Microsoft Word Az?rbaycan?n qeyri-neft sek dis doc



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə7/30
tarix27.03.2018
ölçüsü0,75 Mb.
#35370
1   2   3   4   5   6   7   8   9   10   ...   30

19 

 

Dünya ölkələrinin bir qrupunda milli iqtisadiyyatın inkişaf proseslərinə, xarici-



iqtisadi  fəaliyyət  üzrə  siyasətin  formalaşmasına,  xüsusilə  ixrac  potensialının 

məhsuldar  və  səmərəli  mexanizmlərinin  təşkilinə  yanaşmada,  qeyd  etdiyimiz 

amillərin  daha  uğurlu  nəzərə  alınması  mümkün  olmuşdur.  Məsələn,  II  dünya 

müharibəsindən  sonra  ABŞ  dünya  iqtisadiyyatında  liderliyini  gücləndirmək  üçün 

bütün  istiqamətlərdə  fəallaşa  bilmişdir.  Bu  tədbirlərdə  satış  bazarlarının 

genişləndirilməsi,  ixracın  stimullaşdırılması,  investisiyaların  qorunması  tədbirlərinin 

gücləndirilməsi  və  sairlər  daha  çox  diqqəti  cəlb  etmişdir.  Dünyada  baş  verən  son 

maliyyə  böhranı  və  iqtisadi  tənəzzül  prosesləri  milli  iqtisadiyyatların 

rəqabətqabiliyyətliliyi, onun iqtisadi təhlükəsizliyinin təmin edilməsi, iqtisadi inkişaf 

meyarlarına  yenidən  baxılması  və  təkmilləşdirilməsi,  xarici  ticarət  fəaliyyətinin 

modern  istiqamətlərinin  müəyyənləşdirilməsi,  daha  effektivli  və  səmərəli  ixrac 

modellərinin tətbiqinin genişləndirilməsi, ölkənin ixrac potensialının artırılması kimi 

qlobal  problemlərə  yeni  yanaşmaları  və  daha  müasir  iqtisadi  tənzimlənmə  dövlət 

mexanizmlərinin  hazırlanmasını  şərtləndirir.  Bununla  belə,  bu  şəraitdə, 

qloballaşmanın  təsirinin  artığı  mühitdə  xammal  və  təbii  ehtiyatların  hasilatı,  satışı 

hesabına  formalaşan  və  ixrac  potensialı  olan  milli  iqtisadiyyatın  çox  saylı 

problemlərinin  ortaya  çıxmasını  qanunauyğunluq  kimi  də  qiymətləndirmək 

mümkündürsə,  bu  hal  milli  iqtisadiyyatın  təhlükəsizliyinin  təminatına  zəmanət 

vermir,  gec-tez  milli  iqtisadiyyatın  rəqabət  immunitetinin  və  özünün  inkişaf 

elementlərinin çoxşaxəlilik prinsipləri əsasında formalaşdırmasının təşkili lazım gəlir. 

Əks  halda,  həmin  ölkələrin  iqtisadi  inkişaf  prosesləri  “holland  sindromu”  nun 

fəsadları  ilə  üz-üzə  qala  bilər  və  bu  barədə  bir  az  irəlidə  tədqiqat  materiallarını 

verəcəyik. 

Qeyd  etdiyimiz  kimi,  maliyyə  böhranları  və  iqtisadi  tənəzzül  prosesləri  milli 

iqtisadiyyatın  diversifikasiyalaşdırılmasını  və  xüsusilə  ixrac  potensialının 

möhkəmləndirilməsi  üçün  bir  qrup  strateji  dövlət  iqtisadi  siyasət  mexanizmlərinin 

hazırlanmasını və tətbiqini aktuallaşdırır: 



20 

 

− 



bu şəraitdə milli iqtisadiyyatın mövcud vəziyyəti real qiymətləndirilməli, regional 

və  beynəlxalq  iqtisadi  inkişaf  tendensiyalarına  müvafiq  və  praktiki  baxımdan 

effektivli dövlət iqtisadi siyasəti müəyyənləşdirilməlidir; 

− 

milli  iqtisadiyyatın  inkişafının  xammal  və  təbii  resursların  istehsalı,  satışı, 



xammal  elementli  ixrac  modelinin  təkmilləşdirilməsi  və  modelləşdirilməsi 

vacibdir; 

− 

xarici  ticarət  fəaliyyətinin  dövlət  tənzimlənməsi  rıçaqları  yenilənməli  və  müasir 



dünya bazarları tendensiyalarına adekvat olaraq diversifikasiyalaşdırılmalıdır; 

− 

qeyri-xammal  və  təbii  ehtiyatlar  əsaslı  iqtisadi  fəaliyyət  istiqamətləri 



dəyərləndirilməli,  dünya  təcrübəsi  fundamental  araşdırılmalı,  yeni  baxdığımız 

tədqiqat  probleminə  adekvat  desək,  “qeyri-neft  sektorunun  inkişafı”  və  “qeyri-

neft 

sektorunun 



ixrac 

potensialının 

artırılması” 

prioritetləri 

müəyyənləşdirilməlidir; 

− 

qeyri-neft  sektorunun  ixrac  potensialının  stimullaşdırılması  üzrə  dövlət  dəstəyi 



mexanizmlərinin real iqtisadi sektorlara adekvatlığı qiymətləndirməli, bu sahənin 

dövlət tənzimlənməsi istiqamətləri təkmilləşdirilməlidir və s. 

Tədqiqatçı alim V.Burmistrov xarici-iqtisadi siyasət modelinə dövlət tərəfindən 

bir qrup vacib elementlərin – ixrac siyasətinin əsaslarının, onunla bağlı dünya ölkələri 

ilə  iqtisadi  və  texniki  əməkdaşlığın  prioritet  meyarlarını,  ixrac  əməliyyatlarının 

maliyyələşdirmə  prinsiplərinin  və  bu  istiqamətdə  kredit-maliyyə  mexanizmlərinin 

müəyyənləşdirilməsini,  valyuta  tənzimləmələrini,  ixracın  ölkə  kənarında  baş  verən 

əməliyyat  tsikllərinin  maliyyə  dayanıqlılığının  sabit  təminatını,  daxili  və  xarici 

investisiyalarla  bağlı  tənzimləyici  mexanizmlərin  və  sairlər  daxil  edilməsini  vacib 

saymışdır.  Rusiyalı  tədqiqatçı  D.Sırtsov  müasir  dövrdə  ixracın  dəstəklənməsi 

sistemini Şək. 1.2.-dəki kimi vermişdir



21 

 

Şək. 1.2.  xracın dəstəklənməsi sistemi üzrə əsas tədbirlər və alətlər.  



xrac istehsalının inkişafının 

stimullaşdırılması 

Vergi güzəştləri 

xrac infrastrukturunun 

inkişafının dəstəklənməsi 

nkişafa güzəştli kreditlərin 

və qrantların verilməsi 

Elmi tədqiqat və 

konstruktor işlərinə 

subsidiyalar 

 

Birbaşa xarici 



investisiyaların 

stimullaşdırılması 

xrac – idxalın 

kreditləşdirilməsi 

Birbaşa maliyyə dəstəyi 

xracatçılar-idxalatçılara 

kredit üzrə ödənilmiş 

%lərin bir hissəsini 

qaytarılması 

Sığorta 


Zəmanət 

xracatçı kompaniyalara 

birbaşa subsidiyalar (ÜTT 

tərəfindən qadağandır) 

Sərgi-yarmarka 

fəaliyyətinə maliyyə 

dəstəyi 

nkişafa rəsmi kömək 



xracın dəstəklənməsi 

Maliyyə tədbirləri 

xraca dəstək tədbirləri 

Ticarət siyasəti tədbirləri 

xracatçı kompaniyaların 

informasiya-məsləhət 

təminatı 

Ölkənin beynəlxalq 

bazarlarda müsbət imicinin 

yaradılması 

Xarici ölkələrdə ixracatçı 

kompaniyaların 

dəstəklənməsi 

 

xracatçıların 



mükafatlandırılması 

tədbirləri 

Digər tədbirlər 

Milli kompaniyaların 

ixracı inkişaf etdirmək üzrə 

beynəlxalq təşkilatlarda 

fəaliyyətinin təşkili 

qtisadi diplomatiyası 

Xüsusi iqtisadi zonaların 

yaradılması 

Kiçik və orta biznesə dəstək tədbirləri 



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə