Microsoft Word Dissertasiya C. Ceferli docx



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə26/28
tarix28.08.2018
ölçüsü1,15 Mb.
#64964
1   ...   20   21   22   23   24   25   26   27   28

 

 

76 



 

yolu vasitəsilə Gürcüstana və Qara dəniz bölgəsinə,  rana, Türkiyəyə, Rusiyaya çıxışı 

olan nəqliyyat komunikasiya xətləri daxildir. 

Azərbaycan  Avrasiyanın  giriş  qapısı,  Şərq-Qərb  nəqliyyat-kommunikasiya  və 

enerji dəhlizinin mərkəzi dövləti hesab olunur. Bu xüsusda, qədim  pək Yolu adlanan 

TRASECA nəqliyyat-kommunikasiya layihəsi, BTC əsas ixrac boru kəməri, BTƏ qaz 

kəmərləri  mühüm  rol  oynayır.  Hazırda  Azərbaycan  Avrasiya  məkanının  əsas  tranzit 

ölkələrindən  biri  olaraq  Şərq-Qərb  əmtəə,  enerji-yanacaq  və  başqa  əlaqələrin  əsas 

mərkəzləri  sırasında  mühüm  yer  tutur.  Bu  mövqe  getdikcə  güclənir  və  Azərbaycan 

özünün  tranzit  imkanlarını  daha  da  genişləndirir.  Ən  əsası  isə  dünyanın  əsas 

qloballaşma  və  regional  inteqrasiya  mərkəzləri  Azərbaycanın  tranzit  ölkə 

mövqelərinin güclənməsində maraqlıdırlar və bu işə ciddi səy göstərirlər. Beynəlxalq 

Avrasiya  nəqliyyat  dəhlizinin  reallaşması  müstəqillik  illərində  ölkəmizin  əldə  etdiyi 

ə

n  böyük  nailiyyətlərdən  biri  olmuşdur.  Bunlara  əsasən  demək  olar  ki,  regional 



inteqrasiya  proseslərində  fəal  iştirak  etmək  Azərbaycanın  hərtərəfli  inkişafının  əsas 

tərkib  hissəsidir.  Bütün  bunları  nəzərə  alaraq  söyləmək  olar  ki,  coğrafi  mövqe 

Azərbaycanın  iqtisadi  inkişafına  müsbət  təsir  edir,  ticarəti  asanlaşdırır  və  bununla 

ə

laqədar olaraq, tranzit ölkəsi kimi Azərbaycan idxal, ixrac və tranzit əməliyyatlarında 



vahid pəncərə sisteminin tətbiq olunması öz töhfəsini verməkdədir. 

ş

çi  qüvvəsi.  Qeyd  etmək  lazımdır  ki,  ölkəmizin  BƏB-də  səmərəli  və  fəal 



iştirakı üçün aşağıdakı müsbət keyfiyyətlərə malik kadr potensialı mövcuddur. 

Elmi-texniki  tərəqqi.  Hər  bir  ölkənin  iqtisadi  inkişafa  nail  olunması  və  xarici 

iqtisadi  əlaqələrin  səmərəli  şəkildə  inkişaf  etdirilməsi  onun  elmi-texniki 

potensialından  da  çox  asılıdır.  Bu  baxımdan,  qeyd  edə  bilərik  ki,  Azərbaycanın 

onilliklər  ərzində  formalaşan  böyük  elmi-texniki  potensialı  vardır.  Belə  ki,  hazırda 

Azərbaycan respublikasında müxtəlif elmi-texniki xidmət göstərən çoxlu sayda elmi-

tədqiqat  institutu,  layihə-konstruktor  təşkilatı  və  ali  təhsil  müəssisəsi  vardır. 

Ölkəmizin elmi-texniki potensialı onun iqtisadi inkişafında mühüm rol oynayır. Eyni 

zamanda,  xarici  mütəxəssislərin  zəruri  biliklərinin  və  təcrübələrinin  öyrənilməsi 

baxımından yüksək ixtisaslı xarici mütəxəssislərin ölkəyə gəlməsinin asanlaşdırılması 

zəruridir.  Bunun  əsasında,  gələcək  üçün  yerli  kadrların  potensialı  artırılması,  xarici 



 

 

77 



 

mütəxəssislərlə təcrübə mübadiləsi aparılmalı və yerli kadrlar üçün  müvafiq təlimlər 

keçirilməlidir.Bu  isə  öz  növbəsində  ölkənin  iqtisadi  inkişafına  müsbət  təsir 

göstərəcəkdir. 

nnovasiya.  Ölkəmizin  iqtisadi  inkişafına  təsir  edən  amillərdən  biri  də 

innovasiya  olduğundan  burada  həm  xaricdən  gətirilən  innovasiya,  həm  də  ölkə 

daxilində  mövcud  olan  potensial  mühüm  rol  oynayır.  Ümumiyyətlə  Azərbaycanda 

innovasiya  fəaliyyətinin  inkişafı  üçün  vençur  biznesi  sistemi  tətbiq  edilməlidir.  Bu 

xüsusda,  sərmayələrin  innovasiyaların  inkişafına  yönəltmək  və  vençur  biznesi 

sistemini  tətbiq  etmək  mühüm  əhəmiyyət  kəsb  edir.  Ölkəmizdə  innovasiyaların 

inkişafı  üçün  qanunvericiliyin  təkmilləşdirilməsi,  eləcə  də  nnovasiya  fəaliyyətinin 

dəstəklənməsi haqqında qanunun qəbulu, o cümlədən innovasiya parklarının fəaliyyəti 

üçün əlverişli şərait yaradılmalıdır. 

Maliyyə  resursları.  Məlumdur  ki,  iqtisadi  inkişaf  investisiya  fəaliyyətinin 

fəallaşmasından  əhəmiyyətli  dərəcədə  asılıdır.  Bununla  əlaqədar  olaraq,  investisiya 

prosesinin  fəallığı  mahiyyət  etibarilə  iqtisadiyyatın  həyat  fəaliyyətini  müəyyən 

edir. nvestisiyalar müəssisələrin, ayrı-ayrı sahələrin və bütövlükdə milli iqtisadiyyatın 

sosial-iqtisadi  inkişafın  əsasıdır.  Azərbaycan  iqtisadiyyatının  inkişafı  və  yüksəlişi 

səmərəli  investisiya  fəaliyyətindən  əhəmiyyətli  dərəcədə  asılıdır  ki,  bu  da  bazar 

iqtisadiyyatının  mühüm  tərkib  hissəsidir.Son  illərdə  ölkəmizin  iqtisadiyyatının 

mühüm sahələrində sabit sürətlə inkişaf meyllərinin başlanmasının əsas səbəblərindən 

biri  ölkədə  investisiya  qoyuluşlarının  idən  ilə  artması  və  strukturunun  mütərəqqi 

istiqamətdə təkmilləşməsidir. 

Xarici  investisiyalar  Azərbaycanın  milli  iqtisadiyyatının  inkişaf  etdirilməsində 

başlıca  rol  oynamaqla,  həm  də  xarici  ölkələrin  respublikamızla  iqtisadi 

münasibətlərinin  inkişaf  etdirilməsində  müstəsna  əhəmiyyət  kəsb  edir.  Hal-hazırda 

xarici investisiyalar iqtisadiyyatımızın bütün sahələrinə cəlb edilməkdədir. Ölkəmizin 

təbii  sərvətləri,  yüksək  ixtisaslı  kadr  potensialının  olması,  xarici  investisiyaların 

qorunmasına  dair  dövlət  tərəfindən  zəmanət  verilməsi,  müvafiq  qanunvericilik  və 

normativ  sənədlərin  olması  xarici  iş  adamlarının  ölkəmizin  iqtisadiyyatına  sərmayə 

qoymalarına stimulu gücləndirir.  



 

 

78 



 

Təbii  resurs  potensialı.  Azərbaycan  respublikasının  dünya  təsərrüfat  əlaqələri 

sisteminə  inteqrasiya  üçün  daha  geniş  və  əlverişli  imkanları  ilə  fərqlənən  fəaliyyət 

sferası məhz, respublika iqtisadiyyatının ən qədim və ənənəvi sektorlarından biri olan 

neft-qaz  kompleksidir.  Neft-qaz  kompleksi  neft  avadanlıqları istehsalı  və  neft-kimya 

maşınqayırma  sənayesini  də  özündə  birləşdirməklə  respublika  iqtisadiyyatının  ən 

başlıca baza sahəsi və sosial-iqtisadi sabitliyin və həyat səviyyəsinin yüksəldilməsinin 

ə

sas  amilidir.  Azərbaycan  respublikası  üçün  dünya  bazarı  mövqeyindən  əhəmiyyətli 



olan zəngin neft-qaz ehtiyatlarının mövcudluğu və ölkədaxili siyasi sabitliyin təminatı 

deməkdir.  Azərbaycanın  gələcək  iqtisadi  inkişafı,  Azərbaycan  xalqının  rifahı  və 

firavanlığı  məhz,  respublikanın  neft  sərvəıtlərinin  işlənməsindən  və  onlardan  əldə 

ediləcək  gəlirlərdən  nə  dərəcədə  düzgün  istifadə  edilməsi  ilə  birbaşa  əlaqədar 

olacaqdır.  

Heydər  Əliyev  tərəfindən  imzalanmış  Əsrin  Müqaviləsi  və  Yeni  Neft 

strategiyasının  əsas  istiqamətlərindən  biri  Azərbaycan  neftinin  dünya  bazarına 

nəqlidir.  Həyata  keçirilən  neft  strategiyası  nəticəsində  Azərbaycan  Xəzər  dənizinin 

nəhəng  enerji  potensialını  mənimsəyən  və  regionun  inkişafında  keyfiyyətcə  yeni 

iqtisadi modeli formalaşdıran, Avropa və Asiya arasında siyasi və ticarət əlaqələrinin 

genişləndirilməsində,  Qafqaz  nəqliyyat  dəhlizinin  inkişafında, 

NNOGATE 


(Avropaya  neft  və  qazın  nəql  edilməsi  üzrə  dövlətlərarası  proqram),  TRASECA  ( 

Avropa-Qafqaz-Asiya 

Nəqliyyat 

Dəhlizi) 

və 

digər 


nəhəng 

layihələrin 

gerçəkləşməsində  Xəzəryanı  və  Qafqaz  regionunda  mühüm  rol  oynayan  bir  dövlətə, 

dünyanın  neft  mərkəzlərindən  birinə  çevrilmişdir.  Bütün  bunları  nəzərə  alaraq  Yeni 

neft  strategiyasının  Azərbaycan  iqtisadiyyatına  göstərdiyi  mühüm  təsirləri, 

iqtisadiyyatımızın  dünya  təsərrüfatına  inteqrasiyasında  əldə  olunan  uğurlarıaşağıdakı 

kimi göstərə bilərik: 

Azərbaycanın  neft-qaz  layihələrinə  beynəlxalq  neft  şirkətlərinin,  bütövlükdə 

xarici  işgüzar  dairələrin,  böyük  həcmli  investisiyaların  cəlb  edilməsi  hesabına 

dünyanın enerji daşıyıcıları bazarına sürətlə çıxışın təmin edilməsi. Bütövlükdə Əsrin 

müqaviləsindən  bu  günkü  günə  qədər  xarici  neft  şirkətləri  ilə  26  neft  sazişi 

imzalanmışdır. Bu sazişin nəticəsi olaraq Azərbaycanın neft-qaz sənayesinə təxminən 




Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə