Microsoft Word Az?rbaycan?n qeyri-neft sek dis doc



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə2/30
tarix27.03.2018
ölçüsü0,75 Mb.
#35370
1   2   3   4   5   6   7   8   9   ...   30

 

2008-ci ildə ölkə ÜDM-nin həcmi cəmisi 40,1 mlrd. manat olmuşdur. 2009-2013-cü 



illərdə  ölkə  ixracının  həcmi  2  dəfəyə  yaxın,  xarici  ticarət  dövriyyəsi  isə  1,6  dəfə 

azalmışdır.  2012-2013-cü  illərdə  ixracın  artımında  durğunluq  əmələ  gəlmişdir. 

Beləliklə, bütövlükdə milli iqtisadiyyatın artım tempinin zəifləməsi, ixracın həcminin 

artmasına imkan  verən  mənbələrin  məhdudluğu,  neft  sektorunun ixrac  potensialının 

real  imkanlarından  istifadənin  pik  səviyyəsinə  çatdığı  amilləri  nəzərə  alınmaqla, 

Azərbaycanda  qeyri-neft  sektorunda  ixrac  potensialından  istifadənin  tənzimlənməsi 

problemlərinin  həllinə  sistemli  yanaşmanın  vaxtının  gəlib  çatdığı  və  adekvat 

tədbirlərin görülməsi aktuallığı ilə xeyli diqqət cəlb etməyə başlamışdır. 

 

 

Qeyri-neft  sektorunun  ixrac  potensialının  artırılması  üçün  ilk  növbədə 



milli  iqtisadiyyatın  özünün  diversifikasiyalaşdırılması  və  modernləşdirilməsi 

prosesləri  başa  çatdırılmalı,  innovasiyalaşdırılması  sürətləndirilməlidir.  Bundan 

əlavə,  qeyri-neft  sektorunun  ölkənin  təbii  resursları  və  iqtisadi  amilləri  nəzərə 

alınmaqla, dərindən tədqiq edilməsi, onun potensialının obyektiv qiymətləndirilməsi 

zərurəti diqqəti cəlb edir. Bu proseslərdə strateji vəzifələrdən biri də müasir dövrdə 

Azərbaycanın  qeyri-neft  sektorunun  ixrac  potensialının  dərin  təhlilinin  aparılması, 

adekvat  meyarlar  çərçivəsində  bu  sahənin  imkanlarının  müəyyənləşdirilməsi,  ixrac 

potensialından istifadənin tənzimlənməsinin təkmilləşdirilməsi istiqamətlərinin aşkar 

edilməsidir.  Bütün  bu  amillər,  spesifik  xüsusiyyətlər,  mövcud  problemlər 

“Azərbaycanın  qeyri-neft  sektorunda  ixrac  potensialından  istifadənin  tənzimlənməsi 

problemləri” mövzusunda dissertasiya işinin aktuallığını əyani göstərir. 

 

Tədqiqatın  məqsəd  və  vəzifələri.  Tədqiqatın  məqsədi  müasir  dövrdə  və 

qloballaşma  şəraitində  Azərbaycanın  qeyri-neft  sektorunda  ixrac  potensialından 

istifadənin  tənzimlənməsi  problemlərinin  öyrənilməsi  və  təhlil  olunmasıdır. 

Dissertasiya  işinin  strukturuna  müvafiq  və  məqsədinə  uyğun  olaraq,  tədqiqat  işində 

əsasən aşağıdakı vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulmuşdur: 

− 

Qeyri-neft sektorunun ixrac potensialının nəzəri aspektlərinin öyrənilməsi; 



− 

Qeyri-neft sektorunun ixrac potensialının metodoloji əsaslarının araşdırılması; 

− 

Milli  iqtisadiyyatın  inkişafında  qeyri-neft  sektorunun  ixrac  potensialından 



səmərəli istifadənin öyrənilməsi; 


 

− 



Azərbaycanda iqtisadiyyatın inkişaf problemlərinin araşdırılması; 

− 

Milli iqtisadiyyatın diversifikasiyalaşdırılması imkanlarının təhlili; 



− 

Qeyri-neft sektorunun əsas göstəricilərinin təhlil edilməsi; 

− 

Müasir  dövrdə  Azərbaycanın  qeyri-neft  sektorunun  ixrac  potensialının 



tənzimlənəsinin qanunvericilik bazasının mövcud vəziyyətinin təhlili; 

− 

Qloballaşma  şəraitində  qeyri-neft  sektorunun  ixrac  potensialından  effektivli 



istifadənin araşdırılması; 

− 

Azərbaycanda  qeyri-neft  sektorunun  ixrac  potensialının  tənzimlənməsinin 



təkmilləşdirilməsi istiqamətlərinin öyrənilməsi və s. 

Tədqiqatın  nəzəri  və  metodoloji  əsasını  Azərbaycanın,  eləcə  də  xarici  ölkə 

iqtisadçılarının,  tədqiqatçı-alimlərinin  milli  iqtisadiyyatın  inkişaf  problemləri, 

iqtisadiyyatın  dövlət  tənzimlənməsi  mexanizmləri,  Azərbaycanda  qeyri-neft 

sektorunun  inkişafının  xüsusiyyətləri,  qeyri-neft  sektorunun  ixrac  potensialından 

istifadənin  tənzimlənməsi  problemləri  üzrə  apardıqları  elmi  tədqiqat  əsərləri, 

nəzəriyyələr,  elmi  baxışlar,  əldə  olunmuş  elmi  nəticələr,  metodoloji  yanaşmalar  və 

digər elmi əhəmiyyət kəsb edən materiallar təşkil edir. 

Tədqiqatın  elmi  yeniliyi  -  Azərbaycanın  qeyri-neft  sektorunda  ixrac 

potensialından  istifadənin  tənzimlənməsi  problemlərinə  müasir  dövrün  iqtisadi 

reallıqlarına  və  qlobal  iqtisadi  mühitin  təsirinə  adekvat  kompleks  və  sistemli 

yanaşmadan  ibarətdir.  Elmi  yeniliyi  arqumentləşdirən  və  müəyyənləşdirən  mühüm 

nəticələr bunlardır: 

− 

“Qeyri-neft  sektoru”  anlayışının  mahiyyəti  açıqlanmış  və  onun  nəzəri-



metodoloji müddəaları müəyyənləşdirilmişdir; 

− 

Qeyri-neft sektorunun  ölkə  iqtisadiyyatının  inkişafına  təsiri və  onun  bu sahədə 



rolu qiymətləndirilmişdir; 

− 

Milli  iqtisadiyyatın  rəqabətqabiliyyətinin  artırılmasına  mane  olan  problemlər 



aşkar edilmiş və onların səbəbləri təhlil olunmuşdur; 


 

− 



Qeyri-neft  sektorunun  mövcud  vəziyyətinin  təhlili  əsasında  bu  sektorun 

potensialından  istifadə  istiqamətləri  araşdırılmış  və  zəif  istifadə  olunan 

istiqamətlər aşkar edilmişdir; 

− 

Ölkənin  xarici  ticarət  dövriyyəsi,  onun  ixracının  strukturundakı  problemlər 



müəyyənləşdirilmiş  və  qeyri-neft  sektorunun  ixracı  hesabına  ölkə  ixracının 

potensialının artırılması şərtləri və yolları müəyyən olunmuşdur; 

− 

Qeyri-neft  sektorunun  ixrac  potensialının  tənzimləmə  mexanizmlərinin 



təkmilləşdirilməsi əsaslandırılmışdır; 

− 

Qeyri-neft  sektorunun  ixrac  potensialının  artırılmasına  imkan  verən  prioritet 



istiqamətlər  ciddi  arqumentlərlə  müəyyənləşdirilmiş,  ixrac  potensialından 

istifadənin  tənzimlənməsi  problemlərinin  həlli  üzrə  tövsiyyələr  hazırlanmış  və 

təkliflər əsaslandırılmışdır. 

 

 




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə