Microsoft Word Cami Yusif ve Zuleyxa doc



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə19/49
tarix30.10.2018
ölçüsü0,96 Mb.
#76292
1   ...   15   16   17   18   19   20   21   22   ...   49

 
106 
O qulla boynuma yükləsin minnət. 
Ulduztək parlasın bürcündə azad
Şah üçün qul olsun, mənimçin övlad. 
Dinləyib Əzizi adil hökmran, 
Boyun qaçırmadı iltimasından, 
İcazə verildi, aldılar onu, 
Bir oğul hesaba saldılar onu. 
Evə gətirdilər könülləri şad, 
Oldu Züleyxa da möhnətdən azad. 
Şadlıq incisini kirpiklə deşdi, 
Dedi öz-özünə: «Bu necə işdi?» 
Yuxumu görürəm, yoxsa aşkardır? 
Könlümün həmdəmi o şux dildardır? 
Gecəm sona çatdı, açıldı səhər, 
Tərk etdi canımı qəm, qüssə, kədər! 
Daha nazənin yar məndən ayrılmaz, 
Yeri var, eləsəm fələklərə naz! 
Kəramət buludu bir sel qopardı, 
Məlamət qumunu yuyub apardı. 
Varmıdır dünyada mənimtək bir kəs? 
Olsun qəm-qüssəsi şadlıqla əvəz? 
Bir balıq kimiydim, su həsrətində, 
İsti qum üstündə, işim çətində. 
Bir bulaq dövrümü-bərimi aldı, 
Məni qum üstündən dənizə saldı. 
Qaranlıq gecədə azmışdım yolu, 
Canım əzabdaydı, ürəyim dolu. 
Üfüqdən göründü bir ay, nəhayət, 
Onun işığında tapdım səadət. 
Ölüm yatağına düşmüş xəstəydim, 
Hicran niştərindən mən can üstəydim. 
Nagəhan Xızr özü gəldi qapımdan, 
Həyat suyu oldu dərdimə dərman. 
Çox şükür, səadət yar oldu mənə, 
 
107 
Əlini yaxamdan çəkdi zəmanə. 
O nəcib insana min canım qurban 
Ki, yetirdi mənə bir belə canan. 
Gövhər sandığını qırdımsa, nə qəm, 
Gövhər mədənini əldə etmişəm. 
Gövhər nəyə gərək, can olan yerdə? 
Qurban olsun yara can da, gövhər də! 
Bir neçə daş verib, bir can almışam, 
Çox ucuz qiymətə canan almışam. 
Biri İsa verib muncuq alarsa, 
Haqqı var, ağlayıb, şivən qoparsa. 
Mən isə muncuqdan əl çəkib qaldım, 
Qazancım odur ki, İsanı aldım. 
Bu incə mətləbdə sındıraraq baş, 
Gözündən tökürdü inci kimi yaş. 
Gah baxıb Yusifin camalına lal, 
Silinib gedirdi könlündən məlal; 
Gah keçən günləri hey yad edirdi, 
Könlünü vəsliylə dilşad edirdi. 


 
108 
AD  QƏBİLƏSİ  BAŞÇISININ  QIZI   
YUSİFİN  YANINA GƏLİR,  ONA  EŞQ   
ELAN  EDİR,  YUSİFİN  NƏSİHƏTİ  İLƏ   
TƏRKİ-DÜNYA  OLUR 
 
Sanma ki, məhəbbət yalnız gözdədir, 
Çox zaman səadət şirin sözdədir. 
Hüsn cilvələnsə əgər qulaqdan
Canda taqət qalmaz, könüldə tavan. 
Bir gözəl xoş sözlə dastan söyləsə, 
Bu dastan hər kəsi salar həvəsə. 
Bəşər bir-birini hələ görmədən, 
Qiyabi olaraq sevişər bəzən, 
Misirdə misilsiz bir gözəl vardı, 
Ad qəbiləsinə o hökmdardı. 
Ləbləri əqiqi
1
 qiymətdən salar, 
Gülsə, Misr ölkəsi şəkərlə dolar. 
Şəkəri, şirnisi təbəssümünün, 
Neyşəkər bağrına vurar min düyün. 
Gülər ləblərindən tökərkən şəkər, 
Şəkər heyrətindən barmağın dişlər. 
Ağzına daralar şəkərin bağrı, 
Nabat ürəyinə salardı ağrı 
Dodağı nabatdan lətifdi qat-qat
Önündə qiymətdən düşərdi nabat. 
Nabat şişə kimi olsa da parlaq, 
Olmaz şəffaflıqda ləbinə ortaq. 
O huri dünyaya fitnə salmışdı, 
Dünya camalına heyran qalmışdı. 
Başçılar, əyanlar eşqinə düşmüş, 
Gözəllər hüsnünün məşqinə düşmüş. 
Lakin, ətəyinə onun yetməz əl, 
                                                           
1
 Ягиг – гиймятли чящрайы бязяк дашы. 
 
 
109 
Kimsəyə baş əyməz o məğrur gözəl. 
Hədsizdi sərvəti, hüsnü, vüqarı, 
Gözucu baxmazdı bir kəsə sarı. 
Yusifin vəsfini eşidən zaman, 
Qəlbində məhəbbət duydu nagahan. 
Bu tərif dillərdə gəzdikcə hər dəm, 
Məhəbbət könlündə yer saldı möhkəm. 
İstədi Yusifi görsün o dilbər, 
Eşitmək tumundan görmək göyərər. 
Tutdu qiymətindən azacıq soraq, 
Yusifi almağa hazırlaşaraq. 
Topladı qızılı, ipəyi, mişki, 
Nadir gövhərlərdən min dəvə yükü. 
Hər nəyin ki, vardı qədri, qiyməti, 
Əntiqə sayılan zəri, ziynəti. 
Götürüb, Misirə tərəf yol aldı, 
Dəvələr yükləndi, xəznə boşaldı. 
Yayıldı ölkəyə onun şöhrəti, 
Gəzdi ağızlarda sözü-söhbəti, 
Dedilər ki, Misrə gəlib bir dilbər, 
Hər yerdə Yusifdən soruşur xəbər. 
Öyrəndi Yusifin gəzdiyi yeri, 
Sevincək o yerə yollandı pəri. 
Bir camal gördü ki, idrakdan uzaq, 
Ruh kimi görməyib nə su, nə torpaq. 
Mislini dünyada kimsə görməmiş! 
Heç kəs oxşarını nişan verməmiş. 
Üzünü görüncə yıxıldı huşsuz, 
Özünü itirdi sözsüz, gülüşsüz. 
Elə ki özünə gəldi bir qədər, 
Qəflət yuxusundan oyandı dilbər. 
Dil açıb danışdı özü birinci, 
Hikmət xəznəsində axtardı inci. 
Dedi: – Ey gözəllik rəmzi, timsalı, 


 
110 
Söylə kim bəzəmiş o gül camalı? 
Günəşi parlatmış sənin alnında, 
Ay sünbül yığandır nur xırmanında, 
Hansı rəssam sənin şəklini çəkmiş? 
Hansı bağban sənin sərvini əkmiş? 
Qaşının tağına kim vurdu pərgar? 
Saçını hörmüşdür hansı sənətkar? 
Haradan su içdi üzünün gülü? 
Kim əkib bəslədi o tər sünbülü? 
Bu gözəl rəftarı kimdən öyrəndin? 
O şirin göftarı kimdən öyrəndin? 
Ay üzün lövhüdür hansı xamə
1
nin? 
Zülfün baş hərfidir hansı namənin? 
Görən nərgisini, söylə, kim açdı? 
Gözündən yoxluğun yuxusu qaçdı. 
Kim vurdu ağzına qıfıl yaqutdan? 
Ruh qida, ürəksə güc aldı ondan! 
Çənəndə qazıdı kim o quyunu? 
Quyuya doldurdu həyat suyunu? 
Üzünə o ənbər xalı kim vurdu? 
Qarğaya gülşəndə kim yuva qurdu? 
Yusif bu sözləri dinlədi ondan, 
Cana qida verdi bal bulağından. 
Dedi: – Bir ustadın əsəriyəm mən, 
O mühit, mən isə kəməm qətrədən. 
Kamal qələmindən nöqtədir fələk, 
Camalı bağında aləm bir çiçək. 
Nurundan hər zərrə bir afitabdır 
Qüdrət dənizində fələk hübab
2
dır. 
Camalı eybdən, nöqsandan təmiz, 
Qayibdir nəzərdən, görməyirik biz, 
                                                           
1
 Хамя – гялям. 
2
 Щцбаб – чадырвары кюпук. 
 
 
111 
Zatına güzgüdür bütün zərrələr, 
Hər şeydə üzünün əksi görsənər. 
Nə qədər gözəl var, diqqətlə baxsan
Əksidir o zatın, görərsən asan. 
Əksə valeh olma, əsli get axtar, 
Əkslə əslin, bil, böyük fərqi var. 
Olmaya, əsldən uzaq qalasan, 
Əks çoxaldıqca nursuz qalarsan. 
Çox qalmaz əksdə gördüyün səfa, 
Bir günün rəngindən gözləmə vəfa. 
Bəqa axtarırsan, əsli get, izlə, 
Vəfa istəyirsən, əsldən gözlə. 
O şey ki, bu gündən sabaha qalmaz. 
Dərdini ürəyə salmaq yaramaz. 
Qız ki bu sirrdən oldu xəbərdar, 
Bildi ki, Yusifdə başqa aləm var. 
Dedi: – Tərifini eşidəndə mən,  
Meyl etdim görməyə səni ürəkdən
Bircə arzum vardı – vəslinə çatmaq! 
Yolunda başımı elədim ayaq! 
Üzünü görüncə düşdüm ayaqdan, 
Dedim: – Canım olsun yolunda qurban! 
Elə ki dilindən incilər saçdın, 
Onun mənbəyinin sirrini açdın, 
Bildim həqiqəti söz-söhbətindən, 
Məni məyus etdin məhəbbətindən. 
Sanki gözlərimdən açdın pərdəni, 
Zərrədən günəşə çatdırdın məni. 
Bu sirr indi mənə bir həqiqətdir 
Ki, eşqin məcazi bir məhəbbətdir. 
İndi ki, bu sirri açdın mənə sən, 
Əl çəkdim məcazi bir məhəbbətdən. 
Haqq sənə yar olsun, açdın gözümü, 
Cananla sirribir gördüm özümü. 


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə