Microsoft Word Az?rbaycan?n qeyri-neft sek dis doc



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə15/30
tarix27.03.2018
ölçüsü0,75 Mb.
#35370
1   ...   11   12   13   14   15   16   17   18   ...   30

43 

 

əvvəlki  ilin  müvafiq  dövrü  ilə  müqayisədə  10  %  artmışdır.  Qeyri-neft  sektorunda 



yaradılan  əlavə  dəyərin  ÜDM-də  xüsusi  2013-cü  ilin  yekununda  56,6  %  təşkil 

etmişdir. Həmin ilin yekunu üzrə qeyri-neft sektorunun əksər sahələrində əlavə dəyər 

istehsalının  artım  tempi  əvvəlki  ilin  müvafiq  dövrünə  nisbətən  yüksək  olmuşdur. 

Qeyri-neft  ÜDM-nin  artımında  ən  böyük  müsbət  töhfəni  tikinti  sahəsi  (4,3%) 

vermişdir.  Qeyri-neft  sənayesində  yaradılan  əlavə  dəyərin  strukturunda 

mədənçıxarma sənayesinin xüsusi çəkisi 2,4 %, emal sənayesinin xüsusi çəkisi 53,2 

%  təşkil  etmişdir.  Şəkil  2.1.-də  isə  Azərbaycanda  qeyri-neft  sektorunun  real  artım 

tempi verilmişdir. 

 

 

Şəkil 2.1. Azərbaycanda qeyri-neft sektorunun real artım tempi. 



Qeyd: Şəkil 2.1. ARDSK-nın və ARS N-nin materialları əsasında hazırlanmışdır. 

 

Şəkil  2.1.-dən  göründüyü  kimi,  Azərbaycanda  qeyri-neft  sektorunun  inkişaf 



tempi 2004-2013-cü illərdə qeyri-sabit olmuşdur. Əgər 2004-cü ildə real artım 13,6 

% idisə, növbəti 2005-2007-ci illərdə bu göstərici aşağı düşərək, 2007-ci ildə 11,4 % 

təşkil etmişdir. 2008-ci ildə qeyri-neft sektorunun real artımı rekord səviyyədə 15,9 

% təşkil etsə də, növbəti ildə 2009-cu ildə bu göstərici son 10 ildə ən aşağı həddə -3,9 

% səviyyəsinə enmişdir. 2010-2013-cü illərdə isə real artım sabit dinamika nümayiş 

etdirmiş və əvvəldə qeyd olunduğu kimi, 2013-cü ildə 10 % olmuşdur. 2013-cü ilin 




44 

 

yekunu  üzrə  Azərbaycanın  qeyri-neft  sənayesində  istehsal  olunan  məhsulun  həcmi 



6776,6 mln. manat təşkil etmişdir və bunun strukturu Cədvəl 2.4.-də əks etdirilmişdir. 

Cədvəl 2.4. 

Azərbaycan  Respublikasında  qeyri-neft  sənayesinin  ümumi  buraxılışının 

strukturu (2013-cü ilin yekunu üzrə) 

 

Göstəricilər 



mln.manatla 

%-lə xüsusi çəkisi 

 

Cəmi 


6776,6 

100 


1  Mədənçıxarma sənayesi 

4679,2 


69,1 

2  Emal sənayesi 

108,1 

1,6 


3  Elektrik  enerjisi,  qaz  və  buxar  istehsalı,  bölüşdürülməsi 

və təchizatı 

1770,6 

26,1 


4  Su təchizatı, tullantıların təmizlənməsi 

218,7 


3,2 

Qeyd: Cədvəl 2.4. ARS N-nin materialları əsasında müəllif tərəfindən hazırlanmışdır.  

 

Cədvəl 2.4.-ün təhlilinə baxsaq, görərik ki, emal sənayesi qeyri-neft sənayesinin 



əsas aparıcı sahəsidir və bu sahədə istehsal olunan məhsulun 69,1 %-i onun payına 

düşür. Qeyri neft emalı sənayesinin 69,1 % payında qida məhsulları və içki istehsalı 

40,9  %,  metallurgiya  sənayesi  və  hazır  metal  məmulatların  istehsalı  5,9  %,  tikinti 

materiallarının  istehsalı  5,1  %,  elektrik  avadanlıqlarının  istehsalı  1,9  %,  kimya 

sənayesi  3,0  %,  maşın  və  avadanlıqların  istehsalı  3,6  %,  digər  sənaye  sahələrinin 

istehsalı  8,6  %  olmuşdur  .  Göründüyü  kimi,  geniş  potensiala  malik  bir  sıra  sənaye 

sahələrinin (kimya, metallurgiya və s.) qeyri-neft sənayesindəki payı adekvatlıq təşkil 

etmir və bu sahələrdə qeyri-neft sənayesinin imkanlarından daha səmərəli istifadəyə 

ehtiyac  qalmaqdadır.  Tədqiqatçı,  E.  Vəliyev  bildirir  ki,  neft  sektorunun  sıçrayışlı 

inkişafı  fonunda  qeyri-neft  sektorunun  kölgədə  qalması,  ümumi  iqtisadi  inkişaf 

tempinin  əsasən  neft  sektorundan  asılılığının  yumşaldılması  və  iqtisadiyyatın 

dayanıqlı  strukturunun  təmin  olunması  məhz  qeyri-neft  sektoru  üzrə  inkişaf 

strategiyasının  hazırlanmasını  və  həyata  keçirilməsini  tələb  edir.  Qeyri-neft 

sektorunun  inkişaf  strategiyasının  hazırlanması  eyni  zamanda  bu  problemin 

əsaslarının tədqiq olunması, sahənin inkişaf meyllərinin araşdırılması ilə onun zəif və 

üstün  cəhətlərinin,  habelə  neft  sektorunun  sıçrayışlı  inkişafı  nəticəsində  qeyri-neft 

sektorunun  qarşısında  yarana  biləcək  problemlərin  aşkara  çıxarılması  zərurətini 

yaradır  .  Bu  mülahizələrdə  müəlliflə  razılaşaraq,  bir  sıra  rəqabətqabiliyyətli  emal 




45 

 

sənayesi  sahələrindəki  inkişaf  proseslərinin  qeyri-adekvatlığına  toxunmaq  zərurəti 



ortaya çıxır. Məsələn, neftkimya sənayesində, uzun illərdir güclü potensiala və son 10 

ildə  maliyyə  resursları  baxımından  problemlərin  olmamasına  baxmayaraq,  iri  və  ya 

məhsuldar  dücə  malik  orta  modern  müəssisələr  istismara  verilməyib,  yeni  istehsal 

potensialı  formalaşdırılmayıb.  Eyni  fikirləri  metallurgiya,  cihazqayırma  sənaye 

sahələri barəsində söyləmək də mümkündür. Düzdür, son illərdə metallurgiya sənaye 

kompleksinin  istehsal  potensialının  gücləndirilməsi  istiqamətində  dövlət  dəstəyi  və 

tədbirləri gücləndirilmişdir. Bunların nəticələrinin yaxın perspektivdə təhlili mümkün 

ola bilər və hələlik ölkənin real qeyri-neft sənaye sahələrinin hazırkı fəaliyyəti onların 

müvcud potensiallarına nisbətən xeyli zəif təsir bağışlayır.  

Qeyd  etdiyimiz  kimi,  qeyri-neft  sektorunun  əsas  aparıcı  sahəsi  sənayedir. 

Ümumiyyətlə,  sənaye  sahələrinin  inkişafı  son  10  ildə  dövlətimizin  iqtisadi 

siyasətində prioritetliyi ilə diqqət mərkəzindədir. Prioritet məsələ kimi iqtisadiyyatın 

karbohidrogen  ehtiyatlarından asılılğının  azaldılması,  əsas  aparıcı qeyri-neft sektoru 

sahəsi  olan  sənaye  sektoru  vasitəsilə  ölkə  iqtisadiyyatının  dayanıqlılığının 

gücləndirilməsidir. AR Prezidentinin 27 sentyabr 2004-cü il tarixli Fərmanı ilə təsdiq 

edilmiş, "Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya" da bir 

sıra  əsas  istiqamətlərin  qeyri-neft  sektorunun,  o  cümlədən  sənayenin  inkişafı  ilə 

bağlılığı diqqəti cəlb edir: 

− 

Iqtisadiyyatın qeyri-neft sektorunun, regionların, kiçik və orta sahibkarlığın 



inkişafı; 

− 

Iqtisadiyyatın  intellektual  və  texnologiya  bazasının  səviyyəsinin 



yüksəldilməsinin stimullaşdırılması və s . Bu baxımdan ölkədə sənaye sahələrinin 

potensialının artırılması perspektivlərindən yararlanmaqda intensivləşmə çatışmır 

və,  şübhəsiz,  bu  səbəbdən  ölkə  sənayesinin  potensialı  müasir  dövrümüzün 

reallıqları  baxımından  adekvat  səviyyədə  deyildir.  Azərbaycanda  sənaye 

məhsulunun həcmini əks etdirən real göstəricilər Cədvəl 2.5.-də verilmişdir. 

Cədvəl 2.5. 

 Azərbaycan Respublikasında sənaye məhsullarının (işlərin, xidmətlərin) həcmi 

(cari qiymətlərlə, mln. manat) . 




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə