Microsoft Word Dissertasiya C. Ceferli docx



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə19/28
tarix28.08.2018
ölçüsü1,15 Mb.
#64964
1   ...   15   16   17   18   19   20   21   22   ...   28

 

 

55 



 

1996-cı  ildə  Venesiyada  keçirildi.  ştirakçı  dövlətlərin  təkliflərinə  əsasən  görüşdə 

razılığa  gəlindi  ki,  Ukrayna  və  Monqolustan  ilə  əlaqələri  inkişaf  etdirmək  lazımdır. 

Həmçinin  razılaşdırıldı  ki,  layihələrin  sıx  əlaqələndirilməsinə  böyük  ehtiyyac  vardır. 

Bu  isə  regionda  yerli  və  Avropa  ekspertləri  strukturlarının  yaradılmasını  tələb  edir. 

Verilən  təkliflər  10  mln.  ekyü  dəyərində  olan  beş  yeni  layihədə  şçi  Qrupunun 

dördüncü  iclası  1996-cı  ilin  oktyabırında  Afinada  toplandı.  Burada  TRACECA 

anlayışı  cəlbedici  multi  model  nəqliyyat  marşrutu  kimi  daha  da  inkişaf  etdirildi  və 

bütün cari  layihələr bütünlüklə dəyərləndirildi.  Komissiya  təsdiq  etdi ki, üçüncü işçi 

qrupunun təklif etdiyi beş layihə ( 10 MEKYU ) (dördü texniki yardım üzrə araşdırma 

və bir investisiya layihəsi ) 1997-ci ildə həyata keçırılməlidir. Bu bele də oldu.  

TRACECA  marşurutunun  Qara  dəniz  regionu  və  Avropa  Nəqliyyat  Şəbəkəsi 

(ANŞ) ilə birləşdirilməsi imkanlarının araşdırılması üçün AB 1997-ci ilin aprel ayında 

Tbilisi  şəhərində  Nazirlər  səviyyəsində  Nəqliyyat  konfransı  çağırdı.  Konfrans  bütün 

Qara  Dəniz  qtisadi  Əməkdaşlıq  Təşkilatı  (Q ƏT)  ölkələrini  və  TRACECA 

prqramında  iştirak  edən  MDB  dövlətlərini  bir  stol  ətrafında  topladı.  16  iştirakçı 

dövlətlərin  nazirləri  TRACECA  proqramının  və  Qara  dəniz  regionu  ölkələrinin 

Transavropa  Şəbəkəsi  ilə  birləşdirilməsi  üzrə  öz  arzularını  bildirdilər.Bəzi  ölkələr 

(Bolqarıstan,  Rumuniya,  Ukrayna  )  nəqliyyat  üzrə  Gürcüstan,  Azərbaycan, 

Türkmənistan  və  Özbəkistan  arasında  ümumi  siyasət  müəyyən  edilməsi  (Saraks 

razılaşması)  haqqında  gəldikləri  razılaşmaya  qoşulmaq  istədiklərini  bildirdilər. 

Konfrans konkret layihələrin inkişafı üçün Nazirlər Komitəsinin yaradılması ilə başa 

çatdı və on altı ölkənin Pan Avropa Nəqliyyat Konfransında (iyun 1997-ci il, Helsinki) 

iştirak  etməsinə  şərait  yaratdı.  Nəticədə  Helsinki  konfransı  Qara  dəniz  regionunu 

Trans Avropa şəbəkəsini Şərqə inkişaf etdirəcək Pan Avropa nəqliyyat regionu kimi 

müəyyən etdi. 

1998-ci  ilin  may  ayında  Tbilisidə  şçi  Qrupunun  beşınci  görüşü  keçırıldi  və 

TRACECA  proqramının  gələcək  inkişaf  məsələlərini  müzakirə  etdi.  7-8  sentyabr 

1998-ci  ildə  Bakı  şəhərində  Böyük  pək  yolunun  bərpası  üzrə  Beynəlxalq  konfrans 

keçirildi.  Zirvə  görüşü  adlandırılan  bu  konfransda  32  ölkənin  dövlət  və  hökumət 

başçıları, nazirlər və 13 beynəlxalq təşkilatın nümayəndələri iştirak etdilər. Konfrans 



 

 

56 



 

nümayəndələrinin  imzaladıqları  “Aropa-Qafqaz-Asiya  dəhlizinin  inkişafı  üzrə 

beynəlzalq  nəqliyyat  haqqında  əsas  çoxtərəfli  saziş”,  onun  texniki  əlavələri  və  Bakı 

bəyannaməsi Böyük  pək yolunun bərpası üzrə tarixi proqram sənədləri hesab edilir və 

region  dövlətlərinin  dünya  birliyi  ilə  hərtərəfli  inteqrasiyası  yolunda  geniş 

perspektivlər açır.  Böyük  pək Yolu layihəsi öz orbitinə yeni-yeni ölkələri cəlb edir. 

Bu  yolun  nəhəng  iqtisadi  derjavası  olan  Çin  və  Yaponiyaya  qədər  uzadılması 

dünyanın daha sürətli inkişafına öz əhəmiyyətli təsirini göstərəcəkdir. 

TRACECA  proqramının  həyata  keçirilməsi  Bakı  qovşağının  nəqliyyat 

kommunikasiyalarının  yeniləşməsinə  də  ciddi  təkan  verir.  Xəzərin  Şərq  və  Qərb 

sahilləri  arasında  Azərbaycana  məxsus  xüsusi  donanma  Bərə  keçidi  artıq  fəaliyyət 

göstərir.  Bu  mövqeyi  saxlamaq  məqsədi  ilə  dövlətin  ərazisində  böyük  nəqliyyat 

mərkəzinin  fəaliyyətinin  təşkil  edilməsi  üzrə  kompleks  proqramın  yaradılması  və 

reallaşdırılması  üzrə  işlərə  başlamışdır.  Bakı  Magistral  layihənin  həyata  keçırilməsi 

üzrə  yalnız  müzakirələr  aparılan  yer  deyil,  həmçinin  nəqliyyat  arteriyasının  qlobal 

mərkəzinə  və  Şərq  ilə  Qərb  arasında  mühüm  əlaqələndirici  körpüyə  çevrilir.  Bütün 

bunlar bizim  dövlətin  üzərinə böyük  öhdəliklər qoyur,  regionda  Azərbaycanın siyasi 

və iqtisadi təsirini gücləndirir, onu lider dövlətə çevirir.     

Ş

imal-Cənub  nəqliyyat  dəhlizi.

  Azərbaycan  Respublikasının  beynəlxalq  aləmə 

inteqrasiyası,  milli  nəqliyyat  sisteminin  və  iqtisadiyyatın  inkişafında  mühüm 

ə

həmiyyət  kəsb  edən  layihələrdən  biri  də  Şimal-Cənub  nəqliyyat  dəhlizinin 



reallaşması  istiqamətində  həyata  keçirilən  layihədir.  Şimal-Cənub  beynəlxalq 

nəqliyyat  dəhlizi  haqqında  ilkin  razılaşma  Rusiya  Federasiyası,  ran  slam 

Respublikası hindistan arasında 2000-ci il sentyabrın 12-də Sankt-Peterburq şəhərində 

bağlanılmışdır.  Razılaşmanın  əsas  məqsədi  yük  və  sərnişin  daşımalarının  təşkilində 

nəqliyyat  əlaqələrinin  səmərəliliyinin  yüksəldilməsi,  üzv  ölkələrin  dəmir  yolu, 

avtomobil,  dəniz,  çay  və  hava  nəqliyyatı  xidmətlərinin  keyfiyyətinin  yüksəldilməsi, 

beynəlxalq  nəqliyyat  xidmətləri  bazarına  girişi  üçün  şəraitin  yaradılması,  beynəlxalq 

daşımaların  həcminin  artırılmasına  yardım  göstərilməsi,  nəqliyyat  vasitələrinin 

hərəkətinin  təhlükəsizliyinin  və  daşıma  sifarişlərin  operativliyinin  təmin  olunması, 

eləcə  də  razılaşdırılmış  nəqliyyat  siyasətinin  həyata  keçirilməsidir.  Şimal-Cənub 




 

 

57 



 

nəqliyyat dəhlizi də bütün nəqliyyat növlərini – dəmir  yolu, dəniz,avtomobil yolları, 

çay və hava nəqliyyatını, eləcə də bu nəqliyyat növlərinə aid infrastruktur sahələri də 

ə

hatə  edir.  Razılaşmanın  üzvləri  arasında  Hindistan  istisna  təşkil  edir.Belə  ki,  bu 



ölkənin  Şimal-Cənub  dəhlizinin  işində  yalnız  dəniz  marşrutları  ilə  iştirakı  nəzərdə 

tutulur. 

Nəqliyyat  dəhlizi  haqqında  razılaşma  21  may  2002-ci  tarixində  qüvvəyə 

minmişdir.  Həmin  tarixdə  Sankt-Peterburq  şəhərində  əldə  edilən  razılaşmaya  üzv 

ölkələrin nəqliyyat nazirlərinin görüşündə Koordinasiya Şurasının yaradılması barədə 

protokol  imzalanmış,  eləcə  də  dəhlizin  Katibliyinin  Tehran  şəhərində  yerləşməsi 

qərara  alınmışdır.  Razılaşmadan  keçən  dövr  ərzində  Şimal-Cənub  beynəlxalq 

nəqliyyat  dəhlizi  bir  çox  ölkələrin  marağına  səbəb  oldu.  Ötən  illər  ərzində  bu 

razılaşmaya  Belarus  Respublikası,  Ermənistan,  Qazaxıstzn,  Tacikistan,  Qırğızıstan, 

Oman  və  Suriya  qoşulmuşdur.  Azərbaycan  Respublikası  isə  2001-ci  il  21  dekabr 

tarixində  həmin  razılaşmaya  qoşulması  üçün  müraciət  etmiş  və  2005-ci  ildə  müsbət 

cavab almışdır. 2005-ci il sentyabrın 20-də imzalanmış 984-IIQ nömrəli Azərbaycan 

Respublikasının  Qanunu  ilə  respublikamız  “Şimal-Cənub”  beynəlxalq  nəqliyyat 

dəhlizi haqqında sazişə qoşulmuşdur. 

Qeyd  etmək  lazımdır  ki,  Şimal-Cənub  nəqliyyat  dəhlizi  də,  öz  növbəsində 

ölkəmizin nəqliyyat əlaqələrinin genişləndirilməsi, tranzit ölkə kimi bu sahədən böyük 

həcmdə gəlirlər əldə etməyə və s. imkan verəcəkdir ki, bu da Azərbaycan respublikası 

üçün  xüsusi  əhəmiyyətə  malikdir.  Eyni  zamanda  Şimal-Cənub  nəqliyyat  dəhlizinin 

siyasi  əhəmiyyəti  də  danılmazdır.  Başqa  sözlə  desək,  bu  dəhliz  həm  də  Rusiya 

Federasiyası  ilə  balanslaşdırılmış  siyasətin  bir  nümunəsi  kimi  də  qəbul  edilə  bilər. 

Azərbaycan respublikasının bu layihədə iştirakının ölkəmiz üçün əhəmiyyətli olduğu 

üçün respublikamızın coğrafi və potensial tranzit ölkə kimi imkanları nəzərə alınaraq 

mövcud  nəqliyyat  infrastrukturunun  bərpası  və  inkişaf  etdirilməsi  işlərinə 

başlanılmışdır.  Şimal-Cənub  nəqliyyat  dəhlizi  vasitəsilə  Azərbaycan  üzərindən 

yüklərin böyük əksəriyyətinin daşınmasında dəmir yolunun iştirakı nəzərdə tutulur ki, 

burada  da  əsas  amil  kimi,  yüklərin  bir  nəqliyyat  növü  ilə  böyük  həcmdə  ,  tez  bir 

zamanda,  daha  uzaq  məsafəyə  daşınması  əsas  götürülür.  Dəhliz  vasitəsilə  yük 



Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə