Microsoft Word Dissertasiya C. Ceferli docx



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə22/28
tarix28.08.2018
ölçüsü1,15 Mb.
#64964
1   ...   18   19   20   21   22   23   24   25   ...   28

 

 

64 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Fəsil 3: Azərbaycan Respublikasının regional inteqrasiya 

siyasətinin realizasiyası xüsusiyyətləri 

3.1Azərbaycanın regional iqtisadi inteqrasiya prosesində mövqeyi 

Müasir  Azərbaycan  iqtisadiyyatının  tədqiqatçıları  belə  hesab  edirlər  ki,  sovet 

dönəmində  və  müstəqilliyin  ilk illərindən  həyata  keçirilən  iqtisadi  siyasətin  müxtəlif 

mərhələlərinin  səmərəli  uzlaşdırılması  Azərbaycanın  bölgədə  və  dünyada  güclü 

dövlətlərdən  birinə  çevrilməsində  müəyyənedici  rol  oynamamışdır.SSR -nin 

mövcudluğu    dövründə  Azərbaycan  Respublikası  beynəlxalq  hüququn  müstəqil 

subyekti  olmadığından  onun  müstəqil  xarici  əlaaqələri  də  olmamaışdır. 

Lakinmüstəqilliyimizin  ilk  günlərindən  başlayaraq  bu  istiqamətdə  ciddi  addımlar 

atılması zəruri hesab edilsədə bu sahədə ciddi sistemli addımlar atılmamışdır. Yalnız 

90-cı  illərin  ortalarından  başlayaraq  Ulu  öndər  Heydər  Əliyevin  ardıcıl  səyləri  ilə 

digər  sahələrdə  olduğu  kimi  bu  sahədə  də  mübət  nəticələrə  gətirə  biləcək  addımlar 

atılmasına başlamışdır. 

Müstəqilik  illərində  Azərbaycanın  xarici  iqtisadi  strategiyasının  əsas  prioritet 

istiqamətlərindən  biri  müasir  dünya  təsərrüfat  proseslərinə  aktiv  qoşulmaq,  qlobal 




 

 

65 



 

geoiqtisadi  məkanda  baş  verən  yeni  meyllərə  adekvat  şəkildə  reaksiya  verməkdən 

ibarətdir.  Siyasi  sistemin  transformasiyası,  iqtisadiyyatın  əsaslarının  radikal  şəkildə 

yeniləşdirilməsi  Azərbaycanın  dünya  iqtisadiyyatına  inteqrasiyasına  əlverişli  şərait 

yaratmışdır.Azərbaycanın  dövlət  müstəqilliyini  tanıyan  hər  bir  dövlət  iqtisadi 

ə

məkdaşlıqla  da  suverenliyimizin  möhkəmləndirilməsinə  dəstək  olduqlarını 



ə

məllərində  də  təsdiqləmişlər.Azərbaycanın  beynəlxalq  inteqrasiya  birliklərində 

iştirakı barədə ümumi məlumatlar Sxem 4-də verilmişdir. 

Regional  təşkilatlarla  əməkdaşlıqda  ölkəmizin  prioritet  maraqları  Şimal,  Şərq 

və Qərb istiqamətləri üzrə olmaqla   müəyyənləşdirir. 

Ş

imal  istiqaməti  üzrə  əməkdaşlıq

Bu  istiqamət  üzrə  əməkdaşlıq  Müstəqil 

Dövlətlər  Birliyi  və  Demokratiya  və  qtisadi  nkişaf  üzrə  Təşkilat  (GUAM)  ilə 

ə

məkdaşlığı əhatə edir.  



 

 

Sxem 4 



 

 

 



 

 

 



 

 

 



Müstəqil  Dövlətlər  Birliyi  (MDB)90-cı  illərin  əvvəllərində  əsasən  siyasi 

xarakter  daşıyan  və  keçmiş  SSR   ölkələri  arasında  dövlətlərarası  münasibətlərin 

qurulması  məqsədini  daşıyan  bu  əməkdaşlıq  hazırda  daha  çox  üzv  ölkələr  arasında 

iqtisadi  inteqrasiyanın  konkret  çərçivələrinin  müəyyənləşdirilməsinə  yönəlmişdir. 

Azərbaycan  Respublikası  bir  sıra  MDB  ölkələri  ilə  azad  ticarət  rejimini  yaratmış, 

 

Azərbaycan 

Müstəqil  

Dövlətlər  

Birliyi,1993 

Qara Dəniz 

qtisadi 

Ə

məkdaşlıq 



Təşkilatı, 1993 

 

qtisadi 

Ə

məkdaşlıq 

Təşkilatı, 

1992 

BMT-nin 

qurum 

və 

təşkilatları 

 

GUAM 



(Gürcüstan, 

Ukrayna, 

Azərbaycan, 

Moldova), 1993 

 



 

 

66 



 

sərbəst  sərmayə  üçün  hüquqi  baza  tərtib  olunmuşdur.  Bununla  yanaşı,  MDB 

çərçivəsində bir sıra mühüm sənədlər tərtib olunmuşdur. 

 Demokratiya  və  qtisadi  nkişaf  üzrə  Təşkilat  (GUAM)2006-cı  il  23  may 

tarixində  yaradılmışdır.  Təşkilatın  əsas  məqsədləri  olan  demokratik  dəyərlərin 

tanınması,  qanun  aliliyinin və  insan  hüquqlarının, davamlı  inkişafın  təmin  olunması, 

ümumi  təhlükəsizlik  mühitinin  yaradılması  üçün  Avropa  inteqrasiyasının 

dərinləşməsi,  həmçinin  iqtisadi  və  humanitar  əməkdaşlığın  genişləndirilməsi  müasir 

Azərbaycan üçün aktualdır. 

Bu  gün  GUAM  çərçivəsində  ən  prioritet  fəaliyyət  istiqamətləri  arasında 

“Ticarət və nəql etməyə yardım və azad ticarət zonasının fəaliyyəti haqqında” sənəd 

layihəsinin yerinə yetirilməsi hesab olunur. Bu sənədin icrasının nəticələri 2007-ci ilin 

18-19  iyun  tarixlərində  Bakıda  keçirilmiş  GUAM-ın  Zirvə  Toplantısında  müzakirə 

olunmuşdur. Sonucu dəfə Azərbaycan Respublikasının iştirakı ilə 2009-cu ilin 27-28 

may  tarixlərində  Kiyevdə  GUAM-ın  iqtisadiyyat  və  ticarət  üzrə  9-cu  iclası 

keçirilmişdir.  clasda  GUAM-ın  iqtisadiyyat  və  ticarət  üzrə  2009-cu  il  üçün 

hazırlanmış  planının  həyata  keçirilməsi  müzakirə  edilmişdir.GUAM  üzv  dövlətləri 

arasında  əqli  mülkiyyət  hüquqlarının  qorunması  aspektləri  haqqında  saziş  layihəsi 

müzakirəsi üzrə 25 yanvar 2010-cu il tarixində Kiyev şəhərində iclas keçirilmişdir. 

Azərbaycan  Respublikası  Dövlət  Statistika  Komitəsindən  verilən  məlumata 

ə

sasən,  2014-ci  ildə  Azərbaycan  Respublikasının  MDB  dövlətləri  ilə  ticarət 



dövriyyəsinin  həcmi  2921.3  mln.  ABŞ  dolları,  o  cümlədən  idxalın  həcmi  2083,187. 

mln.  ABŞ  dolları,  ixracın  həcmi  838,06  mln  ABŞ  dolları  təşkil  etmiş,  xarici  ticarət 

saldosu isə mənfi1245.1mln. ABŞ dolları olmuşdur. 

Qərb istiqaməti üzrə əməkdaşlıq 

Bu  istiqamət  üzrə  əməkdaşlıq  əsasən  Avropa  ttifaqı  və  Qara  Dəniz  qtisadi 

Ə

məkdaşlıq Təşkilatıilə əməkdaşlığı əhatə edir. 



Avropa 

ttifaqı    Azərbaycan  ilə  Avropa 

ttifaqı  arasında  hərtərəfli 

münasibətlərin hüquqi əsasını 22 aprel 1996-cı ildə Lüksemburq şəhərində imzalanmış 

“Bir tərəfdən Avropa Birliyi və onun üzvü olan dövlətlər, digər tərəfdən Azərbaycan 

Respublikası arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi” (TƏS) təşkil edir. 




Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə