Microsoft Word Dissertasiya C. Ceferli docx



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə27/28
tarix28.08.2018
ölçüsü1,15 Mb.
#64964
1   ...   20   21   22   23   24   25   26   27   28

 

 

79 



 

60 milyard ABŞ dolları həcmində sərmayə qoyulması nəzərdə tutulmuşdur ki, bu da 

Respublikamızın gələcək inkişafına əsl qarantdır. 

Azərbaycan neftinin dünya bazarına sərbəst və sürətli çıxışını təmin etmək üçün 

ixrac boru kəmərləri sisteminin yaradılması. 

Azərbaycanın  milli  sərvəti  olan  neftdən  əldə  olunan  gəlirlərin  gələcək  nəsillər 

üçün toplanaraq artırılması, bu gəlirlərdən ölkəmizin cari sosial ehtiyatlarını, iqtisadi 

tərəqqi tələblərini nəzərə almaqla istifadə edilməsi. 

Qərbin qabaqcıl texnika və texnologiyalarının Azərbaycana gətirilməsi. 

Azərbaycan Respublikasının yeni neft strategiyası uğurla həyata keçirilir və bu 

strategiyanın müsbət nəticələri getdikcə daha çox hiss edilir. Azərbaycanın yeni neft 

strategiyası  həm  də  Xəzərin  karbohidrogen  ehtiyatları  vasitəsilə  qlobal  enerji 

təhlükəsizliyinə  şərait  yaradan  nəhəng  enerji  dəhlizinin  formalaşmasına  imkan 

yaratmışdır.  Azərbaycan  dövlətinin  dünya  iqtisadiyyatına  inteqrasiyasının  mühüm 

istiqamətlərindən  biri  də  onun  beynəlxalq  iqtisadi  təşkilatların  işində  iştirakıdır. 

Ölkənin  slam  Konfransı  Təşkilatına,  Qara  Dəniz  qtisadi  Əməkdaşlığına,  EKO-ya, 

Beynəlxalq  Bərpa  və  nkişaf  Bankına,  MDB-yə,  slam  nkişaf  Bankına  və  bir  sıra 

başqa  beynəlxalq  təşkilatlara  üzv  olması,  onlarla  müvafiq  əlaqələrin  yaradılması  və 

ə

məkdaşlıq 



etməsi 

dünya 


iqtisadiyyatında 

inteqrasiyanın 

uğuru 

kimi 


qiymətləndirilməlidir.Ümummilli  lider  Heydər  Əliyev  tərəfindən  əsası  qoyulmuş 

Azərbaycan  Respublikasının  beynəlxalq  aləmə  inteqrasiya  siyasətinin  əsas 

prinsiplərinə söykənərək ölkəmiz dünyanın aparıcı beynəlxalq təşkilatları ilə əlaqələr 

qurmağa başlamış, onların bir çoxuna üzv qəbul edilmişdir. Ən əsası isə bu təşlilatlara 

üzvlük  Azərbaycanın  iqtisadi  müstəqilliyini  məhdudlaşdırmamış,  əksinə  üzv 

dövlətlərlə  bərabərsəviyyəli,  ikitərəfli  və  çoxtərəfli  əlaqələrin  qurulmasına  səbəb 

olmuşdur.  Məhz  bunun  nəticəsidir  ki,  Avropa  Birliyinə  daxil  olan  ölkələrdən  fərqli 

olaraq  ölkəmizin  müstəqil  iqtisadi  siyasət  yürütmək  imkanı  vardır.  qtisadi 

müstəqilliyimizin  qorunması  söykənən  inteqrasiya  siyasətinin  inkişaf  etdirilməsinin 

yolları ölkəmizin daxil olduğu inteqrasiya bloklarına üzv ölkələrlə əlaqələrin daha da 

genişləndirilməsi  ,  yeni  ticarət  partnyorlarının  tapılması  və  yeni  inteqrasiya 

bloklarında  birləşmədən  ibarətdir.  Bu  siyasətin  nəticəsidir  ki,  Azərbaycan  hazırda 




 

 

80 



 

dünyanın 150 ölkəsi ilə qarşılıqlı iqtisadi-ticarət əlaqələrinə malikdir. Ölkənin iqtisadi 

potensialı, xammal və mineral ehtiyatlarla zənginliyi, təbii şəraiti və əlverişli iqtisadi-

coğrafi mövqeyi əməkdaşlıq imkanlarını artırır. 

Müasir  dövrdə  davamlı  iqtisadi  inkifın  təmin  olunması  milli  iqtisadiyyatın 

ölkənin  BƏB-də  üstünlüklərinə  və  daxili  tələbata  uyğun  ixtisaslaşmasına  və  xarici 

ticarətin  bu  üstünlüklərin  tam  və  səmərəli  reallaşmasına  və  daxili  tələbatın  daha 

dolğun  ödənilməsinə  xidmət  edən  siyasətin  aparılmasını  zəruri  edir.Ümumiyyətlə, 

xarici ticarət əlaqələrinin səmərəli şəkildə inkişaf etdirilməsi və dünya iqtisadiyyatına 

inteqrasiya proseslərinin intensivliyinin artırılması üçün aşağıdakı tədbirlərinin həyata 

keçirilməsi məqsədəuyğun hesab edilir: 

Azərbaycanın  müasir  tələblərə  müvafiq  geoiqtisadi  inkişaf  modelinin 

formalaşdırılması  və  bu    kontekstdə  xarici  iqtisadi  fəaliyyətin  o  cümlədən  iqtisadi 

inteqrasiya vektorunun formaslaşdırılması. 

Ixrac  potensialının  inkişaf  etdirilməsi  və  onun  sahə  strukturunun  son  məhsul 

hesabına tədricən yaxınlaşdırılması və onun coğrafiyasının genişləndirilməsi; 

Idxalı  əvəzedən  məhsul  istehsalının  artırılması  və  onun  quruluşunu 

yaxşılaşdırmaqla daxili bazarın iqtisadi üsullarla qorunmasının təmin olunması; 

Mövcud iqtisadi fəaliyyət sahələrinin yenidənqurulması, modernləşdirilməsi və 

yeni mütərəqqi istehsal və infrastruktur sahələrinin yaradılmasına xarici investisiyanın 

cəlb olunmasının təşviqi stimullaşdırılması sisteminin yaradılması; 

Dünya  təsərrüfat  sisteminin  inkişaf  meylləri,  beynəlxalq  əmək  bölgüsü  və 

iqtisadi  inteqrasiya  birliklərinin  yaratdığı  imkanlardan  maksimum  istifadənin  təmin 

olunması; 

Ölkənin  daxili  potensial  bəşəri  meyarlara  əsaslanan  iqtisadi  təhlükəsizlik 

konsepsiyasının yaradılması; 

Xarici  iqtisadi  proseslərlə  bağlı  məlumatın  toplanılması,  işlənilməsi  və 

yayılması sisteminin qurulması; 

Ölkədə  bazar  infrastrukturu  sahələrinin  bütün  istiqamətlər  üzrə  inkişaf 

etdirilməsi və s.   




 

 

81 



 

Yuxarıda  qeyd  olunanları  reallaşdırmaq  üçün  Azərbaycanda  xarici  iqtisadi 

ə

laqələrin yaratdığı imkanlardan mövcud iqtisadi potensiala və ölkənin BƏB-də malik 



olduğu  üstünlüklərə  müvafiq  şəkildə  tam  və  səmərəli  şəkildə  istifadə  ounması  üçün 

elmi cəhətdən əsaslandırılmış xarici iqtisadi fəaliyyət siyasəti hazırlanmalı və həyata 

keçirilməlidir. 

nkişaf  etmiş  ölkələrin  təcrübəsinin  təhlili  göstərir  ki,  Azərbaycanın  müasir 

dövrdə  xarici  iqtisadi  fəaliyyət  siyasəti  aşağıdakı  vəzifələrin  həllini  təmin  etməyə 

yönəldilməlidir: 

Dünya təsərrüfat sisteminin dinamik dəyişən şəraitinə uyğun çevik ixtisaslaşma 

və investisiya əməkdaşlığı strategiyasının müəyyənləşdirilməsi; 

Dünya  təsərrüfat  sisteminin  dinamik  konyukturasını  nəzərə  almaqla  onun 

institutsional  və  funksional  bölmələri  kəsimində  fəaliyyət  strategiyasının 

müəyyənləşdirilməsi; 

Dünya  bazarında  ölkənin  mövqeyinin  möhkəmləndirilməsi  strategiyasının 

müəyyənləşdirilməsi, bu likvidli istehsal sahələrinin üstün inkişafını nəzərə almalıdır; 

Ölkənin  milli  maraqlarına  və  geosiyasi  şəraitə  müvafiq  iqtisadi  təhlükəsizlik 

strategiyasının formalaşdırılması; 

Xarici iqtisadi əlaqələrin tənzimlənməsinin çevik təşkilati-idarəetmə sisteminin 

yaradılması. 

Sadalanan bu istiqamətlərin hər birinin xüsusi lokal məqsəd və vəzifələri vardır. 

Müasir  dövrdə  dünya  təsərrüfat  sistemində  gedən  prosesləri,  Azərbyacanın  yerli 

xüsusiyyətlərini və iqtisadi inkişaf istiqamətlərini nəzərə alaraq belə nəticəyə gəlmək 

olar  ki,  müasir  dövrdə  ölkəmizin  inteqrasiya  proseslərinin  effektivliyini  yüksəltmək 

üçün aşağıdakı strategiyalara uyğun səmərəli fəaliyyətə riayət olunmalıdır :  

Dünya  təsərrüfat  sisteminin  dinamik  dəyişən  şəraitinə  uyğun  ixtisaslaşma  və 

investisiya əməkdaşlığı strategiyası: 

Ölkənin iqtisadi potensialına, daxili tələbatına və beynəlxalq əmək bölgüsündə 

malik  olduğu  üstünlüklərinə  uyğun  dayanıqlı  və  stabil  beynəlxalq  iqtisadi 

ixtisaslaşmanın təmin olunması. Bu məqsədə nail olunmasının ən mühüm şərtlərindən 

biri ölkənin DTS miqyaslı inkişaf meyllərinə çevik reaksiyasıdır; 




Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə