Microsoft Word CelilovaElnure260az docx



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə4/29
tarix26.05.2018
ölçüsü0,7 Mb.
#46032
1   2   3   4   5   6   7   8   9   ...   29

10 

 

Proqramda  ölkənin  yanacaq-enerji  kompleksini  daha  da  inkişaf  etdirmək 



məqsədilə  qarşıdakı  illərdə  neft  və  qaz  hasilatı  sahəsində  aşağıdakı  istiqamətlərdə 

işlərin aparılması nəzərdə tutulur: 

    - yeni yataqların axtarışı və kəşfiyyatı;  

    - aşkar edilmiş yataqların tammiqyaslı işlənməyə cəlb edilməsi;  

    -  işlənmədə  olan  yataqlarda  yeni  quyuların  qazılması  və  fəaliyyətsiz 

quyuların bərpası;  

    -  işlənmədə  olan  yataqlar  üzrə  neftvermə  əmsalının  artırılması  məqsədi  ilə 

yeni texnika və texnologiyaların tətbiqi;  

    - neft-qaz hasilatı, nəqli və emalı sistemlərinin tikilməsi, yenidən qurulması 

və modernləşdirilməsi;  

    -  elm  və  texnikanın  nailiyyətlərindən və  qabaqcıl təcrübədən  geniş istifadə 

edilməsi. 

1994-cü il sentyabrın 20-də Bakıda Xəzər dənizinin Azərbaycan sektorundakı 

"Azəri", "Çıraq", "Günəşli" yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi 

haqqında  "hasilatın  pay  bölgüsü"  tipli  müqavilə    öz  tarixi,  siyasi  və  beynəlxalq 

ə

həmiyyətinə görə "Əsrin müqaviləsi" adlanmış, təxminən 400 səhifə həcmində və 



4  dildə  öz  əksini  tapmışdıır.  "Əsrin  müqaviləsi"ndə  dünyanın  8  ölkəsinin  11  ən 

məşhur neft şirkəti  iştirak etmişdir. Bunu aşağıdakı qrafikdə görmək olar:  

 



11 

 

"Əsrin  müqaviləsi"  Azərbaycan  Respublikasının  Milli  Məclisi  tərəfindən 



təsdiq  edildi  və  12  dekabr  1994-cü  ildə  qüvvəyə  mindi.  lk  dəfə  hesablanmış 

çıxarılabilən neft ehtiyatı 511 milyon ton olmuş, sonralar qiymətləndirici quyuların 

nəticələrinə  görə  bu  ehtiyat  730  milyon  tona  çatmışdır  və  bununla  əlaqədar 

yataqların  işlənilməsinə  tələb  olunan  sərmayə  xərcləri  11,5  milyard  ABŞ  dolları 

qəbul edilmişdir.  

“Əsrin  müqaviləsi”  çərçivəsində  əldə  edilən  mənfəət  nefti  dövlətlə  şirkətlər 

arasında rentabellik norması ( RR) əsasında bölünür. Rentabellik normasının aşağı 

həddlərində mənfəət azərbaycan hökuməti və nefti şirkətlər arasında aşağıdakı kimi 

bölünür:  

· 16.75 faizdən aşağı olduğu dövrdə -  30% - 70% proporsiyasında; 

· 16.75 – 22.75 faiz aralığında dəyişdiyi halda - 55% - 45% proporsiyasında; 

· 22.75 faizdən yüksək olduğu halda - 80% - 20% proporsiyasında.  

Hasilatın  pay  bölgüsü  sazişləri  çərçivəsində  xarici  neft  şirkətləri  dövlətə 

mənfəət vergisi, akrhesabı ödəniş və bonuslar ödəyirlər.  

Yataq bir neçə mərhələdə işlənib:  

·  lkin  Neft  Layihəsi  kimi  “Çıraq”  yatağından  1997-ci  ilin  noyabrından  neft 

hasil olunur;   

· Bundan sonrakı mərhələ: 2005-ci ilin fevralın 13-dən Azəri Faza 1 layihəsi 

üzrə “Mərkəzi Azəri” yatağından hasilata başlanılıb;   

· Növbəti mərhələ: Azəri Faza 2 layihəsi üzrə 2006-cı ilin yanvarında “Qərbi 

Azəri”  yatağında  və  2006-cı  ilin  oktyabrında  “Şərqi  Azəri”  yatağında  hasilata 

başlanılıb;   

· Faza 3 layihəsi üzrə “Dərinsulu Günəşli” yatağında hasilata 2008-ci ilin apre-

lində başlanılıb;  

·  Sonuncu  mərhələ  başlanmasına  2010-cu  ildə  sanksiya  verilən  Çıraq  Neft 

Layihəsidir. Qərbi Çıraq  platforması dənizin mövcud Çıraq və Dərinsulu Günəşli 

platformaları  arasında  quraşdırılmışdır.  2014-cü  il  28  yanvar  tarixində  Qərbi 

Çıraqdan  hasilat  başladı.  Qərbi  Çıraq  platformasının  tikintisi  Azərbaycanın  dünya 

səviyyəli  tikinti-quraşdırma  sahələrinin  tarixində  ilk  dəfə  olaraq  yerli  ehiyatlardan 



12 

 

istifadə  etməklə  büsbütün  ölkə  daxilində  həyata  keçirilib.ÇNL  tikinti  işlərinə 



hazırda podratçı şirkətlər vasitəsilə bütün tikinti sahələrində ümumilikdə 4000-dən 

artıq işçi cəlb olunub ki, bunların da 90%-i Azərbaycan vətəndaşlarıdır. Yeni plat-

formanın  layihə  gücü  gündəlik 183 000  barel neft və 229  milyon  standart kub  fut 

qaz təşkil edir, lakin platforma gündəlik 285 milyon standart kub fut qaz ixrac edə 

bilər və gündəlik 80 milyon standart kub futadək qazlift təmin etmək gücü var. 

"Azəri-Çıraq-Günəşli" yataqlar blokunun səhmdarları və onların iştirak payları 

zaman-zaman  dəyişikliklərə  məruz  qalmışdır.  2013-cü  ilin  sentyabrında  BP-nin 

açıqlamasına görə AÇG-nin səhmdarların tərkibi və payları aşağıdakı kimi olub:  

· BP ( ngiltərə, operator) - 35,78 faiz,  

· "Chevron" (ABŞ) - 11,27 faiz,  

· AzAÇG (ARDNŞ-in ortaq şirkəti) – 11,65 faiz,  

· INPEX (Yaponiya) – 10,96 faiz,  

· "StatoilHydro" (Norveç) - 8,56 faiz,  

· "ExxonMobil" (ABŞ) – 8,0 faiz,  

· TRAO  (Türliyə) - 6,75 faiz,  

· ITOCHU (Yaponiya)  - 4,3 faiz,  

· ONGC Videş Limited (Hindistan) - 2,72 faiz.  

"Əsrin  müqaviləsi”nin  həyata  keçirilməsinə  başlanan  vaxtdan  Azərbaycan 

iqtisadiyyatında  dönüş  yarandı  və  böyük  işlərə  başlandı.  Birinci  növbədə  1995-ci 

ildə  ilkin  neft  hasilatı  layihəsi  çərçivəsində  “Çıraq-1”  özülü  Qərb  standartlarına 

uyğun  olaraq  bərpa  olundu  və  böyük  maillikli  quyuların  qazılması  məqsədilə  bu 

özülün üst modulu modernizə edilərək yeni qazma avadanlıqları ilə təchiz olundu.  

"Əsrin müqaviləsi" adlandırılan bu layihə çərçivəsində ilk neft 7 noyabr 1997-

ci  ildə  hasil  edilməyə  başlayıb.Stabil  ixrac  əməliyyatlarına  1998-ci  ilin  martından 

Rusiyanın  Novorossiysk  limanından  başlanılıb.  Hazırda  ixrac  əməliyyatları  3 

marşrut üzrə həyata keçirilir ki, bunların 2-si boru kəmərləri (Bakı-Tbilisi-Ceyhan 

və  Bakı-Supsa)  vasitəsilə,  1-i  isə  dəmiryoldur  (Bakı-Batumi,  bu  yoldan  ancaq 

Amerikanın «ExxonMobil» şirkəti istifadə edir, ona görə ki, vaxtilə bu şirkət BTC-

ni maliyyələşdirməkdən imtina etdiyindən və hazırda boru xətti ilə daşıma xərcləri 



Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə