Microsoft Word Dissertasiya C. Ceferli docx



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə15/28
tarix28.08.2018
ölçüsü1,15 Mb.
#64964
1   ...   11   12   13   14   15   16   17   18   ...   28

 

 

43 



 

neft  şirkətləriilə  birlikdə  müştərək  müəssisələr  yaradılmış,  neftçilərin  sosial 

vəziyyətinin  yaxşılaşdırılması  istiqamətindəəməlitədbirlərhəyata  keçirilmişdir.  Bütün 

bunlar 


neft 

sənayesindəiqtisadi 

islahatların 

aparılmasıiləyanaşı,neft-

qazhasilatınındasabitləşdirilməsinəvəgözəçarpan  dərəcədəirəliləyişlər  əldəedilməsinə 

imkan  vermişdir.  Məlumat  üçün  qeyd  edək  ki,  neft  sənayesində    aparılan  iqtisadi 

islahatlar sənayenin, eləcə  də iqtisadiyyatın digər sahələrində həyata keçirilən iqtisadi 

islahatlardan  öz  xarakterinə  və  əhatə  dairəsinə  görə  müəyyən  qədər 

fərqlənir.Beləki,neftsənayesindəaparılaniqtisadiislahatlarçoxşaxəlidir.Neftsənayesində 

neft-qazhasilatı  iləbağlıbirçoxyarım  sahələr  vəistehsallarmövcuddur.Məhzbunagörədə 

sahədə    atılan    hər    bir    radikal    addımdəqiq    ölçülüb-biçilməli,iqtisadiyyatın    digər  

sahələriilə sistemli şəkildə əlaqələndirilməlidir. 

 Neftehtiyatlarının  yönəldilmiş  xarici  kapitalın    təqribən  75-80%-i 

neftqazçıxarma 

sənayesinə 

sərf 


edilirki,buda,yeniişyerlərininaçılması,dünyastandartlarına 

uyğuninfrastrukturların 

yaradılması  deməkdir.  Neft  müqavilələrinin  həyata  keçirilməsi  çərçivəsində  neft  və 

qazın daşınması və nəqli prosesi olduqca əhəmiyyətli və strateji bir faktordur. Müasir 

şə

raitdə neft, neft məhsulları və qaz külli yüklər hesab edilir. Ona görə də nəqliyyat 



sistemi  onları  fasiləsiz  olaraq  neft  emalı  və  neft-kimya  zavodlarına,  habelə 

istehlakçıya vaxtında, ucuz, nəqletmə zamanı onların keyfiyyətinə xələl gəlmədən və 

minimum itkiyə yol verməklə çatdırılmalıdır. 

Neft, neft məhsulları və qazı nəql etmək üçün, əsasən aşağıdakı dörd nəqliyyat 

növündən  istifadə  edilir:Boru  kəməri;  Dəmir  yolu;  Su    və  Avtomobil  nəqliyyatı.  

Müstəsna  hallarda,  yəni  başqa  nəqliyyat  növlərindən  istifadə  etmək  çətin  və  ya 

mümkün  olmadıqda  az  miqdarda  və  “əlçatmaz”  yerlərə  neft  məhsullarını  çatdırmaq 

üçün  təyyarə  nəqliyyatından  da  istifadə  edirlər.  Son  illərdə  ABŞ-da  bu  məqsədlə 

istifadə ediləcək xüsusi təyyarələr hazırlanır.  

Təcrübədə ən çox yükdaşıma avtomobil nəqliyyatının payına düşür. Bu onunla 

izah  olunur  ki,  nəqliyyatın  bu  növü  həm  ölkə  daxilinə,  həm  də  ölkə  xaricinə  yük 

daşımasında  istifadə  olunur.  Bundan  əllavə  demək  olar  ki,  bütün  növ    əmtəələr 

avtomobil  vasitəsilə  daşına  bilir.  Neft  və  qaz  kəmərlərinin  balansda  çəkisinin 



 

 

44 



 

avtomobil  və  dəmir  yolu  nəqliyyatına  nisbətən  az  olması  ondan  ibarətdir  ki,  bu 

kəmərlərlə təkcə bir növ əmtəə daşınır. Bu ya qaz ya da neftdir. 

Avtomobillər  vasitəsilə  neft  və  neft  məhsullarının  bazarlardan  istehlakçıya 

çatdırılması daşınmasında geniş istifadə olunur. Bu nəqliyyatdan əsasən ölkədaxili və 

qonşu  ölkələrə  neft  daşınmasında  istifadə  olunması  daha  əlverişlidir.  Bu  zaman 

nəqliyyat növü xüsusi konteynerlərlə təchiz edilmiş olur. 

Su yolu ilə neft məhsullarının daşınması Azərbaycan Respublikası üçün xüsusi 

ə

həmiyyəti  vardır.  Belə  ki,  dünyada  xam  neftin  daşınmasının  70%-dən  çoxu  dəniz 



yollarının  payına  düşür.  Hesab  etsək  ki,  Qazaxıstan  və  Tükmənistan  neftinin  Bakı-

Tibilisi-Ceyhan  vasitəsilə  dünya  bazarına  çıxarılması  ilk  öncə  su  yollarından  keçir. 

Belə  ki,  adları  çəkilən  ölkələrin  nefti  Bakı-Tibilisi-Ceyhan  kəmərinin  başlanğıcını 

götürdüyü  Səngəçal  terminalına  məhz  su  yolu  ilə  daşınır.  Ümumiyyətlə,  bütün 

dünyada neft və neft məhsullarının su yolu ilə daşınması iki qrupa bölünür: Dəniz və 

okean  su  yolları  ilə  daşınma;Çay  yolları  ilə  daşınma.  Yüksək  yük  dövriyyəsi 

qabiliyyətli olması, yükboşaltma və yükdoldurma əməliyyatlarının asan olması, dəniz, 

okean  və  çay  sularında  hərəkətin  fasiləsizliyi  bu  nəqliyyat  növünü  neft  və  neft 

məhsullarının daşınmasında əsas nəqliyyat növlərindən birinə çevirmişdir. 

Dəmir  yolu  ilə  neft  və  neft  məhsullarının  nəqli  yuxarıda  göstərilən  nəqletmə 

üsulları içərisində əsas yerlərdən birini tutur. Onu demək kifayətdir ki, müasir şəraitdə 

bütün nəql olunan neft və neft məhsullarının, təxminən, 40%-i dəmir yolu ilə daşınır. 

Nəql üçün, əsasən, dəmir yolu sisternlərindən istifadə edilir.  

Neft  və  neft  məhsullarının  dəmir  yolu  ilə  nəql  edilməsinin  əsas 

xüsusiyyətlərindən biri odur ki, o, ilin fəsillərindən asılı olmayıb bütün il boyu işləyir. 

Buna  uyğun  olaraq,  bütün  neft  və  neft  məhsulları  paylayan  məntəqələr  dəmir 

yollarının  yaxınlığında  yerləşdirilir.  Dəmir  yolu  ilə  neft  və  neft  məhsullarının 

daşınmasının mənfi cəhətləri də vardır. Məsələn, tikinti zamanı böyük həcmdə kapital 

qoyuluşu tələb edir, istismar xərcləri daha böyükdür və s. 

Boru  kəmərləri  vasitəsilə  neft,  neft  məhsulları  və  qazın  nəqli  dedikdə,  onların 

uzaq  məsafəyə  nəql  edilməsi  başa  düşülür.  Başqa  üsullara  nisbətən  boru  kəməri  ilə 

nəql olunmasının bir sıra üstünlükləri vardır ki, onlara da aşağıdakılar daxil edilir: 




 

 

45 



 

Respublikamızın  tranzit  ölkəyə  çevrilməsi  əvvəllər  inandırıcı  hesab  edilmirdi. 

Kim inanardı ki, öz müstəqilliyini yenicə əldə etmiş ölkə çox qısa vaxt ərzində həm 

neft ixracatçısına və həm də bu sahədə tranzit bir ölkəyə çevriləcək. Dövlətimiz 1994-

cü ildə neft strategiyası hazırlayarkən tranzit ölkə olmaq hələ planlaşdırılmamışdı.  lk 

öncələr əsas məqsəd ölkədə hasil ediləcək nefti dünya bazarına çıxarmaq idi. Odur ki, 

ə

vvəlcəölkəmizin  neft  ixrac  etmə  yollarını  araşdırmaq  vacibdir.  Ölkəmizdən  neft 



ixracı  4  marşturla  -  başda  Bakı-Tiflis-Ceyhan  (BTC)  olmaqla,  Bakı-Supsa,  Bakı-

Novorossiysk  boru  kəmərləri,  həmçinin  Bakı-Batum  dəmir  yolu  vasitəsi  ilə 

gerçəkləşdirilir. 

Ötən müddət ərzində BTC vasitəsiləyqz milyonlarla ton neft nəql olunub. BP-

nin operatoru olduğu BTC-dən "Azəri-Çıraq-Günəşli" yatağından hasil olunan yüngül 

neft  ixrac  edilir.  Həmin  yatağın  işlənilməsinə  dair  layihənin  digər  xarici 

iştirakçılarından  olan  Amerikanın  ExxonMobil  və  Devon  şirkətləri  isə,  BTC-nin 

tikilməsi  zamanı  investisya  sərf  etmədiklərindən  öz  neftlərini  dəmir  yolu  vasitəsilə 

Batuma  çatdırmaqla  satırlar.  ARDNŞ  isə  öz  vəsaiti  hesabına  çıxardığı  nefti,  xarici 

kapitalın  iştirakıyla  yaradılmış  birgə  müəssisələr  və  əməliyyar  şirkətlərinin  ölkədə 

qurudan hasil etdikləri neftlə birgə Bakı-Novorossiysk kəməriylə ixrac edir.  

 Azərbaycandan  neft  ixracının  həm  daxili,  həm  də  xarici  amillər  səbəbindən 

daha  çox  artacağı deyilir.  Energetika naziri  Natiq  Əliyev  qeyd  etmişdir  ki,  "Ölkənin 

fəaliyyətdə  olan  neft  yataqlarında  artıq  təsdiq  olunmuş  neft  ehtiyatlarının  həcmi  2,2 

milyard  tona  bərbərdir  ki,  aparılan  əlavə  geoloji  kəşfiyyat  işləri  də  uğurla 

nəticələnərsə,  bu  rəqəm  5  milyard  təşkil  edəcək",-  deyə  nazir  vurğulayıb.  N.  Əliyev 

ə

lavə  edib  ki,  ümumiyyətlə,  Azərbaycanın  enerji  siyasətinin  əsas  prinsipləri  bundan 



ibarətdir  ki,  ölkənin  enerji  resurslarına  tələbat  tam  ödənilməklə  bu  sahədə 

təhlükəsizlik təmin edilsin və etibarlı "Şərq-Qərb" dəhlizi yaradılması yolu ilə Avropa 

bazarı neftlə daha yaxşı təchiz olunsun. Bu isə o deməkdir ki, ölkəmiz tranzit rolunda 

daha fəal iştirak edəcək. Qeyd edək ki, Avropa bazarı bu gün sutkada 14-14,5 milyon 

barel neft tələb etməklə 70 % ixracdan asılı vəziyyətdədir. 

Neft,  neft  məhsulları  və  qazın  ölkəmizdən  ixracının  çox  hissəsi  boru 

kəmərlərinin payına düşür. Məlumat üçün qeyd edək ki, neftin boru kəməri vasitəsilə 



Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə