Microsoft Word Dissertasiya C. Ceferli docx



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə25/28
tarix28.08.2018
ölçüsü1,15 Mb.
#64964
1   ...   20   21   22   23   24   25   26   27   28

 

 

73 



 

iqtisadi  sistemimizin  və  həmçinin  milli  qanunvericiliyin  dünya  standartlarına 

uyğunlaşdırılmasını sürətləndirəcək. 

1.3 Azərbaycanın çağdaş  regional inteqrasiya proseslərində iştirakını  

şə

rtləndirən amillə

Dünya  təcrübəsi  göstərir  ki,  müasir  dövrdə  milli  iqtisadiyyatın  təşəkkülü  və 

inkişafı prosesində qarşıya çıxan problemlərin uğurlu həlli əhəmiyyətli dərəcədə xarici 

iqtisadi  əlaqələrin  məqbul  vasitələrlə  genişləndirilməsi  və  inkişafı  hesabına  ölkə 

iqtisadiyyatının  dünya  təsərrüfat  sisteminə  səmərəli  şəkildə  inteqrasiyasının  təmin 

edilməsindən  asılıdır.  Bu  onunla  izah  olunur  ki,  müasir  dövrdə  dünyada  başverən 

köklü keyfiyyət dəyişiklikləri beynəlxalq iqtisadi inteqrasiyanın milli iqtisadi inkişafın 

zəruri  şərtinə  çevirmişdir.  Bunun  nəticəsidir  ki,  hazırda  dünyada  tədricən  iqtisadi 

sərhədlərin  siinməsi,  bütün  ölkələr  üçün  eyni  qanunlara  tabe  olan  qlobal  iqtisadi 

sistemin-dünya  təsərrüfatı  sisteminin  təşəkkülü  prosesi  gedir.  Aydındır  ki,  belə 

şə

raitdə  sosial-iqtisadi  inkişaf  səviyyəsindən  və  milli  xüsusiyyətlərindən  asılı 



olmayaraq hər hansı bir ölkənin iqtisadi siyasəti ancaq o vaxt səmərəli ola bilər ki, o 

digər  ölkələrin  iqtisadi  strategiyaları  ilə  uzlaşdırılmış  olsun,  başqa  sözlə,  yuxarıda 

qeyd edilən ümumi qanunlar nəzərə alınmaqla hazırlansın və həyata keçirilsin. Məhz 

belə siyasətin nəticəsində dünya təsərrüfat sisteminə fəal surətdə qoşulmala dövlətlər 

bir tərəfdən özlərinin müvafiq ehtiyatları olmadıqları halda belə cəmiyyətin tələbatını 

daha  dolğun  ödəmək,  iqtisadiyyatın  səmərəli  strukturunu  formalaşdırmaq  və  s.  bu 

kimi  digər  problemlərləri  həll  etmək,  digər  tərəfdən  isə  özlərinin  BƏB-də  malik 

olduqları üstünlükləri reallaşdırmaq imkanı əldə etmiş olurlar. 

Bu  ölkələr  üçün  dünya  təsərrüfatı  sisteminə  inteqrasiyahəm  də  ona  görə 

ə

həmiyyətlidir  ki,  ölkə  iqtisadiyyatını  xarici  dövlətlərin  və  beynəlxalq  təşkilatların  



üzünə  açmadan  və  onlarla  qarşılıqlı  faydalı  əlaqələr  yaratmadan  nə  onların  maliyyə 

imkanlarına  arxalanmaq,  nə  də  mütərəqqi  idarəçilik  və  təsərrüfatçılıq  təcrübəsi 

qazanmaq,  nə  də  ki,  müasir  texnika  və  texnologiya  əldə  etmək  yolu  ilə  ümumi 

tərəqqiyə nail olmaq olar. 

Milli  iqtisadiyyatın  dünya  iqtisadiyyatına  inteqrasiyası  Azərbaycan  üçün  daha 

böyük  əhəmiyyət  kəsb  edir.  Müasir  dövrdə  bazar  iqtisadiyyatı  yolunu  seçən 




 

 

74 



 

Azərbaycan  Respublikası  özünün  geniş  iqtisadi  potensialını  hərəkətə  gətirmək 

məqsədilə 

EÖ-in  qabaqcıl  texnologiyalarını  və  maliyyə  imkanlarını  milli 

iqtisadiyyata cəlb edir, onlarla səmərəli əməkdaşlıq əlaqələrini inkişaf etdirir. 

Müstəqillik  əldə  etdikdən  sonra  Azərbaycanın  dünya  dövlətləri  tərəfindən 

tanınması  və  diplomatik  münasibətlərin  yaradılması  dünyanın  bir  çox  ölkələri  ilə 

ikitərəfli  iqtisadi  əlaqələrin  qurulmasına  və  ölkənin  dünya  iqtisadiyyatına  sistemli 

surətdə  inteqrasiyasına  geniş  yol  açmışdır.  kitərəfli  siyasi  əlaqələrin  qurulması 

iqtisadi  əlaqələrin inkişafına  zəmin  yaratmış  və  qarşılıqlı  faydalı  iqtisadi  əməkdaşlıq 

siyasi  münasibətlərin  dərinləşməsində  və  qarşılıqlı  etimadın  güclənməsi  yolunda 

mühüm  rol  oynamışdır.  Buradan  aydın  olur  ki,  xarici  iqtisadi  əlaqələrin  məqbul 

vasitələrlə  genişləndirilməsi  və  inkişafı  yolu  ilə  ölkə  iqtisadiyyatının  dünya  ticarət 

sisteminə  səmərəli  inteqrasiyası  müasir  dövrdə  Azərbaycan  Respublikasında  sosial-

iqtisadi  inkişafın  təmin  edilməsinin  zəruri  şərtidir.  Lakin,  bu  da  bir  həqiqətdir  ki, 

dünya  ticarət  sisteminə  səmərəli  daxil  olmaq  üçün  ilk  növbədə  yaranmış  şəraitdə 

adekvat, elmi cəhətdən əsaslandırılmış xarici ticarət siyasətinin formalaşdırılması tələb 

olunur. 


Azərbaycan  Respublikasının  milli  iqtisadiyyatının  beynəlmiləlləşməsinin  və 

inteqrasiyasının  müasir  mahiyyəti  BƏB-ə  əsasən  müəyyən  olunur.  Belə  ki,  BƏB 

sayəsində  dünya  ölkələrinin  dünya  bazarında  istehsal  həcminin  ümumi  göstəricisi 

müəyyən olunur. Beynəlxalq iqtisadi inteqrasiya dövlətlər arasında istehsal amillərinin 

və  malların  sərbəst  hərəkətini  nəzərdə  tutur.  qtisadi  inteqrasiyaya  uğrayan 

Azərbaycan Respublikası siyasi cəhətdən müstəqil olmaqla iqtisadi cəhətdən qarşılıqlı 

asılı  vəziyyətdə  olur.    Azərbaycan  Respublikasının  qtisadi  əməkdaşlığının  mühüm 

istiqamətlərindən  biri  ölkələrin  iqtisadi  inkişaf  səviyyəsi  ilə  bağlıdır.  Dünya 

iqtisadiyyatı sisteminə inteqrasiya və dünya ölkələri ilə yaxın iqtisadi əməkdaşlıq daha 

çox eyni iqtisadi inkişaf səviyyəsində olan dünya ölkələri arasında özünü göstərir.  

Son  dövrlərdə  dünya  təsərrüfat  sistemində  gedən  prosesləri  və  ikinci  dünya 

müharibəsindən  sonrakı  dövrdə  inkişaf  edərək  dünyada  öncül  yer  tutan  ixracatçılar 

sırasına çıxmış ölkələrin təcrübəsini tədqiq edərək bu nəticəyə gəlmək olar ki, müasir 

dövrdə  hər  hansı  bir  ölkənin  xarici  iqtisadi  fəaliyyəti,  daxili  potensialı  və  mövcud 




 

 

75 



 

şə

raiti  nəzərə  alınmaqla  formalaşdırılmalı  və  həyata  keçirilməlidir.  Təhli  göstərir  ki, 



iqtisadiyyatın  dünya  təsərrüfatı  sisteminə  səmərəli  inteqrasiyası  üçün  Azərbaycanda 

real  imkanlar  vardır  və  bu  imkanlardan  bacarıqla  istifadə  olunması  ölkə  qarşısında 

duran  bir  çox  aktual  sosial-iqtisadi  problemlərin  həllində  mühüm  rol  oynamaqla 

yanaşı  perspektivdə  Azərbaycanın  dünyanın  inkişaf  etmiş  ölkələri  sırasına  çıxmasını 

təmin edə bilər. 

Azərbaycanın iqtisadi potensialı və iqtisadi inkişaf dinamikasının ətraflı təhlili, 

o  cümlədən  onun  xarici  əlaqələrinin  öyrənilməsi,  ölkəmizin  dünya  təsərrüfatı 

sisteminə  inteqrasiyasının  güclənməsini  şərtləndirən  üstünlükləri  aşağıdakı  kimi 

müəyyənləşdirməyə  imkan  verir:  n  Əlverişli  coğrafi-nəqliyyat  mövqeyi  ilə  yanaşı, 

xariclə  intensiv  əlaqələr  yaratmaq  imkanını  asanlaşdıran  inkişaf  etmiş  beynəlxalq 

ə

həmiyyətli  nəqliyyat  şəbəkəsinin  mövcudluğu;Güclü  təbii-iqtisadi  potensialın,  o 



cümlədən  zəngin  mineral-xammal  ehtiyyatları,  məhsuldar  torpaq  sahələri,  əlverişli 

təbii-iqlim şəraiti, böyük işçi qüvvəsi və s. mövcudluğu;Bir sıra sahələrdə, xüsusi ilə 

enerji  ehtiyyatları  üzrə  güclü  elmi  potensial  və  ixtisaslı  kadr  ehtiyatlarının 

mövcudluğu;Bazar münasibətlərinin yaradılmasına istiqamətlənən iqtisadi islahatların 

dərinləşməsi  və  genişlənməsi  sayəsində  onun  dönməzliyinin  təmin  olunması;Xarici 

investisiyaların  cəlb olunması,  onun  təşviqi  və  qorunmasının geniş  hüquqi  bazasının 

yaradılması  və  həyata  keçirilməsi  üçün  kompleks  təşkilati  idarəetmə  işlərinin 

görülməsi;Ölkədə  xarici  işgüzar  dairələrlə  birgə  təsərrüfatçılıq  fəaliyyəti  ilə  məşğul 

olan  müəssisələrin  yaradılması;Azərbaycan  Respublikasının  artıq  bir  çox  ölkələrlə 

dövlətlərarası  iqtisadi  əlaqələrə  dair  müqavilələr  bağlaması,  bir  sıra  beynəlxalq 

müqavilə  və  sazişlərə  qoşulması,  bir  neçə  beynəlxalq  və  regional  iqtisadi  birliklərə 

daxil olması. 

Lakin aparılan təhlillər onu da göstərir ki, xarici iqtisadi əlaqələr sistemində baş 

verən  bir  sıra  müsbət  dəyişikliklərə  baxmayaraq,  müvcud  üstünlüklərdən  və 

imkanlardan kifayət qədər səmərəli istifadə olunmur. 

Coğrafi  iqtisadi  mövqe.  Avropanı  Asiya  ilə  birləşdirən  əlverişli  coğrafi 

mövqeyə,  Xəzər  dənizi  vasitəsilə  Rusiya,  Mərkəzi  Asiya  və  rana,  avtomobil-dəmir 



Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə