Microsoft Word Dissertasiya C. Ceferli docx



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə4/28
tarix28.08.2018
ölçüsü1,15 Mb.
#64964
1   2   3   4   5   6   7   8   9   ...   28

 

 

10 



 

Müasir beynəlxalq iqtisadiyyatda yaranmış və inkişaf edən çoxsaylı inteqrasiya 

birlikləri  öz  qarşılarına  prinsipcə  eyni  vəzifələri  qoyurlar.  Bu  vəzifələrdən  isə 

inteqrasiyanın məqsədləri irəli gəlir: 



Miqyas iqtisadiyyatının üstünlüklərindən istifadə.

Miqyas iqtisadiyyatı əsasında 

bazarın  həcminin  genişlənməsini,  tranzaksiya  xərclərinin  azalmasını  və  digər 

üstünlüklərin  əldə  edilməsini  təmin  etmək.  Bu,  öz  növbəsində,  birbaşa  xarici 

investisiyaları  cəlb  etməyə  imkan  verəcəkdir.  Belə  ki,  bu  cür  investisiyalar 

ə

həmiyyətli  ölçüyə  malik  bazarlara  daha  həvəslə  yatırılır.  Çünki,  böyük  ölçülü 



bazarlarda  onların  ehtiyaclarını  ödəyən  müstəqil  istehsalın  yaradılması  daha 

məqsədəuyğun olur. 

Ə

lverişli  xarici  siyasət  mühitinin  yaradılması.Ə

ksər  inteqrasiya  birliklərinin 

vacib  məqsədlərindən  biri  də  bu  birlikdə  iştirak  edən  ölkələrin  siyasi,  hərbi,  sosial, 

mədəni  və  digər  qeyri-iqtisadi  hadisələrdə  qarşılıqlı  anlaşmalarının  və 

ə

məkdaşlıqlarının  gücləndirilməsidir.  Coğrafi  baxımdan  bir-birinə  yaxın  olan  və 



inkişaf  sahəsində  eyni  cür  problemlərə  malik  ölkələr  üçün  qonşularla  yaxşı 

münasibətlərin  olması,  bu  münasibətlərin  qarşılıqlı  iqtisadi  öhdəliklərlə 

möhkəmləndirilməsi mühüm siyasi prioritet təşkil edir. 

Ticarət  siyasəti  vəzifələrinin  həlli.

  Regional  inteqrasiyadan  çox  zaman  ÜTT 

çərçivəsində  həyata  keçirilən  çoxtərəfli  ticarət  danışıqlarında  danışıq  mövqelərinin 

gücləndirilməsi  vasitəsi  kimi  də  istifadə  edilir.  Hesab  edilir  ki,  hər  hansı  blok  təşkil 

edən  ölkələr  adından  razılaşdırılmış  çıxış  daha  çəkilidir  və  ticarət  siyasəti  sahəsində 

daha  arzuolunan  nəticələrə  gətirib  çıxarır.  Bundan  əlavə,  regional  bloklar  qarşılqlı 

ticarət  üçün  daha  sabit  və  proqnozlaşdırıla  bilən  mühit  yaradır.  Çoxtərəfli  ticarət 

danışıqları zamanı isə iştirakçıların maraqları bir-birlərindən ciddi surətdə fərqlənir. 



qtisadiyyatın struktur dəyişikliklərinə dəstək.

Bazar iqtisadiyyatını quran və ya 

ciddi  iqtisadi  islahatlar  həyata  keçirən  ölkələrin  daha  yüksək  bazar  inkişafı 

səviyyəsinə malik ölkələrin regional ticarət sazişlərinə qoşulmasına bazar təcrübəsinin 

ötürülməsinin mühüm kanalı kimi, həmçinin seçilmiş bazar kursuna sədaqətlilik amili 

kimi  baxılır.  Amma  inkişaf  etmiş  ölkələr  öz  qonşularını  inteqrasiya  proseslərinə 




 

 

11 



 

qoşmaqla  onların  bazar  islahatlarının  sürətlənməsində  və  onlarda  tam  və  tutumlu 

bazarların yaradılmasında maraqlı olurlar. 

Milli  sənayenin  gənc  sahələrinin  dəstəklənməsi.

nteqrasiya  birlikləri  üçüncü 

ölkələrə qarşı ayrı-seçkilik tədbirləri nəzərdə tutmursa belə, birliklərə bir sıra hallarda 

yerli istehsalçıları dəstəkləmək üsulu kimi baxılır. Belə ki, bu zaman yerli istehsalçılar 

üçün daha geniş regional bazar meydana gəlir. 

Dünya  bazarlarında  mövqelərin  gücləndirilməsi. 

Bu,  regional  rəqabət 

üstünlüklərinin yaradılması vasitəsilə təmin edilir. 

Beynəlxalqiqtisadi  inteqrasiyanın  nəzəri  əsaslarını  təçkil  edən  çoxlu  saylı 

konsepsiyaları mövcuddur: 

Sxem 1 


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 Bazar    konsepsiyasının  tərəfdarları  (Vayner,  Lipsey,  Repke,  Predolem  və  s.) 

iqtisadiyyatın  tənzimlənməsində  bazarın  ən  səmərəli  vasitə  olması  fikrini  əsas 

götürürlər.  Buna  görə  də,  inteqrasiyanı  bir  neçə  ölkənin  ərazisi  çərçivəsində  vahid 

bazar  məkanının  yaradılması  kimi  başa  düşürlər.  Bu  vəziyyətin  yaranması  üçün  də 

xarici  ticarət  və  valyuta  sferalarında  dövlət  müdaxiləsi  olmamalıdır.  Beynəlxalq 

ticarətin neoklassik nəzəriyyəsinin prinsiplərini rəhbər tutmaqla bazar konsepsiyasının 

qtisadi inteqrasiyanın 

nəzəri əsasları 

nteqrasiyanın siyasi 

hüquqi konsepsiyaları 

Ümumi inteqrasiya 

konsepsiyaları 

Funksional-sahəvi 

konsepsiyalar 

Funksionalist 

konsepsiya 

Bazar konsepsiyası 

Ticarət yaxud 

gömrük ittifaqı 

konsepsiyası 

Neofunksionalist 

konsepsiya 

Bazar-


institutsional 

Valyuta 


inteqrasiyası 

konsepsiyası 

Pluralist konsepsiya 

Dirijist konsepsiya 

Federalist konsepsiya 

Struktur 

konsepsiya 

Marksist 

konsepsiya 



 

 

12 



 

tərəfdarları regional inteqrasiyanı istehsal amillərinin sərbəst hərəkətini təmin edən ən 

ə

lverişli vasitə kimi qəbul edirdilər. 



Bazar  institutsional  konsepsiya  inteqrasiya  prosesində  bazarın  öncül  rolunu 

inkar  etməməklə  yanaşı,  həmin  prosesin  səmərəli  gedişi  üçün  fövqəl  hökumət 

komissiyalarının  yaradılmasını  nəzərdə  tutur.  Bazar  institutsional  konsepsiya  bazar 

mexanizmindən fərqli olaraq bir sıra problemlərin həllini də nəzərdə tutur. Bunlara–

iqtisadiyyatda durğunluğa yol verməmək, iqtisadiyyatda məşğulluğa nail olmaq, geri 

qalmış  rayonları  inkişaf  etdirmək,  milli  və  beynəlxalq  korporasiyaların  fəaliyyətini 

tənzimləmək və sairə. 

Dirijist  konsepsiyanın  tərəfdarları  kimi  tanınan  tədqiqtçıları  (R.Kuper, 

A.Marşall,  Q.Murdal,  Y.Tinbergen)  neoliberal  cərəyanın  əsası  kimi  istifadə  olunan 

beynəlxalq ticarətin neoklassik nəzəriyyəsinə kəskin tənqidi münasibət birləşdirir. Bu 

konsepsiyanın görkəmli nümayəndələrindən olan Q.Murdal belə bir nəticəyə gəlir ki, 

Real  məzmunlu  beynəlxalq  inteqrasiya  üçün  dünya  bazarında  azad  rəqabətin 

formalaşması deyil, şansların bərabərliyi zəruridir ki, bu da dövlətin bazar proseslərinə 

aktiv müdaxiləsi olmadan qeyri-mümkündür. 

Dirijist  konsepsiyanın  digər  nümayəndəsi  Y.Tinbergen  azad  rəqabətli  bazar 

mexanizmini  həm  sosial,  həm  də  iqtisadi  nöqteyi  nəzərdən  optimal  inkişafa  nail 

olmasının  mümkünsüzlüyünü  qeyd  edərək    “pozitiv”    və    “neqativ”inteqrasiya 

terminlərini  iqtisadi  leksikona  daxil  etmişdir.  Müasir  dövrdə  inkişaf  etmiş  ölkələrin 

inteqrasiya  qruplaşmalarının  təcrübəsi  göstərir  ki,  dirijist  konsepsiyanın  mövqeləri 

getdikcə zəifləməkdədir.  

-  Struktur  konsepsiyanın  əsası  Y.V.Şişkov  tərəfindən  formalaşdırılmışdır.  Bu 

konsepsiya  öz  mahiyyəti  etibarı  ilə  dirijist  yanaşmanın  təməl  prinsiplərinə  əsaslanır. 

Bu yanaşmada başlıca diqqət inteqrasiya prosesində inhisarların yeri və roluna, eləcə 

də onların fəaliyyəti nəticəsində meydana çıxan struktur problemlərə yönəldilir.  

-  Marksist  konsepsiya  inteqrasiya  prosesinin  mərkəzləşdirilmiş  direktiv 

idarəedilməsinə əsaslanır və bu prosesdə bazar mexanizminin rolunu tamamilə inkar 

edir.  Marksist  iqtisadçılar  inteqrasiyanın  əsas  prinsiplərindən  biri  kimi  proletar 

beynəlmiləlçiliyini  önə  çəkirdilər.  Bu  baxımdan  V. .Lenin  fikri  səciyyəvidir: 




Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə