Microsoft Word Az?rbaycan?n qeyri-neft sek dis doc



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə4/30
tarix27.03.2018
ölçüsü0,75 Mb.
#35370
1   2   3   4   5   6   7   8   9   ...   30

10 

 

olduqca  sürətli  inkişaf  etdiyi  dövrdə,  yavaş-yavaş  ticarət  manelərini  aradan 



qaldırmağa  başlamışdır.  Bu  mülahizəsində  görkəmli  iqtisadçının  haqlı  olduğu 

şübhəsizdir 

Dünya  ölkələrinin  ixrac  üzrə  ixtisaslaşması  və  ixrac  potensialının  artırılması, 

siyasətinin  spesifik  məqamları,  nəzəri  əsasları  amerika  iqtisadçısı  S.  Linderin  elmi 

əsərlərində  də  verilmişdir.  Digər  amerika  iqtisadçısı  R.  Vernon  marketinqin 

fundamental  konsepsiyası  olan  malın  həyat  dövriyyəsi  modeli  üzərində  tədqiqatlar 

apararkən, mal dövriyyəsi tsiklərində həlledici amil kimi ixracın rolu önə çəkilmişdir

Ixrac  potensialının  artırılması  konsepsiyaları  dünya  ölkələrində  strateji 

mexanizmlərlə  müşayiət  olunmuşdur.  XX  əsrin  ikinci  yarısında  Cənubi  Koreyanın 

iqtisadi inkişaf parametrlərinin üstün cəhətləri araşdırılarkən, ölkədə düyü

 

istehsalı ilə 



bağlı  ənənəvi  potensiala  üstünlük  verilməsi  məsələsi  ciddi  diskussiya  mənbəyinə 

çevrilmişdir.  Zənnimizcə,  əgər  düyü  istehsalı  bu  ölkənin  xarici  ticarətdə  əsas 

ixtisaslaşma  sahəsi  kimi  qəbul  olunsaydı,  Cənubi  Koreya  hazırkı  güclü  sənaye  və 

ixrac  potensialına  malik  bir  ölkə  kimi  formalaşa  bilməzdi.  Belə  bir  şəraitdə  Cənubi 

Koreya  dövlətin  müxtəlif  iqtisadiyyat  sektorlarının  maddi-texniki  bazasının 

yaradılmasına,  modernizasiya  edilməsinə,  texniki  funksiyaların  və  texnoloji 

səviyyənin  gücləndirilməsinə,  ölkənin  sənaye  müəssisələrinin  rəqabət  qabiliyyətinin 

artırılmasına,  hər  cür  potensiala  malik  sənaye  kompleksinin  təşkilinə,  ixrac 

potensialının  dəfələrlə  yüksəlməsinə  imkan  verən  iqtisadi  inkişaf  prioritetlərini 

strateji hədəflər kimi müəyyənləşdirmiş və böyük nailiyyətlər əldə etmişlər. 

Nəzəri  baxımdan  ixrac  potensialının  nizamlanması,  əslində  dövlətin  iqtisadi 

siyasət  mexanizmləri  vasitəsilə  həyata  keçirilməlidir.  Ümumiyyətlə,  iqtisadi 

siyasətinin prinsiplərindən əsası kimi, ingilis iqtisadçısı Con Millin araşdırmalarında 

bu siyasətin rifah istehsalında və proseslərində rolu qeyd edilmişdir Bu mülahizənin 

davamı  olaraq,  “hər  bir  dövlətin  iqtisadi  siyasəti  hansısa  iqtisadi  strateji  məqsədə 

xidmət edir” fkirini irəli sürmək olar. Bu halda nəzəri baxımdan "ixrac potensialının 

tənzimlənməsi"  siyasəti  bu  və  ya  digər  formada  dövlətlərin  milli  iqtisadiyyatın 

beynəlmilləşməsi  proseslərində  həyata  keçirdikləri  kompleks  iqtisadi  siyasət 




11 

 

konsepsiyasının istiqamətlərindən biri kimi çıxış edir və iqtisadi proseslərdə isə xarici 



ticarət  fəaliyyətinin  mühüm  həlqəsi  formasında-ixrac  statusunda  formalaşır. 

Göründüyü  kimi,  dövlətlərin  milli  iqtisadi  inkişaf  konsepsiyalarında  ixrac 

potensialının  tənzimlənməsinin  mühümlüyü  strateji  yanaşma  tələb  edən  amillərdən 

biri  kimi  xarakterizə  olunur.  xrac  potensialının  tənzimlənməsinin  mühümlüyü  K. 

Yusupov, A. Yangirov, və A. Taymasovun müəllifləri olduqları "Milli iqtisadiyyat" 

əsərində  də  şərh  olunmuşdur.  Müəlliflər  qeyd  edirlər  ki,  dövlət  milli  iqtisadiyyatın 

üstün  elementlərini  dəstəkləyən  tədbirləri  müəyyənləşdirərkən,  dünya  bazarlarında 

rəqabət  üstünlüklərinə  malik  olan  malların  istehsalına  daha  çox  dəstək  verməsi 

lazımdır.  Türkiyəli  tədqiqatçı-alim  Yüksel  Akça  ixracı  stimullaşdırmağı,  yeni 

texnologiyaların ölkəyə gətirilməsini vacib sayırBaşqa bir türkiyəli tədqiqatçı Çizem 

Türkgenci  qeyd  edir  ki,  ixracatda  davamlılığın  təmini  iqtisadi  canlanmanın 

reallaşdırılması  və  günümüzdə  yaşamaqda  olan  qlobal  böhranın  təsirlərinin 

səviyyəsinin  azaldıla  bilməsi  üçün  əhəmiyyət  kəsb  etməkdədir.  Bu  mülahizələrə 

əsasən,  belə  bir  mülahizənin  yəni  "ixrac  potensialının  artırılması,  əslində  milli 

iqtisadiyyatın inkişafına güclü stimullar mexanizmləri məcmusunun verilməsi rolunu 

oynayır" fikrini də irəli sürməkdə haqlı olduğumuz qənaətindəyik. 

Bizim  apardığımız  tədqiqat  işinin  mövzusunun  adında  "qeyri-neft  sektorunun 

ixrac potensialı" ifadələrinin nəzəri formalaşması da maraq doğurur. Məhz niyə görə, 

"qeyri-neft  sektoru",  ola  bilər  ki,  dünyada  neftlə  bağlı  olmayan  digər  aparıcı 

iqtisadiyyat və hasilat sahələrinin adı ilə bağlı başqa cür yanaşmalar, məsələn "qeyri-

qaz  sektoru",  "qeyri-kofe  sektoru",  "qeyri-metal  sektoru",  "qeyri-kənd  təsərrüfatı 

sektoru"  və  s.  də  adlandırmaq  olardı.  Məlum  olduğu  kimi,  "qeyri-neft  sektoru" 

anlayışından  başqa  digər  təsvir  olunan  "anlayışlara"  dövlətlərin  iqtisadi  siyasət 

reallıqlarında  və  iqtisadi  ədəbiyyatlarda  rast  gəlinmir.  Fikrimizcə,  bunlar  neftin 

istehsal  olunduğu  ölkənin  iqtisadi  həyatında  və  dünya  iqtisadi  proseslərindəki 

əhəmiyyəti  ilə  birbaşa  bağlıdır  və  bu  baxımdan  "qeyri-neft  sektoru"  anlayışının 

dövlətlərin  iqtisadi  inkişaf  siyasətlərində  yer  alması  təbiidir  və  reallıqlara 

söykənmişdir. C. Stiqlitz qeyri-neft sektorunun inkişafını araşdırarkən, bu istiqamətdə 

neft  ölkələrinin  prioritet  iqtisadi  siyasət  mexanizmlərinə  və  neft  ixracı  ilə  bağlı 



12 

 

məsələlərə  münasibət  bildirərkən  bunları  bildirmişdir:  "Bir  çox  ölkələrdə,-bunu 



təəssüflə  deməliyəm-neft  ehtiyatları  əslində  onların  xalqlarının  xoşbəxtliyinə  deyil, 

əksinə işləyir. Bu da bildiyimiz kimi yerli pul vahidinin məzənnəsinin dəyişməsi ilə 

bağlı  olan  məsələdir  və  biz  iqtisadçılar  bunu  "holland  sindromu"  adlandırırıq.  Bu 

qeyri-sabitliyi  qismən  sadə  iqtisadi  mülahizələrlə  izah  etmək  olar.  Təbii  sərvət 

valyutanın  mübadilə  kursunu  qeyri-sabit  edə  bilər.  O,  milli  valyutanın  kursunun 

yüksəlməsinə  səbəb  ola  bilər,  bu  isə  iqtisadiyyatın  təbii  ehtiyatlarla  bağlı  olmayan 

sahələrinə  təsir  edər,  nəticədə  yerli  istehsalın  idxala  nisbətən  rəqabət  qabiliyyəti 

azalar

 

Şək.  1.1.  Qeyri-neft  sektorunun  ixrac  potensialını  nəzəri  baxımdan 



formalaşdıran və şərtləndirən amillərin təsnifatı (müəllif tərəfindən hazırlanmışdır). 

Şək.  1.1-dən  göründüyü  kimi  təsnifatda  verilmiş  amillərin  hər  biri  dövlətlərin 

iqtisadi  siyasətlərində  bu  və  ya  digər  formada  iqtisadi  siyasət  mexanizmləri  və 

iqtisadi rıçaqları-yəni dövlət tənzimləmələri qismində çıxış edirlər. Xüsusilə, hər bir 

dövlətin  xarici  ticarət  və  ixracın  stimullaşdırılması  ilə  bağlı  Konsepsiya  və  ya 

Strategiyası, məqsədli Dövlət Proqramları olur. Müasir iqtisadi inkişaf proseslərində 

də bu kimi təcrübədən fəal istifadə olunur və bunlar barədə biz irəlidəki fəsillərdə və 

paraqraflarda  tədqiqat  materiallarını  verəcəyik.  Xarici  ticarət  Konsepsiyalarının  və 



Qeyri-neft sektorunun ixrac potensialını 

nəzəri baxımdan formalaşdıran və 

şərtləndirən amillə

mikroiqtisadiyyat 

makroiqtisadiyyat 

daxili bazarın inkişafı 

istehlak malları çeşidinin artması 

sahibkarlığın inkişafı 

beynəlxalq iqtisadi inteqrasiya 

ixracın stimullaşdırılması 

 

ixracın diversifikasiyalaşdırılması 



 

xarici ticarət konsepsiyası 

milli iqtisadi artım 

iqtisadiyyat sahələrinin 

diversifikasiyası 

investisiyaların cəlbi 

rəqabət qabiliyyətli məhsulların 

istehsalı 

regionların inkişafı 

ixracın qanunvericilik 

mexanizmləri 

ixracın tənzimlənməsi 

mexanizmləri 

texnologiyaların cəlbi 

milli iqtisadiyyatın 

rəqabətqabiliyyətinin artması 




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə