Microsoft Word Dissertasiya C. Ceferli docx



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə21/28
tarix28.08.2018
ölçüsü1,15 Mb.
#64964
1   ...   17   18   19   20   21   22   23   24   ...   28

 

 

61 



 

“Bakı-Tbilisi-Qars  geosiyasi  addımdır,geosiyasi  təşəbbüsdür”  söyləyən  dövlət 

başçısı bildirir ki, dəmir yolu layihəsi bundan sonra uzun illər Azərbaycanı nəqliyyat 

baxımından  bölgə  mərkəzinə  çevirən  bir  layihədir  və  ölkəmiz  onilliklər  ərzində  bu 

yolun  istismarından  həm  siyasi,  həmdə  iqtisadi  dividentlər  qazanacaq.  Türkiyə 

rəsmiləri  bildirirlər  ki,  BTQ  sadəcə  bir  dəmir  yolu  layihəsi  deyil,  həm  də  iqtisadi, 

sosial  və  mədəni  perspektivləri  olan  bir  layihədir.  Dəmir  yolu  xətti  ilə  bölgədəki 

daşıma potensialından ən səmərəli şəkildə istifadə ediləcək, ölkələrimiz arasında tarixi 

dostluq və qardaşlıq telləri daha da güclənəcək, ticarət inkişaf edəcək. Qeyd olunanlar 

bir  daha  bu  reallığı  təsdiqləyir  ki,  neft-qaz  layihələrinin  uğurla  həyata  keçırılməsi 

nəticəsində Azərbaycanın iqtisadi imkanları artdıqca yeni layihələrin icrası sürətlənir. 

Dünya  əhəmiyyətli  enerji  və  nəqliyyat  dəhlizlərinin  reallaşmasında  Azərbaycan-

Gürcüstan-Türkiyə  birliyinin  önəmini  xüsusi  vurğulayan  prezident  lham  Əliyev 

bildirir:  “Biz bütün layihələrin fəal iştirakçıları, onların təşəbbüskarıyıq və belə olan 

halda, əlbəttə ki, dünyada bizim çəkimiz artacaqdır”. 

 

TANAP və TAP layihələri. 

“Şahdəniz” yatağının birinci mərhələsi çərçivəsində 

2006-cı  ildən  qaz  alınır.  Həmin  ilin  sonundan  Azərbaycana  və  Gürcüstana  ,  növbəti 

ilin iyul ayından isə Türkiyəyə də mavı yanacaq verilir. Azərbaycanın və Gürcüstanın 

ə

razisində qazı Cənubi Qafqaz Boru Kəməri daşıyır. Gürcüstan-Türkiyə sərhəddində 



kəmərə  280  km-lik  daha  bir  xətt  qoşulur  ki,  o  da  Ərzurumadək  çatdırır.  Beləliklə, 

başlanğıcını Səngəçaldan götürən bu qaz ixracı xətti bütövlükdə Bakı-Tbilisi-Ərzurum 

kəməri  adlanır.  “Şahdəniz-2” işə  düşdükdən  sonra hasilat  xeyli  artacaq.  Əgər birinci 

mərhələ çərçivəsində ən sabit hasilat dövründə ildə 9 milyard kub metr qazın alınması 

nəzərdə  tutulursa,  növbəti  mərhələdə  bu  rəqəm  daha  16  milyard  kub  metr  artacaq. 

Təbii  ki,  qazın  istehlakçıları  da  çoxalacaq  və  ixrac  yolları  şaxələnəcək.  Azərbaycan 

qazı Türkiyədən keçərək Avropanın müxtəlif ölkələrinə çatdıırılacaq. Qazı Avropaya 

aparacaq  yolların  davamı  isə  Türkiyənin  ərazisi  ilə  uzanan  TANAP-  Trans  Anadolu 

Qaz Boru Kəməri olacaq. TANAP Azərbaycan qazının Türkiyə ərazısındən Avropaya 

tranzit  daşınmasına  imkan  verəcək  önəmli  bir  layihədir.  Təsadüfi  deyil  ki,  TANAP 

qısa  müddət  ərzində  böyük  dəstəyə  malik  oldu.  Onu  dünyanın  aparıcı  ölkələri 

birmənalı  şəkildə  dəstəklədilər,  beynəlxalq  qurumlar  da  eyni  dərəcədə  bəyəndilər. 




 

 

62 



 

Prezident  lham  Əliyev  bu  barədə  demişdir:  “deyə  bilərəm  ki,  tarixi  hadisə  baş 

vermişdir  –  biz  TANAP  layihəsinin  əsasını  qoymuşuq.  Bu  layihənin  təşəbbüskarı 

Azərbaycan  olmuşdur.  Ən  böyük  maliyyə  yükünü  də  biz  öz  üzərimizə  götürmüşük. 

Bizim  bu  sahədəki  liderliyimiz  gözəl  nəticələrə  gətirib  çıxarıb.  Biz  nəinki  ölkəmizi 

inkişaf  etdiririk,  eyni  zamanda,  inkişafımız  bölgəyə  də  müsbət  təsir  göstərir, 

Avropanın  enerji  təhlükəsizliyinin  təmin  edilməsi  üçün  bizə  imkan  yaradır.Təsadüfi 

deyildir ki, Avropa  ttifaqı ilə azərbaycan arasınad imzalanmış sənədlərdə Azərbaycan 

bu sahədə çox önəmli və həlledici tərəfdaş kimi göstərilir”. TANAP-ın çəkilməsi üçün 

qərarın verilməsi o demək idi ki, Türkiyə Xəzər hövzəsi və Orta Asiya təbii qazının bu 

ölkənin  ərazisindən  alternativ  marşrutlarla  Avropaya  nəqlini  nəzərdə  tutan  “Cənubi 

Qaz Dəhlizi” layihələrini həm özünün, həm də Avropanın enerji təhlükəsizliyini təmin 

etmək baxımından dəstəkləyir. Bu dəhliz enerji resurslarının etibarlı şəkildə Avropaya 

çatdırılmasında mühüm əhəmiyyət daşıdığı üçün Azərbaycan öçün xüsusilə önəmlidir. 

Məlum  olduğu  kimi,  bu  kəmər  “Cənub  Qaz  Dəhlizi”nin  bir  hissəsini  təşkil 

edəcək. O, başlanğıcını Türkiyənin şərq sərhəddində genişləndirilmiş Cənubi Qafqaz 

Boru  Kəmərinin  çıxış  məntəqəsindən  götürəcək.  TANAP  ölkənin  iyirmidə  çox  iri 

bölgəsinin,  o  cümlədən  Ərdahan,  Qars,  Ərzurum,  Gümüşhanə,  Ankara  və  Bursanın 

ə

razisindən  keçəcək.  Təxminən  1900  km  məsafə  qət  edən  TANAP  Türkiyənin  qərb 



sərhəddində TAP-la birləşəcək.  

TANAP-ı  dərhal  dəstəkləyənlərdən  biri  də  “Şahdəniz”  yatağının  işlənməsi 

layihəsinin  operatoru  Cənubi  Qafqaz  Boru  Kəmərinin  texniki  operatoru  BP  şirkəti 

oldu.  Şirkətin  yaydığı  mətbuat  açıqlamalarının  birində  deyilir:  “TANAP  dünyada  ən 

mühüm  strateji  kəmərlərdən  biridir.  Onun  şərq  ucunda  dünyanın  ən  iri  qaz  yataqları 

var-Azərbaycan və Yaxın Şərq, onun qərb ucunda isə dünyanın ən iri bazarlarında biri 

var-Avropa. TANAP bu ikisni birləşdirən mühüm bir layihədir və ona görə də BP və 

digər  şirkətlər  bu  layihəni  və  onun  operatoru  olan  ARDNŞ-nin  planlarını 

dəstəkləyirlər”. Xatırladaq ki, TANAP layihəsinin operatoru ARDNŞ-dir. Layihədəki 

pay bölgüsünə görə  hazırda layihənin səhmdarları ARDNŞ (58% ), BOTAŞ (30% ) 

və  BP  –  dir  (12%  ).  TANAP-ın  səhmdarları  2014-cü  ilin  ikinci  rübündə  kəmərin 



 

 

63 



 

təməlini  qoymaq  fikrindədirlər.  Onun  2018-ci  ildə  istismara  verilməsi  gözlənilir. 

Layihənin dəyərinin 10-11 milyard ABŞ dolları təşkil edəcəyi nəzərdə tutulur. 

Prezident  lham  Əliyev  TANAP  –ın  Azərbaycanın  maraqlarına  hərtərəfli 

xidmət  edən  bir  layihə  olduğuna  inamını  belə  ifadə  edir:  “TANAP  layihəsi  regional 

çərçivədə artıq qəbul edilir. Çox şadam ki, biz indi tərəfdaş ölkələrlə bu layihənin icra 

edilməsi  üçün  konkret  tədbirlər  görürük.  Bu  layihənin  icrası  bizim  uzunmüddətli 

inkişafımızı təmin edəcəkdir. Vaxtilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin layihəsi də 

ulu  öndər  Heydər  Əliyev  tərəfindən  Azərbaycanı  irəliyə  aparan  layihə  kimi  təqdim 

edilmişdir. Bu gün biz bunun gözəl bəhrələrini görürük. TANAP layihəsi də bundan 

sonra  onilliklər  ərzində  Azərbaycanın  iqtisadi  və  digər  maraqlarını  eyni  dərəcədə 

təmin  etmək  üçün  çox  ciddi  bir  vasitə  olacaqdır.  Bu  layihənin  icrası  üçün  güclü 

iradəmiz  vardır.  Bu,  birinci  növbədə  lazım  olan  məsələdir.  Eyni  zamandan,  texniki 

imkanlarımız  da  vardır.  Həmçinin  əvvəlki  layihələrin  icrası  nəticəsində  əldə  edilmiş 

maliyyə  imkanlarımız  vardır.  Beynəlxalq  maliyyə  qurumları  ilə  səmərəli 

ə

məkdaşlığımız  da  artır  və  bu,  gözəl  tarixə  malikdir”.Bu  yaxınlarda  qazın  TANAP-



dan  sonrakı  marşrutu  da  müəyyənləşdirildi.  Yəni  Azərbaycan  qazını  Avropaya  nəql 

edəcək kəmər seçildi. Bu, Trans Adriatik Boru Kəməri – TAP-dır. Azərbaycan qazını 

ixrac etmək tək TAP-ın arzusu deyildi. Bu məqsəd uğrunda ilk mərhələdə dörd böyük 

kəməri təmsil edən şirkət çalışırdı. Bunlar SEEP (Cənub-Şərq Avropa Kəməri),  TG  

( nterkonnet  Türkiyə,  Yunanıstan,  talita)  Poseydon,  “Nabukko”  və  TAP  idi.  xrac 

marşrutunun  seçilməsi  qərarı  bu  kəmərləri  təmsil  edən  şirkətlərin  təkliflərinin 

kommersiya, texniki və strateji meyarları əsasında aparılırdı. SEEP və  TG  şanslarını 

itirdikdən  sonra,  meydanda  “Nabukko”  və  TAP  qaldı.  Nəhayət  2013-cü  ilin  iyun 

ayında  “Şahdəniz”  konsorsiumu  TAP-ı  seçdi.  TAP  Azərbaycan  qazını  taliya  və 

Cənub – Şərqi Avropa bazarlarına nəql edəcək. Əməliyyatçı şırkətin verdiyi məlumata 

görə  “Şahdəniz”  konsorsiumu  qaz  satışları  üzrə  taliyada  və  Yunanıstanda  bir  sıra 

ş

irkətlərlə  şərtlərini  razılaşdırıb.  “Şahdəniz”  layihəsində  BP,  Statoyl,  ARDNŞ, 



TOTAL,  Lukoyl,  N CO  və  TPAO  şirkətləri  tərəfdaşlıq  edirlər.  Konsorsium  üçün 

növbəti  mühüm  addım  “Şahdəniz-2”  layihəsinin  tam  işlənməsinə  dair  yekun 

investisiya qərarının verilməsi olmuşdur. 



Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə