Microsoft Word CelilovaElnure260az docx



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə22/29
tarix26.05.2018
ölçüsü0,7 Mb.
#46032
1   ...   18   19   20   21   22   23   24   25   ...   29

65 

 

hidrobioloji  xüsusiyyətlərin  tədqiq  edilməsindən,  beynəlxalq  standartların  tələbləri 



səviyyəsində  qurulmuş  kompleks  tədqiqatlar  laboratoriyasında  götürülmüş 

nümunələrin  analitik  təhlillərinin  aparılmasından  və  müəyyən  edilmiş 

çatışmazlıqların aradan qaldırılması üçün təkliflərin verilməsindən ibarətdir. 

     3.2. Neft-qaz kompleksində müasir üsulların tətbiqi 

Faydalı qazıntı yataqlarının öyrənilmə dərəcəsini müəyyənləşdirmək olduqca vacib 

məsələlərdəndir.Geoloji 

ehtiyatlar 

və 

sənaye 


ehtiyatlarını 

bir-birindən 

fərqləndirmək  lazımdır.Geoloji  ehtiyatlaryerin  tərkində  olan  ehtiyatlardır.Geoloji 

ehtiyatlar balans və balansarxası ehtiyatlara bölünür.Balans ehtiyatlarına sənayenin 

tələbləri,  texniki  istismar  şərtləri  və  hazırda  işləmələrin  iqtisadi  cəhətdən  məqsədə 

uyğunluğunu  ödəyən  ehtiyatlar  aiddir.  Balansarxası  ehtiyatlara  faydalı 

komponentinin aşağı layların gücünün az və yaxud istismar şəraitinin çox mürəkkəb 

olması  və  s  ehtiyatlar  aiddir.  Geoloji  kəşfiyyat  işləri  planında  C  kateqoriyasından 

A,B  kateqoriyalarına  keçilməsinə  dair  tədbirlər  görülməsi  nəzərdə  tutulur.  A 

kateqoriyası  tam  öyrənilmiş,  kəşf  edilmiş  və  çıxartmaq  üçün  hazırlanmış 

ehtiyatlardir.  B  kateqoriyası  faydalı  qazıntı  ehtiyatlarından    texnoloji  istifadə 

proseslərinin  keyfiyyət  göstəricilərini  almaq  məqsədilə  ilkin  sınaqdan  keçirilmiş 

ehtiyatlardir.  C1  kateqoriyası  geoloji  məlumatlara  əsasən  yataqları  ilkin  sınaqdan 

keçirməklə  müəyyənləşdirilmiş  məlumatlardır.C2  kateqoriyası  ehtiyatlar  qrupları 

geoloji proqnoza əsasən müəyyən edilir. 

Respublikada neft və qaz quyularının axtarışı, kəşfiyyatı, istismarı və nəqli prosesi 

çətin  bir  prosesdir.Bu  prosesi  həyata  keçirmək  üçün  müxtəlif  üsullardan  istifadə 

edilir.Baxmayaraq  ki,  əvvəllər  neft  yerin  üst  qatlarında  idi,  lakin  getdikcə  daha 

dərin qatlardan neft çıxarıldı.Sonradan neft və qaz yataqları üçün geoloji, geofiziki, 

geokimyəvi və hidroloji axtarış üsullarından istifadə olunur. 

        Neft  yataqlarının  səmərəli  işlənməsi  və  onun  texniki  iqtisadi  cəhətdən 

ə

saslandırılması üçün layın geoloji-fiziki xassələri, yəni layın qalınlığı, neftli, qazlı 



olması qidalanma mənbələri, rejimi, mövcud lay təzyiqi və temperaturu, layda olan 

süxurların  sıxlığı,  karbonatlıöı,  fiziki-kimyəvi  tərkibi,  keçiriciliyi  və  məsaməliyi 

və.s  xassələri  öyrənilir.  Bundan  əlavə,  laya  süni  təsir  göstərilməsinin  zəruriliyini 



66 

 

nəzərdə  tutan  layın  işlənmə  variantları  müəyyənləşdirilir  və  quyuların  yerləşməsi 



sxeminin dəqiqləşdirilməsi, quyudibi təzyiqin hesablanması müəyyən edilir. 

             Hər bir varianta qoyulan investisiyaların həcmi, ödəmə müddəti, effektivlik 

ə

msalı,  neftin  maya  dəyəri  və  s.  göstəricilərdən  istifadə  edilməsi  ilə  müxtəlif 



variantaların  bir-birilə  müqayisəli  aparılır  və  onlar  içərisindən  ən  optimal  variant 

seçilir. 

Sonrakı mərhələ neft-qazçıxarma sənayesində neft quyularının qazılmasıdır. Neft və 

qaz quyularının qazılması məqsədilə həyata keçirilən üsullar aşağldakılardır: 

    1.    XIX  əsrin  80-ci  illərində  ABŞ-da  tətbiq  edilən  quyu  ağzında  yerləşən  rotor 

vasitəsilə  baltaların  fırladılması,  nəticədə  quyuların  dağıdılması  və  bu  dağıntıların 

gil məhlulu vasitəsilə yer səthinə çıxarılması ilə səciyyələnən birinci qazma qazma 

üsulu rator qazma üsulu adlanır. Bu üsulun tətbiqi ilə quyuların diametri kiçilmiş, 

proseslər sürətlənmiş, qazma müddəti azaldılmış olsa da, bu üsulun tətbiqi zamanı 

xeyli  miqdarda  enerji  sərfinin  olması  boruların  tez-tez  sınaraq  sıradan  çıxması  və 

onların  əvəzlənməsi  üçün  vaxt  sərfinin  çox  olması  kimi  mənfi  cəhətləri  meydana 

çıxır.


 

    2.    Turbobur  vasitəsilə  qazma  işlərinin  həyata  keçirilməsinə  əsaslanan  Turbin 

qazma üsuludur.

 

      3.  Elektroburun istifadəsinə əsaslanan elektriklə qazma üsuludur.



 

     4.  Vibrasiya  qazma  üsulu  işlərində  həyata  keçirilən  sonuncu  üsuldur  və  bu 

qazma baltasını titrədən vibrasiyanın tətbiqi vasitəsilə həyata keçirilir.

 

            Onu  da  qeyd  edək  ki,  Lay  rejimindən  asılı  olaraq  neft  yatağının  istismarı 



prosesini həyata keçirmək üçün fontan, kompressor və dərinlik nasosu kimi 3 əsas 

istismar üsulu tətbiq edilir. 

         Fontan  üsulu  təbii  yüksək  lay  təzyiqi  altında  nefti  yer  səthinə  fontan 

vurmasına  əsaslanan  2-3  aydan  bir  neçə  ilə  qədər  davam  edir.  Təbii  lay  təzyiqinə 

ə

saslandığından  əlavə  vasitələrin,  qurğu  və  avadanlıqların  tətbiqinə  ehtiyac 



duymayan asan və iqtisadi cəhətdən səmərəlidir. 

Layın  enerjisi  və  təzyiqi  azaldıqda  fantan  üsulu  əlverişsiz  olur,  kompressor 

üsulundan  istifadə  olunur.  Lay  təzyiqini  artırmaü  üçün  quyuya  kompressor 



67 

 

vasitəsilə sıxılmış hava, sıxılmış qaz,su vurulur. 



Tətbiq edilən sonuncu üsul dərinlik nasos üsuludur. Neft yataqlarında lay təzyiqinin 

aşağı düşməsi istismar quyularında neft hasilatını azaldır ki, bunun qarşısını almaq 

üçün müxtəlif geoloji və texniki tədbirlərin, yəni neft və qaz yataqlarına süni təsir 

etmə üsulları həyata keçirilir. 

          Neft  quyularında  texniki-iqtisadi  tədbirlər  həyata  keçirilməklə  neft 

sənayesində,  xüsusilə  köhnə  neft  rayonlarında  neft  hasilatında    həyata  keçirilən 

elmi-metodik  standartlara  və  texnologiyaya  uyğun  iş  rejiminin  təşkili  ilə  neft-

qazçıxarma sənayesində hasilatı artırmaq olar. 

Azərbaycanda  neft-qaz  yataqlarından  düzgün  istifadə  edilməsi,  bu  sahədə  əmək 

məhsuldarlığının,  maddi-texniki  təchizatın  təqvim  vaxtından  düzgün  istifadənin 

yaxşılaşdırılmasına fikir verilməsi, ixtisaslı mütəxəssislərin və maliyyə vəsaitlərinin 

cəlb olunmasi nəticəsində neft-qaz sənayesində ilbəil artıma nail olunur. 

             Azərbaycan  Respublikasının  Prezidentinin  15  sentyabr  2008-ci  il  tarixli 

Sərəncamı  ilə  təsdiq  edilmiş  “2008-2015-ci  illərdə  Azərbaycan  Respublikasında 

yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın “Sənaye və enerji 

siyasəti”bölməsində qeyd olunur: 

“Sənayenin, o cümlədən qeyri-neft sektorunun kompleks inkişafını təmin etmək 

məqsədilə YADDP çərçivəsində bu sahənin hərtərəfli inkişafını və dövlət tərəfindən 

ortamüddətli  dövrdə  həyata  keçiriləcək  kompleks  tədbirləri  özündə  əks  etdirəcək 

müvafiq  dövlət  proqramı  qəbul  ediləcəkdir.  Həmçinin  yanacaq-energetika 

kompleksinin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 

2005-ci  il  14  fevral  tarixli  635  nömrəli  Sərəncamı  ilə  təsdiq  edilmiş  «Azərbaycan 

Respublikasının  yanacaq-enerji  kompleksinin  inkişafı  (2005-2015-ci  illər)  üzrə 

Dövlət  Proqramı»na  uyğun  olaraq  həmin  sektorda  sağlam  rəqabət  mühitinin 

formalaşdırılması, sahənin strukturunun təkmilləşdirilməsi, cəlb edilən sərmayələrin 

həcminin  artırılması,  ekoloji  təhlükəsizliyin  təmin  edilməsi,  yanacaq-enerji 

resurslarının  istehlakına  görə  ödənişlərin  daha  dolğun  yerinə  yetirilməsinin  təmin 

olunması  istiqamətində  müəyyən  edilmiş  tədbirlərin  həyata  keçirilməsi 

gücləndiriləcəkdir. 



Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə