Microsoft Word CelilovaElnure260az docx



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə3/29
tarix26.05.2018
ölçüsü0,7 Mb.
#46032
1   2   3   4   5   6   7   8   9   ...   29

 

hüquqi şəxslərin hüquqlarına və mənafelərinə xələl gətirilməməsi” ilə bağlı istisna 



təbii  ehtiyatların  (onların  dövlət  mülkiyyətində  olmasının  konstitusion  təsbitinə 

baxmayaraq) məhz hüquqi və fiziki şəxslərin mənafelərinin yüksəldilməsinə xidmət 

etməsini  göstərir.  Digər  tərəfdən,  bu  norma  dövlətin  təbii  ehtiyatlar  üzərində 

mülkiyyət  hüququnu  həyata  keçirərkən  hüquqi  və  fiziki  şəxslərin  hüquq  və 

mənafelərinə hörmətlə yanaşılmasını vurğulayır. Yəni, həmin normaya görə, fiziki 

və  ya  hüquqi  şəxsin  mülkiyyətində  olan  torpaq  sahələrində  təbii  sərvətlər  aşkar 

edildikdə, onların dövlətin xeyrinə məcburi götürülməsi zərurəti yarandıqda, əvəzi 

mütləq ödənilməlidir.  

Karbohidrogen  ehtiyatlarının  kəşfiyyatının,  istismarının  və  hasilatının  pay 

bölgüsü,  habelə  neft  və  qazın  ixrac  boru  kəmərləri  ilə  nəql  edilməsi  haqqında 

bağlanmış neft sazişlərinin sayına uyğun olaraq qanunlar mövcuddur. Yəni, həmin 

sazişlər  Milli  Məclis  tərəfindən  ratifiksiya  olunaraq  qanun  kimi  qəbul  olunub.  Bu 

qanunlar  normativ  hüquqi  aktlar  üçün  qanunvericilikdə  nəzərdə  tutulmuş  şərtlərə 

formal  olaraq  cavab  versələr  də,  onların  heç  biri  digər  oxşar  münasibətlərə  tətbiq 

oluna  bilməzlər.  Çünki  tərəflərin  iştirak  payını,  hüquqların  verilməsi  və  sazişin 

ə

hatə  dairəsini,  tərəflərin  təminatları,  ümumi  hüquqları  və  öhdəliklərini,  hasilatın 



bölüşdürülməsini,  sığorta,  məsuliyyət  və  məsuliyyətin  ödənilməsi  təminatlarını, 

mübahisələrin həlli qaydasını və s. şərtləri özündə əks etdirən sazişləri təsdiq edən 

qanunlar isə birdəfəlik xarakter daşıdığından və normativ hüquqi akt olraraq yalnız 

sazişlərdə  nəzərdə  tutulan  münasibətlərə  şamil  oluna  bilərlər.  Onu  da  qeyd  etmək 

lazımdır  ki,  sazişi  tənzimləyən  qanunvericilik  sənədi  olaraq  həmin  qanunların 

hüquqi  qüvvəsi  sazişlərin  bağlandığı  müddətlərlə  məhdudlaşır.  Saziş  hər  hansı  bir 

səbəb  üzündən  (müddətin  başa  çatması,  sazişin  məqsədlərinə  nail  olunması, 

tərəflərin qarşılıqlı razılığı və s.) öz fəaliyyətini dayandırdıqa, onu ratifikasiya etmiş 

qanun da avtomatik olaraq qüvvədən düşmüş hesab olunur. 

     Azərbaycan  müstəqillik  əldə  etdikdən  sonra  90-cı  illərin  əvvəllərində  bir 

çox  çətinliklərlə  üzləşmişdir.  SSR -nin  keçmiş  respublikaları  ilə  Azərbaycan 

Respublikası  arasında  iqtisadi  əlaqələrin  qırılması,  respublika  ərazisində  qeyri-

sabitliyin  mövcud  olması,  maliyyə  və  texniki  təchizatın  sıfra  enməsi  neft  və  qaz 



 

sənayesinin ağır böhran vəziyyətinə salmışdır. Bütün bu çətinliklər maliyyə, texniki 



və  digər  problemlər  aşkar  edilmiş  "Azəri",  "Çıraq",  "Günəşli"  kimi  yataqların 

işlənməsinə  imkan  vermirdi.  Neft  sənayesində  yaranmış  çətin  vəziyyətdən  çıxmaq 

və  ölkəmizin  karbohidrogen  ehtiyatlarının  mənimsənilməsi  üçün  iki  variantdan 

birini  seçmək  lazım  idi.  Ya  15-20  il  ölkəmizin  maliyyə-iqtisadi  vəziyyətinin 

ə

lverişli olmasını gözləmək, ya da xarici neft şirkətlərini dəvət etmək lazım idi. O 



zaman xarici iri neft şirkətlərini Azərbaycana dəvət etmək qərara alındı. O dövrdə 

Azəri-Çıraq-Günəşli  (dərin  sulu  hissəsi)  yataqlarının  işlənməsi  üzrə  xarici 

ş

irkətlərlə  danışıqlara  başlandı.  1994-cü  ilin  sentyabrın  20-də  Azəri-Çıraq-Günəşli 



(dərinsulu hissəsi) yataqlarının işlənməsi üzrə dünyanın 7 ölkəsinin 11 məşhur neft 

ş

irkəti ilə  "Məhsulun  Pay  Bölgüsü" sazişi  –  "Əsrin  müqaviləsi"  imzalandı.  Həmin 



dövrdən  başlayan  neft  strategiyasının  aşağdakı  istiqamətlərdə  reallaşdığını 

göstərmək olar: 

1.  Azərbaycanın,  neft-qaz  layihələrinə  beynəlxalq  neft  korporasiyalarının, 

bütövlükdə  xarici  işgüzar  dairələrin,  iri  investisiyaların  cəlb  edilməsi  hesabına 

dünyanın enerji daşıyıcıları bazarına sürətlə çıxışın təmin edilməsi;   

2. Azərbaycan neftinin dünya bazarına sərbəst və sürətli çıxışını təmin etmək 

üçün ixrac boru kəmərləri sisteminin yaradılması; 

3.  Azərbaycanın  milli  sərvəti  olan  neftdən  gələn  gəlirlərin  gələcək  nəsillər 

üçün  toplanaraq  artırılması,  bu  gəlirlərdən  ölkəmizin  cari  sosial  ehtiyaclarını, 

iqtisadi tərəqqi və inkişaf tələblərini nəzərə almaqla, bugünkü nəsillər üçün istifadə 

edilməsi; 

4. Qərbin qabaqcıl texnika-texnologiyasının Azərbaycana gətirilməsi; 

Hazırda  ölkənin  neft-qaz  kompleksinin  qarşısında  duran  əsas  vəzifə  neft 

strategiyasının 

reallaşdırılması 

nəticəsində 

ə

ldə 


edilmiş 

uğurları 

möhkəmləndirməkdən, iqtisadiyyatın və əhalinin enerji resurslarına olan tələbatının 

daha  dolğun  ödənilməsini  təmin  etməkdən  ibarətdir.  Bu  mühüm  vəzifənin  yerinə 

yetirilməsi  məqsədilə  “Azərbaycan  Respublikasının  yanacaq-enerji  kompleksinin 

inkişafı  (2005-2015-ci  illər)  üzrə  Dövlət  Proqramı”nda  qarşıdakı  dövrdə  bu 

kompleksı  daxil  olan  sahələrin  müəyyənləşdirilmiş  inkişaf  istiqamətləri  və  onların 



 

reallaşması üçün konkret tədbirlərin həyata keçirilməsi davam etdiriləcəkdir.  



Neft-qaz  layihələrinə  beynəlxalq  neft  şirkətlərinin,  xarici  investisiyaların, 

müasir  texnologiyaların  cəlb  edilməsi  davam  etdiriləcək,  əhəmiyyətli  və  etibarlı 

enerji  ixracatçısı  kimi  dönya  ölkələrinin  Azərbaycana  marağının  artırılması  təmin 

ediləcəkdir. 

Azərbaycan  Respublikasının  iqtisadiyyatında  və  sosial  həyatında  müstəsna 

ə

həmiyyətə  malik  olan  yanacaq-enerji  kompleksinin  daha  da  inkişaf  etdirilməsi, 



ə

halinin  və  iqtisadiyyatın  enerji  resursları  ilə  təminatının  yaxşılaşdırılması  və 

enerjidaşıyıcılardan  istifadənin  səmərəsinin  artırılması  məqsədi  ilə  Azərbaycan 

Respublikası  Prezidentinin  14  fevral  2005-ci  il  tarixli  635  saylı  Sərəncamı  ilə  

«Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005—2015-ci 

illər) üzrə Dövlət Proqramı» təsdiq edilib.  

Dövlət  Proqramının  məqsədi  qarşıdakı  on  ildə  Azərbaycan  Respublikasının 

yanacaq-enerji  kompleksini  inkişaf  etdirməklə,  əhalinin  və  iqtisadiyyatın  elektrik 

enerjisinə,  qaza  və  digər  enerjidaşıyıcılarına  olan  tələbatının  daha  dolğun 

ödənilməsinə nail olmaqdan ibarətdir. 

Dövlət Proqramının əsas vəzifələri aşağıdakılardır:  

-  Azərbaycan  Respublikasının  yanacaq-enerji  kompleksinin  müasir  tələblərə 

uyğun inkişafının əsas istiqamətlərini müəyyənləşdirmək;  

-  yanacaq-enerji  kompleksinə  daxil  olan  sənaye  sahələrinin  fəaliyyətinin 

səmərəliliyinin  artırılması  üçün  müvafiq  elmi-texniki  və  təşkilati  tədbirlər  həyata 

keçirmək;  

- enerji resurslarının istehsalı, emalı, nəqli, saxlanması, uçotu və istehlakı üzrə 

mütərəqqi texnoloji tədbirlərin həyata keçirilməsini təmin etmək;  

- yanacaq-enerji sektorunda sağlam rəqabət mühitini formalaşdırmaq; 

-  yanacaq-enerji  kompleksinin  inkişafına  cəlb  edilən  sərmayələrin  həcmini 

artırmaq;  

- yanacaq-enerji kompleksində ekoloji təhlükəsizliyi təmin etmək;  

-  yanacaq-enerji  resurslarının  (elektrik  enerjisi  və  təbii  qaz)  istehlakına  görə 

ödənişlərin daha dolğun yerinə yetirilməsini təmin etmək. 




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə