Microsoft Word Dissertasiya C. Ceferli docx



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə13/28
tarix28.08.2018
ölçüsü1,15 Mb.
#64964
1   ...   9   10   11   12   13   14   15   16   ...   28

 

 

37 



 

salınmasını  şərtli  edir.  Nəzərə  aldıqda  ki,  dünya  yanacaq  enerji  sərvətləri  tükənmə 

fazasına  daxil  olmuşdur,  ona  belə  strategiyanı  qlobal  səciyyə  daşıyaraq  özünün 

beynəlxalq  institusional  tənzimlənməsini  zəruri  edir.  Ona  görə  də  bəşəriyyət  orta  və 

uzaq  perspektivdə  bu  resurslardan  daha  səmərəli  reallaşması  mexanizmlərini 

hazırlamalı,  bərpa  olunanenerji  resurslarından  asan  və  girişli  istifadəni 

mənimsəməlidirlər.  Digər  tərəfdən  qlobal  yanacaq  enerji  potensialı  dünya 

iqtisadiyyatında  qeyri-bərabər  bölgüsünə  istinadən  onun  səmərəli  istifadə 

proporsiyalarını  da  optimallaşdırmalı,  "Dayanıqlı  inkişaf  konsepsiyası"  daha  əsaslı 

qlobal  sənədə  çevrilməlidir.  Ehtiyatların  mənimsənilməsinin  daha  ayrı-ayrı  ölkələr, 

beynəlxalq  təşkilatlar  tərəfindən  mükəmməl  yeni  qlobal  ssenariləri  işlənməli  və 

reallaşdırılmalıdır. 

Yanacaq-enerji  sərvətlərindən  səmərəli  istifadə  və  qlobal  yanacaq-enerji 

kompleksinin  inkişafı  müasir  dünya  iqtisadiyyatında  mühüm  strateji  əhəmiyyət 

daşıyır. Bu sektorda baş verən kataklizmlər, inkişaf meylləri yalnız ayrı-ayrı ölkələrin 

deyil, bütövlükdə planetin enerji təhlükəsizliyinin təminatına təsir göstərir. 

Məlum  olduğu  kimi  hazırda  respublikamızda  xarici  investisiyalar  ən  çox  neft 

sektoruna  cəlb  olunur.  Bu  investisiya  qoyuluşları  da  bir  sıra  beynəlxalq  müqavilələr 

ə

sasında həyata keçirilir ki, bu müqavilələrin əsasında “Əsrin müqviləsi” dayanır. Bu 



müqavilə  uzaqgörən,  çevik  siyasətə  və  iti  analitik  duyuma  malik  olan  Ümummili 

liderimiz  Heydər  Əliyev  dühasının  bəhrəsidir.  Belə  ki,  bu  müqavilə  çox  yüksək 

keyfiyyətə  və  rəqabət  qabiliyyətinə  malik  olan  Azərbaycan  neftinin  dünya  bazarına 

çıxarılmasının  və  Azərbaycanın  yeni,  mütərrəqi  neft  strategiyasının  əsasını  qoydu. 

Azərbaycanın  yeni  neft  stratyegiyası  Xəzərin  Azərbaycan  sektorunda  olan  neft 

yataqlarının  xarici  şirkətlərlə  birgə  işlənməsi  ilə  xarakterizə  olunur.  Ulu  Öndərin 

hakimiyyətə  gəldiyi  dövrdə  ölkədə  siyasi-iqtisadi  vəziyyət  çox  gərgin  idi.  Təbii  ki, 

belə bir şərait olan ölkəyə heç bir şirkətin investisiya qoymağa marağı olmazdı. Məhz 

bu amili nəzərə alan Ümummilli Lider Heydər Əliyev ilk öncə ictimai siyasi vəziyyəti 

sabitləşdirdi  və  atəşkəs  elan  edilməsinə  nail  oldu.  qtisadi  fəaliyyət  üçün  ölkədə 

hərtərəfli imkanlar açıldı. Yalnız bundan sonra ölkəmizə, xüsusən də Neft sektoruna 

xarici investisiya axını başlandı.  




 

 

38 



 

“Əsrin  müqaviləsi”nin  imzalanması  ilk  növbədə  ulu  öndər  Heydər  Əliyevin 

uzaqgörənliyi,  müdrikliyi,  qətiyyəti,  cəsarəti  sayəsində  reallığa  çevrildi.  Hamımız 

yaxşı xatırlayırıq ki, buna həm ölkə daxilində, həm də xaricdə çox ciddi müqavimət 

var idi. Amma bütün bu çətinliklərə baxmayaraq, fenomen şəxsiyyət, mahir siyasətçi, 

diplomat öz istəyinə nail oldu. 

HeydərƏliyev  cənablarınıngərginvəardıcılsəyi  nəticəsində    1994-cü    il 

sentyabrın    20-də    ABŞ-ın    «AMOKO»,    «Yunokal»,    «Penzoyl»,    «Makdermost», 

Böyük  Britaniyanın  «BP»,  «Remko»,  Rusiyanın  «Lukoyl»,  Norveçin  «Statol», 

Türkiyənin  «TPAO»  vəSəudiyyəƏrəbistanının«Delta»kiminüfuzluneftşirkətlərinin 

təmsil 

olunduğukonsorsiumiləARDNŞarasındaXəzərinAzərbaycansektorundakı«Azəri»,«Çır



aq» 

və«Günəşli»yataqlarınınbirgəistismarınadairhasilatınpaybölgüsüsazişiimzalandı.Bund

an 

birilsonra 



ABŞ-ın«EKSON»neftşirkəti,1996-

cıiliniyulundaisə«Makdermost»unbütün 

iştirakpayınasahib 

olmuşYaponiyanın« TOÇU»neftşirkətihəminmüqaviləyəqoşulmuşdur. 

Tarixə«Əsrinmüqaviləsi»kimidaxilolmuşbusazişinhəyata 

keçirilməsinitəminetmək 

üçün 

ş

irkətlərAzərbaycanBeynəlxalqƏməliyyatŞirkətini/ABƏŞ/təsisetmişlər.Müqaviləyəəs



asən 

30ilmüddətinəilkinolaraq511milyontonneft 

hasiletməknəzərdə 

tutulmuşdur.Sonillərdə aparılmışgeoloji-kəşfiyyat işlərininnəticəsi göstərdiki, «Azəri», 

«Çıraq»və «Günəşli» yataqlarında proqnozlaşdırıldığından daha çox, yəni 700 milyon 

tona yaxın neft vardır. 

O  vaxtdan  uğurla  həyata  keçirilən  yeni  neft  strategiyası  indiyədək  27 

beynəlxalq  neft  müqaviləsi  bağlanmasını  təmin  etmişdir.  Görülən  müştərək  işlər 

ölkəmizə müasir texnologiyaların gətirilməsi, neft sənayesi infrastrukturunun yenidən 

qurulması,  yüksək  peşəkarlığa  malik  milli  kadrların  hazırlanması,  eləcə  də  digər 

sahələrin inkişafı, minlərlə yeni iş yerlərinin açılması üçün geniş imkanlar açmışdır.   

 Hazırda  dünyanın  15  ölkəsini  təmsil  edən  34  neft  və  qaz  şirkəti  ölkəmizdə 

uğurla fəaliyyət göstərir. O cümlədən, ARDNŞ və onun struktur bölmələri tərəfindən 



 

 

39 



 

təsis  edilmiş  27  müştərək  müəssisə  və  əməliyyat  şirkəti,  7  alyans  neft  və  qaz 

sənayesinin inkişafında mühüm rol oynayır. Dünyanın ən nüfuzlu beynəlxalq maliyyə 

qurumlarının da dəfələrlə rəsmən bəyan etdikləri kimi, ölkəmiz hazırda iqtisadi inkişaf 

sürətinə,  adambaşına  düşən  ümumdaxili  məhsul  istehsalının  həcminə  görə  dünyanın 

lider  dövlətləri  cərgəsinə  çıxmış,  siyasi  cəhətdən  dünya  birliyində  özünəlayiq  yerini 

tuta bilmişdir. Azərbaycanda çoxlu sayda kəskin sosial məsələlər öz həllini tapmış, bir 

sözlə,  ölkəmiz  ötən  13  il  ərzində  böyük  və  şərəfli  bir  inkişaf  yolu  keçmişdir. 

Azərbaycanın  neft  sektoru,  təbii  ki,  ölkə  iqtisadiyyatı  üçün  həlledici  amildir.  “Əsrin 

müqaviləsi” imzalandıqdan sonra ölkəyə milyardlarla dollar sərmayə qoyulmuş, yeni 

iş  yerləri  açılmış,  güclü  infrastruktur,  kadr  potensialı  yaradılmışdır.  Dövlət  Neft 

Fondunun  yaranması  və  dünyada  nümunə  kimi  qəbul  edilən  şəffaf  fəaliyyəti 

nəticəsində  neftdən  əldə  olunan  gəlirlər  çox  səmərəli  şəkildə  qorunub  saxlanılır  və 

istifadə edilir. 

Müqaviləyə  əsasən  Xəzər  dənizinin  Azərbaycan  sektorunda  yerləşən  “Azəri”, 

“Çıraq” və “Günəşli” yataqlarının dərin hissəsindən neftin çıxarılması ilə dünyanın 8 

ölkəsi (Azərbaycan, ABŞ,  ngiltərə, Rusiya, Norveç, Türkiyə, Yaponiya və Səudiyyə 

Ə

rəbistanı) 12 aparıcı neft şirkətləri məşğul olur. 



Cədvəl 10 

 



Ş

irkətləri adı 

Mənsub 

olduqlarıölkələr 



Ş

irkətlərin  payı  (%-

lə) 

1. 


British Petroleum 

Böyük Britaniya 

17.1267 

2. 


AMOCO 

ABŞ 


17.0100 

3. 


Unocal 

ABŞ 


10.0489 

4. 


SOCAR 

Azərbaycan 

10.0000 

5. 


Lukoil 

Rusiya 


10.0000 

6. 


Statoil 

Norveç 


8.5633 

7. 


Exxon/Mobil 

ABŞ 


8.0006 

8. 


TPAO 

Türkiyə 


8.7500 

9. 


Penzoil 

ABŞ 


4.8175 

10. 


Itochu 

Yaponiya 

3.9205 



Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə