Microsoft Word CelilovaElnure260az docx



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə20/29
tarix26.05.2018
ölçüsü0,7 Mb.
#46032
1   ...   16   17   18   19   20   21   22   23   ...   29

59 

 

Dövlət  Neft  Şirkətinin  Nizamnaməsi  təsdiq  edilməsi,  Azərbaycan  Dövlət  Neft 



Ş

irkətinin  Strukturu  təsdiq  edilməsi,  Azərbaycan  Dövlət  Neft  Şirkətinin  bir  ay 

müddətində  qanunvericiliklə  nəzərdə  tutulmuş  qaydada  Şirkətin  tərkibinə  daxil 

olan,  Dənizdə  Neft  və  Qaz  Çıxarma  stehsalat  Birliyi  və  Quruda  Neft  və  Qaz 

Çıxarma  stehsalat Birliyini birləşdirilməsi və onların bazasında "Azneft"  stehsalat 

Birliyinin  yaradılması,  Xarici  qtisadi  Əlaqələr  darəsini  və  "Azərnefttəchizat" 

Birliyini  birləşdirsin  və  onların  bazasında  "Marketinq  və  qtisadi  Əməliyyatlar" 

darəsini  yaradılması,  Magistral  Neft  Kəmərləri  stehsalat  Birliyinin  bazasında 

"Neft  kəmərləri"  darəsinin  yaradılması,  "Şelflayihətikinti"  stehsalat  Birliyinin 

bazasında  "Bakı  dərin  özüllər  zavodu"nun  yaradılması,  "Azərneftyağ"  stehsalat 

Birliyinin  bazasında  "Azərneftyanacaq"  neft  emalı  zavodunun  yaradılması, 

Azərbaycan  Respublikası  Dövlət  Neft  Şirkətinin  tərkibinə  daxil  olan 

"Xəzərdənizqazmatikinti" 

Tresti, 


"Xəzərdənizneftsosialtikinti" 

Tresti 


və 

Avtonəqliyyat  Kontorunun  özəlləşdirməyə  açıq  elan  edilməsi,  müəssisələrin 

qanunvericiliyə  müvafiq  olaraq  özəlləşdirilməsinin  həyata  keçirilməsinin  təmin 

edilməsi,  Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən bu Fərmandan 

irəli  gələn  tədbirlərin  həyata  keçirilməsinin  təmin  edilməsi,  Azərbaycan 

Respublikası  Prezidentinin  "Azərbaycan  Respublikasi  Dövlət  Neft  Şirkətinin 

Nizamnaməsinin  yeni  redaksiyasının    təsdiqi  haqqında  "  1994-cü  il  5  aprel  tarixli 

126  nömrəli  Fərmanı  və  "Azərbaycan  Respublikası    Dövlət  Neft  Şirkətinin  yeni 

idarəetmə  strukturunun  təsdiqi  haqqında"  1994-cü  il  10  yanvar  tarixli,  50  nömrəli 

Sərəncamı qüvvədən düşmüş hesab edilməsi qərara alınmışdır. 

ARDNŞ ən mühüm və ən nəhəng istehsalat kompleksi, «Azneft»  stehsalat Birliyi 

də  irihəcmli  müəssisə  və  müəssisə  birlikləri  şəbəkəsinə  malikdir.Birliyin 

strukturunda dünya neft sənayesində ikinci olan 300-ə qədər gəmi ilə təmsil olunan 

«Xəzərdənizneftdonanma» idarəsi də fəaliyyət göstərir.«Azneft»  B-nin ən mühüm 

strukturları  isə  Neftqazçıxarma  və  Qazma  işləri  idarələridir.  NQÇ -lərin  struktur 

düzümünə əsasən aşağıdakılar daxildir: 

     1. neftqazçıxarma mədənləri; 

     2. nəqliyyat sexi; 




60 

 

     3. xüsusi texnika sexi; 



     4. tikinti işləri sexi; 

     5. quyuların əsaslı və yeraltı təmiri sexi; 

     6. elektrik avadanlıqları təmiri və prokatı sexi; 

     7. elmi-tədqiqat və istehsalat işləri sexi; 

     8. istehsalın avtomatlaşdırılması sexi; 

     9. neftin və texniki suyun kompleks hazırlanması sexi; 

     10. qazın yığılması və hazırlanması sexi; 

     11. yardımçı təsərrüfat; 

     12. sosial təyinatlı qurumlar. 

ARDNŞ-də 70 mindən çox əməkdaş çalışır ki, onların da 25%-ni mühəndis-texniki 

işçilər  təşkil  edirlər.Şirkətin  əsas  fondları  5  milyard  ABŞ  dolları  civarında 

hesablanır.Əsas neft hasilatı köhnə yataqlardan təmin edilir.Artıq bir neçə ildir ki, 

bu  yataqlardan  stabil  olaraq  9  milyon  ton  neft  çıxarılır.  Neftin  7,5  milyon  tonu 

dənizdə, qalan 1,5 milyon tonu isə qurudan hasil edilir. Beynəlxalq neft kontraktları 

çərçivəsində də hasil edilən neftdə ARDNŞ-in payı vardır. 

Dənizdə  və  quruda  olmaqla  Azərbaycanda  kəşf  olunmuş,  işləməyə  verilmiş  və 

perspektivdə  olan  231  struktur  mövcuddur.  Bu  strukturların  38,1%-i  dənizdə, 

61,9%-i  isə  quruda  cəmləşmişdir.  Respublikada  69  neft  yatağı  aşkarlanmışdır.Bu 

yataqların  42-si  qurunun,  27-si  dənizin  payına  düşür.  Bütün  fəalliyyəti  ərzində 

Azərbaycana  məxsus  yataqlardan  1,8  milyard  tondan  çox  karbohidrogen  resursu 

çıxarılmışdır.  Hasilat  pikləri:  neft  üzrə  1941-ci  ildə  23,4  milyon  ton  neft,  1981-ci 

ildə 15 milyard m3 təbii qaz. 

             Quruda sənayeləşən neft hasilatının yaşı 130 ili ötmüşdür. Burada əsas neft 

yataqları,  /70%/  Abşeron-Qobustan  neft-qazlı  rayonunda  cəmləşmişdir.1960-cı 

illərdən  başlayaraq  quru  ərazilərində  neft  hasilatı  kəskin  enmə  ilə  müşayiət 

olunur.Hasilatın  artırılması  yüksək  kapital  tələblidir.Elə  bu  məqsədlə  də,  dövlət 

müstəqilliyinin  bərpasının  ilk  illərindən  burada  müştərək  müəssisələr  təşkil 

edilmişdir. lk  müştərək  muüəssisələr  qalıq  ehtiyatlarının  mənimsənilməsi  və 

reabilitasiya prosesinin aparılması məqsədi ilə fəaliyyətləndirilmişdir.Hazırda quru 



61 

 

ə



razilərdə  səhmdar  əməkdaşlıq  və  «prodakşn  şerrinq»  -  hasilatın  pay  bölgüsü 

ə

sasında  konsorsium  formatlı  müştərək  müəssisələr  də  /MM/  fəaliyyət  göstərirlər. 



«Azneft»  B-nin  hər  il  hazırlanan  ümumi  illik  hesabatlarda  MM-lərin  fəaliyyəti 

qənaətbəxş  hesab  edilmir.  Burada  hasilatın,  qazmanın  aşağı  düşməsi,  fondun 

yeniləşməməsi,  neftin  keyfiyyətinin  aşağı  olması  və  digər  texniki-iqtisadi 

göstəricilərin  qeyri-qənaətbəxş  oldğu  əks  olunur.MM-lər  kompleksi  2003-cü  ildən 

«Azneft»  B-nin  balansından  çıxarılaraq  ARDNŞ  tərəfindən  holdinq  nəzarəti 

ə

sasında fəaliyyət göstərirlər. 



Azərbaycanın  neft  sənayesi  yeni  mərhələsindədir.Yüz  ildən  çox  istismarı  davam 

edən  köhnə  yataqlarda  hasilat  perspektivləri  məhdudlaşsa  da  Xəzərin  Azərbaycan 

sektorunda ötən əsrin sonlarında işləmələrə verilmiş nəhəng yataqlar potensialı milli 

neft  sənayesinin  yeni  mütərəqqi  fazaya  daxil  olmasını  əsaslandırır.Bununla  belə 

vurğulanmalıdır ki, köhnə istismar sahələrində mövcud qalıq və proqnoz ehtiyatlar 

burada hasilatın tam XXI əsr boyu davamlı olacağını şərtləndirir. 

Dəniz  və  quru  sahələrinə  təsnif  olunan  köhnə  istismar  zonasında  istehsal  prosesi 

gərginliklərlə müşayiət olmaqda davam edir. stehsal çətinliyinin daha ağır sahəsi isə 

quru  əraziləri  əhatə  edir.  Müvafiq  istismar  zonasında  yerləşən  quyuların  lay 

enerjisinin  tükənməsi,təchizatdakı  gərginlik,  texniki-texnoloji  maliyyə  çətinlikləri 

buradakı hasilatı rentabelsiz həddə yuvarlatmışdır. Qazma prosesi səngimiş, texniki 

təminat 


pisləşmiş, 

neftqazçıxarma 

müəssisələrinin 

maliyyə 


dayanaqlığı 

pozulmuşdur. Burada hasilat hər il enməyə məruz qalır, istismar xərcləri isə əksinə 

olaraq  artır.  stehsalın  əvvəlki  tək  planlı  direktiv  metodlarla  idarəçiliyi  davam 

etdirilir. 

Qeyd  olunduğu  kimi,  indiki  ehtiyatlar  müqabilində  köhnə  istismar  sahələrində 

hasilat  hələ  də  uzunmüddətli  olacaqdır.Hətta  hasilatın  radikal  tempdə  artma 

imkanları  da  gerçəkləşə  bilər.ETT-nin  innavasiyon  nailiyyətlərin,  yeni  səmərəli 

iqtisadi  texnologiyaların  tətbiqi  burada  məhsuldarlığın,  iqtisadi  artımın  yüksəlişi 

üçün  daha  nikbin  əsaslar  yaradır.Bununla  yanaşı  köhnə  istismar  sahələrini  əhatə 

edən  mövcud  infrastruktur  elmi-  texniki  potensialda  iqtisadi  artıma  təkan  verən 

xüsusi amil kimi qiymətləndirilir. 



Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə