Microsoft Word Dissertasiya C. Ceferli docx



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə23/28
tarix28.08.2018
ölçüsü1,15 Mb.
#64964
1   ...   20   21   22   23   24   25   26   27   28

 

 

67 



 

TƏS  Azərbaycan  və  Avropa  ttifaqı  arasında  əməkdaşlığın  bütün  mümkün, 

xüsusilə də siyasi və ticarət sahələrini əhatə edir. TƏS Azərbaycan və Avropa  ttifaqı 

arasında hərbi sahəni əhatə etməyən bütün növ əməkdaşlıq formalarının çərçivələrini 

təmin edir. Sazişin əsas məqsədlərindən biri də Azərbaycan qanunvericiliyinin Avropa 

hüquq sisteminə uyğunlaşdırılmasından ibarətdir. 

TƏS-in 2009-cu ildə müddəti bitmiş, lakin tərəflərin qarşılıqlı razılığı əsasında 

bir  il  müddətinə  uzadılmışdır.  1992-2006-cı  illər  arasında  Avropa  ttifaqının  TAC S 

Proqramı,  Fövqəladə  Yardım  Proqramı,  ECHO  Humanitar  təşkilatı,  FEOGA  Ərzaq 

Yardımı  Proqramı,  Ərzaq  Təhlükəsizliyi  Proqramı,  Bərpa  Proqramı,  Fövqəladə 

Humanitar  Yardım  Proqramı  çərçivəsində  Azərbaycanda  müxtəlif  layihələr  həyata 

keçirilmişdir.  Azərbaycanın  Avropa  Qonşuluq  Siyasəti  ilə  bağlı  fəaliyyəti  davam 

etdirilir.  Belə  ki,  2007-2010-cu  illərdə  Avropa  Qonşuluq  Proqramı  (AQP) 

çərçivəsindəAvropa  ttifaqı  və  Azərbaycan  arasında  Fəaliyyət  Planı  həyata 

keçirilməkdədir.Avropa  ttifaqı  tərəfindən  yeni  “Şərq  Tərəfdaşlığı”  təşəbbüsü  irəli 

sürülmüşdür.  Bu  təşəbbüsə  əsasən,  Avropa  ttifaqı  2013-cü  ilə  kimi  6  ölkəyə 

(Azərbaycan, Belarus, Moldova, Ukrayna, Gürcüstan və Ermənistan) 600 milyon avro 

məbləğində  yardım  göstərməyə  planlaşdırır.  Bu  məbləğdən  250  milyon  avro  artıq 

təsdiq  edilmiş  proqramların  yenidən  tərtib  olunması,  350  milyon  avro  isə  əlavə 

fondlardan  ayrılması  gözlənilirdi.  Lakin  azərbaycan  tərəfəi  bu  münasibətlərin 

qurulmasında  maraqlı  olduğunu  bildirməklə  yanaşı  onların  daha  əlverişli  şərtlərlə 

davam etditrilməsini məqsədə uyğun hesab edir. 

Avropa  ttifaqının  TAS S  proqramı  çərçivəsində  texniki  yardım  vasitəsilə 

Azərbaycana  kömək  göstərmək  öhdəliyini  öz  üzərinə  götürmüşdür.  Proqram 

demokratiya  və  qanunvericiliyin  inkişafına,  keçid  dövrünün  sosial  problemlərinin 

həllinə,  infrastruktur  şəbəkəsinin  təkmilləşdirilməsinə,  iqtisadiyyatın,  özəl  sektorun 

möhkəmləndirilməsinə, kənd təsərrüfatının inkişafı, ekoloji məsələlərin həllinə texniki 

yardım göstərilməsi istiqamətlərində aparılır.  

Həmçinin,  Azərbaycan  dövlətlərarası  (regional)  proqramlarda  iştirak  edir  – 

bunlar  NOQEYT və TRASEKA proqramlarıdır. 




 

 

68 



 

NOQEYT  -  Avropa  Komissiyası  tərəfindən  neft  və  qaz  tədarükünün  idarə 

edilməsinə  yardım  göstərən  A -nın  texniki  yardım  proqramıdır.  Proqramın  məqsədi 

regional neft və qaz boru kəmərləri sistemlərinin və infrastrukturunun bərpa edilməsi 

və müasirləşdirilməsi üzrə səylərə dəstək göstərilməsindən ibarətdir.  

TRASEKA  –  “Yeni  pək  Yolu”  adlandırılan  Avropa-Qafqaz-Asiya  nəqliyyat 

dəhlizi Mərkəzi Asiya, Qafqaz və Avropa arasında nəqliyyat əlaqələrini inkişaf etdirən 

proqramdır.  TRASEKA-nın  məqsədi  hazırda  mövcud  olan  yollara  əlavə  olaraq 

Avropadan  Qara  dəniz  və  Qafqaz  vasitəsi  ilə  Mərkəzi  Asiyaya  ən  tez  və  ən  ucuz 

ikitərəfli  yolun  yaradılmasından  ibarətdir.  1998-ci  ildə  TRASEKA  üzrə  Əsas 

Çoxtərəfli  Saziş  imzalanmışdır.  Azərbaycan  bu  layihədə  A -nın  əsas  tərəfdaşıdır. 

2000-ci  ildən  etibarən  TRASEKA  Hökumətlərarası  Komissiyanın  Katibliyi  Bakıda 

yerləşir. 

2014-cü    ildə  Azərbaycan  Respublikasının  Avropa  ttifaqı  ölkələri  ilə  ticarət 

dövriyyəsinin həcmi 18.924,55 mln. ABŞ dolları, o cümlədən idxalın həcmi 3.148,00 

mln.  ABŞ  dolları,  ixracın  həcmi  isə  15.776,55  mln.  ABŞ  dolları  təşkil  etmişdir.  Bu 

dövr ərzində Avropa  ttifaqı ölkələri ilə xarici ticarət saldosu müsbət 12.628,55 mln. 

ABŞ dolları olmuşdur. 

QaraDəniz  qtisadi ƏməkdaşlıqTəşkilatı (QD ƏT) 

Azərbaycan  Respublikası  Qara  Dəniz 

qtisadi  Əməkdaşlıq  Təşkilatı 

çərçivəsində  də  iqtisadi  inteqrasiya  proseslərində  iştirak  edir.  Azərbaycan 

Respublikası  QD ƏT-in  yaradılmasının  ilk  mərhələsindən  başlayaraq  təşkilatın 

fəaliyyətində, Bosfor Qətnaməsi və  stanbul Bəyannaməsinin hazırlanmasında iştirak 

etmişdir.  Azərbaycan  1992-ci  ildən  təşkilatın  üzvüdür.  Bu  günə  kimi  Azərbaycan 

Respublikası  QD ƏT  çərçivəsində  11-dən  çox  müxtəlif  rəsmi  sənədlərin 

hazırlanmasında  və  qəbul  olunmasında  iştirak  etmişdir.  Azərbaycan  Respublikası 

Təşkilatın bir sıra işçi qruplarında, o cümlədən regionda ticarətin liberallaşdırılmasını 

təmin  edən  sənədlərin  hazırlanması  məqsədilə  toplanan  qrupların  iclaslarında  fəal 

iştirak  edir.  2005-2007-ci  illər  ərzində  Azərbaycan  Respublikası  enerji  üzrə  işçi 

qrupun fəaliyyətini koordinasiya edirdi. 



 

 

69 



 

Azərbaycan  həmçinin,  Qara  Dəniz  regionunun  inkişaf  etdirilməsi  və  regionda 

ə

məkdaşlığın  möhkəmləndirilməsi  məqsədilə  tərtib  olunan  Qara  Dəniz  dairəvi 



avtomagistral yolunun tikintisi layihəsində iştirak edir.  

QD ƏT-in  Xarici  şlər  Nazirləri  Şurasının  2009-cu  il  15-16  aprel  tarixində 

keçirilən  20-ci  toplantısının  qərarına  əsasən,  təşkilata  sədrliyi  2009-cu  ilin  1  may 

tarixindən altı ay müddətində Azərbaycan həyata keçirmişdir. 

Şə

rq istiqaməti üzrə əməkdaşlıq 

Şə

rq istiqaməti əsasən  slam Konfransı Təşkilatı ( KT) və  qtisadi Əməkdaşlıq 



Təşkilatı ( ƏT) ilə əməkdaşlığı əhatə edir. 

slam Konfransı Təşkilatı ( KT) 

Azərbaycan  Respublikası  müstəqillik  əldə  etdikdən  sonra  1991-ci  ildən  üzv 

olduğu  KT  ilə  əməkdaşlığını,  həmin  Təşkilat  çərçivəsində  ölkəmizin  mövqeyinin 

slam  dövlətləri  tərəfindən  dəstəklənməsi  üçün  imkan  yaradan  və  Respublikanın 

beynəlxalq  aləmdə  mövqeyini  möhkəmləndirən amillərdən saymaq  olar.  Azərbaycan 

Respublikası  KT çərçivəsində keçirilən bütün toplantı və görüşlərdə fəal iştirak edir. 

KT  Azərbaycan  Respublikasını  siyasi  arenada  ən  yüksək  səviyyədə  dəstəkləyir. 

Azərbaycanın  ərazi  bütövlüyü  məsələsi  təşkilatın  bir  sıra  qətnamələrində  öz  əksini 

tapmışdır.  

Ölkəmizə zəruri yardımın göstərilməsi məqsədilə  KT çərçivəsində Azərbaycan 

Respublikasına  qtisadi  Yardım  haqqında  bir  neçə  Qətnamə  qəbul  edilmişdir.  Bu 

sənədlərdə üzv dövlətlər və islam qurumları tərəfindən Azərbaycan hökumətinə lazımi 

iqtisadi  və  humanitar  yardımın  göstərilməsi,  beynəlxalq  təşkilatlar  tərəfindən 

Azərbaycana  təcili  maliyyə  və  humanitar  yardımın  təmin  edilməsi  üçün  tədbirlərin 

görülməsi kimi əməkdaşlığın prioritet istiqamətləri qeyd olunmuşdur. 

2009-cu ilin noyabr ayında  stanbulda  KT-nin  qtisadi və Ticarət Əməkdaşlığı 

üzrə  Daimi  Komitəsinin  (COMSEC)  25-ci  toplantısı  keçirilmişdir.  Toplantı 

çərçivəsində,  COMSEC-in  25-ci  ildönümü  ilə  əlaqədar  olaraq  qtisadi  Zirvə  Görüşü 

keçirilmişdir. 

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 

2011-ci ildə Azərbaycan Respublikasının  slam Konfransı Təşkilatı ölkələri ilə ticarət 




Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə