Microsoft Word Az?rbaycan?n qeyri-neft sek dis doc



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə9/30
tarix27.03.2018
ölçüsü0,75 Mb.
#35370
1   ...   5   6   7   8   9   10   11   12   ...   30

25 

 

yüksək  texnoloji  malların  ixracatlarına  çevrilmişlər.  Bizə  görə  bu  tendensiya  yaxın 



perspektivdə  güclənməkdə  davam  edəcəkdir.  Belə  ki,  iqtisadi  cəhətdən  inkişaf 

etməkdə  olan  ölkələrin  böyük  bir  qrupu  özlərinin  milli  iqtisadiyyatlarının  rəqabət 

qabiliyyətinin artırılmasında kompleks tədbirlərə, Milli Konsepsiyalara malikdirlər və 

ixrac  potensialının  gücləndirilməsi  bu  proseslərdə  strateji  fəaliyyət  kimi  xüsusilə 

fərqlənir. Ümumdünya Ticarət Təşkilatının hesabatlarında (ÜTT) 2011-ci ilin yekunu 

üzrə ixracda ilk yeri Çin tutmuşdur və bu ölkənin ixracının ümumi həcmi 1,899 trln. 

dollar  olmuşdur.  Ilk  onluqda  bu  ölkələrdən  başqa,  Yaponiya,  Niderland,  Fransa, 

Cənubi Koreya,  taliya, Rusiya və Belçika yer tutmuşdur. 

Əlbəttə,  milli  iqtisadiyyatın  strukturuna  təsir  edən  amillərin  təhlili  və 

təkmilləşdirilməsi,  bu  halda  innovatik  funksiyaların,  o  cümlədən  sənaye  sahələrinin 

klaster  mexanizmləri  ilə  gücləndirilməsi,  bu  sahələrdə  istehsal  olunan  məhsulların 

rəqabət qabiliyyətini əhəmiyyətli şəkildə qaldırmaq imkanları yaradar, nəticədə ixrac 

potensialının  gücləndirilməsinə  yeni  elementlər,  yeni  mənbələr  cəlb  olunar  və  s. 

Birləşmiş  Millət  Təşkilatının  ticarət  və  inkişaf  üzrə  Konferensiyası  katibliyinin 

məruzəsində qeyd olunur ki, qlobal iqtisadiyyat heç cür özünün inamlı və dayanıqlı 

artım  yoluna  qayıda  bilmir.  Dünya  ölkələrinin  inkişaf  templəri  aşağı  səviyyədədir. 

qtisadi cəhətdən inkişaf etmiş ölkələrin artım templəri 1%-ə yaxın səviyyədən yuxarı 

qalxa  bilmir  və  2008-ci  ildən  başlayan  maliyyə  böhranının  fəsadlarından  azad  ola 

bilməyiblər.  Dünya  üzrə  milli  iqtisadiyyatların  milli  istehsal  üzrə  artım  tempi 

dinamikası Cədvəl 1.4.-də verilmişdir. 

Cədvəl 1.4. 

Dünya istehsalının artım dinamikası (əvvəlki ilə görə %lə)  

Regionlar, ölkələr 

2005 


2008 

2010 


2011 

2012 


Dünya üzrə 

3,5 


1,5 

4,1 


2,8 

2,2 


Inkişaf etməkdə olan ölkələr 

2,4 


0,0 

2,6 


1,5 

1,2 


O cümlədən ABŞ 

3,1 


-0,3 

2,4 


1,8 

2,2 


Cənub Şərqi Avropa və MDB 

6,5 


5,2 

4,5 


4,5 

3,0 


Inkişaf etməkdə olan ölkələr 

6,8 


5,3 

7,9 


5,9 

4,6 


O cümlədən Çin 

11,3 


9,6 

10,4 


9,3 

7,8 


Qeyd:  Cədvəl  1.4.  müəllif  tərəfindən  beynəlxalq  təşkilatların  məlumatlarına  əsasən 

hazırlanmışdır  

 



26 

 

Göründüyü  kimi,  yaxın  perspektivdə  milli  istehsalın  artım  səviyyəsinin 



dayanıqlığı  və  inkişaf  etdirilməsi,  qloballaşma  şəraitində  bu  vəzifələrin  optimal 

müəyyənləşdirilməsi və adekvat milli iqtisadiyyat mexanizmlərinin formalaşdırılması 

mühüm  strateji  hədəflər  kimi  çıxış  edəcək.  Bizə  görə,  ixracın  stimullaşdırılması  və 

ixrac potensialının artırılması bu proseslərdə əlavə fəallığı və səmərəliliyi təmin edə 

bilər.  Əvvəldə  qeyd  etdiyimiz  kimi  ixrac  yönümlü  istehsal  sahələrinin 

genişləndirilməsi,  ixrac  infrastrukturun  gücləndirilməsi,  milli  iqtisadiyyatın  ixrac 

yönümlü 

istiqamətlər 

üzrə 

diversifikasiyalaşdırılması, 



bütövlükdə 

ölkə 


iqtisadiyyatının inkişafına səmərəli mexanizmlərin cəlb edilməsinə imkan verə bilər.  

  Bu  qeyd  olunan  amillərin  əksəriyyəti  Azərbaycanın  milli  iqtisadiyyatının 

inkişaf  proseslərində  bu  və  ya  digər  formada  yer  almışdır.  Ölkəmizdə  qeyri-neft 

sektorunda  ixrac  potensialından  istifadənin  mövcud  vəziyyətinin  təhlili  və  onun 

qiymətləndirilməsi  bu  amillərin  xüsusiyyətlərini  aydınlaşdırmağa  imkan  verə  bilər. 

Ilk növbədə, ölkə iqtisadiyyatının inkişaf tendensiyaları və diversifikasiyalaşdırılması 

problemlərini araşdırmağı məqbul hesab etmişik.  



27 

 

II FƏS L. Azərbaycanda qeyri-neft sektorunda ixrac potensialından 



istifadənin mövcud vəziyyəti və onun qiymətləndirilməsi 

2.1. Ölkə iqtisadiyyatının inkişaf tendensiyaları və 

diversifikasiyalaşdırılması problemləri 

  1990-cı  illərin  əvvəllərindən  başlayaraq,  Azərbaycan  müstəqil  dövlət  iqtisadi 

siyasəti  aparır  və  özünün  milli  iqtisadi  prioritetlərini  reallaşdırmaqdadır.  "Əsrin 

kontraktı"nın  gerçəkləşdirilməsi  ilə  bərabər  ölkəmizdə  nefq-qaz  sənayesinin 

potensialından  milli  maraqlar  çərçivəsində  istifadənin  əsası  qoyulmuşdur.  Bu  tarixi 

kontraksın  icrası,  yəni  neft  strategiyasının  həyata  keçirilməsi  ilə  bərabər  ölkəmizdə 

milli iqtisadiyyatın inkişafına yeni zəmin formalaşdırılmışdır. 

1990-cı  illərin  ortalarından  balayaraq  Azərbaycan  iqtisadiyyatının  inkişaf 

prosesləri  sabitləşmiş,  milli  iqtisadi  prioritetlər  əsasən  müəyyənləşdirilmiş,  ölkənin 

neft sektoru ilə yanaşı qeyri-neft sektoru sahələrinin inkişafı üçün islahatlar aparılmış, 

özəlləşdirmə prosesləri gücləndirilmiş, sənaye və emal potensialından daha səmərəli 

istifadəyə başlanılmışdır. Azərbaycanın regionlarında torpaq sahələrinin ev və fermer 

təsərrüfatlarına  verilməsi  prosesləri  əsasən  başa  çatdırılmış,  regionlarda  zəruri 

infrastruktur  şəbəkəsi  yaradılmış,  sahibkarlığın  inkişafına  dövlət  dəstəyi 

gücləndirilmişdir.  25  oktyabr  2007-ci  ildə  ölkə  Prezidenti  tərəfindən  "Sahibkarlıq 

fəaliyyəti  subyektlərinin  "bir  pəncərə"  prinsipi  üzrə  təşkilinin  təmin  edilməsi 

tədbirləri  haqqında"  Sərəncam  imzalanmışdır.  Bu  Sərəncamla  Sahibkarlığın 

inkişafına yeni töhfələr verilməklə yanaşı, müasir şəraitdə daha effektivli və səmərəli 

dövlət 

tənzimlənməsi 



mexanizmlərinin 

reallaşdırılması 

prosesləri 

intensivləşdirilmişdir.  

Ölkə  iqtisadiyyatının  inkişafında  ən  mühüm  tendensiyalardan  biri  regionların 

iqtisadi  fəallığının  artırılması,  onların  dünya  iqtisadi  proseslərinə  inteqrasiyasının 

təşkili və ixrac potensialının formalaşdırılmasıdır. Bu sahədə sabit və davamlı dövlət 

siyasətinin  yürüdülməsi,  diqqəti  cəlb  edir.  Son  10  ildə  xüsusilə  geniş  miqyaslı 

tədbirlər  həyata  keçirilmiş,  Dövlət  proqramları  reallaşdırılmışdır.  Bu  sahədə  ilk 

dövlət  proqramı  çərçivəsində  regionlarda  infrastruktur  obyektlərinin  geniş 

şəbəkəsinin  qurulmasına  başlanılmışdır.  II  Dövlət  Proqramında  isə  regionların 



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə