Microsoft Word CelilovaElnure260az docx



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə21/29
tarix26.05.2018
ölçüsü0,7 Mb.
#46032
1   ...   17   18   19   20   21   22   23   24   ...   29

62 

 

Azərbaycanda  neft  sənayesi  inkişaf  tapdıqca  burada  adekvat  olan  səhavi  servis 



strukturları  da  formalaşmışdır.  Hasilat  üçün  lazım  olan  maşın  və  avadanlıqlar 

istehsalı, yardımçı və xidmətedici sahələrin təşkili, emal təchizat müəssisələri, elmi-

texniki  kadr  potensialının,  istehsalı  bütün  dövriyyədə  əhatə  edən  müvafiq 

qurumların,  yolların,  kommunikasiya  xətlərinin,  rabitə,  mühafizə  təşkilatlarının 

yaradılması  müvafiq  infrastruktur  seqmentlərindəndir.  Bütün  bu  mövcud  əzəli 

infrastruktur ilkin olaraq «Azneft»  B tərəfindən yaradılsa da, hazırkı, məqamda o, 

bütün  respublika  YEK-nin  tərkib  hissəsi  kimi  çıxış  edir.Onun  imkanlarından 

iqtisadiyyatın digər sahələrində, istehsalda, nəqliyyatda, sosial sferada və həmçinin 

neft  kontraktları  çərçivəsində  istifadə  olunur. stismar  müddətinin  çoxluğuna 

baxmayaraq  mövcud  infrastruktur  neft-qaz  sənayesinin  növbəti  inkişaf  perspektivi 

üçün  kifayətedici  haldadır.Bununla  belə,  böyük  infrastrukturun  tərkib  hissəsi  kimi 

köhnə  yataqlarda  istismarı  həyata  keçirən  kompleksin  sərəncamında  qalan  daha 

tipik sahəvi sənaye və sosial infrastruktur da vardır. 

Azərbaycan neftqazçıxarma  kompleksində  müasir  durumu  qiymətləndirərkən qeyd 

olunmalıdır ki, kontrakt zonasındakı yeni  yataqlar üzrə fəaliyyətdə investisiyalarla 

bağlı problemləri demək olar ki, keçicidir.Lakin köhnə yataqları əhatə edən istismar 

zonasında  isə  tərəqqi  və  istehsal  artımı  problemlərinin  həlli  daha  geniş  tutumlu 

sərmayə qoyuluşlarından asılıdır. 

Qeyd etmək lazımdır ki, neft sənayesinin gedişatı, inkişafı və.s digər məsələrlə bagli 

müəyyən problemlər var ki, onlar qaçınılmazdır və onların həlli üçün bir sıra tədbir 

və  proqramlar  planlı  surətdə  həyata  keçirilir.Misal  olaraq  Neft  Şirkətinin  ekoloji 

problem  məsələlərləri  ilə bağlı  müəyyən  siyasətinə nəzər  salaq.  Tullantıların  idarə 

edilməsi üzrə fəaliyyətində ARDNŞ Azərbaycan Respublikasının Konstitusiyasını, 

qanunlarını, Azərbaycan Respunlikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, 

digər normativ hüquqi aktları, tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan 

Reapublikasının qanunları ilə təsdiq edilmiş neftin və qazın kəşfiyyatı və işlənməsi 

sahəsində  bağlanmış  sazişləri  və  ARDNŞ  prezidentinin  əmri  ilə  təsdiq  edilmiş  

"Tullantıların  darə Olunması Planı"(T OP) sənədini rəhbər tutur. 

         ARDNŞ-nin  idarə  və  müəssisələrində  yaranan  tullantıların  idarə  olunması 



63 

 

sisteminin  səmərəli  fəaliyyət  göstərməsi  üçün  bu  proseslərin  komponentləri  olan 



tullantıların  yığılması,  çeşidlənməsi,  daşınması,  yerləşdirilməsi  və  basdırılması 

işləri  "Tullantıların  darə  Olunması  Planı"na  uyğun  həyata  keçirilir.  T OP-da 

nəzərdə tutulduğu kimi ARDNŞ-nin idarə və müəssisələrində formalaşan istehsalat 

tullantıları  və  qazma  şlamı  Ekologiya  idarəsinin  "Tullantı  Mərkəzi"nə  təhvil 

verilir.Tullantı  Mərkəzinin  daha  müasir  tələblərə  uyğun  fəaliyyət  göstərməsini 

təmin  etmək  məqsədilə  ABŞ-nın  M-   LLC  şirkəti  arasında  bağlanmış  müqavilə 

çərçivəsində Tullantı Mərkəzinin yenidən qurulması layihəsi üzrə "Texniki- qtisadi 

Ə

saslandırma" sənədi hazırlanmışdır. 



         Atmosfer  havasının  mühafizəsi  istiqamətində  Azərbaycan  Rüspublikası 

Prezidentinin 28 sentyabr 2006-cı il tarixli 1697 saylı sərəncamı ilə təsdiq edilmiş 

"Azərbaycan  Respublikasında  ekoloji  vəziyyətin  yaxşılaşdırılmasına  dair  2006-

2010-cu illər üçün Kompleks Tədbirlər Planı"nın 5.4 bəndinə uyğun olaraq 2009-cu 

ildə  Bakı  şəhərinin  Səbail,  Sabunçu,  Suraxanı  rayonlarında  3  ədəd  ekoloji  ölçmə 

məntəqəsi  tikilmiş,  müasir  avadanlıqlarla  təchiz  edilmiş  və  istismara  verilmişdir. 

Atmosferə  atılan  işlənmiş  qazların  daima  nəzarətdə  saxlanmasını  təmin  etmək 

məqsədi ilə Ekoloji Ölçmə Məntəqələrində istifadə olunan müasir qaz analizatorlar 

vasitəsi  ilə  ARDNŞ-nın  idarə  və  müəssisələrinin  balansında  olan  nəqliyyat 

vasitələrindən  atmosfer  havasına  atılan  zərərli  qazların  ölçülməsi  və  Azərbaycan 

Respublikasında  mövcud  olan  normativlərlə  müqayisə  edilməsi  işləri  aparılır. 

Həmin  qaz  analizatorları  ilə  CO,  HC,  NOX,  CO2  qazlarının  yüksək  dəqiqliklə 

ölçülməsi mümkündür. 

             Qeyd  etmək  lazımdır  ki,  Ekoloji  Ölçmə  Mərkəzinin  fəaliyyət  dairəsini 

genişləndirmək  məqsədilə  mərkəz  Azərbaycan  Respublikası  Standartlaşdırma, 

Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən AZS Milli sertifikatlaşdırma 

sistemində  texniki  səlahiyyət  və  müstəqillik  akkreditasitasından  keçirilmiş  və  AZ 

031/11.1/02.0186.01.10  No-li  akkreditasiya  attestatı  almışdır.  ARDNŞ-nin 

Ekologiya  darəsinin ətraf mühitinin monitorinqi sahəsində əsas fəaliyyəti Şirkətin 

tabeliyində  olan  idarə      və  müəssisələrdə  təbii  və  antropogen  təsirlər  nəticəsində 

ə

traf  mühitə  yayılan  zərərli  qaz,  maye  və  bərk  halındakı  tullantılara  kəmiyyət  və 




64 

 

keyfiyyət    cəhətdən  nəzarətin  elmi  əsaslarla  həyata  keçirilməsi  olub,  hava,  su, 



torpaq  mühitlərinin  vəziyyətlərinin  qiymətləndirilməsi  və  proqnozlaşdırılması 

məqsədi ilə onların kimyəvi tərkibini, çirklənmə dərəcəsini, radioaktiv, hidrobioloji 

xüsusiyyətlərini, fiziki xassələrini müəyyən edən müntəzəm müşahidə və tədqiqatlar 

sisteminin həyata keçirilməsindən ibarətdir. 

           Aparılan  ekoloji  monitorinq  işləri  dənizdə  və  quruda  ətraf  mühitin 

mühafizəsini  əhatə  edən  beynəlxalq  konversiyaların  Azərbaycan  Respublikası 

Prezidentinin  fərman  və  sərəncamlarının,  "Ətraf  Mühitin  Mühafizəsi  haqqinda" 

Qanunun 18-ci maddəsinin, Nazirlər Kabinetinin 1 iyul 2004-cü il tarixli 90 No-li 

qərarı ilə təsdiq edilmiş  "Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin 

aparılması  qaydaları  haqqında  Əsasnamə"nin  və  ARDNŞ-nin  müəssisə  və 

təşkilatlarında  ətraf  mühitin  qorunması,  ekoloji  təhlükəsizlik,  təbii  ehtiyatlardan 

səmərəli  istifadə  sahəsində  praktiki  fəaliyyətin  istiqamətlərini  müəyyən  edən 

ARDNŞ-nin  12  may  2008-ci  il  tarixli  77  nömrəli  əmri  ilə  təsdiq  edilmiş  "Ekoloji 

Siyasət" sənədinin müddəalarının tələbləri ilə tənzimlənir. 

            ARDNŞ-nin  Ekoloji 

darəsi  tərəfindən  həyata  keçirilən  ekoloji 

monitorinqlərin tədqiqat obyekti Xəzər dənizinin Azərbaycan sektorunda ARDNŞ-ə 

məxsus  neft-qaz  yataqlarında  və  quru  ərazilərində  fəaliyyət  göstərən  neft-

qazçıxarma  idarələri  və  neft-qaz,  neft-kimya  emal  müəssisələriş  Hasilatın  Pay 

Bölgüsü  Sazişi  üzrə  Əməliyyat  Şirkətləri  və  Birgə  müəssisələrin  saziş  ərazilərinin 

istehsalat  sahələrini  əhatə  edir.Ekolojo  monitorinqin  aparılmasında  məqsəd 

ARDNŞ-nin  tabeliyində  olan  idarə  və  müəssisələrdə  hər  hansı  istismar-əməliyyat 

işlərinin  başlanmasına  qədər  ətraf  mühitin  təbii  durumunun  aşkarlanmasına 

yönəldilən ilkin vəziyyətin tədqiq edilməsindən, kəşfiyyat, qazma, neft-qaz hasilatı, 

emal  və  s  əməliyyatların  və  onlarla  əlaqədar  ətraf  mühitə  atılan  tullantıların 

doğurduğu təsirlərin ciddilik  səviyyəsini qiymətləndirmək,  məqsədilə  tədqiqatların 

aparılmasından,  istehsal  prosesləri  zamanı  əmələ  gələn  bərk,  maye  və  qaz  halında 

olan  çirkləndiricilərin  kəmiyyətinə  və  keyfiyyətinə  nəzarət  edilməsindən,  hava,  su 

və  torpaq  mühitlərinin  müəyyən  edilməsi  və  ərazidə  ekoloji  tarazlığın  bərpa 

edilməsi  məqsədilə  onların  kimyəvi  tərkibinin,  çirklənmə  dərəcəsinin,  radioaktiv, 




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə