28
ənənəvi iqtisadiyyat sahələrinin dirçəldilməsi və müasir, modern müəssisələr
şəbəkəsinin formalaşdırıması prioritetləri daha çox diqqət məkəzində olmuşdur
.
Nəhayət, ölkə regionlarının iqtisadi inkişaf prioritetlərini özündə cəmləşdirən hazırki
III Dövlət Proqramında mühüm prioritetlərə regionların sənaye potensialının
güclndirilməsi, iri fermer təsərrüfatlarının yaradılması, rəqabətqabiliyyətli
məhsulların istehsalının təşkili və sairlər aiddirlər. Bu Dövlət Proqramlarının əsas
mahiyyəti regionun güclü iqtisadi subyektə çevrilməsi aqrar və sənaye sahələrinin
müasir subyektləri kimi çıxış etməsi, ölkə iqtisadiyyatının rəqabətqabiliyyətinin
artırılması və ixrac potensialının gücləndirilməsi, sosial-iqtisadi inkişafın yeni
keyfiyyət mərhələsinə qaldırılması ilə bilavasitə bağlıdır.
Azərbaycan iqtisadiyyatının digər mühüm tendensiyalarından biri də turizm
sektorunun inkişafı ilə bağlıdır. Son illərdə ölkədə yüzlərlə turizm obyektləri, müasir
otellər, istirahət mərkəzləri, turizm-rekreasiya kompleksləri tikilib istismara
verilmişdir. Bakıda və regionlarda (Quba, Qusar, Qəbələ, Şəki, Şəmkir, Gəncə və s.)
dünya şöhrətli-brend otellərin analoqu istifadəyə verilmiş, idman turizm kompleksləri
yaradılmışdır. Turizmin inkişafı üzrə qanunvericilik bazası gücləndirilmiş və bu
sahənin inkişafı ilə bağlı Dövlət Proqramı hazırda icra olunmaqdadır. Ölkə
iqtisadiyyatının inkişafı proseslərində ortaya çıxan ciddi problemlərdən biri də qeyri-
neft sənaye sahələrinin inkişafı məsələləridir. Hələ SSR dövründə Azərbaycan
rəqabətqabiliyyətli və güclü ixrac potensialına malik sənaye sahələri fəaliyyət
göstərmişdir (metallurgiya, cihazqayırma, kimya və neftkimya, neftkimya
maşınqayırması və s.). Bir sıra qeyri-neft sektoru sahələrinin struktur yenilənməsini
tədqiq edən S. smayılov qeyd edir ki, təsərrüfat təcrübəsində elə praktiki alətlərin
tətbiqi reallaşdırılmalı və dəstək verilməlidir ki, bunlar texnologiyalar formasında ola
bilsin . Bu baxımdan son illərdə sahibkarlığın və biznes mühitinin inkişafına dövlət
dəstəyi mexanizmlərinin daha məhsuldar və səmərəli müstəviyə qaldırılması
tendensiyası sənaye sahələrinin yüksək texnologiyalar əsasında inkişaf etdirilməsi
prioritetinin Azərbaycanda strateji hədəflərdən biri kimi qarşıya qoyulmasıdır. 2014-
cü ilin "Sənaye ili" elan edilməsi və bu istiqmətdə strateji vəzifələrin
29
müəyyənləşdirilməsi yaxın perspektivdə qeyri-neft sənayesinin inkişafına və onun
ixrac potensialının artırılmasına ciddi töhfələrin verəcəyini proqnozlaşdırır
.
Azərbaycan iqtisadiyyatının müasir iqtisadi inkişaf tendensiyalarından biri də
ölkədə nformasiya-kommunikasiya texnologiyaları ( KT) sektorunun inkişafını
təmin etməkdir. Artıq bu istiqamətdə ilk Milli Strategiyanın icrası 2012-ci ildə başa
çatdırılmışdır.
Ölkədə
müasir
KT
infrastrukturunun
formalaşdırılması
genişləndirilib,
bu
sahədə
məhsulların
çeşidi
çoxalıb,
xidmətlər
diversifikasiyalaşdırılıb, innovasiya funksiyalarının tətbiqi intensivləşib və s. Hazırda
bu iqtisadiyyat sektorunun neft-qaz sektorundan sonra əsas prioritet qeyri-neft
sektoruna çevrilməsi üçün ciddi tədbirlər müəyyənləşdirilib və strateji vəzifələr
qarşıya qoyulmuşdur.
1995-2013-cü illərdə Azərbaycanda sosial-iqtisadi inkişafın tendensiyalarının
dinamikliyini əks etdirən bir sıra göstəricilər Cədvəl 2.1-də verilmişdir.
Azərbaycan Respublikasında bir qrup sosial-iqtisadi göstəricilərin dinamikası
(əvvəlki ilə nisbətən %lə)
Cədvəl 2.1.
s/s
Göstəricilər
2005 2010
2011
2012
1
ÜDM
126,4 105,0 100,1 102,2
2
Sənaye istehsalı
139,5 102,6 95,0
97,7
3
Kənd təsərrüfatı məhsulları
107,5 97,8
105,8 106,6
4
Əsas kapitala investisiyalar
116,6 121,2 127,3 118,5
5
Ixrac
120,2 125,3 88,7
86,2
Qeyd: Cədvəl 2.1. ARDSK-nın məlumatları üzrə müəllif tərəfindən hazırlanmışdır
.
Сədvəl 2.1-in təhlilinə baxsaq, görərik ki, ölkə üzrə ÜDM-in artım tempi 2010-
cu ildən başlayaraq azalıb və hələlik 5%-lik artım tempini bərpa edə bilməyib.
Sənaye istehsalının həcmi də son illər azalmışdır. Kənd təsərrüfatı məhsullarının
istehsalı 2011-2012-ci illərdə müvafiq olaraq, 5,8 % və 6,6 % səviyyəsində artmışdır.
Ixracın həcmi isə son 2 ildə azalmaqda davam etmişdir. Bu göstəricilər bir daha ölkə
iqtisadiyyatının diversifikasiyalaşdırılmasının sürətləndirilməsini və ixracının
strukturunun təkmilləşdirilməsini şərtləndirir. Ölkə üzrə ixrac potensialının
30
formalaşmasında mühüm əhəmiyyət kəsb edən iqtisadiyyat sektoru kimi-sənaye
sektorunun ümumi məhsul istehsalının dinamikası isə Cədvəl 2.2-də əks olunmuşdur.
Cədvəl 2.2.
Azərbaycanda ümumi sənaye istehsalının indeksləri (2005-ci ilə 100% olmaqla-
%lə).
s/s
Göstəricilər
2006
2007
2008
2009
2010
2011
2012
1
Sənaye cəmi
137
169
180
195
200
190
186
2
Mədənçıxarma sənayesi
145
187
197
221
224
205
197
3
Emal sənayesi
107
115
122
113
124
132
139
Cədvəl 2.2-nin təhlili üzrə qeyd etmək olar ki, 2005-ci illərdə ümumi sənaye
49% artdığı halda, mədənçıxarma sənayesi 52%, emal sənayesi isə cəmisi 32%
artmışdır. Bu göstəricilər bir daha emal sənayesinin, yəni qeyri-neft sektorunun
inkişafının sürətləndirilməsini zəruri edir.
Qeyri-neft sektorunun daha geniş təhlilinə biz növbəti paraqraflarda qayıdacağıq
və tədqiqat materiallarını verəcəyik. Buna görə də, ilk növbədə ölkə iqtisadiyyatının
inkişaf tendensiyaları və problemlərinin formalaşması və yaranması səbəblərinin
araşdırılmasını vacib hesab etmişik. Bu sahədə iqtisadi ədəbiyyatlarda, tədqiqat
işlərində və ekspertlərin qiymətləndirilməsində də müxtəlif fikirlər, mülahizələr
diqqətimizi cəlb etmişdir. Akademik Z. Səmədzadə qeyd edir ki, allah Azərbaycana
bol təbii sərvətlər verib və bizdə güclü istehsal, elmi-texniki, intellektual, əmək
potensialı vardır. Ölkə Şərqlə Qərbin, Avropa ilə Asiyanın birləşməsində yerləşir və
mühüm geostrateji əhəmiyyət daşıyır. Bu üstünlükləri əldə edən Azərbaycanın XX
əsrin ilk onilliklərində iqtisadi strategiya prioritetlərinin reallaşdırılmasına, yüksək
iqtisadi artım göstəriciləri əldə etməyə imkan verəcəkdir. Görkəmli akademikin
fikirlərinə rəğmən qeyd etmək olar ki, hazırda ölkəmizin bir çox makroiqtisadi
göstəriciləri üzrə inkişaf etmiş ölkələrlə rəqabət səviyyəsi yolundadır. Azərbaycan
sosial-iqtisadi inkişafın sabit və dayanıqlı modelini formalaşdıra bilib və etibarlı
dövlət tənzimləmələri mexanizmi sistemini yaradıb. Akademik Z. Səmədzadə
bildirmişdir ki, ölkədə neft hasilatının aşağı düşməsinə baxmayaraq, qeyri-neft
sektorunun sürətli inkişafı təmin edilib. Azərbaycanda qeyri-neft sektorunun artım