldu.  Həmin  ilin  oktyabrında  isə  kəmərin 

Gürcüstan hissəsi istifadəyə verildi. 2006-cı il mayın 28-də Azərbaycan nefti Ceyhan 

limanına çatdı və iyulun 4-də neftlə yüklənmiş ilk tanker buradan yola salındı. Rəsmi 

açılış gününədək Ceyhan limanından 4,8 milyon barrel neft yüklənmiş 7 tanker yola 

salınmışdır.  Səngəçal  terminalından  Türkiyənin  Aralıq  dənizi  sahilindəki  Ceyhan 

terminalınadək uzanan 1770 kilometrlik xəttin çəkilməsinə təxminən 4 milyard dollar 

vəsait xərclənmişdir. 

  BTC  kəməri  ildə  50  milyon  ton  Azərbaycan  nefti  nəql  etmək  üçün  nəzərdə 

tutulmuşdur.  Lakin  bu  yaxınlarda  Qazaxıstanın  BTC-yə  qoşulması  bu  ölkəyə  də 

neftini  Aralıq  dənizi  vasitəsilə  dünya  bazarlarına  çıxarmağa  imkan  verəcəkdir. 

Hazırda kəmərlə gündə 400 min barreldən çox neft nəql olunur. 2002-ci ildən 1 fevral 

2007-ci il tarixinədək olan dövr ərzində ümumilkdə 298 mln. AZN məbləğində vəsait 

Heydər  Əliyev  adına  Bakı-Tbilisi-Ceyhan  Əsas  xrac  Boru  Kəməri  layihəsində 

Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsinə yönəldilmişdir.  

Müasirdövrdəneftsənayesində,  xüsusilədə  onunqurudayerləşənneftqazçıxarma 

idarələrində    mövcud  elmi-texniki  və  istehsal  potensialından  daha  səmərəli  istifadə 

etməklə 


iqtisadi 

islahatlarıhəyatakeçirməklazımdır.Busahədəmüəyyənnailiyyətlərdəəldə 

edilmişdir. 

Beləki,  son  5-6  ildəneft  sənayesində  bazar  iqtisadiyyatına  uyğun  infrastrukturlar 

yaradılmış, neftqazçıxarma idarələrinin bəzibölmələri özəlləşdirilmiş, xarici ölkələrin 



Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə