Microsoft Word Az?rbaycan?n qeyri-neft sek dis doc



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə30/30
tarix27.03.2018
ölçüsü0,75 Mb.
#35370
1   ...   22   23   24   25   26   27   28   29   30

87 

 

iqtisadiyyatının inkişafı vacib amil kimi qiymətləndirilir. Müəllifə görə, hazırda da bu 



prinsiplər  neft  istehsal  edən  bir  çox  ölkələr,  o  cümlədən  Azərbaycan  üçün 

xarakterikdir. Ölkəmiz neft gəlirlərindən səmərəli istifadəyə dair strategiyaya, dünya 

təcrübəsinə  söykənmiş  idarəetmə  mexanizminə  malik  olsa  da,  hələ  də  qeyri-neft 

sektorunun  inkişafının  gücləndirilməsi,  onun  ixrac  potensialının  artırılması 

məsələlərində  əsaslı  irəliləyiş  təmin  olunmayıb  və  bu  sahədə  həllini  gözləyən 

problemlər qalmaqdadır.  

6.

 Akademik Z. Səmədzadə, professor A. Şəkərəliyev, bir qrup digər azərbaycanlı 



tədqiqatçı-alimlərə  və  işdə  yer  alan  materiallara  istinadən  qeyd  etmək  olar  ki, 

Azərbaycanda  qeyri-neft  sektorunun  inkişaf  istiqamətlərinin  nizamlanması  və 

təkmilləşdirilməsi, 

ixrac 


potensialının 

artırılmasının 

stimullaşdırılması 

mexanizmlərinin  yeni  nəslinin  daha  işlək  formasının,  metodlarının  işlənib 

hazırlanması və tətbiqi zərurəti qalmaqdadır. 

7.

 Qeyri-neft  sektorunun  ixrac  potensialının  nəzəri-metodoloji  əsaslarına  dair 



tədqiqat  materiallarına  istinadən  bildirmək  olar  ki,  bu  sektorun  ixrac  potensialının 

artırılması  üçün  ilk  növbədə  milli  iqtisadiyyatın  diversifikasiyalaşdırılması 

intensivləşdirilməlidir.  Sonra  bu  sahələrin  ixrac  potensialları  reallıqları  əks  etdirən 

meyarlar  əsasında  qiymətləndirilməli  və  onlardan  səmərəli  istifadə  mexanizmləri 

işlənib  hazırlanmalıdır.  Bu  mexanizmlər  milli  iqtisadiyyatın  strateji  inkişaf 

prioritetlərinə, beynəlxalq iqtisadi proseslərinin əsas inkişaf tendensiyalarına, qlobal 

dünya  iqtisadiyyatının  meyarlarına  adekvat  olmalıdır.  Dissertasiya  işində  milli 

iqtisadiyyatın  inkişafında  qeyri-neft  sektorunun  ixrac  potensialından  səmərəli 

istifadənin rolunun tədqiqinə geniş yer verilmişdir. Bu onunla izah edilir ki, bir çox 

dünya ölkələri güclü təbii ehtiyatlara, resurslara malik olsalar da, milli iqtisadiyyatın 

müxtəlif sahələrinin inkişafını təmin etməkdə çətinliklər çəkmişlər və bu proseslər bir 

çox ölkələrdə hazırda da davam etməkdədir.  




88 

 

Ədəbiyyat siyahısı 



1.

  1920-1930-cu illərdə dünya iqtisadi böhranı. http://www.kayzen-az.  

2.

  2011-2013-cü illər üçün qeyri-neft məhsullarının ixracının stimullaşdırılmasına 



dair tədbirlər planı. AR Nazirlər Kabinetinin Sərəncamı №40, 8 fevral 2011-ci 

il, Bakı.  

3.

  2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair 



Dövlət  Proqramı.  AR  Prezidentinin  2011-ci  il  15  dekabr  tarixli  ilə  təsdiq 

edilmişdir. 

4.

  2012-2020-ci  illərdə Azərbaycan Respublikasının üzümçülüyün  inkişafına  dair 



Dövlət  Proqramının  təsdiq  edilməsi  haqqında  AR  Prezidentinin  Sərəncamı,  15 

dekabr 2011 Bakı.  

5.

  2013-cü  ildə  Azərbaycan  Respublikasının  xarici  ticarət  əlaqələri.  AR SN, 



http://www.economy.gov.az.  

6.

  2014-cü  ilin  Azərbaycan  Respublikasında “Sənaye  ili”  elan edilməsi  haqqında 



AR Prezidentinin Sərəncamı, 10 yanvar 2014-cü il, Bakı.  

7.

  Abdullayeva S. Qeyri-neft sektorunun ÜDM-də payı gələn ildə 61,5 %-ə qədər 



yüksələcək. 

http://www.sia.az

.  

8.

  Aqrar  sahədə  idarəetmənin  təkmilləşdirilməsi  və  institusional  islahatların 



sürətləndirilməsi  ilə  bağlı  tədbirlər  haqqında  AR  Prezidentinin  Fərmanı, 

16.04.2014 Bakı.  

9.

  Alıyev  .H.  və  Soltanlı  .Q.  Milli  iqtisadi  inkişaf  modelinin  formalaşmasının 



qanunauyğunluqları  və  xüsusiyyətləri.  Qloballaşma  prosesində  Qafqaz  və 

Mərkəzi Asiya. III Beynəlxalq konqres. Bakı, 15-17 oktyabr 2013.  

10.

  Aliyev  .  Ölkədə  qeyri-neft  sənayesinin  inkişaf  strategiyası.  http:// 



www.yeniazerbaycan.com (12.04.2014)

11.



  Amanova  S.  Ölkə  sənayesinin  səmərəliliyinin  yüksəldilməsi  istiqamətləri. 

http://www.academia.edu

.  

12.


  ARDNŞ-nin rəsmi saytı– SOCAR. 

http://socar.com

.  

13.


  AR SN.  2013-cü  ildə  Azərbaycanda  sahibkarlığın  inkişafı  dinamikasına  dair 

arayış. Bakı – 2014.  




89 

 

14.



  Aslanzadə  .  A.  Dövlət  innovasiya  siyasətinin  formalaşdırılması  və  sənaye 

sektorunun  rəqabətqabiliyyətliliyinin  yüksəldilməsi  problemləri.  .  e.  d. 

dissertasiyasının Avtoreferatı. AMEA,  qtisadiyyat  nstitutu. Bakı, 2013.  

15.


  Atakişiyev M.C. Azərbaycan 2020: milli iqtisadi inkişaf və səmərəli yüksəlişin 

problemləri// Azərbaycanın vergi jurnalı, № 4, 2012. C135-146.  

16.

  Azərbaycan kənd təsərrüfatı 2013. ARDSK. Statistik Məcmuə. Bakı -638 s.  



17.

  Azərbaycan  Respublikası  Prezidentinin  27  sentyabr  2004-cü  il  tarixli  128 

nömrəli Fərmanı ilə təsdiq edilmiş "Neft və qaz gəlirlərinin idarə olunması üzrə 

uzunmüddətli Strategiya"sı. http://www.oilfund.az.  

18.

  Azərbaycanın xarici ticarəti, 2013. Statistik Məcmuə. Bakı, 2013.-278 s.  



19.

  Azərbaycanın xarici ticarət dövriyyəsi. 

http://www.facemark.az

  

20.



  Azərbaycanın xarici ticarət dövriyyəsi. ARDSK. 

http://www.stat.gov.az

.  

21.


  “Azərbaycan  Polad  stehsalı  Kompleksinin  yaradılması  haqqında”  AR 

Prezidentinin  23.04.2013-cü  il  tarixli  2875  nömrəli  Sərəncamında  dəyişikliklər 

edilməsi barədə AR Prezidentinin Sərəncamı. 15.04.2014 Bakı.  

22.


  Azərbaycan  Polad  Istehsalı  Kompleksinin  yaradılması  haqqında  AR 

Prezidentinin Sərəncamı, 23.04.2013 Bakı.  

23.

  Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyası. AR Prezidentinin 



2007-ci il 23 may tarixli, 2148 nömrəli Sərəncamı ilə təsdiq olunub. Bakı, 2007.  

24.


  Azərbaycan  Respublikasının  Konstitusiyası.  “Hüquq  ədəbiyyatı”  nəşriyyatı, 

Bakı, 2002 84 s.  

25.

  Azərbaycan  Respublikasında  xarici  ticarətin  sərbəstləşdirilməsi  haqqında 



Azərbaycan Respublikasının Fərmanı. http//www.e-qanun.az.  

26.


  Azərbaycan  Respublikasında  idxal-ixrac  əməliyyatlarının  tənzimlənməsi 

qaydaları. AR Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə 

təsdiq olunmuşdur. Bakı, 1997.  

27.


  Azərbaycan  Respublikasında  idxal-ixrac  əməliyyatlarının  tənzimlənməsi 

qaydalarının  təkmilləşdirilməsi  sahəsində  əlavə  tədbirlər  haqqında  AR 

Prezidentinin Fərmanı, 14 may 2010-cu il, Bakı.  



90 

 

28.



  Azərbaycan  Respublikası  Regionlarının  2014-2018-ci  illərdə  sosial  iqtisadi 

inkişafı  Dövlət  Proqramının  təsdiq  edilməsi  haqqında  AR  Prezidentinin 

Fərmanı, 27 fevral 2014 Bakı.  

29.


  Azərbaycan  Respublikası  regionlarının  2014-2018-ci  illərdə  sosial  iqtisadi 

inkişafı  Dövlət  Proqramı.  AR  Prezidentinin  27.02.2014-cü  il  tarixli  118№-li 

Fərmanı ilə təsdiq edilib. Bakı.  

30.


  Azərbaycan  Respublikasında  kosmik  sənayenin  yaradılması  və  inkişafı  üzrə 

dövlət Proqramı. 

http://www.azercosmos.az

.  


31.

  Azərbaycan  Respublikası  Mərkəzi  Bankının  2014-cü  il  01  saylı  Statistik 

bülleteni. 

http://www.cbar.az

.  

32.


  Azərbaycan Respublikası Mərkəzi Bankı. 

http://www.cbar.az

33.


  Azərbaycan  Resbublikasında  regionların  sosial-iqtisadi  inkişafı  dövlət 

proqramların icrasına həsr olunmuş konfrans, Bakı, 5 fevral 2014-cü il. 

34.

  Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət  Proqramı 



(2004-2008-ci illər).  

35.


  Востютченко  И.Н.  Интеграционная  диверсификация  АПК  регионов  юга 

России:  институциональной  аспект.  Автореферат  дисс.  канд.  экон.  наук. 

Ростов-на-Дону – 2012.  

36.


  ВТО назвала крупнейших мировых экспортеров и импортеров. Интернет-

ресурсы: 

http://www.economics.lb.ua

.  


37.

  Доклад  о  торговле  и  развитии,  2013  год.  Доклад  секретариата 

Конференции Организации Объединенных Наций по торговле и развитию. 

Нью-Йорк и Женева, 2013 г.  

38.

  ЕБ РР: Слабый нефтяной экспорт спас Азербайджан. 



http://www.uaport.net

39.



  Исмайлов С.Ф. Реформирование и развитие промышленных предприятий в 

условиях переходной экономики. Баку, “Элм”, 2006. – 340 с.  

40.

  Кахраманов  Н.Т.  Перспективы  развития  нефтехимической  и  химической 



промышленности  Азербайджана  //  Азербайджанское  нефтяное  хозяйство. 

№ 4, Баку, 2006. С.47-51.  




91 

 

ДЮНЯМАЛЫЕВ  ЕЛЬНУР 



 

Резюме 

В современных условиях экономика Азербайджана вошла в динамичное 

русло  развития.  Страна  успешно  интегрируется  в  мирохозяйственную 

систему, повышается рейтинг национальной экономики Азербайджана на 

международной арене. Однако зависимость экономики страны от нефти и 

ее экспорта в виде сырья еще остается.  

С 

учетом 



влияния 

глобализации, 

исследованы 

научно-


исследовательские  работы,  теоретические  и  методические  проблемы  в 

вопросах  выявления  потенциала  экспорта  экономики  Азербайджана, 

диверсификации 

внешнеторгового 

оборота, 

расширения 

экспортноориентированных  отраслей  и  предприятий,  товаров  и 

продукции,  совершенствовании  законодательной  базы  и  стимулирования 

экспорта,  выявления  рациональных  направлений  развития  экспорта  в 

стране.  В  Азербайджане  традиционно  имелись  конкурентоспособные  и 

экспортоориентированные  промышленные  секторы,  сферы  сельского 

хозяйства.  Промышленность  страны  имеет  достаточный  потенциал  для 

увеличения экспорта и расширения его ассортимента.  



92 

 

DUNYAMALIYEV ELNUR

 

 

 

Summary 

 

The  economy  of  Azerbaijan  has  entered  to  dynamic  course  of  development  in 



modern conditions. The country has successfully integrated into the global economic 

system,  increases  the  rating  of  the  national  economy  of  Azerbaijan  in  the 

international arena. However, the dependence of economy from oil and its export like 

raw material still remains.  

Scientific research, theoretical and methodological issues in the identification of 

export  potential  of  Azerbaijan's  economy,  diversification  of  foreign  trade  turnover, 

expansion  of  export-oriented  industries  and  enterprises,  goods  and  products,  the 

improvement of the legislative base and export promotion, the rational directions of 

development of export in the country are studied with the influence of globalization. 

Azerbaijan  traditionally  had  a  competitive  and  export-oriented  industrial  sectors, 

agriculture. The industry has the potential to increase exports and expand its range.  

 



93 

 

Азярбайжан Дювлят Игтисад Университетинин «Бейнялхалг тижарят вя эюмрцк иши»  



kafedrası 

 цзря тящсил алан 102 M груп маэистри Dünyamalıyev Elnur Alirza 

oğlunun

 yazdığı “Azərbaycanın qeyri-neft sektorunda ixrac potensialından 



istifadənin tənzimlənməsi problemi”  ишиня 

 

Р    Я    Й 



Dissertasiya  işinin strukturuna müvafiq olaraq aparılan araşdırmalar və təhlillər, 

bu iş üzrə nəticələri ümumiləşdirməyə və bir sıra təkliflər irəli sürməyə imkan verir. 

Qeyd  etmək  olar  ki,  işin  strukturundakı  ardıcıllıq  qorunmaqla,  qeyri-neft 

sektorunun  ixrac  potensialının  tənzimlənməsinin  nəzəri-metodoloji  əsaslarının 

öyrənilməsi, bunula bağlı spesifik xüsusiyyətlərin mahiyyətinin açıqlanması vəzifəsi 

əsasən  yerinə  yetirilmişdir.  Milli  iqtisadiyyatların  inkişafında  qeyri-neft  sektorunun 

çoxşaxəli  funksiyalarının  başlıca  prinsiplərinin  qiymətləndirilməsi  və  açıqlanmasına 

müvəffəq  olunmuşdur.  Azərbaycanda  qeyri-neft  sektorunun  ixrac  potensialından 

istifadənin  mövcud  vəziyyətini  əks  etdirən  göstəricilərin  sistemli  təhlili  və 

qiymətləndirilməsi  aparılmışdır.  Bu  sahədəki  problemlərin  səbəbləri  tədqiqat 

materiallarının  imkan  verdiyi  səviyyəyə  kimi  açıqlanmışdır.  Ölkə  iqtisadiyyatının 

inkişaf  tendensiyalarının  və  diversifikasiyalaşdırılması  problemlərinin  mahiyyəti 

verilmişdir.  Müasir  reallıqlar  nəzərə  alınmaqla,  ölkənin  qeyri-neft  sektorunun  ixrac 

potensialının qiymətləndirilməsi aparılmışdır. Bunlarla bərabər, Azərbaycanda qeyri-

neft sektorunun ixrac potensialından istifadənin tənzimlənməsinin təkmilləşdirilməsi 

istiqamətləri müəyyənləşdirilmişdir və s. 

Бütün  bunlarla  yanaşı  işi  тамамланмыш  маэистр  диссертасийасы  щесаб  етмяк 

олар. Ишин мцдафияйя бурахылмасы мягсядяуйьундур.  

 

i.e.n. M.M.Məmmədli 



94 

 

Азярбайжан Дювлят Игтисад Университетинин «Бейнялхалг тижарят вя эюмрцк иши»  



kafedrası 

 цзря тящсил алан 102 M груп маэистри Dünyamalıyev Elnur Alirza 

oğlunun

 yazdığı “Azərbaycanın qeyri-neft sektorunda ixrac potensialından 



istifadənin tənzimlənməsi problemi”  ишиня 

Р    Я    Й 

Dünya  təsərrüfat  sisteminin  qloballaşması  şəraitində  beynəlxalq  əmək 

bölgüsünün  dərinləşməsi  prosesləri  intensivləşməkdədir.  Belə  bir  şəraitdə  milli 

iqtisadiyyatların  inkişaf  etdirilməsinin  optimal  modelləşdirilməsi,  milli  iqtisadi 

maraqların  qorunması,  iqtisadiyyatın  diversifikasiyalaşdırılması,  bütövlükdə  milli 

iqtisadiyyatın  xammal  və  təbii  resurslardan  asılılıq  amillərinin  azaldılması  kimi 

prioritet vəzifələr ortaya çıxır. Şübhəsiz, bu məsələlərdə dövlətin iştirakı, müdaxiləsi 

və  iqtisadi  siyasətinin  formalaşdırılması  prosesləri  mühüm  əhəmiyyət  kəsb  edir. 

Dünya  iqtisadiyyatının  müxtəlif  mərhələlərində  iqtisadi  proseslərin  tənzimlənməsi, 

dövlətin  bu  proseslərə  müdaxiləsi  üzrə  nəzəriyyələr,  elmi  baxışlar  və  mülahizələr 

formalaşmışdır. Klassik iqtisadçı A. Smitin öz tədqiqatlarında iqtisadiyyata dövlətin 

müdaxiləsi  problemlərinə  xeyli  yer  verilmişdir.  Görkəmli  iqtisadçı  "Mütləq 

üstünlüklər nəzəriyyəsi"ndə ölkənin beynəlxalq əmək bölgüsündə, beynəlxalq iqtisadi 

proseslərdə,  milli  iqtisadiyyatın  beynəlmilləşməsi  proseslərində  iştirakının  bir  çox 

vacib  tərəflərinə  aydınlıq  gətirmişdir.  Bu  nəzəriyyədə  demək  olur  ki,  ölkənin 

beynəlxalq  əmək  bölgüsü  sistemində  mövqeyinin  gücləndirilməsinə  xidmət  edən 

üstünlük elementlərinin əsasları verilmişdir

Бütün  bunlarla  yanaşı  işi  тамамланмыш  маэистр  диссертасийасы  щесаб  етмяк 

олар. Ишин мцдафияйя бурахылмасы мягсядяуйьундур.  



 

i.e.n.M.M.Aslanova 


95 

 

REFERAT 

Müstəqillik  əldə  etdikdən  sonra  Azərbaycan  iqtisadiyyatı  bir  çox  ciddi 

problemlərlə üzləşmişdir.  Ölkə iqtisadiyyatının  müxtəlif sektorları iflic  halına qədər 

proseslər  yaşamışdır.  1994-cü  ildən  başlayaraq,  Azərbaycanda  milli  karbohidrogen 

ehtiyatlarından  səmərəli  istifadənin  təşkili  istiqamətində,  yəni  neft  strategiyasının 

reallaşdırılması  sahəsində  aparılan  tarixi  işlər  ölkə  iqtisadiyyatının  dirçəldilməsi 

tədbirlərinin  genişləndirilməsinə  əlavə  stimullar  vermişdir.  Artıq  2000-ci  ilə  qədər 

olan  dövrdə  Azərbaycan  iqtisadiyatının  müxtəlif  sektorlarında  islahatlar 

dərinləşdirilmiş,  qanunvericilik  bazası  formalaşdırılmış,  bir  çox  istiqamətlər  üzrə 

strateji  iqtisadi  hədəflər  müəyyənləşdirilmiş  və  milli  iqtisadiyyatın  rəqabət 

qabiliyyətinin artırılması məqsədilə ilk addımlar atılmışdır. 

 

Ölkənin 


iqtisadi 

prioritetlərinin 

milli 

iqtisadi 



maraqlar 

əsasında 

formalaşdırılması  prosesləri  2000-ci  illərin  əvvəllərindən  başlayaraq,  xeyli 

intensivləşmişdir.  Azərbaycan  bu  dövrdə  özünün  iqtisadi  inkişaf  modelini 

formalaşdıra  bilmiş,  iri  regional  layihələrin  təşəbbüskarı  və  həlledici  tərəfdaşı  kimi 

çıxış  etməyə  başlamışdır.  Ölkəyə  neft  gəlirlərinin  axını  ilə  əlaqədar  olaraq,  milli 

iqtisadiyyatın  infrastrukturunun  yenilənməsi,  ayrı-ayrı  sahələrin  modernizasiyası 

prosesləri  intensivləşdirilmiş,  neft  sektorunun  inkişafı  onu  ölkə  iqtisadiyyatının 

lokomotivinə  çevirmiş  və  bu  imkandan  bəhrələnməklə,  Azərbaycanda  iqtisadi 

siyasətin  daha  iri  miqyaslı  hədəfləri  özündə  birləşdirən  modeli  işlənib  hazırlanmış, 

ölkənin  xarici  ticarət  siyasəti  əhəmiyyətli  səviyyədə  güclənmişdir.  Bu  proseslərlə 

yanaşı,  artıq  milli  və  dünya  ekspertlərinin  yekdil  fikirlərinə  görə,  Azərbaycan 

iqtisadiyyatı neft amilərindən asılı vəziyyətə düşmüşdür və ölkənin məlum “Holland 

sindromu”nun  fəsadlarına  məruz  qalmaması  üçün  adekvat  tədbirlərin  görülməsinə 

çağırışların səslənməsi intensivləşmişdir. 2008-ci ildən başlayaraq genişlənən dünya 

maliyyə  böhranı  və  iqtisadi  tənəzzül  prosesləri  Azərbaycan  iqtisadiyyatının  neftdən 

asılılığını əyani nümayiş etdirdi. Belə ki, Azərbaycan 2008-ci ildə 54,9 mlrd. dollar 

həcmində  xarici  ticarət  dövriyyəsinə  malik  olmuşdur  və  bunun  47,76  mlrd.  dolları 

ixracın payına düşmüşdür. Şübhəsiz ixracın rekord həcmi birbaşa xam neft ixracı və 

onun qiymətinin rekord həddə çatması ilə bağlı idi (147 $/ barrel). Bununla bərabər, 




96 

 

2008-ci ildə ölkə ÜDM-nin həcmi cəmisi 40,1 mlrd. manat olmuşdur. 2009-2013-cü 



illərdə  ölkə  ixracının  həcmi  2  dəfəyə  yaxın,  xarici  ticarət  dövriyyəsi  isə  1,6  dəfə 

azalmışdır.  2012-2013-cü  illərdə  ixracın  artımında  durğunluq  əmələ  gəlmişdir. 

Beləliklə, bütövlükdə milli iqtisadiyyatın artım tempinin zəifləməsi, ixracın həcminin 

artmasına imkan  verən  mənbələrin  məhdudluğu,  neft  sektorunun ixrac  potensialının 

real  imkanlarından  istifadənin  pik  səviyyəsinə  çatdığı  amilləri  nəzərə  alınmaqla, 

Azərbaycanda  qeyri-neft  sektorunda  ixrac  potensialından  istifadənin  tənzimlənməsi 

problemlərinin  həllinə  sistemli  yanaşmanın  vaxtının  gəlib  çatdığı  və  adekvat 

tədbirlərin görülməsi aktuallığı ilə xeyli diqqət cəlb etməyə başlamışdır. 

 

 

Qeyri-neft  sektorunun  ixrac  potensialının  artırılması  üçün  ilk  növbədə 



milli  iqtisadiyyatın  özünün  diversifikasiyalaşdırılması  və  modernləşdirilməsi 

prosesləri  başa  çatdırılmalı,  innovasiyalaşdırılması  sürətləndirilməlidir.  Bundan 

əlavə,  qeyri-neft  sektorunun  ölkənin  təbii  resursları  və  iqtisadi  amilləri  nəzərə 

alınmaqla, dərindən tədqiq edilməsi, onun potensialının obyektiv qiymətləndirilməsi 

zərurəti diqqəti cəlb edir. Bu proseslərdə strateji vəzifələrdən biri də müasir dövrdə 

Azərbaycanın  qeyri-neft  sektorunun  ixrac  potensialının  dərin  təhlilinin  aparılması, 

adekvat  meyarlar  çərçivəsində  bu  sahənin  imkanlarının  müəyyənləşdirilməsi,  ixrac 

potensialından istifadənin tənzimlənməsinin təkmilləşdirilməsi istiqamətlərinin aşkar 

edilməsidir.  Bütün  bu  amillər,  spesifik  xüsusiyyətlər,  mövcud  problemlər 

“Azərbaycanın  qeyri-neft  sektorunda  ixrac  potensialından  istifadənin  tənzimlənməsi 



problemləri” mövzusunda dissertasiya işinin aktuallığını əyani göstərir. 

 

Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə