Microsoft Word CelilovaElnure260az docx



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə19/29
tarix26.05.2018
ölçüsü0,7 Mb.
#46032
1   ...   15   16   17   18   19   20   21   22   ...   29

56 

 

funksiyasi rolunu yerinə yetirir. 



             Azərbaycanın neft təsərrüfatı uzun tarixi bir yol keçmişdir. Burada min illər 

primitiv üsullarla davam edən hasilat XIX əsrin ortalarında sənaye xarakteri almış 

və  1872-ci  ildə    sisteminin  ləğvi  ilə  yeni  təsərrüfatçılıq  ukladında  formalaşmışdır. 

Neft fontanları ilə müşayiət olunan sürətli mexaniki qazma nailiyyətləri isə sahəyə 

xarici  kapitalın  gəlişinə  zəmin  olaraq  bir  çox  Azərbaycanlıları  sahibkarlara 

çevirmişdir.  Azərbaycanda  neft  sənayesinin  ilk  strukturu  mədən  sahibkarlığıı 

formasında  təşəkkül  tapmış,  hər  bir  sahibkar  neft  işləmələri  prinsiplərinin  ticari 

tələblərinə  uyğun  olaraq  məxsusi  formada  yaratmışdır.  Lakin  bununla  belə,  daha 

sistemli  strukturlar  da  yaradılıb  fəaliyyətləndirilmişdir.  Norveçli  iş  adamları 

Nobellərin  Azərbaycan  neftinin  istismarı  ilə  əlaqədar  Bakıda  1879-cu  ildə  təşkil 

etdikləri «Nobel qardaşları» kampaniyası da məhz komplekslilik baxımından xeyli 

fərqli statusda çıxış etmiş və dünya neft tarixinə ilk şaquli inteqrasiyalı şirkət kimi 

daxil  olmuşdur.  Azərbaycan  neft  sənayesində  sahibkar  funksionallığına  əsaslanan 

neft  təsərrüfatı  yarım  əsrə  qədər  davam  etmiş  və  Azərbaycan  Xalq  Cümhuriyyəti 

mərhələsində də, bu biznes formatında qalmışdır. Sonrakı tarixi mərhələdə, 1920-ci 

ildə  Azərbaycanın  neft  sənayesi  milliləşdirildi.  Bir  çox  struktur  və  adlanış 

dəyişikliklərinə məruz qalmasına baxmayaraq, Azərbaycan neft təsərrüfatı ümumən 

«Azneft» istehsalat kompleksi adı altında yenidən təşəkkül tapdı və 70 ildən çox bir 

müddətdə öz fəaliyyətini davam etdirdi. 

          Tarixən  Azərbaycanın  iqtisadiyyatının  özəyini  neft-qaz  sənayesi  təşkil 

etmişdir  və  ölkəmizin  ən  böyük  nailiyyətlərindən  biri  bu  sahədə  qüdrətli  elmi-

texniki və kadr potensialının, geniş infrastrukturun yaradılması olmuşdur. Məhz bu 

sahə iqtisadiyyatın aparıcı amilinə çevrilmiş və onun inkişafına daim xüsusi diqqət 

yetirilmişdir.Son  dövrdə  respublikamızın  tərəqqisi  üçün  taleyüklü  əhəmiyyət 

daşıyan  yeni  neft  strategiyası  və  doktrinası  irəli  sürülmüşdür  və  uğurla  həyata 

keçirilir.  Azərbaycan  1994-cü  il  sentyabrın  20-də  "Əsrin  müqaviləsi"nın 

imzalanması  ilə  regionda  ilk  dəfə  olaraq  dünyanın  bir  çox  tanınmış  şirkətləri  ilə 

özünə məxsus olan neft və qaz yataqlarının birgə istismarına başlamışdır. Aparılan 

işlər  ölkənin  beynəlxalq  aləmdə  nüfuzunun  artmasına,  iqtisadi  əlaqələrin 



57 

 

inteqrasiyasına  güclü  təkan  vermişdir.  Neft-qaz  kompleksi  aparılan  iqtisadi  və 



dövlət idarəetməsi sahəsində islahatlardan kənarda qalmamışdır. Belə ki, göstərilən 

zaman kəsiyində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin idarə edilməsinin 

səmərəliliyinin  artırılması  məqsədi  ilə  dəfələrlə  onun  strukturuna  dəyişikliklər 

edilmiş, mövcud infrastruktur təkmilləşdirilmişdir. Ən əhəmiyyətli addımlardan biri 

2001-ci  il  18  aprel  tarixində  Azərbaycan  Respublikası  Prezidentinin  Fərmanı  ilə 

Azərbaycan  Respublikasının  Yanacaq  və  Energetika  Nazirliyinin  yaradılması 

olmuşdur. Eyni zamanda, dövlət siyasətinin başlıca istiqamətlərindən biri olan neft 

yataqlarının  birgə  işlənməsindən  əldə  edilən  gəlirlərin  ölkənin  iqtisadi    və  sosial 

tərəqqisinə yönəldilməsini təmin etmək məqsədi ilə 1999-cu il 29 dekabr tarixindı 

Azərbaycan 

Respublikasının 

Dövlət 


Neft 

Fondunun 

yaradılması 

olmuşdur.Mütəmadi  və  sistemli  şəkildə  aparılan  iqtisadi  islahatların  nəticəsidir  ki, 

Azərbaycan  Respublikasında  dövlət  əmlakının  özəlləşdirilməsinin  ll  Dövlət 

Proqramına  uyğun  olaraqAzərbaycan  Respublikası  Prezidentinin  "Yanacaq-

energetika kompleksi müəssisələrinin özəlləşdirilməsi haqqında" 2001-ci il 22 mart 

tarixli  Sərəncamına  əsasən  Azərbaycan  Respublikası  Dövlət  Neft  Şirkətinin 

bilavasitə    neftin  hasilatı  və  emalı  ilə  məşğul  olmayan  68  müəssisənin 

özəlləşdirilməsi  barədə  qərar  qəbul  edilmiş  və  onlar  qtisadi  nkişaf    Nazirliyinin 

sərəncamına  verilmişdir.Görülmüş  ciddi  işlər  dərin  islahatların  daha  məqsədyönlü 

aparılmasına imkan vermişdir. 

           Lakin bununla belə, bu sahədə bir sıra əlavə tədbirlərin həyata keçirilməsinə, 

idarəetmə  üslublarının  keyfiyyətcə  fərqli,  beynəlxalq  standartlara  cavab  verən 

səviyyəyə çatdırılmasına zərurət yaranmışdır. 

           Ölkə  neft  sənayesinin  təşəkkülü,  formalaşması  mərhələləri  və  sistem 

özəlliyinə  verilən  şərh,  bir  daha  onunla  əsaslandırılır  ki,  milli  neft  sektorundakı 

müasir  fəaliyyət  strukturunun  düzümü,  mahiyyət  və  prinsipləri  daha  görüntülü 

təcəssüm edilsin.Azərbaycan müasir neft industriyası struktur düzümü aşağıdakı ən 

ümumi konfiqurasiyaya malikdir: 

      I.Subsahəvi;1 quruda;2 dənizdə. 

      II. stismar müddətli;1 köhnə yataqlar;2 yeni strukturlar. 




58 

 

    III.Təsərrüfatçılıq  orientasiyası.1  istehsalat  birlikləri;2  xarici  kapitallı  müştərək 



müəssisələr;3 hasilatın pay bölgüsü-konsorsium. 

              Dövlət  müstəqilliyini  bərpa  etdikdən  sonra  ölkənin  neft  sənayesi 

Azərbaycan  Respublikasının  Dövlət  Neft  Şirkəti  (ARDNŞ)  adlı  vahid  qurumda 

təşkilatlanmışdır. ARDNŞ kəşfiyyatdan son istehlakçıya qədər istehsal tsiklini əhatə 

edən şaqulu inteqrasiyalı holdinq təyinatlı strukturdur. Beynəlxalq arenada fəaliyyət 

göstərən  analoji  qurumlardan  fərqli  olaraq  ARDNŞ  bazar  prinsiplərinə  və 

korporativ  ənənəyə  müvafiq  olaraq  tam  sistemli  səhmləşməmişdir.  Səhmləşmə  isə 

onun təsisçisi olduğu  müştərək qurumlarda  mövcuddur. Belə reallıq təşkilata daha 

çox  qeyri-bazar  strukturlu  təyinat  görüntüsü  verir.  Yarandığı  gündən  bir  neçə 

struktur dəyişikliyinə məruz qalan şirkət, əzəli statusunu saxlamaqla 2003-cü ildən 

daha  yığcam  təşkilatı  şəbəkədə  modifikasiya  olunmuşdur.  ARDNŞ  müasir  ümumi 

təşkilatı strukturu aşağıdakı kimidir: 

     1.«Azneft»  stehsalat Birliyi; 

2.«Geofizika və mühəndis geologiyası»  stehsalat Birliyi; 

3.«Neft kəmərləri» idarəsi; 

4.«Marketinq və iqtisadi əməliyyatlar» idarəsi; 

5.«Xarici sərmayələr» idarəsi; 

6.«Azərneftyağ» neft emalı zavodu; 

7.«Azərneftyanacaq» neft emalı zavodu; 

8.Bakı dərin özüllər zavodu. 

               Qeyd  edilənlərlə  əlaqədar  respublikanın  neft  və  qaz  resurslarının  daha 

səmərəli  istifadəsi,  daxili  istehlakın  və  ixracat  potensialının    ehtiyaclarının  tam 

ödənilməsi,  yanacaq-energetika  kompleksinin  tərkibinə  daxil  olan  müəssisələrin 

maliyyə  nizam-intizamın  əsaslı  surətdə  möhkəmləndirilməsi,  onların  fəaliyyətinin 

bazar  iqtisadiyyati  prinsiplərinə  uyğun  olaraq  ardıcıl  qurulması  və  bu  vəzifələrin 

həyata  keçirilməsini  təmin  edən  Azərbaycan  Respublikası  Dövlət  Neft  Şirkətinin 

yeni  idarəetmə  strukturunu  tətbiq  etmək  məqsədi  ilə  "Azərbaycan  Respublikasi 

Dövlət  Neft  Şirkətinin  strukturunun  təkmilləşdirilməsi  haqqında"  Azərbaycan 

Respublikası Prezidentinin 2003-cü il 24 yanvar No 844 Fərmaninda -Azərbaycan 



Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə