Microsoft Word Dissertasiya C. Ceferli docx



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə16/28
tarix28.08.2018
ölçüsü1,15 Mb.
#64964
1   ...   12   13   14   15   16   17   18   19   ...   28

 

 

46 



 

nəqli  kimi  inqilabi  ideya  Rokfellerə  və  məşhur  rus  kimyaçısı  D. .Mendeleyevə 

məxsusdur.  Bu  ideyanı  isə  ilk  dəfə  Nobel  və  Rotşild  qardaşları,  həmçinin  “Royal 

Datch Shell” şirkəti həyata keçirmişlər. Azərbaycanda ilk dəfə boru kəmərindən nəql 

üçün  istifadə  1878-ci  ilə  təsadüf  edir.  Həmin  ildə  Balaxanı  yatağından  Bakının  neft 

emalı  zavodlarına  xam  neftin  nəqli  üçün  Abşeron  yarımadasında  uzunluğu  12  km, 

diametri isə 75 mm olan iki neft kəməri istifadəyə verilmişdir. 

 Azərbaycan  neftinindünya  bazarına  nəqlini  təmin  etmək  üçün  1996-cı  il 

yanvarayının 18-də Rusiyanın hökumət evində ümummilli  liderimiz Heydər Əliyev, 

Rusiya  Federasiyasının  baş  naziri  Viktor  Çernomordin  Azərbaycanın  “Azəri”, 

“Çıraq”,  “Günəşli”    dəniz  yataqlarından  çıxarılacaq  ilkin  neftin  Rusiya  ərazisi 

vasitəsilə nəql edilməsi haqqında ikitərəfli saziş imzaladılar. Bunun nəticəsində Bakı-

Novorossiysk Şimal ixrac boru neft kəməri tezliklə bərpa edilərək 1997-ci ilin oktyabr 

ayının 18-də istismara verildi. Şimal marşrutu Səngəçal terminalından Novorossiyskə 

qədər olan 1411 km məsafəni əhatə edir. 

Neft  ixrac  istiqamətinin  Qərb  marşurutunda  Səngəçaldan  Qara  dənizin  Supsa 

limanına  qədər  boru  kəmərinin  uzunluğu  837  km-dir.  Bakı-Supsa  neft  kəməri  və 

Gürcüstanın  Qara  dəniz  sahilindəki  Supsa  ixrac  terminalı,  Azərbaycan  neftinin 

Novorossiysk limanına əlavə olaraq, Supsa limanından da neftin dünya bazarına ixrac 

edilməsinə imkan verir. Bu kəmərin böyük iqtisadi əhəmiyyəti bir də ondan ibarətdir 

ki,  müəyyən  səbəblər  üzündən  Bakı-Novorossiysk  neft  kəməri  işləməsə  neft  hasiltaı 

və ixracı dayanmayacaq. Onun dünya bazarına ixracı davam etdiriləcəkdir. 

 

Ş

xem 3. Azərbaycanın neft və qaz kəmərləri



 

 

 



 

 

 



 

 



 

 

47 



 

 

 



 

Azərbaycan  neftinin  dünya  bazarına  Aralıq  dənizinin  Ceyhan  limanına 

ötürülməsi üçün bir neçə boru kəməri marşrutları müzakirə edilmişdir. Belə ki, Bakı-

Tbilisi-Ceyhan  neft  kəmərinin  ilk  layihəsində  kəmər  Bakıdan  başlamalı,  sonra  ran 

slam  Respublikasının  ərazisinə  daxil  olmalı,  oradan  Naxçıvan  ərazisinə  keçməli, 

sonra Türkiyəyə daxil olaraq Ceyhana qədər uzanmalı idi. ABŞ Bakı- ran-Naxçıvan-

Ceyhan marşrutunu məsləhət görmədi, Bakı-Ermənistan-Naxçıvan-Türkiyə variantını 

isə  Azərbaycan  Respublikası  dəstəkləyə  bilməzdi.  Azərbaycan-Gürcüstan-Türkiyə 

variantına  üstünlük  verilmişdir.  Bazar  qiymətləri  ilə  müqayisə  aparsaq  görərik  ki, 

Bakı-Supsa və Bakı-Novorossiysk xətləri ilə daşınacaq neftin istismar xərcləri Bakı-

Tbilisi-Ceyhan  (BTC)  boru  xəttilə  daşınacaq  neftin  qiymətindən  daha  yüksək  olur. 

Bunu  daha  yaxşı  qiymətləndirmək  üçün  cədvəl  9-da  BTC  neft  kəmərinin  texniki-

iqtisadi göstəricilərinə nəzər yetirək.      

Cədvəl 11.

 



 

Texniki-iqtisadi 

göstərici 

Ölçü vahidi 

Bakı-

Tbilisi-


Ceyhan 

Bakı- ran-

Türkiyə 

Bakı-


Ermənistan-

Naxçıvan-

Türkiyə 

1. 


Kəmərin uzunluğu 

Kilometr 

1760 

1300 


1560-1780 

2. 


Tələb 

olunan 


investisiya 

mln. ABŞ $  2950 

500 

2400 


3. 

Sutkalıq 

ötürmə 

qabiliyyəti 



min  barrel 

neft 


 

1000 


 

200 


 

100 


4. 

Kəmərin  1  km    tələb 

olunan investisiya 

min ABŞ $ 

 

1648 


 

385 


 

1348 


 

Mənbə:  Calal  Mahmudov  –  Bakı  nefti,  neft  milyonçuları  və  Nobel  qardaşları 

(Bakı 2005)  

 

Bütün  göstəricilərinə  görə  Bakı-Tbilisi-Ceyhan  neft  boru  kəməri  əsas  marşrut 



hesab edilir. Haqlı olaraq qeyd olunur ki, bu layihə Şərq-Qərb enerji dəhlizinin əsasını 

təşkil  edir  və  XXI  əsrdə  Azərbaycanda  həyata  keçirilən  ən  böyük  layihələrin 

başlanğıcı hesab olunur. 



 

 

48 



 

Azərbaycan  ərazisindən  neftin  hazırkı  sutkalıq  tranzit  həcmi  təqribən 120  min 

barrel təşkil edir. Bu həcmin 40 min bareli Qazaxıstanın "Tengiz" yatağından çıxarılan 

neftin payına düşür. Ötən ilin payızından BTC-yə  Qazaxıstanın "Tengiz" yatağından 

çıxarılan  neft  vurulur.  Yaxın  gələcəkdə  bu  kəmərə  Xəzərin  Qazaxıstan  sektorundakı 

"Kaşaqan"  yatağından  çıxarılan  neft  də  qoşulacaq.  Deməli,  Azərbaycan  neft-qaz 

təchizatçısı  və  ixracatçısı  olmaqla  bərabər,  həm  də  tranzit  ölkə  kimi  nüfuzunu 

artırmaqdadır.  Təsadüfi  deyil  ki,  Avropa  Azərbaycanın  Nabukko,  Türkiyə-

Yunanıstan- taliya,  Transadriatik  boru  kəməri  layihələrinin  əsas  təchizatçılarından 

olacağına  böyük  ümidlər  bəsləyir.  Bu  barədə  Bakıda  keçirilən  III  Xəzər  neft-qaz 

ticarət-nəqliyyat  konfransında  SOCAR-ın  Marketinq  və  qtisadi  Əməliyyatlar 

darəsinin müdür müavini Nuru Quliyev bildirib. 

Qazaxıstan  neftinin  nəqli  Bakı-Tbilisi-Ceyhan  boru  kəməri,  həmçinin 

Gürcüstanın Batumi limanınadək dəmir yolu vasitəsilə Azərbaycan ərazisindən həyata 

keçirilir.  Nəqlə  ötən  ilin  oktyabrından  başlanılıb.  Qazaxıstan  neftinin  nəqli  Bakı-

Tbilisi-Ceyhan  boru  kəməri,  həmçinin  Gürcüstanın  Batumi  limanınadək  dəmir  yolu 

vasitəsilə  Azərbaycan  ərazisindən  həyata  keçirilir.  Nəqlə  ötən  ilin  oktyabrından 

başlanılıb. 

Azərbaycan  neftinin  Avropaya  ixracının  artmasına  səbəb  olan  amillər  Avropa 

ölkələri  tərəfindən xammal  hasilatının  azaldılması,  idxal  artımı,  aşağısulfid  və  sulfid 

növləri  arasında  balans  dəyişikliyi,  həmçinin  Avropa  bazarının  dizel  yanacağı 

tələbatına meyilliliyidir. 

Xəzər  regionu  keçmiş  SSR -nin  dağılmasından  hal-hazıra  qədər  dünyanın, 

xüsusilə qeyd edildiyi kimi, enerji tələbatını kənardan ödəyən ABŞ, Avropa və digər 

dövlətlərin    xüsusi  marağını  kəsb  etməkdədir.  Bu  baxımından  da  adları  çəkilən 

dövlətlər  öz  mənafelərinin    təminatı  nöqteyi-nəzərindən  region  dövlətlərinə  maraq 

göstərirlər.  Xəzər  regionunda  Azərbaycan,  Qazaxıstan  və  Türkmənistan  daha  çox  

Qərbin, Çinin, Yaponiyanın, Türkiyənin enerji tələbatını ödəmək məqsədilə geosiyası 

ə

həmiyyətə  malikdir.  Regionun  bu  dövlətləri  arasındakı  əlaqələr  daima  olaraq  enerji 



tələbatı olan   dövlətlərin diqqət mərkəzindədir. 


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə