Microsoft Word Dissertasiya C. Ceferli docx



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə20/28
tarix28.08.2018
ölçüsü1,15 Mb.
#64964
1   ...   16   17   18   19   20   21   22   23   ...   28

 

 

58 



 

daşımalarına Azərbaycan Respublikasının yol-nəqliyyat kompleksinin daha geniş cəlb 

edilməsi,  xüsusən  avtomobil  nəqliyyatının  və  Xəzər  Dəniz  Gəmiçiliyinin 

imkanlarından tam və səmərəli istifadə olunması üçün şərait yaradılması istiqamətində 

tədbirlər görülməkdədir. 

Bakı-Tbilisi-Ceyhan  neft  kəməri.

  Məlumdur  ki,  20  sentyabr  1994-cü  ildə  Bakı 

şə

hərində  xəzər  dənizinin  Azərbaycana  aid  sektorunda  yerləşən  “Azəri”,  “Çıraq”  və 



“Günəşli” yataqlarının birgə istismarı ilə bağlı neft hasilatı üzrə ixtisaslaşmış, yüksək 

nüfuza  malik  dünya  dövlətlərini  təmsil  edən  12  iri  neft  şirkəti  arasında  beynəlxalq 

müqavilə  imzalanmışdır  ki,  bununla  da  “Yeni  neft  strategiyası”  uğurla  həyata 

keçirilməsinin 

ə

sası 


qoyulmuşdur. 

Bağlanmış 

müqavilələr 

Azərbaycan 

Respublikasının  Milli  Məclisi  tərəfindən  təsdiq  edildi  və  12  dekabr  1994-cü  ildə 

qüvvəyə mindi. Ölkəmizin iqtisadi inkişafında əvəzsiz rol oynayan və sonradan “Əsrin 

müqaviləsi”  adlandırılan  bu  iri  layihə  üzrə  ilkin  neft  12  noyabr  1997-ci  ildə  hasil 

edilməyə  başlandı.Təqribən  730  mln.  ton  neft  və  200  milyard  kub  metrə  yaxın  təbii 

qaz  ehtiyatına  malik  olan  yataqlarda  görüləcək  işlərə  12-14  milyard  ABŞ  dollarına 

yaxın investisiya qoyuluşu nəzərdə tutulurdu ki, bu da müstəqilliyini yenicə əldə etmiş 

Azərbaycan  Respublikası  üçün  çox  vacib  məsələ  idi.  “Əsrin  müqaviləsi”  üzrə  hasil 

edilən  Azərbaycan  neftinin  dünya  bazarlarına  ixracı  üçün  ilkin  dövrlərdə  buraxıcılıq 

qabiliyyətləri  ildə  5  mln.  ton  olan  Bakı-Novorossiysk  və  Bakı-Subsa  neft  boru 

kəmərlərindən  istifadə  olunurdu.  Lakin  yaxın  illərdə  müqaviləyə  daxil  olan  yataqlar 

üzrə  illik  hasilatın  50  mln.  tona  çatdırılacağını  nəzərə  alan  Azərbaycan  Prezidenti 

ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə daha böyük nəqletmə imkanına malik 

ixrac  marşrutları  araşdırıldı  və  optimal  variant  kimi  Baki-Tbilisi-Ceyhan  əsas  ixrac 

boru kəməri seçildi. Məhz buna görə də layihənin həyata keçirilməsində dahi Heydər 

Ə

liyevin  əvəzsiz  xidmətlərini  nəzərə  alan  layihə  iştirakçıları  2004-cü  ildə  BTC  əsas 



ixrac  boru  kəmərinə  Heydər  Əliyevin  adının  verilməsi  barədə  qərar  qəbul  etdilər. 

2005-ci  ilin  mayında  Bakıda  kəmərə  ilk  neft  vurulmuş  və  bu  neft  2006-cı  ilin  1-ci 

rübündə Ceyhan limanına çatmışdır. Təbii ki, bütün bu işlərin başlıca məqsədi SSR -

nin  süqutundan  sonra  böhran  vəziyyətinə  düşmüş  Azərbaycan  iqtisadiyyatını 

dirçəltmək,  dünya  iqtisadiyyatına  daha  geniş  inteqrasiya  etməklə  beynəlxalq  aləmdə 



 

 

59 



 

ölkənin  nüfuzunu  artırmaq  və  doğma  Azərbaycan  dövlətini  dünyəvi  bir  dövlətə 

çevirməkdən ibarət idi. 

Hal-hazırda  bu  kəmər  Azərbaycan  neftinin  dünya  bazarlarına  çıxarılmasına 

imkan verməklə yanaşı, Həm də “ pək yolu”nun və türkdilli ölkələrin əsas magistral 

kəməri  statusunu  qazanmışdır.  Ümummilli  liderin  kristal  siyasi  iradəsinin  təmtərağı 

olan  Bakı-Tbilisi-Ceyhan  kəməri  neft  kəmərləri  sisteminə  dünya  “arteriyası”  kimi 

daxil olmuşdur. Onu da qeyd edək ki, min bir əziyyətlə başa gələn bu “əsas ixrac neft 

kəməri”nin  texniki-iqtisadi  əhəmiyyətindən  başqa,  onun  siyasi  rolu  da  danılmazdır. 

Belə  ki,  bu  neft  kəməri  dünya  dövlətləri  ilə  Azərbaycan  dövlətinin  yeni 

münasibətlərinin  yaranmasına,  dünya  xalqları  ilə  əlaqələrinin  yenidən  qurulmasına 

təkan  verərək,  Azərbaycan  dövlətinin  xarici  siyasətinin  güclənməsinə,  beynəlxalq 

aləmdə  nüfuzunun  artmasına,  eləcə  də  onun  siyasi  və  iqtisadi  baxımdan  inkişaf 

etməsinə səbəb olmuşdur. 

Ümumiyyətlə  BTC  təkcə  Azərbaycan  üçün  deyil,  ümumilikdə  beynəlxalq 

aləmdə  enerji  təhlükəsizliyi  sistemi  və    neft  ixracı  sahəsində  ölkəmizlə  uğurlu 

tərəfdaşdıq  edən  dövlətlər  üçün  müstəsna  əhəmiyyət  kəsb  edən  bir  layihədir. 

Azərbaycan  dövlətinə  qarşı  olan  bir  çoxlarının  qeyri-real,  ehtimal  kimi  yanaşdığı bu 

layihə  artıq  bütün  dünyanın  qəbul  etdiyi  əzəmətli  bir  gerçəklikdir.  Yeni  neft 

strategiyası  bir  daha  Azərbaycanın  dünya  üçün,  dünya  iqtisadiyyatı  üçün  açıq  ölkə 

olduğunu  bəyan  etdi.  Neft  müqavilələrini  imzalamaqla  Azərbaycan  Respublikası 

suveren hüquqlarının bərqərar olduğunu, tam müstəqil dövlət olduğunu bütün dünyaya 

bəyan  etdi.  Son  dövrlər  isə  BTC-nin  tam  gücü  ilə  fəaliyyətə  başlaması  ölkəmizin 

inkişafında daha önəmli rol oynamışdır. Bu gün ölkədə mühüm qlobal proqramlar, iri 

miqyaslı  layihələr,  müxtəlif  sahələri  əhatə  edən  çoxsaylı  Dövlət  Proqramları  həyata 

keçirilməkdədir ki bütün bunlar da ən ümdə məqsədə-Azərbaycan dövlətinin iqtisadi 

qüdrətinin,  nüfuzunun  artmasına  və  beynəlxalq  aləmdə  ədalətli  mövqeyinin  təmin 

olunmasına xidmət edir. Bu da ondan irəli gəlir ki, hər bir ölkənin nəqliyyat sisteminin 

vəziyyəti,  coğrafi  mövqeyi  və  tranzit  imkanları  onun  dünyaya  inteqrasiyasında  və 

iqtisadi inkişafında mühüm rol oynayir. Bütün dünya BTC-yə böyük əhəmiyyət verir. 

Həqiqətən də Şərq-Qərb enerji dəhlizinin vacıb tərkib hissəsi olan bu layihə bölgədə 



 

 

60 



 

təhlükəsizliyin və sülhün qarantı, iqtisadi inkişafın təminatçısı kimi həyati əhəmiyyət 

kəsb edəcəkdir. 

Bakı-Tbilisi-Qars dəmiryol xətti. Əhəmiyyətinə görə enerji layihələrindən geri 

qalmayan,  Avropaya  açılan  üçüncü  qapı  kimi  dəyərləndirilən  və  istifadəsi  cari  ildə 

nəzərdə tutular Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi də Dövlət Neft Fondunun vəsaiti 

hesabına həyata keçirilir. 2011-ci il oktyabrın 1-nə olan məlumata əsasən aktivlərinin 

həcmi 32milyard dollardan artıq olan Dövlət Neft Fondu həmin vəsaitin 146 milyon 

manatını Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə yönəldir. 

BTQ  dəmir  yolu  layihəsinin  reallığa  çevrilməsində  aparıcı  rol  Azərbaycana 

məxsusdur. Məlumdur ki, layihə uzun müddət gündəmdə olsa da maliyyə probleminin 

mövcudluğu  onun  gerçəkləşməsi  istiqamətində  addımın  atılmasına  kölgə  salırdı. 

Beynəlxalq  maliyyə  qurumları  ilə  danışıqlar  aparılsa  da  konkret  fikrin  ortaya 

qoyulmaması  layihənin  reallığa  çevrilməsinin  uzanmasına  səbəb  olurdu.  Azərbaycan 

dövləti dəmir yolunun Gürcüstan hissəsinin maliyyəsini öz üzərinə götürməklə iqtisadi 

imkanlarının genişliyini nümayiş etdirməklə yanaşı, regionda əsl söz sahibi olduğunu 

da təsdiqlədi. 

Azərbaycan  hökuməti  Gürcüstan  hissəsinin  inşasını  maliyələşdirərək  illik 

dərəcəsi bir faiz olmaqla 25 il müddətinə 200 milyon dollar məbləğində güzəştli kredit 

verib.  Gürcüstan  tərəfi  krediti  yolun  istismarından  əldə  edilən  vəsaitlər  hesabına 

ödəyəcək. Bakı-Tbilisi-Qars magistralından istifadə olunmaqla dəmir yolu dəhlizinin 

yaradılması  haqqında  Azərbaycan,  Gürcüstan  və  Türkiyə  hökumətləri  arasında  saziş 

2007-ci ilin fevralında imzalanıb. BTQ dəmir  yolu nəqliyyat dəhlizinin inşasına dair 

layihə uzunluğu 98 km olan Qars-Axalkalaki dəmir yolunun inşasından ibarətdir. Bu 

yolun 68 km-i Türkiyə, 30 km-i isə Gürcüstan ərazisinin payına düşür. Həmçinin 183 

km-lik  Axalkalaki-Tbilisi  hissəsinin  yenidən  qurulması  nəzərdə  tutulur.  BTQ  dəmir 

yolu  dəhlizi  layihəsinin  dəyəri  422  mln.  dollar  təşkil  edir.  Bu  məbləğdən  Gürcüstan 

hissəsinin inşasının payına 202 mln. dollar Türkiyə hissəsinin payına 220 mln. dollar 

düşür.    BTQ  dəmir  yolu  layihəsinin  gerçəkləşməsindən  sonra  Qars-Naxçıvan  dəmir 

yolunun tikintisinə başlanılması da planlaşdırılır. 




Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə